6.1. Kanada iqtisadiyyatının müasir vəziyyəti

Son dövrlər  Kanada ABŞ-a, Yaponiyaya və AB ölkə­lərinə rəqabət təşkil edərək, dünya birliyindəki çə­kisini artırmışdır. Kanada federativ dövlətdir və onun tər­kibində 10 əyalət, 3 ərazi var. Ölkənin sahəsi 9976 min kvad­rat kilometr, əhalisi 25,7 milyon nəfərdir. Əhali əsa­sən ingilis əsilli kanada­lılardan (44%), fransız əsilli kana­dalılardan (28%) təşkil olunmuşdur. Yerli əhali hindular və eskimoslardır.
Kanada iqtisadiyyatı«Böyük yeddiliyin» aktiv iştirakçısı olan Kanada keçən yüzilliyin sonunda əsas makroiqtisadi göstəricilərə görə Birləşmiş Ştatlardan sonra ikinci yeri qəti şəkildə tutdu. Kanada 1997-ci ildə daha yüksək rəqabətə­da­vam­lılıq göstə­ri­cilərinə malik ölkələr arasında dördüncü yeri tutmuş (birinci yerdə Sinqapur, ondan sonra Honkonq və ABŞ gəlir), 1995-ci ildə isə bu göstərici üzrə Yeni Ze­lan­diya və Avstriya kimi ölkələrdən sonra 16-cı yerdə ol­muşdur. Artıq 1999-cu ildə aparıcı texnologiyaların istifadə edilməsi ilə və dövlət maliy­yə­lərinin vəziyyəti ilə bağlı gös­təricilər də daxil olmaqla, bir çox parametrlər üzrə nəzə­rə­çarpacaq dərəcədə yüksək qiy­mətlər alan Kanada sənaye cəhətdən inkişaf etmiş və inkişaf etməkdə olan 59 ölkə arasında beşinci yerdən dördüncü yerə keçdi.
1990-cı illər Kanada iqtisadiyyatının dövlət tənzim­lən­mə mexanizmində islahatların başlanğıcı oldu. Bu dövrdə federal hökumət emaledici və neft-qaz səna­yesinin, hava və dəmiryol nəqliyyatının, rabitənin, demək olar ki, bütün iri müəssisələrini şəxsi investorlara satdı. Nəq­liyyat infra­struk­turu obyektlərinin – aeroportların, də­niz və çay limanlarının, liman kənarındakı qurğuların və s. özəlləşdirilməsi başa çatır. Nəqliyyat və kənd təsərrüfatı sferalarında subsidiyalaşmanın geniş miqyasılı sistemləri  ləğv olunmuşdur. Əyalətlərin əksə­riy­yəti iri telefon şirkət­lərini şəxsi əllərə ötürmüşlər, elektro­enerji korpo­ra­siyalarının özəlləşdirilmə planları hazırlanır. Bələdiyyələr sosial xidmətlərin göstərilməsi üçün şəxsi şirkət­ləri daha tez-tez cəlb edirlər. 1993-cü ildə başlayaraq, dövlət inves­tisi­yalarının həcmi azalmağa başladı. Hökumət qeyri döv­rü tənzimlən­mədən, demək olar ki, imtina etdi. Onun əsas qayğısı büdcə kəsirinin və dövlət borcunun aradan qal­dırılması oldu. Bütün bu faktorlar istehsalın dinamikasına və strukturuna dərin təsir göstərdi.
1990 və 1991-ci illərdə Kanada iqtisadiyyatında en­mə baş verdi. Real ÜDM uyğun olaraq, 0,2% və 1,7% azal­dı. Işgüzar aktivliyin canlanması 1992-1996-cı illərdə daha ləng və dayanıqsız idi (cədvəl 6.1).
Cədvəl 6.1.
Real ÜDM-ın artımı, %-lə

1990

1991

1992

1993

1994

1995

1996

1997

1998

1999

2000

2001

2002

2003

-0,2

-1,7

0,7

2,2

4,6

2,4

1,5

4,4

3,3

4,5

4,7

1,9

3,3

2,0

Kanada iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi ixracatdır. Eyni zamanda daxili tələbat bütövlükdə çox süst olaraq qalır. Istehlak xərcləri 1995-ci ildə olduğu kimi, 1996-cı ildə də cüzi dərəcədə – yalnız 1,5% (1994-cü ildə 3%) artmışdır. Istehlak tələbatının və mənzil tikintisinin can­lanma əlamətləri 1996-cı ilin axırında, 1997-ci ilin əvvəlində üzə çıxdı. Ümumi daxili tələbatın təqribən 60%-ni təşkil edən istehlak xərcləri 1997-ci ildə və 1998-ci ilin ortalarına qədər daha sürtələ çoxa­lırdı. Bu sürət orta hesabla 1990 -1996-cı illərlə müqayisədə iki dəfə çox idi və bunun səbəbi hər şeydən əvvəl əmək bazarında vəziy­yətin yaxşılaşması və əmək haqqı artımının sürətlənməsi idi. Əhalinin alıcılıq qabiliyyəti inves­ti­siya gəlirlərinin artımı ilə əlaqədar olaraq çoxalırdı. Inves­ti­siya gəlirləri şəxsi şirkətlərin səhmlərinə qoyulan yatırımlar­dan və qiymətli dövlət kağızlarından gəlirdi. Bu zaman istifadəsi uzun­müd­dətli olan malların əldə olunması üçün istehlak kreditindən aktiv şəkildə istifadə olunurdu. Istehlak borcu­nun ÜDM-dakı payı 1996-cı ildə 92% təşkil etmişdirsə, 1998-ci ilin ortalarında 100%-i keçmişdir.
Xidmətlər sferası sahələrində yaradılan ÜDM həc­mi 1998-ci ildə 3,4% artmışdır. Daha intensiv şəkildə inkişaf edən sahələr aşağıdakılar idi: topdan ticarət (artım 11%-dən çox), sahibkarlıq sektoru üçün xidmətlər (11%-ə qədər), mehman­xana təsərrüfatı, ictimai yeyinti müəs­sisə­ləri üçün xidmətlər (6%). Aşağıdakı sahələrin müəssisələri tərəfindən göstərilən xidmətlərin həcmi orta səviyyədən yuxarı sürətlə artırdı: rabitə (5%), pərakəndə ticarət (4,2%), nəqliyyat və anbar təsərrüfatı (4%-ə yaxın).
1990-cı illərin əvvəllərində Kanada Bankının rəh­bər­li­yi özünün əsas məqsədi kimi inflyasiyanın yatırıl­masını müəy­­yənləşdirdi. Artıq 1993-cü ildə inflyasiyanın sürəti azaldı. Əgər 1980-ci ilin axırında inflyasiya «böyük yed­dilik» ölkələr qru­punun orta göstəricisini üstələ­miş­dir­sə, son illər ondan nəzərə­çarpacaq dərəcədə geri qa­lırdı. 1996-1997-ci illərdə  Kanadada istehlak mallarının qiy­mət indeksi orta hesabla 1,6% artmış­dır. 1998-ci ildə is­tehlak qiymətlərinin indeksi 1% azalmış, 1999 və 2000-ci illərdə isə yenidən uyğun olaraq, 1,7% və 2,7% art­mışdır. Qiy­mət artımı 1999-cu ildə bir qədər sürətlənmişdir. Buna səbəb benzinin qiymətindəki sıçrayış və həm də 1998-ci ildə Kanada dollarının qısamüddətli şəkildə düş­məsindən sonra ixrac mallarının müvəqqəti bahalaşması idi.
Rəqabətin güclənməsi, texnoloji yeniliklər və əmək məhsuldarlığının yüksəlməsi istehsalın bütün mərhə­lələ­rində qiymətlərin artımını ləngidir. Müəssisələr hər şeydən əvvəl qiymətləri qaldırmağa yox, xərcləri azaltmağa çalışırlar. Əvvəlki illərdə onlar personalın maksimal dərə­cədə mümkün ixtisarını aparmış və istehsal güclərini təzə­ləmişdilər. Bütün bunlar xərclərin nəzərəçarpacaq dərə­cədə artımında istehsalı böyütməyə imkan vermişdir. Nə­ticədə, böyük tələbata baxmayaraq, qiymət artımına minimal təzyiq yer almışdır.
1998-ci ilin əvvəlində analitiklər hesab edirdilər ki, milli valyuta kursu nisbətən stabil olacaq və 69 ABŞ sentinin ətrafında dəyişəcək. Lakin iyun ayında Kanada dolları 64 sent qiymətinə, avqustda isə 63,1 sentə düşdü. Bu, Kanada dolla­rının dövr etdiyi 140 il ərzində ən aşağı səviyyə idi. Kursun aşağı düşmə səbəbi, hər şeydən əvvəl, dünya bazarlarında malların qiymətlərinin düşməsi və Amerika aktivlərinə kapi­talların kütləvi şəkildə köçürülməsi idi. Kanada valyutasının kursunu möhkəm­lə­dən faktor dövlət maliyyəsinin yaxşı vəziyyətidir. Bütün bu faktorların təsiri nəticəsində 1999 və 2000-ci illərdə 1 ABŞ dolları orta hesabla uyğun olaraq 1,44 və 1,5 Kanada dollarına dəyişirdi.
90-cı illərin əvvəllərində baş vermiş dövrü böhran­dan sonra məşğulların ümumi sayı 1993-cü ilə qədər azaldı, işsiz­liyin səviyyəsi isə 1995-ci ilə qədər 10% artdı. Dövrü enmədən sonra bir neçə il ərzində işsizliyin belə yüksək səviy­yə­sinin sax­lan­ması bir sıra struktur faktorla izah olunur. Birincisi, ABŞ və Meksika ilə azad ticarət razılaşmalarının nəticəsi kimi daxili və xarici rəqabətin kəskinləşməsi, beynəl­xalq ticarətin liberallaş­dırıl­masının təsiridir. Kanada korpo­ra­siyaları üçün isteh­salın effektivliyinin artırılmasının və rəqabət mövqe­lə­ri­nin möhkəmləndirilməsinin əsas üsulların­dan biri personalın ixti­sarıdır. Ikincisi, məşğulluğun ləng bərpası federal hö­ku­mə­tin və əyalət hakimiyyətlərinin apar­dıq­ları büdcə iqti­sa­diy­yatı siya­səti ilə şərtlənirdi. Üçüncüsü, 1990-cı illərin orta­la­rın­da əmək bazarındakı vəziyyət də mərkəzi bank tərəfindən infl­ya­si­yanı azaltmaq və ABŞ-la müqa­yisədə qiymətlərin daha yavaş artımına nail olmaq cəhdinin nəticəsi idi. Beş il ərzində həyata keçirilən sərt pul siya­səti kreditləşmə şərtlərinə daha həs­sas yanaşan iqtisadi sahələrə və sferalara güclü zərbə endirdi.
1997-ci ildə əmək bazarındakı vəziyyət nəzərə­çar­pacaq dərəcədə yaxşılaşdı. Işsizliyin səviyyəsi yanvar ayında 9,6%-dən ilin son aylarında 8,9%-ə qədər azaldı və orta hesabla 9,1% təşkil etdi (cədvəl 6.2).
Cədvəl 6.2
Işsizliyin səviyyəsi, işçi qüvvəsinin sayının %-i ilə

1991

1992

1993

1994

1995

1996

1997

1998

1999

2000

10,3

11,3

11,2

10,4

9,6

9,6

9,1

8,3

7,6

6,8

Məşğulluğun artımı nöqteyi –nəzərindən, 1998-ci il əvvəlki 15 il ərzində ən müvəffəqiyyətli il idi. Məşğulların ümumi sayı il ərzində 2,7% artdı (1997-ci ildə 2%). 1998-ci ildə yaradılmış 450 min yeni iş yerinin üçdə iki hissə­sindən çoxu tam məşğulluq üçün nəzərdə tutulmuşdur. Onların əksəriyyəti iqtisadiyyatın şəxsi sektorunda yaradılmışdır, lakin federal hökumət tərəfindən və əksər əya­lət hakimiyyət­ləri tərəfindən büdcə kəsirlərinin ləğ­vindən sonra işləyənlərin sayı dövlət sektorunda da artmağa başladı. Kanada məşğul­luq göstəric­i­lərinə görə Italiya, Fransa və Almaniya ilə müqa­yi­sədə nəzərə­çar­pacaq dərəcədə yaxşı görünür. Lakin Kana­da­dakı işsiz­liyin səviyyəsi ABŞ-la müqayisədə hələ də təqri­bən iki dəfə yüksəkdir. Əmək qabiliyyətli amerikalılar arasın­da işlə­yənlər 64%, əmək qabiliyətli kanadalılar arasında isə işləyənlər 60,6% təşkil edir.
Kanadanın ÜDM-in artımının əsas mənbəyi kifayət qədər inkişaf etmiş xarici ticarət münasibətləridir. Mal və xidmətlərin ixracına gedən ÜDM payı 1995-ci ildə 37%-ə çatmış, hərçənd 1994-cü ildə 33,2%, 1992-ci ildə 26,3%, 1991-ci ildə 24,4% və yalnız 1960-cı ildə 17% ol­muşdur. Elə həmin 1995-ci ildə dünya ixracının 3,9%-i və idxalının 3,4%-i Kanadanın payına düşmüşdür.
1997-ci ildə Kanada ixracının dəyər həcmi 10,5% artmışdır. Eyni zamanda ölkədə xüsusilə istehsal təyinatlı idxal mallarına olan tələbatın dövrü şəkildə yüksəlməsi baş verirdi. 1997-ci ildə idxalın ümumi həcmi ixracdan 12,2% sürətlə artırdı. Nəticədə mal ticarətindəki müsbət saldo azalmış, cari əməliyyatlar üzrə balans kəsiri 1997-ci ildə III rübdə 15,5 milyon dollardan IV rübdə 25,5 milyard dollara qədər artmışdır.
Kanadanın xarici ticarət dövriyyəsinin sürətli artımı zamanı ABŞ onun əsas ticarət partnyoru yerini möhkəm tutur. Kanada ixracının 80%-dən çoxu ABŞ-a yollanır və idxa­lın da üçdə ikisi ABŞ-dan gəlir. 1998-ci ildə Kanada iqtisa­diy­yatının Amerika iqtisadiyyatından üstün asılılığı onu dünya təsərrüfatındakı xoşagəlməz tendensiyalardan əhəmiy­yətli şəkildə müdafiə etdi. Asiyadakı maliyyə-iqtisadi böhranı və xammal mallarının dünya qiymətlərinin düşməsi, şübhə­siz, Kanadada təsərrüfat artımının sürətini ləngitdi. Lakin ABŞ tərə­findən onun ixrac mallarına olan tələbatın kifayət qədər yüksək saxlanması işgüzar aktivliyi müdafiə etdi. Ümumi­lik­də, 1998-ci ildə Kanadadan gələn ixracatın dəyər həcmi real hesab­da cəmi 2% artmışdır. Id­xalat 0,4% azalmış, malların xari­ci ticarətindəki aktiv saldo 11 milyard dollar təşkil etmiş­dir. Lakin 1997-ci ildə bu göstərici 18 milyard dollar olmuş­dur.
Kanada iqtisadiyyatı,Canada economy,Canadian household leverage

1999-cu ildə ixracat ticarəti proqnozlarda nəzərdə tutulduğundan daha dinamik inkişaf edirdi. Birincisi, ABŞ tərə­­findən Kanada mallarına olan tələbat da yüksək olmuş­dur. Ikincisi, xam neftin, metalın və meşə sənayesi kompleksi məhsullarının dünya qiymətləri sürətlə artırdı. 1999-cu ilin yekunlarına görə, malların xarici ticarətində müsbət saldo, demək olar ki, ikiqat artmış, ödəniş balan­sının kəsiri isə 1 mil­yard dollara düşmüşdür. Hərçənd, 1998-ci ildə bu göstərici 16,4 milyard dollar idi.
Xarici aləmlə əlaqələr Kanadanın təsərrüfat inkişa­fında həmişə çox mühüm rol oynayırdı. 1990-cı illərdə dünya iqtisadiyyatının qloballaşma şəraitində və 1994-cü il yanvarın 1-dən Kanada, ABŞ və Meksika arasında azad ticarət zonası haqqında müqavilənin qüvvəyə minməsi nəticəsində Kanada iqtisadiyyatı misli görünməmiş dərəcədə açıq oldu. Keçən onillikdə Kanada ixracının həcmi təqribən 2 dəfə artdı. Müasir mərhələdə ölkənin ÜDM-da onun xüsusi çəkisi 42%-i üstələyir, hərçənd 1980-ci illərin axırlarında bu göstərici 27% idi. Kanada iqtisadiyyatının ixracat yönümünün səviyyəsi dünyada ən yüksək səviyyələrdən biridir (məsələn, ABŞ-da təqribən 24% təşkil edir). Bununla belə, Kanada ixracatının struk­turunda pozitiv irəliləyişlər baş vermişdir. Maşın və ava­dan­lıqların payı 1980-ci ildə 28%-dən 1999-cu ildə 45%-ə qədər yüksəlmiş, xam malların payı 60%-dən 38%-ə düşmüş­dür. Kanada ixracının ABŞ-dan asılılığı hər il artır. Əgər 1989-1991-ci illərdə ABŞ-a Kanada ixracatının 77-79%-i gedirdisə, 1997-1999-cu illərdə 80-84%-i ötü­rülür­dü. Burada müəyyən rolu Asiya böhranı da oynamışdır. Bu böhranın nəticəsində həmin region ölkələri ilə Kana­danın ticarət həcmi son illərdə üçdə birə qədər azalmışdır.

1 şərh

Zahid_GDMLI
cədvəl 6.1 və 6.2 çox pis qurulub!!!