Рейтинг
+27.11

Ərzaqlar

29 üzv, 315 topik

Kartofun sağlamlıq üçün faydaları

Həkimlər kartofu ən faydalı ərzaqlardan biri hesab edirlər. Tərkibində çox böyük miqdarda vitaminlərin, makro və mikroelementlərin zənginliyi səbəbindən onu universal adlandırırlar. Əhalinin böyük əksəriyyətinin iştirakı ilə aparılan epidemioloji tədqiqatlar göstərir ki, kartof ürək-damar sisteminin sağlamlığına ən müsbət şəkildə təsir edir.

Alimlər kartofun ən qidalı hissəsi kimi onun qabığını hesab edirlər.


Davamı →

Kərə yağı ürəyi sağlam saxlayır

Bəli, yanlış eşitmədiniz! Dədə-babalarımız kərə yağını bol yemələrinin sirri də bunda imiş. Görünür, onların belə gümrah, sağlam və uzunömürlü olmasının əsas səbəblərindən biri qidalarında məhz xalis kərə yağının zəngin olması idi. Çünki orqanizmdə bolluğunun ziyanlığı iddia edilən xolesterol eyni zamanda ürək-damar sisteminin bərkidicisi funksiyasını daşıyır.

Davamı →

Keçi ətinin faydaları

Keçi təbiətən aktiv və ekoloji rahat adaptasiya olunan, gövşəyən, xırdabuynuzlu heyvan növüdür. Keçi təxminən 9 min il əvvəl insanlar tərəfindən əhliləşdirilən ilk heyvan növlərindən sayılır. Bu heyvandarlıq sektoru insanlar üçün ərzaq məhsulları (ət, süd) istehsalında böyük potensiala malikdir. Qərb ölkələrində az populyar olsa da, inkişaf etməkdə olan Şimali Afrika, Orta Şərq və Cənubi Asiya ölkələrində qırmızı ətə olan tələbatın ödənilməsində keçi əti əsas mənbələrdən biri hesab olunur.

Davamı →

Bakı zəfəranı

Orta əsrlərdə Bakıətrafı və Abşeron kəndlərində becərilən ən qiymətli bitki və mühüm ixrac mallarından biri də əla keyfiyyətli zəfəran idi. Abşeronda zəfəranın iki növü bitirdi: mədəni və yabanı. Altıillik bitki olan birinci növ daha yüksək qiymətləndirilirdi, onun alqırmızı rəngli çiçəklərindən istifadə olunurdu. Bu qiymətli bitkini səhər sübhdən böyük sahələrdən yığırdılar. İkinci növ zəfəran çox böyük sahələri tutur və ucuz qiymətləndirilirdi. Mənbələrin məlumatına görə, zəfəranı azacıq miqdarda mumla qarışdırır, xırda-xırda doğrayır və bu cür satırdılar.

Davamı →

Keçi ətinin bilmədiyiniz faydaları

Müasir dövrdə keçi ətindən dünyanın hər bir yerində istifadə edilir. Ondan hazırlanan yeməklər çox məşhurdur. Keçinin südündən, dərisindən və tükündən də istidfadə edildiyini nəzərə alsaq, onun nə qədər faydalı bir heyvan olduğunu anlamaq çətin deyil.
Keçi ətinin xüsusi qoxusu olur ki, bu da onun tərinin və sidiyinin qoxusunun təbii olaraq ətə hopmasından irəli gəlir. Ətə iyin hopmaması üçün bəzən onun dərisini soyarkən əlcək geyinir və sonra əlcəyi çıxardıb əti doğrayırlar. Bu, ətə qoxunun hopmasının qarşısını alır.

Davamı →

Faydaları dərman kimi olan kələm

Dolması, şorbası, turşusu həm də salatı hazırlanan ağ kələm, ləzzətli qış tərəvəzlərindəndir. Gül kələmi, brokkoli kimi kələmçiçəyikimilər  fəsiləsinə aiddir.
Ağ kələm; K və C vitaminləri, antioksidanlar və lif ilə zəngin olan aşağı kalorili bir qidadır. 100 qram yalnız 25 kaloridir. K vitamini qan laxtalanması və sağlam sümüklər üçün lazımdır. C vitamini isə infeksiyaların qarşısını alır və yaraları sağaldır. Bunlardan başqa folat, A vitamini, B6 və B2 vitaminləri, kalsium, maqnezium, kalium, manqan və dəmir tərkiblidir.
Davamı →

Kifli pendir

Kiflənmiş deyib keçməyin, çox bahalı pendir növüdür rokfor. Modern.az-ın məlumatına görə, bir çoban sayəsində kəşf olunan pendir sonralar Fransada kralların pendiri kimi məşhurlaşır. Bu gün də pendiri və şərabı ilə məşhur Fransada şərabın yanına yaraşan ən gözəl pendir sayılır. Yumşaqlığı və ağızda əriyən dadı ilə şöhrətinə şöhrət qatılıb.
Əfsanəyə görə, çox qədim zamanlarda bir çoban Fransanın cənubundakı Roquefort-sur-Soulzon qəsəbəsi yaxınlığındakı  mağaralardan birində çörəyini və pendirini unudub gedir. Bir neçə həftə sonra yenidən yolu o tərəflərdən düşən çoban çörək-pendirinin kifləndiyini görsə də, pendirdən yeyir. Və bu kiflənmiş pendirin çox ləzzətli olduğunu kəşf edir. Elə o zamandan da kiflənmiş pendir yeyilməyə başlayır.
Davamı →

Şabalıd balının faydaları

Azərbaycanda bu bal növü, əsasən Qəbələ və Zaqatala rayonlarında çox olur. Şabalıd balı, özünəməxsus dadına və rənginə görə, digər bal növlərindən fərqlənir. Bir qədər acı dadı var. Tünd-qəhvəyi rəngdə olur. Uzun müddət xarlanmır.
Şabalıd balını, varikoz və tromboz xəstəlikləri zamanı istifadə etmək faydalıdlr.
Davamı →

Arı südünün inanılmaz özəllikləri

İşçi arıların udqunma vəzlərinin istehsal etdiyi arı südü koloniyanın həyat fəaliyyətinin təməlini təşkil edir. Arı koloniyası bu zəngin tərkibli maddə ilə həm bala arıları bəsləyir, həm də kraliça arını yaradır. Bal arıları ən çox 4 ay ömür sürür, kraliça arı süd sayəsində 5 il yaşaya bilir. Britaniyada «Royal Celli» yəni «Krallıq jelesi» adlanan arı südü yüzlərlə ildir ki, uzun ömrün sirri olaraq mütəxəssislər tərəfindən tövsiyə edilir.
Davamı →