Fleşmob

Fleşmob ingilis sözüdür.Flash-qığılcım,ildırım,mob isə kütlə deməkdir.Mənası odur ki,əvvəlcədən hazırlanmış insan izdihamı qəfildən kütləvi aksiya həyata keçirir,absurd nəsə bir iş görür,sonra da heç nə olmayıbmış öz yerlərinə qayıdılrar. Hə,fleşmob dəlilikdir. amma xoş dəlilikdir. Fleşmobun şərtləri:
1. hərəkət qəfil olmalıdır.
2. Fleşmoba görə heç kim pul alıb-vermir.
3.elə təəssürat yaranmalıdır ki mobberlər də adi insanlardır,yoldan ötənlərdir.Onların mobber olduğu əvvəldən sezilməməlidir.
4. Ssenari gərək dəlifason olsun,heç bir məntiqə uymasın,bir az qatıq şey olsun)))
5. Fleşmob sadə gülüş xatirinə olmamalıdır.Çox vaxt mobberlər ciddi,soyuqqanlı şəkildə öz işlərini görməlidirlər. yəni fleşmob prikol,zarafat mənbəyi yox,təəccüb mənbəyi olmalıdır.
6. Fleşmobda gərək nəsə sirli tapmaca olsun.İnsana əvvəlcə həm qeyri-ciddi,prikol kimi gəlməli,eyni zamanda onda nəsə çətin məna olmalıdır.

Belçikada Antverpen şəhərinin vağzalında olan fleşmob buna misaldır. Adama elə gəlir ki,adi gündür.Hamı qatar gözləyir,qəzet oxuyur,söhbət edir.Birdən millət sanki dəli olur.Do-re-mi mahnısı altında rəqs etməyə başlayır. 200dən artıq adam gördüyünüz kimi birdən rəqs edir.Super bir şeydir!
Mənim indiyə kimi vidosuna baxdığım ən yaxşı fleşmob aksiyası isə Roma şəhərində 2009-ciu ilin dekabrın 21 keçirilmiş,Yeni il ərəfəsində olan fleşmobdur:


Daha bir çox maraqlı fleşmob aksiya-Donmuş Zaman. Deməli birdən-birə qatarda zaman dayanır.Hamı birdən donur. 

Xüsusilə banan yediyi yerdə donmuş çinli qız və ayaqqabısını bağlayan yerdə daşlaşmış oğlan çox maraqlıdır.Özü də maraqlıdır ki,yerlərindən tərpənmir,gülmür,hisslərini biruzə vermirlər.Həqiqətən çətindir.
 

15 şərh

bankir

Ən yaxşı fleşmob aksiyası Moskvada olandır.Rəqslər müxtəlif,hərəkətlər çılğın:



2ral
5:57 başlayan Moscow never sleeps mahnısı ilə çox gözəl alınıb! Məəttəl qalmışam.
Azero
Səviyyə…
Leyla
nə mənada? Yəni pisdir yoxsa yaxşı? Belə abstrakt cavablar yazmayın,bilmək olmur bəyənirlər yoxsa yox=)
Azero
Nə pis mənada? Əladır e. Ümumiyyətlə mən ilk dəfədir fleşmoba baxıram. Çox maraqlı gəldi mənə.
Nailə_Rzayeva
Mən başqa ölkələrdə təşkil olunan fleşmobların videogörüntülərinə baxmışam, çox maraqlıdır. Sabah bizim Bakıda da AVATAR fleşmob təşkil olunacaq, iştirak etmək istəyənlər və ətraflı məlumat almaq istəyənlər: http://www.facebook.com/event.php?eid=112941985393760 linkə baxın...
Sufi
Deyəsən zamanı itirmisiz. 25 aprel sabah deyil.siz bu şərhi yazdığınız vaxt artıq avatar flashmob keçirilib qurtarmışdı.
Nailə_Rzayeva
Aaaaaaaa, üzr istəyirəm. Bu gün olmalı idi, axı? Mən zamanı doğrudan da itirmişəm. Xatırlatdığınız üçün təşəkkürlər…
Sufi
bankirin göstərdiyi fleşmoba çatan olmasa da,mənim xoşuma birisi gəldi.Deməli Latviyada(Riqada) birisi doğurdan da fleşmob aksiyasının içinə düşr və özü orda iştirak edir. Çox prikol alınıb.


Leyla
Bəs o əjdahadan niyə bizə yoxdur? =))))
Magicboy
sənə əjdaha lazımdır?
papatürk
Bakıda da təcili bir fleşmob etmək lazımdır,amma maraqlı bir şey fikirləşmək lazımdır. Azərbaycanlı tələbələr o qədər də aktiv deyil belə şeylərdə.
niqulya
Marketinq üçün fleşmob çox maraqlı imkandır. yəqin ki yaxın gələcəkdə Azərbaycanda da maraqlı fleşmob aksiyalar olacaq.
_BUMERANQ_
Fleşmoblar həmişə mənimçün çox maraqlı olub. Belə çılğınlığı bəyənirəm.
Ümid edirəm ki, nə vaxtsa Azərbaycanda da dünya səviyyəli fleşmoblar olacaq.
Xüsusən «Donmuş zaman» fleşmobu çox inandırıcı idi, elə bil insan deyil maketdilər. 
Medikamentoz
Yazıda 3 məqam qaranlıq qaldı.1) mob-səhv etmirəmsə hərəkətliliyi bildirən sözün qısa formatıdır. 2) prikol-bu sözün dilimizdə tərcüməsi yəqin ki tapılmayıb. 3)qatıq şey--nə deməkdir? Yəni ağ və faydalı? :)