Qırmızı Damla- (Qorxulu Əhvalatlar silsiləsindən) - Epiloq

EPİLOQ

Kapsul yerin orbitini keçdikdən sonra illüminatordan seyr edən Dadaşovun gözləri aşağıda getdikcə yaxınlaşan Qobustan çöllüyünə zillənsədə, fikirləri hələ də gözünün qarşısında məhv olan kosmik stansiyada idi. İndi Bakıda nələr baş verirdi, nələr!? Təkcə Bakı deyil, dünya mediasının da gündəmini zəbt edəcək, BBC, CNN, AL-Jazeera, daha dünyanın ən azbüdcəli xəbər agentliklərin bir həftə ərzində maraq dairəsində olacaqdı. Stansiyada qəza niyə baş verdi? Onun partladılmasında 2—ci dövlətin əli ola bilərmi?  Uğursuz kapitan bu haqda nə deyə bilər? Stansiyanın dağıntılarının  yaşayış sahələrini düşmə ehtimalı nədərəcədə yüksəkdir? Və sayır bu kimi tamaşaçını diqqəni cəlb etməyə yönəlmiş suiqəsd nəzəriyyələri, “şok” açıqlamalar. Hər halda kapitan olaraq stansiyanı sonuncu tərk etmişdi. Ancaq bu özünə təsəlli verən yazılmamış qayda hər halda yeganə ekipaj üzvü olan kapitana şamil oluna bilməzdi.  Özünün həbs olunacağına artıq yüz faiz əmin idi, bu barədə heç bir şübhə ola bilməz. Affidavit və müqavilədə açıq aydın qeyd olunurdu ki, hər hansı etinadzıslığa görə birbaşa kapitan Etibar Dadaşov məsuliyyət daşıyacaq.  Ancaq ölkəsi üçün belə bir vacib layihəni, iflasa uğratması, soyadına bir neçə nəsillik qara ləkə salacaqdı. Ən yaxşı halda ailəsi təqib olunacaq, vəzifədə olan qohumlara məcburi olaraq istefa ərizəsi yazmalı olacaqdılar. Bunun heç cür qarşısını almaq olmazdı.

Kapsulun paraşutu açıldı. Deməli artıq yerlə təmasa cüzi məsafə qalıb. Görəsən indi onu qarşılamağa bu çöllü-biyabana nəqədər insan, nəqədər məmur, nə qədər hüquq mühafizə orqanı əməkdaşı toplaşıb. Özünü toparlamaq lazımdı. Gözü ilə təxmini eniş sahəsinə baxıb, bir qəribəliyin şahidi oldu. Onu aşağıda heç kim gözləmirdi. Bir Bəni adəm övladı belə yox idi. Bəlkə kapsul təyin olunmuş enmə bucağından sapıb. Yox mümkün olan şey deyildi. İndikatorlar onun əzbərdən bildiyi kordinatları göstərirdi. Bəs heç kim yoxdusa onu kapsuldan çıxarmağa kim kömək edəcəkdi. Uzun müddət kosmosda çəkisizlik şəraitində qalanlar, geriyə “qayğanaq şəkilində” dönür və sümükləri ağırlıq qüvvəsinin ani təsirindən bir anlıq qıc olurdu. Budur güclü silkələnmədə baş verdi. Kapsul artıq yerə toxundu. Onun köməyinə gələn olmasa yəqin ki, azı yarım saat burada çıxılmaz vəziyyətdə qalmalı olacaqdı. Dadaşovun uzaqgörənliyi onu aldatmadı.

 

***                         ***                       ***

Boz hərbi uniformada olan əsgərlər  Dadaşovun əllərindəki qandalı açıb, polkovik rütbəli zabitin masasının qarşısında otuzdurdular. On məlum olmayan xidmətin zabiti əl ilə hərbçilərə işarə edib qapını tərk etmələrinə göstəriş verdi. Çəkdiyi siqaretin kötükcəsini külqabıya basıb, söndürdü, beli kresloya söykədi.

-         Dünən səni huşsuz vəziyyətdə, koskim gəminin içindən çıxarmışıq- polkovnik rus dilində danışırdı – bu sorğusualım sadəcə formal xarakter daşıyır… sonradan iynə vurub hər şeyi bircə-bircə danışdıracağıq,  ancaq dedik bəlkə işlərimizi asanlaşdırıb, özün hər şeyi etiraf edərsən.

-          Nəyi etiraf edim?

Polkovnik özünü qabağa verib,  sinəsini qollarının üzərinə söykədi və pıçıltı ilə:

-         Kimə  işləyirsən?

-         Kimə işləyirəm.....-Dadaşov əsəbləşib azərbaycan dilinə keçdi...Birinci mənə başa salız görüm, rusca niyə danışırsız… mən heç kim işləmirəm...Bəli stansiyanın mənim tərəfimdən partladıldığını təsdiq edirəm, ancaq  normadan artıq çəkisizlik şəraitində qaldığım üçün psixoloji problemlər keçirmişəm, ona görə həbs qəti imkan tədbiri seçilməzdən əvvəl tibbi komissiyadan keçirilməyimi tələb edirəm (deyə Dadaşov proyeksiyalarla bağlı qalmaqal barədə bir kəlmə demədi)

Polkovnik qaş-gözünü büzüb, artıq əsəbi tonda elə azərbaycanca:

-         Sizin yaranızı sağaldıb, ayağa qaldırmışıq, ta casusa qarşı bundan başqa nə nəvaziş gözləyirsiz.Üstəlik hansısa tələblər irəli sürəcək durumda deyilsiz. Siz aşkar olunan zaman, geydiyiniz uniformada naməlum təşkilatın təxribat məqsədilə yazdığı, mövcud olmayan ölkənin nişanlar olub.

Dadaşov artıq tam çaş-baş qalmışdı. Mövcud olmayan ölkənin nişanı? Nəyi deyir? Vətəndaşı olduğu 50 ilə yaxın müstəqil olan Azərbaycanımı nəzərdə tutur. Bəs onda onu dindirən hansı ölkənin xüsusi xidmət orqanı zabitidir.

Polkovnik yerindən qalxıb, qarşısındakı qırmızı qovluğu  Dadaşovun qarşınına vızıldatdı.

-         Al, protokolla tanış, verəcəyini cavabları yaxşıca fikirləş. Beş dəqiqəyə gəlirəm.

Dadaşov qovluğu açıb gözlərinə inanmadı. Sənədin yuxarısında SSRİ-nin gerbi durudu. Birdən hardansa radiosiqnal pozuntularının qulaq dələn səsləri eşidildi. Başını çevirib, sağda komod şəklində radioqəbuledicinin durduğunu gördü. Səs ordan çıxırd.

-         Dadaşov, ordasanmı....bilirəm ordasan....qorxma...

Kapitanın rəngi  həyəcandan ağappaq oldu.  Nəyin nə yerdə olduğunu anlaya bilmədi..

 

-         Səni aldatdığım üçün bağışla, ancaq stansiyanı partlatmaq yeganə çıxış yolu idi. Hər halda mənim proyeksiyamı bu missiya ilə proqramlaşdırmışdılar.  Yəqin bildində səninlə danışan kimdir. İstəsən Seymurda deyə bilərsən, ancaq sənə məlum olduğu kimi əsl adım Russodur.

Kapitanın hələ də cınqırı çıxmırdı.

-         Bilirəm beynində min sual oyanır. Ancaq bir şeyi bilsən, hər şeyin cavabı aydın olacaq. Termotoksin aparatı işlək vəziyyətdə partladığı üçün teleportallar ulduz qapılarının bucağını əydi, nəticədə zamanda bir paradoks yaranıb, məlum olduğu kimi sən Azərbaycana Respublikasına yox,  Sovet Sosialist Respubikasına qayıtmsısan yəni keçmişə.  Burdan çıxmaq istəyirsənsə mənə diqqətlə qulaq as. İlk növbədə...

Dadaşov   danışanın cümləni tamamlamasına imkan verməyib, radioqəbuledicini keçirdi.  Yerinə qayıdıb əyləşdi və dərin fikirə getdi....Azından ölkənin strateji proqramını alt-üst edən səriştəsiz biri kimi  tarixə düşmədi. Hələ heç valideynlərinin “doğum planında” deyilsə, deməli gəcələyi dəyişmək olar” deyə özünə təsəlli verib, həvəssiz şəkildə protokolu oxudu.

 

SON

 

0 şərh