Birja terminləri

Çox adam işgüzar xəbərlərdə edilən qeydləri biznes dilini bilmədikləri üçün başa düşmürlər. Öküz? Ayı? Dəvəquşu?!  Bütün bu heyvanxananın pula nə aidiyyatı var?  Bununla belə, onlar üçün yaxşı xəbərlər də var: Uoll-stritin söz ehtiyatı ancaq seçmə maliyyə kollecləri məzunlarının ixtiyarında deyil.   Təəccüblüdür, lakin bu faktdır: bu dildə başa düşülməyən və sirli olan heç nə yoxdur. Bundan başqa, investbankirlər və brokerlərın hər biri uşaq bağçasından bildikləri sözlərdən tez-tez istifadə edirlər. Beləliklə, Uoll-stritin “mal-qara damında” istifadə olunan anlayışlar bunlardır.  Onları öyrənmək heç bir əziyyət tələb etmir.

“Birəli it” (A Dog With Fleas)

Kinosevərlərə ola bilsin ki, 1987-ci ilin “Uoll-strit” (Wall Street) filmindən olan sitat tanışdır: “Oğlum, bu birəli itdir”. Filmin əsas qəhramanı Qordon Qekko gənc broker Bad Foksa müxtəlif növ maliyyə vəsaitlərinin birinin mahiyyətini belə izah edıirdi.   Qeyri-effektiv alətləri yaxud aktivləri “it” adlandırırlar.   Bazar oyunçuları üçün “it” adətən söyüş kimi qəbul olunur və az oyunçular belə kağızlarla maraqlanırlar. “Dou itləri”  (dogs of the Dow) adı altında bütöv bir bazar nəzəriyyəsi mövcuddur, ona uyğun olaraq  Dow Jones birjasında ən aşağı qiymətləndirilmiş alətləri almağa dəyər; məsələn,  bu Dow Jones Industrial Average (DJIA) indeksi çərçivəsində ən az gəlirli kağızlara aiddir.   Digər nümunə, Dow 30 indeksi çərçivəsində ən az mənfəəti olan kağızları alaraq, investorlar 15 illik perspektivdə 13% gəlir almaq nəzərdə tuturlar.

“Ayı” (Bear)

“Ayı” termini bazarın müəyyən vəziyyətlərinə aiddir. “Öküzlər” və “ayılar” bəlkə də Uoll-stritdən olan ən məşhur maliyyə terminləridir. “Ayı” bazarı, adətən bədbin əhval-ruhiyyə və neqativ gözləmələrlə dolmuş, ən azı iki ay ərzində 15-20% zəifləyən bazarı adlandırırlar. Belə bazarın ən parlaq nümunəsi, çoxlarının bunun Böyük depressiya səbəbindən törəndiyini hesab edən,1929-cu ildə baş vermiş çox böyük  tənəzzülü idi. Təəssüf ki, 2008-ci ilin göstəriciləri ilə 1929-cu ilin göstəriciləri çox oxşardır.
XXI əsrin birinci onilliyinin əvvəlində şişməyə başlamış ciddi bazar və kredit “köpükləri” artıq 2007-ci ildə partladılar. Kredit vəsaiti səviyyəsinin kəskin azalması, bütün dünya üzrə iqtisadiyyatlar və bazarlar üçün neqativ nəticələrə gətirdi.   Bear Sterns və Lehman Brothers kimi zəif şirkətlər maliyyə səhnəsindən yox oldular. Eləcə də bütün dünya ölkələri üzrə birja göstəriciləri əhəmiyyətli dərəcədə enmə yaşadılar.  Hökümətlər bir çox banklara və sığorta şirkətlərinə dünya maliyyə faciəsindən yaxalarını qurtarmaq üçün, yardım və xilas etmə tədbirləri hazırladılar.
“Ayı” bazarı şəraitində vahid aydın hərərkət strategiyası mövcud deyil, bundan başqa bir çox mütəxəssislər hesab edirlər ki, zəifləyən bazarlar  normal iqtisadi və biznes-tsikllərin bir hissəsidir. Uzunmüddətli investorlar üçün belə bazar bir çox qiymətli kağızları ucuzlaşmış qiymətlə almağa imkan yaradır. Digər mütəxəssislər “ayı” trendi zamanı qiymətli kağızları satmağa və bazarda dəqiq meyillər bərqərar olmayınca yaxud bazar öz “dibinə” çatmayınca, pul ehtiyatını artırmağı məsləhət görürlər.

Forex businessman

“Öküz”  (Bull)

“Öküz” bazarı adlanan çərçivədə qiymətli kağızların dəyəri inamla artır, fondlara qoyulan investisiyalar isə çoxalır və oyunçuların inamları yüksək səviyyədə olur. 1990-cı illərin əvvəlindən 2000-ci illərin əvvəlinə kimi, ABŞ bazarı “öküz” zamanını yaşayırdı.   Buna xarakterik misal olaraq, Cisco Systems (Nasdaq: CSCO) şirkətinin səhmləridir.  O zaman şirkət internetin sürətlə yayılması dalğasında iri templərlə inkişaf edirdi və onun kağızlarının ümumi gəlirliliyi 1990-cı ildən 2000-ci ilə kimi 75 000% artım təşkil etmişdir.  Cisco kimi, America Online (AOL) şirkətinin səhmlərinin gəlirliliyi isə cəmi yarım il ərzində 480% artım təşkil etmişdir. “Öküz” bazarı şəraitində, sadə investorlar tanınmış invest-qurulardan  heç də az varlanmırlar.

“Dəvəquşu”  (Ostrich)

“Dəvəquşu” bazar vəziyyətinin onun firavanlığına ziyan vura biləcək şəraitində  fəaliyyətsiz olan investorun ləqəbidir.  Məsələn, Amerikanın qiymətli kağızalr üzrə komissiyası (SEC) hər hansı bir şirkətin yoxlanmasına başladığı halda, bu xəbərlər şirkətin səhmləri üçün əlverişli olmur.   Lakin “dəvəquşular” belə xəbərləri nəzərə almırlar. İnvestorların sadəcə “başlarını quma soxaraq” yaxşı zamanələrə ümid olmaları “dəvəquşu effekti” vəziyyəti adlandırılır. Belə davranış daha çox insanların çox güclü maliyyə stressi keçirdikləri “ayı” zamanələri vaxtı özünü büruzə verir.

“Donuz” (Pig)

Tamahkarlqları bütün prinsiplərinin və ağıllarının qabağını alan  investorları “donuz” adlanırırlar.Amerukalı invest-quru Cim Kramerin sözlərinə görə, “öküzlər” pul qazanırlar, “ayılar” pul qazanırlar, “donuzlar” isə qırğına gedirlər.  “Donuzlar” üçün ildə 100% dividend kifayət qədər yaxşı hesab olunmur. Nəticədə belə investorlar gəlir əldə etmək ümidi ilə çox səhm almaq üçün borc alırlar yaxud daşınmaz əmlaklarını girov qoyurlar. Bazar kəskin endikdə və əvvəlki mənfəət itirildikdə, “qırğın” başlanır.

“Qoyun”  (Sheep)

“Qoyun” dəqiq məqsədi və strategiyası olmayan investordur.  O, sadəcə başqalarının məsləhətləri arxasınca gedir və nəticədə çox vaxt yaxşı imkanları əldən verir.  Məsələn, 1990-cı illərdə təyin olunmuş nominalla olan səhmlərə vəsait qoyaraq, “qoyunlar” o zamankı “öküz” bazarının verdiyi qazancları əldən vermişdilər. Digər sözlərlə desək,  “qoyunlar” bazarın lazım olan tərəfində olmasalar, “öküzlər” yaxud “ayılar” tərəfindən yeyiləcəklər.
Siz ancaq orada işləmədiyiniz səbəbindən Uoll-strit-in jarqonunu başa duşmədiyinizi düşünməyin.  Əslində bu dil investisiyalardansa, sizə heyvan dünyası haqqında daha çox bilik verə bilər və küçədə yaxud hətta uşaq bağçasında səslənən sözlər maliyyə başçılarının istifadə etdiyi sözlərdən heç nə ilə fərqlənmir.

Həmçinin bax: Forex haqqında

Mənbə: Uoll-stritdə istifadə olunan terminlər

0 şərh