Evinizdəki havanı təmizləyən effektiv bitkilər

Çoxlarımız elə bilirik ki, evimizdəki hava təmizdir. Havada formaldehid, benzol və trixloretilen kimi bəzi kimyəvi maddələr mövcuddur. Mütəxəssislər bütün bu kimyəvi maddələrin birləşərək insanlarda allergik simptomlar əmələ gətirə biləcəyini bildirirlər.

Hər gün nəfəs aldığımız hava müxtəlif (hətta ağlınıza belə gətirmədiyiniz) mənbələrdən çirklənir. NASA (ABŞ-ın Milli Aerokosmik Assosasiyası) tədqiqatlar nəticəsində müəyyənləşdirmişdir ki, 300-dən çox üzvi qarışıq kosmos ətrafında dolanır və yer kürəsi üzərindəki hava təbəqəsini çirkləndirir.

Bundan baska heç bilirsinizmi ki, evinizdəki mebel də nəfəs aldığınız havanı zəhərləyir?

Mütəxəssislər zərərli maddələri havadan soraraq təmizləmə işini həyata keçirmək üçün otaqda ən az 3-4 bitki saxlamaq lazım olduğunu bildirirlər.Evdə saxladığımız bitkilər evin havasını bir sıra toksinlərdən təmizləyir, nəfəs alarkən verdiyimiz karbon qazını udaraq fotosintez prosesinə sərf edir və oksigenlə havanı zənginləşdirir. Yarpaqları havanı nəmləndirir, kökləri isə kimyəvi maddələri və virusları özünə çəkir.  Buna görə də evinizdə havanı təmizləmək üçün çoxlu bitkilər saxlayın. Evinizi bitkilərlə dekorasiya etsəniz, onlar sizə evinizdəki arzuolunmaz toksinlərdən (zəhərli maddələrdən) qurtulmağa kömək edəcək.

NASA-da aparılan bir araşdırma nəticəsində, Areka Palması bir otağın içindəki formaldehid maddəsini 4 saat içində təmizləyib.

Ev Havasını Təmizləmək Üçün Ən Effektiv Bitkilər:

Ayıdöşəyi ( qıjı)


Xrizantema

    


Drakon ağacı

  


Sarmaşıq

  

 

Areka Palması

   


Kleome (Chlorophytum Comosum – spider plants) 

İngilis sarmaşığı. 1973-cü ildə NASA sıxlaşmış hava örtüyünün keyfiyyətli olmasını təmin etmək məqsədilə təcrübə keçirmiş və nəticədə, yuxarıda adı çəkilən bitkilərin daha güclü təmizləyici effekti olduğunu aşkarlamışdır. Kleome formaldehidi, xrizantema isə benzolu (başqa sözlə, kanserogen, yəni xərçəng xəstəliyi yaradan zərərli tullantıları) daha effektiv şəkildə təmizləyir.

Müxtəlif bitkilər müxtəlif maddələri təmizlədiyindən, yaxşı olardı ki, otağın hər 100 kv. m-ə minimum iki növ bitki yerləşdirəsiniz. Daha çox olsa isə təbii ki, ziyanı yoxdur (Burada, əlbəttə, yataq otağı istisnadır, çünki gecə sizə lazım olan oksigeni bitkilər “istehsal” yox, “istehlak” edəcək).

Xüsusən də, əgər eviniz elektrik məftilləri keçən yerə və ya köməkçi stansiya və s. bu kimi elektriklə bağlı məntəqə yaxınlığındadırsa, mənzilinizdə mütləq kanserogen maddələri təmizləyən bitkilər saxlamağınız tövsiyə olunur.

 

 

0 şərh