Badımcan acısının çıxarılmasının asan yolları

Badımcan acısının aradan qaldırmağın bir neçə üsulları mövcuddur. Acı ilə mübarizədə bizə yardımçı əsasən duz olacaq.

Bir qayda olaraq badımcana acı dad verən yalnız onun qabığıdır. Buna görə, əgər sizin reseptinizə bu uyğundursa, o zaman yalnız badımcanı qabığından təmizləmək bəs edir.


Digər üsul — əvvəlcədən normal dilimlərə doğranmış badımcanı duzlu suda (1 x/q duz: 1 litr su) yarım saat saxlamaqdır. Boşqabın ağzı digən boşqabla bağlanıb üzərinə ağır yük qoyulur, məsələn su ilə dolu banka. Vaxt bitəndə badımcan adi krant suyunda yuyulmalıdır.

Badımcan acısının çıxarılmasının digər populyar üsulu isə onları duzla sürtməkdir. Bunun üçün badımcan uzunlamasına yarı kəsilib və hər iki yarısı duzla sürtünür. Belə halda badımcandan axan şirə ilə onun acılığı da çıxacaq. Təqribi 12-15 dəqiqədən sonra badımcanı soyuq suda yumaq lazım olacaq.
 

0 şərh