Jalüz pərdələrin təmizlənməsi

Həm tül, həm də günəşdən qoruyucu olaraq istifadə edilən jalüz pərdələr olduqca praktik ev əşyalarıdır. Hazırlandığı məhsuldan dolayı çox tez-tez kirlənməzlər. Toz tutmayan xüsusi ipliklərdən hazırlanır. Tez-tez hərəkət etdirildiyi üçün üzərində asanlıqla toz toplanmaz. Ancaq buna baxmayaraq, 2-3 həftədən bir üzərindəki tozu təmizləmək lazımdır.

Jalüz pərdənin üzərindəki tozu təmizləmək üçün tozsoranın nazik ucundan istifadə bilərsiniz. Bundan başqa spirtsiz nəm salfetlərdən istifadə edin. Spirt pərdənin rəngini aça bilər.

Pərdələrin istifadə edildiyi yerlərdən asılı olaraq kirlənməsi də fərqli olur. Mətbəxdə havalandırma olmadığından istifadə edilən jalüz pərdələr tez kirlənə bilər.

0 şərh