Göyərtiləri uzun müddət necə saxlamalı?


Mətbəxlərdə ən çox israf olan qidalar cəfəri, şüyüd, nanə kimi göyərtilərdir. Bəs göyərtiləri uzun müddət xarab olmadan saxlamaq mümkündürmü?
 
Əvvəlcə bildirək ki, alış-veriş edərkən kiçik dəstələri seçməlisiniz.
Göyərtiləri mütləq soyuducuda saxlayın. Açıqda qalan qidalar təzəliyini itirir və soyuducuda qoxu yaranmasına səbəb olur.
 
Yaş, nəm göyərtini sellofan torbada soyuducuya qoysanız, bir neçə gün ərzində yeyilməz hala gələr. Bunun əvəzinə, göyərtiləri əvvəlcə yaxşı qurudun, sonra da kağıza bükərək, sellofan torbanın içində soyuducuya qoymalısınız.
 
Bir başqa üsul da var. Göyərtilərin uzun müddət təzə qalmasını istəyirsinizsə, əvvəlcə onları yuyun və yaxşıca qurudun. Bir stəkanın yarısına qədər su doldurun və içinə göyərtiləri qoyun. Sonra iri balon götürün. Stəkanı balon qapağının içinə qoyun və balonu tərs şəkildə onun üstünə qoyun. Bankanın qapağını bərk bağlayaraq, sərin bir yerdə saxlayın. Bu şəkildə göyərtiləri təxminən 2-3 həftəyə qədər təzə saxlaya bilərsiniz.
 

0 şərh