Empedokl

EmpedoklSiciliyada varlı və aristokrat bir ailədə dünyaya göz açmış bu körpə sonralar bütün dünyanı heyrətə gətirəcək qabiliyyəti və istedadı ilə həm xalqına, həm də ölkəsinə böyük bir şöhrət gətirmişdir.

O, Eskulap və İbn Sinadan sonra dünya təbiblərinin üçüncüsü, Siciliya təbabətinin banisi hesab olunur.

Həkimlik fəaliyyətinə şamanlıqla başlamış və təbabəti şamanlığın vəhdətində inkişaf etdirərək böyük uğur və şöhrət sahibi olmuşdur. Empedokl həm də peşəkar sehrbaz idi. İnsanların gözü qarşısında möcüzələr yaradan, özünə daha çox diqqət cəlb etdirməyi xoşlayan, ekstravaqant geyimləri ilə seçilən uzun saçlı, bu insan haqda dolaşan şaiyələr bu gün də səngimək bilmir.

Səyahəti sevərdi. Lakin bu səyahətlərdə " həm ziyarət, həm ticarət" prinsipindən yararlanar, üz tutduğu məkanda öz auditoriyası qarşısında özünü təbliğ edər, sehr və möcüzələr göstərər, təlqin və psixoterapevtik prosedurlardan istifadə edərək hamını özünə ram etdirərdi. Hətta onun barəsində yağışları və küləkləri idarə edə bilən ilahi güc sahibi kimi formalaşmış əfsanə və rəvayətlər mövcud idi.

Əslində Empedokla şöhrət gətirən ən uğurlu və mütərəqqi təlimlərdən biri bataqlıqlara qarşı mübarizə və onların qurudulması ideyası oldu. Bu təbliğat xüsusi ilə həmin dövrdə tüğyan edən malyariya epidemiyasına qarşı aparılan mübarizədə öz bəhrələrini verməyə başladıqda b.e.ə. V əsrdə Selinunt şəhəri ətrafında böyük bir bataqlığı qurutmaqla öz əhəmiyyətini bir daha göstərmiş oldu. Bu ideyanın banisi kimi malyariya xəstəliyinə qarşı elmi əsaslarla mübarizə xətti onun həkimliyinə şübhə edənləri də ram etdi. Bütün bunlar sözsüz ki, Empedoklun özünə də ilham verir və daha ciddi elmi axtarışlar və müşahidələr aparmağa sövq edirdi. Təbabətlə məşğul olarkən anatomiyanın sirrlərinə bələd olmağa çalışması bu elm sahəsində ilk dəfə olaraq orta qulaq labirintinin elmi təsvirinin və anatomik quruluşunun müəyyən edilməsi ilə nəticələndi. Bu orqanın mürəkkəb quruluşu haqda təsəvvürlər bu günə kimi də aktuallığını itirməmişdir. Onun külliyatında tənəffüs orqanları, ürək fəaliyyəti və qan dövranı, görmə və iybilmə haqqında müfəssəl fikirlər işıqlandırılmışdır.

Bu qəribə insan həm də vegeterian idi. Prinsipiallığı həyat tərzinə də təsirsiz ötüşməmişdir. Belə ki, o, dəri ayaqqabılardan imtina edərək mis və gümüşdən hazırlanmış xüsusi səndəllər geyər və musiqiyə qulaq asmağı xoşlayardı. Musiqiyə olan aludəliyi onda musiqi vasitəsi ilə bir çox xroniki xəstəliklərin müalicəsini həyata keçirməsinə əsas vermişdir. Bu zaman o belə xəstələrin müalicəsində Homer və Hesidonun əsərlərindən istifadə edirdi.

Hec nə boşdan yaranmır. İlahi quvvəsiz hec na yaranıb, məhv ola bilmazEmpedokl  irsiyyət, gen, qan, toxuma və orqanizm haqqında özünəməxsus təsnifatlar hazırlamış və onların elmi əsaslarını tibbi, fəlsəfi biliklərlə izah etmişdir. Onun fəlsəfəsinə görə təbiətdə hər şey öz başlanğıcını 4 elementdən götürür: od, su, hava və torpaq. Bu kimi dəyişməyən substansiyaların müxtəlif proporsiyaları üzvi maddələr və orqanların yaranmasına səbəb olur. O qanı düşüncənin substratı, sümüyü isə 2 hissə sudan, 2 hissə torpaqdan və 4 hissə oddan ibarət substrat hesab edirdi.

Gözəl müşahidə qabiliyyətinə malik olan həkim həm də cütlüklər haqqında özəl fikir və mülahizələrlə çıxış etmişdir. İsti və soyuq regionlara görə kişi və qadın cütlüklərinə təsnifat verərək belə bir fikir irəli sürmüşdür: əgər doğulan uşaq oğlandırsa demək ata isti torpaqdandır, əksinə qızdırsa, valideyinləri şimaldan soyuq iqlimdən gəlmədirlər. Onun nəzəriyyəsinə görə kişilər  isti iqlim qurşağı olan cənub və şərqi ölkələrdən, qadınlar isə şimal  soyuq iqlim ölkələrin mənsublarıdırlar.

Fəlsəfə və tibbi baxışları, musiqi və poeziyaya sevgi onun həm də gözəl natiq kimi formalaşmasında istisna rol oynayırdı. Bəzən də öz fəlsəfi fikirlərini poema şəklində qələmə alır və çıxışları zamanı öz auditoriyasını bu şerləri ilə valeh edirdi. Onun 2 poeması  «Təbiət haqqında», «Təmizlənmə» və 450 şeri günümüzədək gəlib çıxmışdır.

Empedoklun atom, nüvə, ilahi yaranış və s. elmi və dini biliklər haqqında da özəl mülahizə və şərhləri olmuşdur. Empedokl Siciliyanın ilk demokratik partiyası Akraqantanın yaradıcısı olub.

Heraklitə görə Empedokl «canlı olaraq» göylərə çəkilib. Ölümünü görən olmayıb. Başqa mənbələrə görə isə o, özünü Etnanın kraterinə ataraq yandırmışdır.     
«Heç nə boşdan yaranmır. İlahi qüvvəsiz heç na yaranıb, məhv ola bilmaz».
«Dünya məhəbbət va düşmənçiliyin daimi antoqonizmi üzərinda qurulub. Bıı dialektikanın ilk himnidir». (Empedokl)

Mənbə: «Tibb xəbərləri» jurnalı

2 şərh

sharifova
yenice qeydiyyatdan kecdim.mukemmelsiniz.ellerinize sagliq butun bu deyerli melumatlar ucun,
azadmamedov90
Empedokl- yalniz tibb alemine agah olan sexs…