Xümsün xərclənməsi

Məsələ 1843: Xüms iki hissəyə bölünməlidir: onun yarısı seyidlərin hissidir. Belə ki, xüms fəqir, yetim və ya səfərdə möhtac qalmış seyidlərə verilməlidir. Onun digər yarısı İmamın (ə.s.) payıdır ki, onu bu zamanda gərək camiüş-şərait müctəhidə versinlər ya da onun icazə verdiyi bir yerdə xərclənməlidir. Lazım ehtiyat odur ki, o müctəhid, ümumi cəhətləri bilən ələm müctəhid olmalıdır.
Məsələ 1844: Xüms verilən yetim seyid, gərək fəqir olsun. Lakin səfərdə çətinliyə düşmüş seyidə, vətənində fəqir olmasa da, xüms vermək olar.
Məsələ 1845: Səfərdə çətinliyə düşmüş seyidin səfəri, günah olan bir səfər olarsa, vacib ehtiyata əsasən, gərək ona xüms verilməsin.
Məsələ 1846: Ədalətli olmayan seyidə xüms vermək olar. Amma on iki İmama (ə.s.) inanmayan seyidə gərək xüms verilməsin.
Məsələ 1847: Günah edən seyidə xüms verilməsi, onun günah etməsinə kömək edərsə, verilməməlidir. Şərab içən, namaz qılmayan və ya aşkar günah edən bir seyidə xüms vermək, onun günah işlətməsinə kömək etməsə də, ona xüms verməmək ehtiyata daha uyğundur.
Məsələ 1848: «Seyidəm» deyən şəxsə, bu sözünə əsasən, xüms verilə bilməz. Amma əgər iki adil şəxs onun seyid olduğunu təsdiq edər və ya xalq arasında onun seyid olduğu məşhur olmaqla, insan onun seyid olmasına yəqin və ya əmin olarsa, ona xüms verilə bilər.
Məsələ 1849: Öz şəhərində seyid olması ilə məşhur olan şəxsə, əgər insanın onun seyid olmasına xatircəmliyi ya yəqinliyi olmasa da, xüms vermək olar.
Məsələ 1850: Xanımı seyidə olan bir şəxsə, vacib-ehtiyata əsasən, onun özünün xərcləməsi üçün xüms verilə bilməz. Amma əgər başqalarının xərcini ödəmək o qadına vacib olsa, belə ki, o da onların xərcini ödəyə bilməsə, onlara xərcləməsi üçün, əri ona xüms verə bilər. Həmçinin vacibdən qeyri-nəfəqələrə sərf etməkdən ötəri ona xüms verilə bilər.
Məsələ 1851: Əgər bir kişi seyidin və ya əri olmayan bir qadın seyidin xərclərini təmin etmək insana vacib olsa, vacib ehtiyata əsasən onun yeməyini, paltarını və digər vacib xərclərini verə bilməz. Amma vacib olmayan məsrəflərinə xərcləməsi üçün ona bir miqdar xüms verməsinin maneçiliyi yoxdur.
Məsələ 1852: Xərci başqasının üzərinə vacib olan bir fəqir seyidə, əgər o şəxs xərcini vermə gücünə sahib olmasa və ya vermə gücünə sahib olduğu halda verməsə, xüms verə bilər.
Məsələ 1853: Vacib ehtiyat odur ki, bir ilin xərcindən artıq bir fəqirə xüms verilməsin.
Məsələ 1854: Əgər insan yaşadığı şəhərdə müstəhəqq bir seyid tapmasa və sonra da tapmayacağına yəqin və ya xatircəmi olsa, belə ki, sonradan tapa bilməsə yaxud da müstəhəqq tapılana qədər saxlamaq imkanı yoxdursa, gərək xümsü ayrı bir şəhərə aparıb müstəhəqqinə versin. Onların aparma xərcini xümsdən götürə bilər. Əgər bu əsnada, xüms itsə, belə ki, onu qorumaqda səhlənkarlıq etsə, gərək əvəzini versin və əgər səhlənkarlıq etməmişsə, ona bir şey vacib deyildir.
Məsələ 1855: Öz şəhərində müstəhəqq tapa bilməsə, nə qədər tapacağına yəqin və ya xatircəm olsa, xümsü müstəhəqqi tapana qədər saxlamaq mümkün olsa da, onu başqa bir şəhərə apara bilər, bu təqdirdə onu qorumaqda ehtiyatlı olduğu halda tələf olsa, ona bir şey vermək lazım deyil. Amma onu daşıma xərcini xümsdən götürə bilməz.
Məsələ 1856: Öz şəhərində müstəhəqq olan halda, haqqı sahibinə çatdırmaqda səhlənkarlıq etmək sayılacaq şəkildə gecikməyə səbəb olmadığı təqdirdə, xümsü başqa şəhərə aparıb müstəhəqqinə verə bilər. Amma onun daşıma xərcini özü ödəməlidir. Əgər xüms istərsə, qorunmasında ehtiyatlı olduğu halda da zamindir.
Məsələ 1857: Əgər şəri hakimin icazəsi ilə xümsünü başqa şəhərə apararkən istərsə, ikinci dəfə xüms verməsi lazım deyildir. Şəri hakimin tərəfindən xümsü alıb bir şəhərdən başqa şəhərə aparmağa vəkil olan bir şəxsə versə də, eyni hökmü daşıyır.
Məsələ 1858: Malı həqiqi qiymətindən artıq hesab edib xüms olaraq vermək caiz deyildir. 1797-ci məsələdə də məlum olduğu kimi, mütləqən; pul, qızıl və gümüşdən başqa bir malı xüms olaraq vermək mübahisəlidir.
Məsələ 1859: Müstəhəqqdən tələbkar olan, öz tələbini xüms əvəzi hesab etmək istəsə, vacib ehtiyata əsasən, ya gərək şəri hakimdən icazə alsın, yaxud da xümsü müstəhəqqinə verməli və sonra müstəhəqq olan şəxs onu öz borcunun əvəzinə ona geri qaytarmalıdır. Müstəhəqq olan şəxsdən vəkaləti olaraq xümsü onun tərəfindən götürüb, borcun əvəzinə geri də ala bilər.
Məsələ 1860: Mal sahibi, xümsü müstəhəqqinə verib ona, özünə xümsü geri qaytarmasına şərt qoya bilməz. Amma əgər müstəhəqq olan şəxs, xümsü aldıqdan sonra, onu geri qaytarmasına razı olarsa, maneəsi yoxdur. Məsələn; əgər bir şəxs, çox miqdarda xüms borclu olub sonra fəqirləşən və xüms əhlinə borclu qalmaq istəməyən halda, əgər müstəhəqq olan razı olsa ki, xümsü ondan alıb təkrar ona bağışlasın, eybi yoxdur.
Müəllif Ayətullah Əl-Üzma Seyid Əli Sistani
Əsərin adı: İzahlı Şəriət Məsələləri

0 şərh