Beynəlxalq səviyyədə etiket qaydaları

Hər bir qəbul mühüm siyasi tədbirdir. Qəbullar adətən ölkənin milli bayramı, yüksək nümayəndə heyətinin gəlişi və ya dövlətlərarası münasibətdə mühüm hadisələr zamanı təşkil edilir. Qəbullara "yeyib-içmək" üçün gəlməyi düşünənlər çox böyük səhv edirlər. Qəbul şptirakçıları mühüm beynəlxalq problemlər haqqında fikir və informasiya mübadiləsi imkanından istifadə edirlər. İşgüzar aləm üçün də qəbullar birmənalı iş deyildir. Beynəlxalq protokol təcrübəsində, o cümlədən bizdə də qəbullar ifrata varmadan mümkün qədər sadə keçirilir. Qəbullarda "şərabın çay kimi axdığı, qonşunun qonşunu itirdiyi" vaxtlar çoxdan geridə qalıb. Diplomatik qəbulları təşkil edənlər ümumqəbul formalardan başqa, qəbula həmçinin milli kolorit də əlavə etməyə çalışırlar.

Belə çəhətləri ilə Çin, Yaponiya, Cənubi və Cənub-Şərqi Asiya ölkələri xüsusilə fərqlənir.

50-ci illərin ortalarında Çinə səfər etmiş yazıçı Vanda Vasilevskaya qeyd edirdi: "Çində təyyarədən başqa bütün uçanları, tankdan başqa bütün sürünənləri və sualtı qayıqdan başqa bütün üzənləri yeyirlər". Öz milli ənənələrini belə qayğı ilə qorumuş, müasirləşdirəndə isə onu milli xüsusiyyətlərə zərər vurmadan etmiş xalqa yalnız hərmətlə yanaşmaq olar.

Özünü masa arxasında aparmaq mədəniyyəti etiketin mühüm tərkib hissəsidir. Bununla yanaşı, bəzi ölkələrdə spesifik xüsusiyyətlər qorunub saxlanır ki, bunu da nəzərə almamaq olmaz. Buna görə də ümumi "qızıl qayda" belədir: qonşuna fikir ver, onun kimi hərəkət et, onda, çox güman ki, səhv etməzsən. Bəzən elə olur ki, kimsə namünasib hərəkəti ilə qanqaralığı yaradır: çay (qəhvə) içərkən ağzını yandırır, fincanı aşırır, çayı masa qonşusunun üstünə dağıdır, bıçaq və çəngəli qaydasız götürür, kəsilməli olmayan ərzağı doğramağa çalışır.

Bununla bağlı bir neçə məsləhət. Masa arxasında elə oturmaq lazımdır ki, həm yemək, həm də ünsiyyət üçün rahat olsun. Bunun üçün nə çox aralı, nə də yaxın əyləşmək lazımdır. Dəsmalı dizin üstünə qoymaq, yeməkdən sonra isə dəsmalı bükmədən və düzəltmədən boşqabın sol tərəfinə qoymaq məsləhət görülür. Çində və bir sıra başqa isti ölkələrdə qəbulun sonunda ofisiant xüsusi isti dəsmallar təklif edir. Əgər otaq isti olarsa bu dəsmalla üzü silmək qəbahət sayılmır.

Səhər, nahar və şam yeməyi vaxtı menyüdə göstərilmiş xərəklərin sayına uyğun olaraq boşqabın sağ tərəfinə bıçaqlar, sol tərəfinə isə çəngəllər qoyulur. İlk olaraq sağ və soldakı kənar çəngəl və bıçaqlardan istifadə olunur. Balıq xörəyi üçün xüsusi bıçaq nəzərdə tutulur. Əlavə yeməyə ehtiyac olmadığını bildirmək üçün bıçaq və çəngəl boşqabın sağ tərəfinə qoyulur. Masa arxasında səhbət edərkən, fikirlərini "məhkəmlətmək" üçün bıçaq və çəngəli yellətmək qəti yolverilməzdir - onlardan öz təyinatlarına uyğun istifadə olunmalıdır.

İlk əvvəl isti yemək verilərkən xüsusi ehtiyatlılıq göstərmək lazımdır. Tələsmədən xərəyin soyumasını gözləyin, yaxud qaşığa xörəyi az götürün. Yemək bəzən tək, bəzən cüt qulplu qablarda verilir. Tək qulplu qabdakı yeməyi çay kimi içmək, cüt qulplu qabdakı yeməyi isə qaşıqla yemək məqsədəuyğundur. Çörəyi əllə götürüb kiçik hissələrlə qoparmaq məsləhət görülür.

İkinci - ət xərəyindən lazımi miqdarda kiçik hissəciklər kəsilir. Bəzən balıq və ət xörəklərindən sonra müxtəlif növ pendirlər paylanır. Əgər kimsə bir yox, iki növdən dadmaq istəsə qəbahət hesab olunmur. Yeməkpaylayan qonaqlar üçün vazada meyvə paylayarkən, sizə yaxın tərəfdən götürmək məsləhətdir. Qəbullar, iştirakçıların zövqünə uyğun olaraq, qəhvə yaxud çay dəsgahı ilə yekunlaşır. Mərasimdə mürəbbə, qənd və limon mütləq ayrılıqda paylanılır.

Bəzən etiket qaydaları "qanına, iliyinə" hopmamış şəxslərin hərəkətlərində müəyyən "büdrəmələr" hiss olunur. Əgər sizinlə yanaşı xanım əyləşirsə, stulu masadan aralayıb onun oturmasına kömək etməyi əziyyət hesab etməyin. Sahibə və eləcə də digər xanımlar öz yerlərini tutmamış oturmaq məsləhət deyil.

Bütün mərasim boyu yanınızdakı xanıma qarşı diqqətli olmaq sizin borcunuzdur. Masa arxasında səhbət adətən iştirakçıların hamısı üçün maraqlı ola biləcək - kino, teatr, kitablar, vernisaj, xarici artistlərin qastrolları və sair kimi mövzular əsasında qurulur.

Ağıllı və müdrik o kəslərdir ki, onlar stolu və qəbul mərasimlərini ayıq başla və qarınlarını doyurmadan tərk edirlər. Bir sıra ölkələrdə spirtli içkilərdən istifadə milli ənənə formasını almışdır. İçmək, içməmək, yaxud necə içmək haqqında çox yazılıb. Bu məqamda isə kimin düz, kimin səhv olmasından yox, spirtli içkilər də təklif olunan mərasimlərdə davranış etiketlərindən səhbət aparılır.

Qəbullarda davranış etiketlərini gözləməkdə naşılıq tez-tez müşahidə olunur. Nümunə. Milli bayram münasibətilə səfirlikdə qəbul təşkil olunmuşdur. Sahibə və sahib qonaqları qarşılayır. Dəvətlilərin toplandığı zalda içki və çərəzlərlə bəzədilmiş stol açılmışdır. Sanki elementar qaydada, tələsmədən boşqab götürüb içərisinə yemək qoymaq, badəyə içki süzmək olar. Sahiblər isə bir neçə dəqiqəliyə gecikən "xüsusi qonağı" gözləyirlər. Fəxri qonaq kəlir, hamı stola dəvət olunur, hər şey gözəl, rəvan, sahiblərə hərmət məcrasında davam edir.

Çox təəssüf ki, bəzən başqa hallarla da rastlaşmaq olur. Sahibləri salamladıqdan sonra kimsə stola yaxınlaşır və yeyib-içməyə başlayır, sanki qatara gecikir, bu zaman sahiblər fəxri qonaqları ilə birgə zala daxil olur və onların qarşısında xoşagəlmöz mənzərə acılır.

Qəbullarda az-az da olsa, hər halda, bəzən bir neçə kəlməlik "çıxış" mübadiləsinə də yer verilir. Etiket qaydaları tələb edir ki, yeməyi, içməyi, danışmağı kəsərək çıxış edən səmtə dönərək çıxışa qulaq asmaq lazımdır. Doğrudur, birinci çıxışa qulaq asmağa hövsələ çatsa da, cavab çıxışlarına qulaq asmağa heç də hamının səbri çatmır.

Danışıqlar, səs-küy, qədəhlərin, çəngəl-bıçaqların cingiltisi - belə darıxdırıcı mühitin əhatəsində cavab "sağlıqları" məcburiyyəti yaranır.

"Kokteyl", "furşet" tipli qəbullarda qonaqlar əsasən özləri özlərinə xidmət göstərir. Yaddan çıxarmaq olmaz ki, sizdən başqa da stola yaxınlaşmaq istəyən var. Ona görə də boşqaba yemək qoyduqdan sonra stoldan kənarlaşmaq və digər qonaqlar üçün də şərait yaratmaq lazımdır.

Etiket qaydaları tələb edir ki, dəvət olunan yerlərə vaxtıpda gəlmək və gecikmədən getmək lazımdır.

Xoşagəlmöz vəziyyətə düşməmək üçün harasa dəvət olunduqda öz-özünüzə altı sual verin və onların cavabını özünüz üçün hazırlayın: kim dəvət edir, nəyə görə, nə vaxt, hara (ünvan), geyim forması, cavablandırmaq lazımdırmı? Təəssüf ki, bəzən elə olur ki, kimsə qəbulda iştirak etmək üçün səfirliyə gəlir, halbuki qəbul, hər qonaq üçün xüsusi ayrılmış yerləri olan restoranda təşkil olunub və məlum olur ki, masa arxasında onun üçün yer yoxdur. Bunun səbəbi isə həmin şəxsin dəvəti qəbul etmək haqtında vaxtında məlumat verməməsi olub.

Deyirlər ki, İngiltərə krallarından hansısa etiket qaydalarına çox ciddi münasibət göstərirmiş. Bir dəfə ovda olarkən təyin olunmuş vaxtda qəbul mərasiminə çata bilməyəcəyini bilən kral qasidlə belə bir sifariş göndərir: "Siz, mənim rəiyyətim kralı gözləməyə borclusunuz, ancaq bifşteks gözləməli deyil. Mənsiz başlaya bilərsiniz".

"Geyimə görə qarşılayıb, ağıla görə yola salırlar". Kimsə düşünə bilər ki, bu məsəl dünya kimi qocalıb. Buna baxmayaraq, qarşıda müsbət nəticələrində maraqlı olduğunuz görüş durursa geyiminizə fikir verin və güzgüdə özünüzə diqqətlə baxın ki, hər şey qarşıdakı görüşün mahiyyətinə uyğun olsun.

Bəzən elə olur ki, yayın istisində qara kostyumda və yaxalığı məhkəm nişastalanmış ağ köynəkdə görüşə gəlirlər. Və ya tərsinə, onun əynində sürtülmüş cins, çoxdan təmizlənməmiş çəkmələr, əzilmiş və rəngi bilinməyən köynək olur.

Bəzən bizim həmvətənlərimiz ilk dəfə xarici ölkədə olarkən ən adi şeylərə heyrətlərini gizlədə bilmirlər. Məsələn, bizdə restoran və kafelərin qapısı ağzında dayanan qulluqçular adətən ora adam buraxmamaq üçün dayanırlar. Xaricdə isə bunun əksinə olaraq, yaraşıqlı geyinmiş şveytsar itaətkarcasına maşınınızın qapısını açır və sizi restorana ötürür. Restoranda isə sizi qüsursuz geyimli, daha qayğıkeş metrodel qarşılayır. Bunlar hamısı nəzakətlə, dəqiq və xüsusən də şəxsi ləyaqət hissilə edilir.

Rəsmi tədbirlərdə - diplomatik qəbullarda, konqreslərdə, simpoziumlarda və başqalarında geyim qaydalarına qayıdaq. Yeri gəlmişkən qeyd edək ki, televiziya belə tədbirləri geniş işıqlandırır, arzulayanların bu haqda faydalı informasiyalar alması üçün həmişə imkanları olur. Günün birinci yarısında keçirilən belə tədbirlərdə ilin fəslini və havanı nəzərə almaqla açıq rəngli paltarlara, günün ikinci yarısında isə bir qədər tünd rəngli paltarlara üstünlük verilir. Qeyd edək ki, matəm əlaməti sayıldığı üçün qara rəngli paltar geymək məqsədəuyğun deyil. Geyimin bütün komponentləri təmiz, ütülənmiş və gözəl olmalıdır. Bundan əlavə, geyim üçün seçilmiş köynək, qalstuk, çəkmələr, qadın bəzəkləri uyğun olaraq bir-birini tamamlamalıdır. Ətir və odekolondan qədərincə istifadə etmək lazımdır. Təmizlik, xoşagəlimlik ən vacib şərtdir.

Yadda saxlamaq lazımdır ki, dəb, yəni sizin geyiminiz ancaq öz zövqünüzdən asılıdır. Qadınlar üçün teatra gedərkən bər-bəzəkli, işgüzar gərüşlərdə mütləq biçimli kostyum, yaxud don geymək lazımdır. Gəzintiyə çıxarkən, yaxud əcnəbi məclislərinə baş çəkərkən geyim elə olmalıdır ki, həm sizin üçün rahat, həm də sadə olsun. Kosmetika, doğrudan da, möcüzələr yaradır. Lakin bir şərtlə ki, ondan ağıllı və qədərində istifadə edilsin. Ola bilər ki, bahalı paltara baxmayaraq xoşagəlməz, amma sadə paltarla daha qəşənk görünmək olar. Əsas odur ki, hər kəs öz üslubunu tapsın.

Gözəl seçilmiş kostyum, don, palto, rahat və uyğun ayaqtabı hər bir qadını və ya kişini şax yeriməyə, düz oturmağa, əllərinin sərbəstliyinə, əyilməməyə məcbur edir. Son olaraq onu da qeyd edək ki, yeriyərkən nə başı çox aşağı salıb ətrafdakılara altdan-altdan baxmaq, nə də çox yuxarı tutub ətrafdakılara "yuxarıdan aşağı boylanmaq yaxşı hal hesab olunmur.

Mənbə: "Diplomatik təcrübə və beynəlxalq protokol" kitabı
Müəllif: Fikrət Sadıqov,Qərb Universitetinin professoru

 

5 şərh

fidan
Özümüzünküləri qoyub xariciləri niyə göstərirsiniz:
Leyla
Biri Şimal qızı,biri isə Восточная девушка))dərilərinin rəngi,paltarları,saçları iki tam müxtəlif adamı göstərir.Amma bizim birinci xanıma çatan olmaz.
Offtopa görə üzr istəyirəm. Hamı mövzu barədə şərh yazsın.
bankir
bunu da bookmarklara əlavə etdik:-)
ramzes
Çox yerdə "ö" yerinə "ə" yazılıb. Mövzu isə səviyyəliydi, təşəkkürlər.
rokfeller
Yazılanların hamısı doğrudur.Xüsusilə ingilis kralı haqqında məsəl göstərir ki,Avropada bu sahədə artıq qəbul olunmuş standartlar var və hətta krallar da bunlara tabedir. Xaricdə təhsil alan azərbaycanlı tələbələrin sayı artdıqca etiket və protokol qaydalarının da düzələcəyinə ümid edirəm.