Bloq haqda
Evdarlıq,təmizlik işləri,biş-düş,məişət biclikləri
administratorlar (1)
moderatorlar (0)
moderator yoxdurOxucular (8)
bloqçu burla xatun luminat Aristotel AykaJackson yravil SÜSən_Mehrəliyeva _BUMERANQ_Qalstukların bağlanması, cib dəsmallarının qatlanması qaydaları
- ?
- 04 fevral 2012, 16:11
- _BUMERANQ_
- 6
Xalçalara qulluq
Xalçalara qulluq etmək onun seçimi kimi məsuliyyətli işdir. Maraqlıdır ki, ən az qulluq tələb edən xalçalar qədim, əntiq xalçalardır. Axı onların hazırlanma prosesinə sınaqdan keçirmə mərhələsi də daxildir. İplikdən və yundan toxunmuş xalçaların sonralar yuyulma prosesində yığılmaması və fiziki təsirlərə qarşı davamlı olması üçün onları isladır, tapdalayır, qurudur və havaya verirdilər. Hərçənd xalçalar uzunömürlülüyü və qulluğun sadəliyi ilə fərqlənsələr də onlar çirklənmədən sığortalanmayıblar. Yun xalçalar bir neçə səbəbdən çirklənə bilər:
Ardı
- ?
- 22 yanvar 2012, 20:29
- nilufer
- şərh əlavə et
Evdarlıq elmi haqqında
Ardı
Mətbəxə qulluq
- Xörəkləri alüminium qablarda saxlamayın. Soyuducuya qoyduğunuz yeməkləri qapalı qabda saxlasanız, qoxuları bir-birinə qarışmaz.
- Ətin üzərinə soyuq su töküb qaynatdıqda, ətin qida dəyəri suya keçir. Qaynar suya atdıqda, ətin qida dəyəri ətdə qalır.
- Qaynatdığınız balığın suyundan şorba bişirə bilərsiniz.
- Un şorbası bişirərkən unun qoxusunu almaq üçün içinə makaron əlavə edin.
- Soğanı sirkə ilə yusanız, doğrayarkən gözləriniz yaşarmaz.
- Sarımsağın qabıqlarını soyuq maye yağın içərisində illərlə saxlamaq mümkündür. Həmin yağdan daha ləzzətli olsun deyə, yemək bişirərkən və salat hazırlayarkən istifadə edə bilərsiniz.
- Keks və qurabiyələri ağzıqapalı, hava çəkməyən qablarda soyuducuda uzun müddət saxladıqda təzəliyini itirmir.
- Polad qazançalardan çətin gedən ləkələri təmizləmək üçün, süngərə az miqdarda yumşaldıcı tökərək yaxşıca ovun. Beləliklə, qazançalar əvvəlki parlaqlığına qovuşacaq.
- Sobadakı pis qoxuların qarşısını almaq üçün yemək bişirməzdən əvvəl qabın yarısını su, yarısını isə sirkə ilə dolduraraq bir neçə dəqiqə sobada isidin.
Qış üçün ərzaqları necə hazırlamaq olar?
Çünki həmin konservlərə bakteriyalar yol tapa bilər. Xüsusən “Clostridium Botulinum“ adlı bakteriyalar yüksək temperatura davamlıdır və qaynatma zamanı ölmür.
Dondurmaq, qurutmaq və ya konservləşdirmək yolu ilə bir çox ərzaqları keyfiyyəti pozulmadan saxlayıb qışda istifadə etmək mümkündür. Lakin hansı şəraitdə olursa-olsun, bu üsulla saxlanan məhsulların qida dəyəri azalır.
Konservləşdirmə zamanı aşağıdakı qaydalar nəzərə alınmalıdır:
Ardı
Qadınlara faydalı məsləhətlər
- Kartof püresinə fərqli bir ətir vermək istəyirsinizsə, içinə bir az hindqozu atın.
- Meyvəli keks bişirərkən meyvələrin keksin dibinə çökməməsi üçün əvvəlcə onları una, yaxud nişastaya bulayıb, bir müddət saxladıqdan sonra keksə qatın.
- Səhər yeməyi və ya çay saatı üçün hazırladığınız şirniyyatların daha ləzzətli olmasını istəyirsinizsə, xəmirə əlavə etdiyiniz qabartma tozuna bir az şəkər tozu əlavə edin.
- Evinizdəki bənövşələrin daha çox və gözəl çiçək açması üçün torpağına yumurta qabıqları qarışdırın.
- Dirsək və topuqlarınızın sərtləşməsini istəmirsinizsə, bir dilim limonla ovuşdurun.
- Ət yumşaq olsun deyə qaynadarkən suyuna limon suyu, ya da sirkə qatın. Ancaq qızardacaqsınızsa, bir gecə sirkəli və maye yağlı sousun içində saxlayın. Sousun içinə təzə bitkilərdən nazik-nazik doğrayaraq, ayrıca ləzzət qata bilərsiniz. Sonra ətə heç bir yağ vurmadan qızardın.
- Bərk qatılaşmış qəhvə rəngli şəkəri təkrar yumşaltmaq üçün bir dilim çörək kifayətdir.
- Şüşədə qalan şərabı dərhal atmayın, buz qəlibinə qoyaraq dondura bilər və sonra sous vəsaiti olaraq istifadə edə bilərsiniz.
- Kartof barmaqlarınızdakı yemək ləkələrini çıxara bilər; çiy olaraq dilimləyib ləkələrin üzərinə sürtməniz və sonra da yaxalamağınız kifayətdir.
- Soğanları işləyən bir ventilyatorun qarşısında kəssəniz gözləriniz yaşarmayacaq.
- Şorbanız çox duzlu olsa, panika qaldırmayın.Qaynamaqda olan şorbanın içərisinə çiy kartof dilimləri atın və bişərkən çəkdikləri bütün duzla birlikdə zibilə atın, xilas oldunuz!
- ?
- 21 iyul 2011, 20:40
- nilufer
- şərh əlavə et
Bu təhlükələrdən xəbəriniz varmı?
Və ya kosmetikada istifadə etdiyimiz məhsulların hansı xəstəliklərə gətirib çıxarmasından xəbərimiz varmı? Halbuki, biz bu məhsulları alarkən yalnız bircə şeyi düşünürük: aldığımız məhsullar — istər saç şampunu olsun, istərsə də qabyuyan məhsullar, bizi qane etsin. Məsələn, şampunları götürək: bəzi şampunların tərkibində sintetik yuyucu maddələr olduğu üçün dəridəki təbii yağın itməsinə, gözlərin qıcıqlanmasına səbəb olur. Hamilə qadınların bu cür şampunlardan istifadə etməsi isə xüsusilə təhlükəlidir.
Ocağı təmizləmək üçün istifadə edilən məhsulların tərkibində amonyak və digər kimyəvi maddələr olduğu üçün (xüsusilə də sprey şəklində olanlar) dəri, göz və ağciyər üçün təhlükəlidir.
Ardı
- ?
- 21 iyul 2011, 20:28
- nilufer
- şərh əlavə et
Ütüləmək biclikləri
Ütü eləmədən əvvəl hər bir parçanı çəkib düzəldin.
Ütü masasının yaxınında həm ütülənmiş həm də ütülənməmiş əşyalar üçün yer ayırın, beləcə gedib gələrək vaxt itirməzsiniz.
Ardı
- ?
- 09 iyul 2011, 15:58
- burla xatun
- 2
Evdar qadınların qeyd dəftərinə
1. Salat düzəldərkən istifadə olunan tərəvəzlərin quru olmasına fikir verin. Sulu olanda onların dadı qarışmır.
2. Tərəvəzləri bişirəndə onlara isti su töksəniz daha ləzzətli olar. Onların rəngi təravətli qalsın deyə, qazanın qapağını açıq saxlayin.
3. Makaron bişirəndə suyun içərisinə bir-iki bütöv soğan və kök atin, daha ləzzətli olacaq.
Ardı
- ?
- 03 may 2011, 23:46
- ayxansevda
- şərh əlavə et
Evdar xanımın biclikləri
1.Buz qablarınızı su ilə doldurmadan əvvəl,bölmələrə portağal, limon, istədiyiniz meyvə parçaları və ya nanə yarpaqları qoysanız,dekorativ buzlar əldə edərsiniz.
2.Pambıqlı paltarlarınızın daralmaması üçün ilk yumadan əvvəl 1 gecə soyuq suyun içində saxlayıb sonra yuyun. Beləcə yuyluduqdan sonrakı daralma olmaz.
3.Yeni tava aldığınızda onun içində 1 az sirkə qaynadın. Bu proses gələcəkdə qızardılan yeməklərin tavaya yapışmasının qarşısını alar.
4.Divara mismar vurmaq istədikdə,vuracağınız yerə çarpaz formada yapışqanlı lent yapışdırın. Sonra mismarı vurun. Bununla divara vurulan gips və ya digər tikinti materialını zədələməmiş olarsınız.
Ardı
- ?
- 18 yanvar 2011, 10:34
- burla xatun
- 1

