8.1. Italiyanın müasir iqtisadiyyatının inkişaf xüsusiyyətləri

Italiya öz iqtisadi inkişafına görə dünyanın aparıcı sənaye dövlətlərinin «böyük yeddiliyini» qapayır. Adambaşına ÜDM göstəricisi İtaliyada 39900 dollardır(nominal) Avropada iqtisadi cəhətdən dördüncü,dünyada isə 7-ci ən böyük  ölkə İtaliyadır.Düünyada ilk 10 ən böyük məhsul ixracatçısından biri də İtaliyadır. Buraada həyat səviyyəsi hətta ABŞ,Almaniya və s. ölkələrdən də bəzi sahələrdə üstündür.Ən çox şərab ixrac edən,ən böyük turizm regionlarından olan,dünyada 4-cü ən böyük qızıl-valyuta ehtiyatı olan İtaliya Avropada 5-ci ən böyük avtomobil istehsalçısıdır.
Italiya 300 min kvadrat kilometr ərazidə yerləşən iri döv­lətdir və bu göstəriciyə görə Qərbi Avropada yalnız Fran­sadan, Ispaniyadan və Almaniyadan geri qalır. Italiya əha­lisinin sayı 58 milyon nəfərdir. Onların 94%-i ital­yan­lardır. Əslən Italiyadan olanların 20 milyondan çoxu xa­ricdə yaşayır (əsasən ABŞ-da, Fransada, AFR-də və Argen­tinada). Italiya faydalı qazıntı sarıdan kasıb dövlətlər sırasındadır. Ona görə də ölkə yanacaq idxalından, sənaye və kənd təsərrüfatı xammalının, meşə mate­rial­larının idxalından kifayət qədər güclü asılılıqda qalır, emal­edici sənaye isə əsasən idxal olunan xammalla işləyir. Ita­liyanın iqtisadi-coğrafi vəziyyəti – Aralıq dəyizi hövzəsinin mərkəzi (Avropanın cənubu, Apennin yarımadası və ona bitişik olan adalar, bu adaların iriləri – Siciliya və Sar­diniya) – hələ qədimdən Avropa ölkələri ilə, həmçinin Yaxın Şərq və Şimali Afrika ölkələri ilə xarici iqtisadi əla­qə­lərin inkişafına şərait yaradırdı. Bundan başqa, Şimal və Cənub arasında tarixən təşəkkül tapmış regional müxtəlifliklə şərtlənən italyan modelinin spe­si­fikliyi ölkənin xarici əlaqələrinin inkişaf etdirilməsini və möh­kəm­ləndirilməsini diktə edir.
Ikinci Dünya müharibəsindən sonra Italiya iqti­sa­diyyatı çox möhkəmləndi. Ölkə dünya bazarında bərqərar oldu və kök saldı. Kapitalın yığılma sürətinə görə Italiya yalnız Yaponiyadan geri qalırdı. Müharibədən sonrakı dövr­də Italiya ÜDM-in orta illik artım sürətinə və əmək məhsu­l­darlığına görə Qərbi Avropanın aparıcı ölkələri arasında ikinci (AFR-dən sonra), bütün Qərb dünyasında dördüncü idi. Bununla yanaşı, tarixi, siyasi və sosial xarakterli bir sıra səbəblər iqtisadi inkişaf prosesini sən­gidirdi. Ona görə də iqtisadiyyatın inkişaf dinamikası isteh­salın yüksək inkişaf sürəti və iqtisadi enişlərin, staq­na­siyaların növbələnməsi ilə xarakterizə olunurdu. XX əs­rin axırıncı onilliyində və XXI əsrin əvvəlində ölkə üçün ÜDM-in kifayət qədər stabil inkişaf templəri xarakterikdir (cədvəl 8.1).
Cədvəl 8.1
Real ÜDM-un artımı, əvvəlki ilə nəzərən %-lə

1991

1992

1993

1994

1995

1996

1997

1998

1999

2000

2001

2002

2002

1,1

0,6

1,2

2,1

3,0

1,1

1,8

1,6

1,5

2,9

1,8

0,4

1,8

Əgər 1993-cü ildə Avropanın mübadilə kursları me­xa­nizminin böhranı nəticəsində ölkədə resessiya müşa­hidə olunurdusa, 2000-ci ildə Italiya yenə də yüksəlişdə idi. 2001-ci ilin əvvəli Italiya iqtisadiyyatının inkişafı üçün kifayət qədər optimistik proqnozlar vermək imkanı yaratdı. ÜDM 2001-ci ilin ilk üç ayı ərzində 2000-ci ilin analoji dövrü ilə müqayisədə 3%-dən çox artdı. Lakin ilin or­ta­sında inkişaf templəri çox yavaşıdı. Iqtisadi artımın yay aylarında qeyd olunmuş ayrı-ayrı canlanma əlamətləri avro zonasındakı ölkələrdə sənaye istehsalının ümumi stabilləşməsi ilə əlaqədar idi. Lakin 2001-ci ilin sentyab­rından sonra dünya konyunkturasının pisləşməsi (xüsusilə Amerika iqtisadiy­yatında) ümumdünya tələbatının aşağı düşməsinə gətirib çıxartdı. Bu isə avro zonası ölkələrinin, o cümlədən Italiya iqtisadiyyatının inkişaf templə­rində neqativ şəkildə əks olun­du. Italiyanın sənaye konfede­rasi­yasının məlumatlarına görə, vəziy­yət yalnız 2003-cü ildə yaxşılaşmağa başlamalı idi. Lakin artım ölkə hökumətinin proqramlaşdırdığı göstəriciyə çat­mamalı idi.

Sənayenin ÜDM-da payı 30,3%, kənd təsər­rü­fatının payı – 3,2%, xidmətlərin payı 66,5% təşkil edir. Ona görə də keçən illərdə Italiya iqtisadiyyatının ümumi inkişafının zəif gös­təriciləri italyan sənayesindəki vəziy­yətlə, xüsusi halda geyim istehsalı, tekstil, ayaqqabı, mebel, kimya sənayesi, metallurgiya, elektrotexnika səna­yesi və maşınqayırmanın bəzi digər növlərindəki vəziy­yətlə şərtlənirdi. Son illər ərzində daxili tələbatın, xüsusi halda əhalinin istehlak tələbatının artım templərinin (2000-ci ildə 2,9%-dən 2001-ci ildə 1,5%-ə qədər) və sənayenin daxili tələbatının azalması işgüzar aktiv­liyin məhdud­laş­dırılmasına gətirib çıxarırdı. Bunun nəticə­sin­də ümumi inves­tisiyaların artımı da azaldı. Maşın, avadanlıq və nəq­liyyat vasitələrinə gedən ümumi investisiya 1,2%-ə qədər, tikintiyə gedən isvestisiyalar isə 3%-ə qədər azaldı. Real ÜDM-in aşağı artımı həm də Italyan ixracatının azal­ma­sı ilə izah olunur. Ekspertlərin fikrincə, Italyan ixracatının azalması birinci növbədə avro kursunun artımı üzündən baş vermiş və bu da ilk növbədə Italiyanın və Almaniyanın ixrac imkanlarını azaltmışdır.
Italiyanın əmək bazarı mürəkkəb struktura ma­lik­dir. Əmək bazarı, bir tərəfdən, müharibədən sonrakı «qovub çatan inkişaf» istiqamətində formalaşmış və bu inkişaf müx­tə­lif regionların iqtisadiyyatında müxtəlif cür əks olunmuş­dur. Digər tərəfdən, əmək bazarına qlobal texnoloji yenidən­qur­ma prosesi də böyük təsir göstərmiş və indi də təsir göstərir. 1970-ci illərin neft şokundan son­ra başlayan qlobal texnoloji yenidən­qurma prosesi digər sənaye ölkələrində olduğu kimi, məşğulluğun qeyri-tipik for­maları sektorunun (natamam iş günü, müvəqqəti, tə­sadüfi məşğulluq və baş­qaları) genişlən­məsi ilə müşayiət olunurdu. Aşağıdakı ten­den­siyanı qeyd etmək zəruridir. Şimali Italiyada yeni əmək kontingentlərinin böyük hissəsi öz aralarında və ya iri istehsalla korpora­siyaların müxtəlif formalarına daxil olan kiçik müəssisələr tərəfindən udulur. Cənubda isə qeyri formal sektorda əmək qabiliyyətli əhalinin, demək olar ki, yarısı qalır. Işsizliyin nisbətən yüksək səviyyəsində (iqtisadi cəhət­dən aktiv əhalinin 10-12%-i) Şimalda və Mərkəzdə işsizlik daha çox azalmağa, Cənubda isə artmağa meyllidir. Məşğul­ların sayında Cənubun payı 30%-dən az, işsizlərin sayında 50%-dən çox, iş axtaranlar arasında 40% təşkil edir. Ölkənin bu hissəsi işsizliyin rezervuarı olaraq qalır. Əmək bazarının qeyri-bircinsliyi təkcə onun regional hissələrinin müxtəlif dinamikasında yox, həm də ixtisaslaşmış və ixtisas­laş­mamış işçi qüvvəsinə olan tələ­batın daimi dispro­por­siyasında, əmək haqqının böyük diffe­rensiallaşmasında büru­zə olunur. Italiya kadrların hazırlıq sahəsində digər lider ölkələrdən geri qalır. Ona görə də milli əmək bazarı üçün tələb və təklifin xroniki uyğunsuz­luğu xarakterikdir və bu xüsuiyyət gənclərin əksər hissəsinin margi­nal­laşması ilə müşahidə olunur. 1995-ci ildə 900 minə qədr ixti­saslaşmamış işçi istehsal sferasından çıxar­dılmış, struk­tur işsizlik 80%-ə çatmışdır. Bu isə digər sənaye ölkə­lərində olduğundan xeyli yüksəkdir. Əmək bazarında dövlət siya­sə­tinin imkanları məhduddur. Bu, bir tərəfdən, büdcə vəsait­lə­rinin çatışmazlığından, digər tərəfdən, işçi yer­lə­rinin korporativ müdafiəsindən doğur. Işçi qüv­vələrinin korporativ müdafiəsi sənaye sahələrinin və xid­mət sahəsin­də­ki bir sıra peşələrin (məsələn həkimlərin) həmkarlar ittifaqları tərəfindən həyata keçir.

RegionCapital
1. Abruzzo (sometimes Abruzzi) L'Aquila
2. Aosta Valley (Val d'Aoste, Valle d'Aosta) Aosta (Aoste)
3. Apulia (Puglia) Bari
4. Bascilicata Potenza
5. Calabria Catanzaro
6. Campania Naples (Napoli)
7. Emilia-Romagna Bologna
8. Friuli- Venezia Giulia Trieste
9. Latium (Lazio) Rome (Roma)
10. Liguria Genoa (Genova)
11. Lombardy (Lombardia) Milan (Milano)
12. Marches (Marche) Ancona
13. Molise Campobasso
14. Piedmont (Piemonte) Turin (Torino)
15. Sardinia (Sardegna) Cagilari
16. Sicily (Sicilia) Palermo
17. Trentio-South Tyrol (Trentino-Südtirol/Alto Adige) Trento and Bolzano-Bozen
18. Tuscany (Toscana) Florence (Firenze)
19. Umbria Perugia
20. Veneto Venice (Venezia)

Müasir mərhələdə Italiya iqtisadiyyatının nisbətən aşağı inkişaf templəri işsizlik probleminin həllində müsbət irəli­lə­yişlərə gətirib çıxarmasa da, məşğulluğun müəyyən artımı qeyd olunurdu. Belə ki, 1996-cı ildə işsizliyin səviy­yəsi (işçi qüvvəsi sayının %-i ilə) 1,7; 1997-ci ildə yenə də 11,7; 1998-ci ildə 11,8; 1999-cu ildə 11,4 və 2000-ci ildə 10,6 təşkil etmiş­dir. 2001-ci ildə əhalinin məşğulluğu əvvəlki illə müqa­yi­sədə 1,4% artmışdır. Işsiz­liyin səviyyəsi əmək qabiliyyətli əha­li­nin 9,6% -i ölçüsündə qeyd olun­muşdur. Ümumilikdə 2001-ci ili əmək bazarının inki­şafı nöqteyi nəzərindən pozitiv qiy­mətləndirmək olar. Həmin ildə məşğulluq faizinin daha böyük artımı Italiyanın şimal (+ 1%, yaxud 107 min iş yeri) və cənub (+0,5%, yaxud 32 min iş yeri) regionlarında qeyd olunmuşdur. Iqti­sadiyyatın sektorları nöqteyi nəzərindən, məşğulluğun ar­tımı əsasən xidmətlər sahəsində və tikintidə yer almış, kənd təsər­rü­fatında və sənayedə isə məşğulların sayı azalmışdır. 2002-ci ildə işsizliyin səviyyəsi 9,1%-ə qədər azalmış, məş­ğulluğun artım templəri aşağı düşmüşdür.
Italiyanın xarici iqtisadi maraqları əsasən Qərbi Avropada mərkəzləşmişdir (ixracın 56%-i, idxalın 60%-i). Ita­liyanın əsas ticarət partnyorları Almaniya (ixracın 14,5%-i), Fransa (12,2%) və ABŞ-dır (ixracın 9,7%-i. Ölkə­nin xarici iqtisadi əlaqələrinin ödəniş balansı ilə ifadə olunmuş mühüm xarakteristikaları cədvəl 8.2-də göstərilmişdir.
Cədvəl 8.2
Italiyanın ödəniş balansının əsas göstəriciləri,
milyon ABŞ dolları

Göstərici

1994

1995

1996

1997

1998

1999

2000

Cari hesabın saldosu
Ticarət balansının
saldosu
Kapital hesabının
saldosu
Maliyyə hesabının
saldosu
Ödəniş balansının
saldosu

 

13,209

31,568

1,026

-14,21

1,575

 

25,076

38,729

1,671

-2,889

2,804

 

39,999

54,118

0,066

-7,982

11,907

 

32,403

39,878

3,434

-6,878

13,15

 

19,988

35,631

2,358

-18,07

-21,47

 

8,111

23,44

2,964

-17,4

-8,05

 

-5,67

10,72

2,876

7,508

3,248

1997-ci ilin Asiya böhranından sonra dünya ticarətin­də­ki vəziyyətin pisləşməsi Italiyanın xarici iqtisadi əməliyyat­larında da əks olundu. 2000-ci ildə ödəniş balansının bütöv­lük­də profisitlə yekunlaşmasına baxma­yaraq, cari əməliy­ya­tlar hesabının mənfi saldosu və ticarət balansının müsbət qiy­mə­­tinin düşməsi qeyd olun­muşdur. Beləliklə, ümumi profisit əsa­sən investisiyanın ölkəyə axını ilə və yeni kredit axın­la­rının yaranması ilə izah olunur.
2001-ci ildə xarici ticarətin həcmi təqribən 529 milyard avro, o cümlədən ixracat təqribən 269 milyard avro (+3,5% dəyiş­məz qiymətlərdə), idxalat təqribən 260 milyard avro (+0,8%) təşkil etmişdir. Artım templərinin 2000-ci illə müqayisədə əhəmiyyətli şəkildə düşməsinə baxmayaraq, Italiya çox qısa müddət ərzində ABŞ və Yaponiyanın xarici tələbatının azalmasını kompensə etməyə və öz kommersiya axınlarını qismən başqa ölkə­lərə, o cümlədən Şərqi Avropaya və Çinə yönəltməyə müvəffəq oldu. Italiya 2001-ci ildə sənaye cəhətdən in­kişaf etmiş ölkələr qrupunun ixracatında öz payını artırdı və 6,3% səviyyəsinə çatdırdı. Bununla da, beynəlxalq ticarətdə Italiya kvotasının azalması ilə bağlı 1990-cı illərin ikinci yarısında başlamış neqativ tendensiya dayan­dırıldı. Mal və xidmət ticarətindəki müsbət saldoya baxmayaraq, 2001-ci ildə Italiyanın cari əməliyyatlarının hesabı 6 milyard avro kəsiri ilə yekunlaşdı. Buna səbəb bank faizləri ödənişlərinin və dividendlərin böyük məbləğdə mənfi saldosu (-13 milyard avro), həmçinin xaricə gedən cari transfertlərin (şəxsi adamların və dövlət müəs­sisə­lərinin pul köçürmələri, xarici dövlətlərə əvəzsiz yardım) xaricdən gələn daxilolmalardan üstün olmasıdır (-4,8 milyard avro). 2001-ci ildə Italiya müəssisələrinə qoyulan xarici investisiyalar Itali­ya­nın xarici investisiyalarından 3,2 milyard avro çox oldu.

Italiya iqtisadiyyatının müasir vəziyyətini əsasən avronun tətbiqinin nəticələrinin aradan qaldırılması kimi xarakterizə etmək olar. Əgər əvvəllər ölkə öz iqtisa­diyyatın­dakı durğunluğu milli valyutanın qiymətdən düşməsinin və dövlət xərclərinin artırılmasının köməyi ilə aradan qaldıra bilirdisə, indiki zamanda Avropa monetar ittifaqının üzvü olan Italiya onun tələblərinə tabe olmalı və öz valyutasının stabilliyini saxlamalı, sərt vergi siyasətini aparmalıdır. Bunun­la eyni zamanda, həm ənənəvi bazar­lara (məsələn, Alma­niya), həm də inkişaf edən bazar­lara ixracatın nəzərə­çar­pacaq dərə­cədə azalması müşahidə olunur. Əsas problem ondan ibarətdir ki, Maastrixt razılaşmasının tələblərinin yerinə yetirilmə zərurəti iqtisadi artımın stimullaşdırılması üçün hakimiyyətə az imkan verir. Bu, əsasən dövlət bor­cunun azalmasına aiddir (ÜDM-un 120%-dən 60%-ə qədər). Nəticədə, borc yükünü çək­məyən digər ölkələrlə müqayisədə Italiya daha çətin vəziy­yətdədəir.

Həmçinin bax:
İtaliya mərkəzi bankı

 

0 şərh