Ağladan soğan

Soğan indiki vaxtda dünyanın dörd bir küncündə istifadə olunan və dəyişik bir aromaya sahib qidadır. Qatıldığı hər cür yemək və salata ayrı bir dad verir. İçində olan müxtəlif amin turşuları sayəsində bədənə bir çox faydası vardır. Çox xəstəlikdən insanı qoruyur.Bəs yaxşı, bu qədər faydalı və ləziz olan soğanı doğrayarkən niyə gözümüz yanır, yaşarır?

Soğan bəsləyici olması ilə yanaşı super aromatik dada malikdir. Bu aromatik dad içində olan kükürdlü maddələr və sulfid ehtiva edən amin turşulardan qaynaqlanır. Soğanı kəsdiyimiz anda propenylcysteinesulphoxide deyilən qisim həll olaraq proponal S oxit ortaya çıxır. Ortaya çıxan bu turşu gözümüzə dəydiyi anda hiroliz meydana gələr və içində az miqdarda olan sülfrik turşu gözümüzün yaşarmasına səbəb olar.

Bu hadisə çox qısa çəkər və istilik ilə yox olar. Məsələn: bişmiş soğanı doğradığınızda gözünüz yanmaz. Deyilənlərə görə soğanı doğrayarkən edilən bir neçə əməliyyat ilə gözlərinizi qoruya bilərsiniz.

Bu qaydalar belədir:
• Doğramadan əvvəl soğanı yumaq
• Soyulmuş soğanı soyuducuda bir az saxlamaq
• Dil çıxararaq doğramaq
• Bişən yemək yanında doğramaq
• Ağızda çörək yada kəsmə şəkər tutaraq doğramaq
• Doğrayıcı bıçağı soyuq suda yumaq
• Linza taxmaq
• Doğrama əməliyyatı əsnasında ağızdan nəfəs alıb — vermək
• Dəniz gözlüyü taxmaq
 

9 şərh

pascal
Təsəvvür edin, 1 və ya 2 kq soğan soyana qədər diliniz çöldə qalır. ))
Mən bir üsulda eşitmişdim, guya soğan doğrayarkən saqqız çeynəmək gözlərin göynəməsinin qarşısını alır.  
Cavid
saqqız xeyr etmir ki?) soğandan soğana da fərq olur yeqin)
name
• Dil çıxararaq doğramaq :DDD   Saqqızı hamı deyir, amma tətbiq edən adam görməmişəm. Bir gün doğru olub-olmadığını yoxlayacam. Bir də bu işi açıq havada edəndə göz yaşarmırmış yaxud az yaşarırmış.(Balkonun faydaları) 
_BUMERANQ_
Mən yoxlamışam, saqqız ceynəyərək sogan dogramagın hec bir faydası yoxdu, göz yanır elə. Ən yaxşısı eynəklə sogan dogramaqdı. :)
name
:D Lap şəkildəki kimi ;)
_BUMERANQ_
Şəkildəki lap əla olardı, amma bizdə gün eynəyidi. Sogan dograyarkən xüsusi imic yaradırıq :)
name
Lazımdı… Soğan doğramaq üçün xüsusi hazırlıq tələb olunur. Gün eynəyindənsə dəniz eynəyi daha yaxşı olar. Kənarları da bağlıdı. Anama məsləhət görəcəm :)
A_T_zade
Mən bir dəfə soğan doğradıqdan sonra üç ay əziyyətini çəkirəm. Soğan doğrayarkən gözlərin yaşarmaması üçün ən yaxşı üsül soğanın qabığını soyub, iki hissəyə ayıraraq bir saat müddədində axar suyun altinda saxlamaq lazımdır.
_BUMERANQ_
Bir saat suyun altda saxlamaq metodundan istifadə etsək, evdəkilər acılıqda ölər axı :)