Şoppinq üçün məsləhətlər

1. Şoppinq-gərginlikdən ən gözəl çıxış yoludur. Buna görə də alış-verişdən qalmayın, hətta depressiyyada olduqunuz zaman.
2. Alım, yoxsa almayım? - bu sual qarşısında qalsanız, əlbəttə ki, alın. Aldığınızı aparıb həftə ərzində qaytara da bilərsiniz, amma almadığınızın məyusluğunu çəkmək daha ağırdı.
3. Paltarı geyinəndə bir qədər rahatlaşın və öz malınız kimi hiss edin. Əgər geyimdə doğmaliq hissi yaransa, onda o geymi almağa dəyər.
4. Yay sarafanlarını çox almağa dəyməz. Çünki, bir mövsüm ərzində, bu geyimləri geyinməyə çatdırmasanız artıq gələn ilin dəbi dəyişiləcək və o geyim sizə lazım olmayacaq.
5. Şubanı yayda, çimərlik dəstini isə qışda almayın! Çünki, mövsüm yetişənəcən o sənin gözündən düşəcək və adiləşəck, geyimi təzə yox köhnə hiss edəcəksən, təzəsini almağa can atacaqsan. Hər geyimi öz vaxtında al!
6. Şokolad sizin əhval-ruhiyənizi qaldıracaq və stressi atmağa kömək edəcək. Ona görə də hər zaman alış-verişə çıxanda özünüzlə şokolad götürün. Və sən bahalı geyimlər alarkan, daha ürəkli olcaqsan.
7. Aliş-verişə çalış hər zaman səhər saatlarında çıx, çünki onda beyin yüklənmir və seçimini daha uğurlu edə bilərsən.
8. Böyük şoppinq zamanı çalış rahat ayaqqabı geyin. Əks halda tez yorulacaqsan və vaxt azlığı sənin aliş-verişinin ugursuzluğu ilə nəticələnəcək.
9. Şoppinq zamanı özünlə artıq əşya götürmə, o sənə mane olacaq, hətta sən onu itirə bilərsən. ƏN ƏSASI İSƏ ÖZÜNLƏ PİS ƏHVAL-RUHİYYƏLİ VƏ PAXIL DOSTLAR GÖTÜRMƏ

10. Şoppinqə çox da ciddi yanaşma. ”maaşını aldıqdan sonra alış - verişə çıxmaq olmaz “, “rastına çxan hər əşyanı almaq olmaz”, - bu kimi misallardan uzaqlaş. Çünki, bir çox maraqlı geyimləri qaçıra bilərsən.
11. Hətta ucuz mağazalarda özünə hörmət və diqqət tələb et. Əgər sənin razmerin və istədiyin rəng yoxdusa o geymi ucuz olduğu üçün alma.
12. Əgər bahalı üst geyimi, gecə geyimi, nişan paltarı, almağa çıxmısansa onu almağa tələsmə. Bir gecə o geyimin fikiri ilə yat. Əgər, bəyəndiyin bahali geyim səhər də sənin ürəyincə olsa, onda qiymətindən aslı olmayaraq o geyimi almağa dəyər.
13. Heç vaxt satıcıların şirin dilinə, geyimin ucuz olduğuna, “verərəm dərzi kiçildər” - kimi fikirlərlə geyimi alma. Geyim sənin əyninə tam oturmalıdır və öncə sənin ürəyincə olmalıdır.
14. Ayaqqabı, alt geyimi, eynək - sənin sağlamlığına təsir edə bilər. Bunları alarkən xasislik etmə, ən gözəlini, ən gözəl markadan olanını al.
15. Əgər bu mövsümün yeni modası sənin xoşuna gəlmirsə, heç də üzülmə. Və sən onu geyinmək məcburiyətində deilsən. Ürəyin istədiyi geyimi al. Əsas odur ki, sən geyimdə özünü rahat hiss edəsən.

 

0 şərh