Şampanı düzgün açmaq qaydası

Şampanla ehtiyyatlı davranmaq lazımdır və bilməyənlər onun düzgün açılması ilə bu faydalı məsləhətdə tanış ola bilərlər.


1. İlk olaraq əmin olmalısınız ki şampan soyuqdur. Əgər elə deyilsə onu mütləq buzla dolu vedrəyə yerləşdirin. Vedrəniz yoxdursa bir neçə saatlıq soyuducuya qoymanız gərəkdir. Şampanı açmazdan əvvəl qədəhlər təmizlənir, yuyulur və buzlu su ilə doldurulub kənarda saxlanılır.

2. Butulkanın üzərindəki kağız soyulur.

3. Kağız açılandan sonra, qapağın üzərindəki məftil ehtiyyatla burulur lakin qapaqdan çıxarılmır.

4. Şampanı 45° altında əyin. Sağ əlinizlə qapaq və məftildən möhkəm tutun. Sol əlinizlə şüşənin altından tutub şüşəni özünüzdən kənara yavaş-yavaş burun.

5. Əgər şampan kifayət qədər soyudulubsa, o zaman açılanda siz fışıldayan səs eşidəcəksiniz. Yox əgər tam soyudulmayıbsa — qırıq-qırıq səslər.

6. Nəhayət qədəhdəki suyu boşaldıb, ora şampan əlavə edə bilərsiniz. Nuş olsun!

0 şərh