1.2.2.Valyuta sistemi: anlayışı, strukturu və təkamülü
Dünya birliyində valyuta münasibətlərinin nizamlanması dünya valyuta sisteminin genezisi çərçivəsində həyata keçirilirdi. Dünya valyuta sistemi beynəlxalq valyuta-iqtisadi münasibətlərinin dövlətlərarası razılaşmalarla bərkidilmiş təşkilat formasıdır. Istənilən başqa sistem kimi valyuta sistemi də özündə bir sıra elementləri birləşdirir:
- valyutanı;
- konversiya edilmə şərtlərini;
- valyuta paritetini;
- dəyişmə kursunun rejimini;
- valyuta məhdudiyyətlərini, valyuta nəzarətini;
- beynəlxalq valyuta likvidliyinin tənzimlənməsini;
- dövriyyədə beynəlxalq kredit vasitələrinin istifadə olunma qaydasını;
- beynəlxalq hesablaşma qaydasını;
- valyuta bazarının və qızıl bazarının rejimini;
- valyuta münasibətlərini idarə edən və tənzimləyən orqanları.
Valyuta dövlətin və ya dövlətlər qrupunun sərhədləri xaricində və daxili bazarında dövr edən pul vahididir. Bu nöqteyi — nəzərə görə, valyuta aşağıdakı mənala malikdir:
Ardı →