Zəkat

Məsələ 1861: Aşağıda saydan bu bir neçə şeyin zəkatı vacibdir:
  1. Buğda
  2. Arpa
  3. Xurma
  4. Kişmiş
  5. Qızıl
  6. Gümüş
  7. Dəvə
  8. İnək
  9. Qoyun
  10. Lazım ehtiyata əsasən ticarət malı (sərmayə)
Bu on şeydən birinə (qarşıda izah ediləcək şərtlərlə) sahib olan şəxs, gərək müəyyən bir miqdarını deyilən məsrəflərin birinə versin.
Məsələ 1862: Dənəsi buğda kimi yumşaq və arpa xasiyyətində bir taxıl olan «Səltin və Səna əhalisinin xörəyi sayıldığı, buğdaya oxşayan „Aləs“in, vacib ehtiyata əsasən zəkatı verilməlidir.
 

ZƏKATIN VACİB OLMASININ ŞƏRTLƏRİ


Məsələ 1863: Zəkat əvvəldə deyilən, ancaq malın sonradan deyiləcək nisab (ölçü) miqdarına yetişdiyi, mal insanın özünə aid olduğu və sahibinin azad olduğu təqdirdə vacib olar.
Məsələ 1864: Şəxs, inək, qoyun, dəvə, qızıl və gümüşə on bir ay sahib olarsa, hər nə qədər 12-ci ayın əvvəlində ona zəkat vacib olarsa da, gərək gələn ilin əvvəlini 12-ci ayın tamamından hesab etsin.
Məsələ 1865: Zəkatın, qızıl, gümüş və ticarət malında vacib olması onun sahibinin ağıllı və həddi-buluğa yetmiş olması ilə şərtlənir. Amma buğda, arpa, xurma, kişmiş, dəvə, inək və qoyunda onların sahibinin həddi-buluğ və ağıllı olması şərt deyildir.
Məsələ 1866: Buğda və arpaya zəkat o vaxt vacib olur ki, onlara buğda və arpa deyilsin. Kişmişin zəkatı isə, onun üzüm olduğu zaman vacib olur. Xurmanın zəkatı da, ərəb ona „təmr“ dediyi vaxt vacib olur. Fəqət buğda və arpanın ölçmək və zəkatını vermək zamanı, onların xırmalanıb samandan ayrıldığı vaxtdır; xurma və kişmiş isə onları toplama zamanıdır. Bu zamana quruma zamanı deyilir.
Məsələ 1867: Əvvəlki məsələdə deyilən buğda, arpa, kişmiş və xurmaya zəkatın vacib olmasında, əqvaya əsasən onların sahibinin onlardan istifadə edə bilməsi mötəbər deyildir. Əgər onların sahibi qeyb olarsa və ya mal onun yaxud vəkilinin əlində olmasa da, məsələn; bir şəxs onları qəsb etmiş olsa, yenə də onlara zəkat vacib olar.
Məsələ 1868: Əvvəldə deyilən, qızıl, gümüş və ticarət malına zəkatın vacib olmasında, sahibinin ağıllı olması şərtdir. Əgər sahibi ilin sonunda və bir qismində dəli olarsa, zəkat ona vacib olmaz.
Məsələ 1869: İnək, qoyun, dəvə, qızıl və gümüşün sahibi, ilin bir hissəsində sərxoş və ya bihuş olarsa, zəkat ondan saqit olmaz. Həmçinin əgər buğda, arpa, xurma və kişmiş zəkatının vacib olduğu zaman sərxoş və ya bihuş olarsa da, hökm eynidir.
Məsələ 1870: Buğda, arpa, xurma və kişmişdən başqa şeylərə zəkatın vacib olmasında, sahibinin onda təsərrüf etməyə müqtədir (yəni qüdrətli) olması şərtdir. Beləliklə, əgər onu bir şəxs qəsb etmiş olsa və sahibi onu təsərrüf edə bilməsə, onun zəkatı yoxdur.
Məsələ 1871: Əgər qızıl, gümüş və ya bunlar kimi zəkat vacib olan bir şeyi borc alsa və bir il saxlayarsa, gərək onun zəkatını versin. Borc verən şəxsə isə bir şey vacib deyildir.
 

BUĞDA, ARPA, XURMA VƏ KİŞMİŞİN ZƏKATI


Məsələ 1872: Buğda, arpa, xurma və kişmişin zəkatı nisab həddinə çatdıqları vaxt vacib olur. Onların nisabı üç yüz sadır. Yəni 847 kiloqramdır.
Məsələ 1873: Zəkatı vacib olmuş buğda, arpa, xurma və üzümün zəkatını verməzdən əvvəl, ondan bir miqdarını özü və ailəsi yeyərsə və ya zəkat niyyəti olmadan fəqirə verərsə, sərf etdiyi miqdarın da zəkatını verməlidir.
Məsələ 1874: Əgər buğda, arpa, xurma və kişmişin zəkatı vacib olduqdan sonra onun sahibi ölərsə, onun malından zəkat miqdarı verilməlidir. Amma əgər zəkat vacib olmazdan əvvəl ölərsə, varislərdən birinin hissəsi nisab miqdarında olarsa, o öz payının miqdarını verməlidir.
Məsələ 1875: Şəri hakimin tərəfindən zəkatı toplamağa məsul edilən şəxs, buğda və arpanın samandan ayrıldığı xırman zamanı, xurma və üzümün də quruduğu vaxt zəkatı tələb edilə bilər. Bu təqdirdə əgər bunların sahibi zəkat verməsə və zəkatı vacib olan şeyi itirərsə, onun əvəzini verməyə borcludur.
Məsələ 1876: Əgər xurma və üzüm ağacına və ya buğda və ya arpa əkininə sahib olduqdan sonra, onların zəkatı vacib olarsa, onun zəkatını verməlidir.
zakat
Məsələ 1877: Əgər buğda, arpa, xurma və üzümün zəkatı vacib olduqdan sonra, əkini və ya ağacı satarsa, gərək satıcı onların zəkatını versin. O, zəkatı verərsə, alıcıya bir şey vacib olmaz.
Məsələ 1878: Əgər insan bir miqdar buğda, arpa, xurma və ya kişmiş alıb satanın onların zəkatını verdiyinə və ya verib-vermədiyinə şəkk edərsə, ona bir şey vacib deyildir. Amma əgər onların zəkatını vermədiyini bilərsə, gərək özü onların zəkatını versin. Bu təqdirdə əgər satıcı onu aldadarsa, zəkatı verdikdən sonra, zəkatın miqdarını ondan tələb edə bilər.
Məsələ 1879: Əgər buğda, arpa, xurma və kişmişin ağırlığı yaş ikən nisab miqdarına yetişərsə və quruduqdan sonra bu miqdardan az olarsa, onun zəkatı vacib olmaz.
Məsələ 1880: Buğda, arpa və xurma qurumazdan əvvəl sərf edilərsə. Onların qurusunun ölçüsü nisab miqdarında olarsa, gərək onların zəkatı verilsin.
Məsələ1881: Xurma üç qisimdir:
  1. Qurudulmuş xurma; onunla bağlı zəkat hökmü əvvəldə deyilib.
  2. Rütubətli olduğu halda yeyilən xurma.
  3. Yetişməzdən əvvəl yeyilən xurma; ikinci qisim xurmanın qurusu nisab miqdarına yetişəcək miqdarda olarsa, onun zəkatını vermək ehtiyata əsasən müstəhəbbdir. Zahir odur ki, üçüncü qismin zəkatı vacib olmaz.
Məsələ1882: Zəkatı verilmiş buğda, arpa, xurma və kişmiş insanın yanında bir neçə il qalarsa, zəkatı yoxdur.
Məsələ 1883: Əgər buğda, arpa, xurma və kişmiş yağış yaxud çay suyu ilə sulanarsa və ya Misirdəki tarlalar kimi, yerin rütubətindən istifadə edərsə, onun zəkatı 10/1-dir. Amma əgər vedrə və bu kimi şeylərlə sulanarsa, onun zəkatı 20/1-dir.
Məsələ 1884: Əgər buğda, arpa, xurma və üzüm həm yağış suyu ilə, həm də vedrə və bu kimi şeylərlə sulanarsa, bu təqdirdə, ürfün nəzərində „vedrə və bu kimi şeylərlə sulandığı“ sayılarsa, onun zəkatı 20/1-dir. Əgər „çay və yağışla sulanırdı“ deyərlərsə, onun zəkatı 10/1-dir. Əgər „hər ikisi ilə də sulanırdı“ — deyərlərsə, onun zəkatı 40/3-dür.
Məsələ 1885: Əgər camaatın sözündən nə söylədiyinə şübhə edərsə və sulama işini, xalqın hər ikisilə də sulanmışdır və ya məsələn; yağışla sulanmışdır — dediyi şəkildə olduğunu bilməzsə, 40/3 — verməsi kifayətdir.
Məsələ 1886: Əgər camaatın onun hər ikisilə sulanıb, yoxsa vedrə və bu kimi şeylərlə sulanıb, dediyi xüsusda şəkk edərsə, 20/1-ni zəkat olaraq verərsə, kifayətdir. Həmçinin əgər camaat nəzərində „yağış suyu ilə sulanmışdır“ deyildiyinə ehtimal verilirsə, hökm eynidir.
Məsələ 1887: Əgər buğda, arpa, xurma və kişmiş yağış və çay suyu ilə sulanarsa, vedrə və bu kimi şeylərlə sulanmaya ehtiyacı olmadığı halda onlarla da sulanarsa, fəqət vedrə və bu kimi şeylərlə edilən suvarma onun məhsulunun çoxalmasına kömək etməzsə, onun zəkatı 10/1-dir. Əgər adı çəkilən məhsullar vedrə və bu kimi şeylərlə sulanarsa, yağış və çay suyuna ehtiyacı olmadığı halda onlarla da sulansa, amma onlarla edilən suvarmanın onun məhsulunun çoxalmasına bir köməyi olmasa, zəkatı 20/1-dir.
Məsələ 1888: Vedrə və bu kimi şeylərlə sulanan tarlanın yanında başqa bir əkin olarsa və onun rütubətindən istifadə edib ayrıca suvarmaya ehtiyac qalmasa, vedrə ilə sulanan əkinin zəkatı 20/1-dir, onun yanında olub rütubətindən istifadə edən əkin yerinin zəkatı isə, ehtiyata əsasən 10/1-dir.
Məsələ 1889: Buğda, arpa, xurma və üzüm üçün sərf etdiyi xərcləri məhsuldan çıxıb, sonra nisab mülahizə edə bilməz. Bununla belə, əgər onlardan biri xərclənən məsrəflər mülahizə edilməzdən əvvəl nisaba yetişərsə, gərək onun zəkatını versin.
Məsələ 1890: İnsan, əvvəl tarlaya əkdiyi toxumu (istər özündən olsun, istər satın almış olsun) məhsuldan götürüb sonra nisabı bölə bilməz, əksinə nisab məhsulun yığımına nisbət ölçülməlidir.
Məsələ 1891: Dövlətin malın əslindən aldığı şeyə zəkat vacib olmaz. Məsələn; əgər əkinin məhsulu 2000 kq olsa və dövlət onun 100 kq-nı vergi olaraq alarsa, yalnız 1900 kq-nın zəkatı vacib olar.
Məsələ 1892: İnsan, vacib ehtiyata əsasən, zəkatın vacib olmasından əvvəl etdiyi xərcləri məhsuldan götürüb, fəqət yerdə qalanının zəkatını verə bilməz.
Məsələ 1893: Zəkat vacib olandan sonra etdiyi xərclərdən zəkat miqdarı üçün, xərclədiyini onu xərcləməkdə şəri hakim və ya onun nümayəndəsindən icazə almış olsa da, ehtiyata əsasən məhsuldan götürə bilməz.
Məsələ 1894: Buğda və arpanın xırman həddinə yetişməsini, üzüm və xurmanın quruma vaxtına yetişməsini gözləyib sonra zəkat verməsi vacib deyildir. Zəkat vacib olan vaxt zəkat miqdarının qiyməti məlum edilib, qiymətini zəkat olaraq, vermək caizdir.
Məsələ 1895: Zəkat vacib olandan sonra, əkini dərmədən və ya xurma və üzümü toplamadan müstəhəqq olan şəxsə yaxud şəri hakimə ya da onların nümayəndəsinə müşayən (müştərək) təslim edə bilər. Təslim edərsə, ondan sonra edilən xərclərdə ortaqdırlar.
Məsələ 1896: Mal sahibi əkinin və ya xurma və üzümün özünü şəri hakimə və ya zəkata müstəhəqq olan şəxsə ya da onların təmsilçisinə təslim etdikdə, onları başqa mallar ilə birlikdə pulsuz tarlasında saxlaması lazım deyildir. Onların yığılma və ya quruma vaxtına qədər tarlasında qalması üçün muzd istəyə bilər.
Məsələ 1897: Əgər bir insanın iqlimləri dəyişkən olub, əkin və meyvələri eyni zamanda ələ gəlməyən bir neçə şəhərdə buğda, arpa, xurma, üzüm kimi məhsulları olub onların hamısı bir ilin məhsulu sayılırsa, əvvəlkinin miqdarı nisab miqdarına çatarsa, onun zəkatını yetişdiyi an verməlidir. Qalanlarını isə yetişdiyi vaxt verməlidir. Amma əgər əvvəl yetişənin ölçüsü nisaba çatmazsa, məhsulun sonrakı qisimləri yetişənə qədər səbr edər. Əgər hamısı birlikdə nisab miqdarına yetişərsə, onun zəkatı vacib olar, nisab miqdarına yetişməzsə, vacib olmaz.
Məsələ 1898: Xurma və üzüm ağacları ildə iki dəfə meyvə verərsə, üst-üstə nisab miqdarına yetişərsə, ehtiyata əsasən zəkat vacib olar.
Məsələ 1899: Quruduğu vaxt nisab miqdarına yetişənə qədər təzə xurma və ya üzümü olarsa, əgər onun təzəsindən quruduğu vaxt ona vacib olan zəkat miqdarı zəkat qəsdilə verilərsə, eybi yoxdur.
Məsələ 1900: Üzərinə quru xurma və ya üzümün zəkatı vacib olan şəxs, onların zəkatını təzə xurma və ya təzə üzümdən verə bilməz. Hətta onun qiymətini müəyyən edib, təzə olan ayrı bir üzüm və ya quru xurmanı zəkatın qiyməti olaraq verərsə də, mübahisəlidir. Həmçinin üzərinə təzə xurma və ya təzə üzümdən verə bilməz. Hətta zəkatın qiyməti olaraq başqa bir xurma və üzümü verərsə, hərçənd təzə olsa da, mübahisəlidir.
Məsələ 1901: Borclu olan şəxs, üzərinə zəkat vacib olan mal olduğu halda ölərsə, əvvəl zəkata vacib olan maldan onun zəkatı bütünlüklə verilməli, sonra da onun borcu ödənilməlidir.
Məsələ 1902: Buğda, arpa, xurma və ya üzümdə borcu olan şəxs, əgər ölsə və bunların zəkatı vacib olmazdan əvvəl, varisləri onun borcunu başqa mallarından ödəyərlərsə, hansının hissəsi nisab miqdarına yetişərsə, gərək onun zəkatını versin. Amma əgər, bunların zəkatı vacib olmazdan əvvəl onun borcunu ödəməzlərsə, belə ki, ölən şəxsin malı yalnız borcuna çatarsa, bunların zəkatını vermək vacib deyildir. Əgər ölən şəxsin malı borcundan çox olarsa və əgər onun borcunu ödəmək istədikləri halda tələbkara buğda, arpa, xurma və üzümdən bir miqdar verməli olsalar, tələbkara verilən miqdarın zəkatı yoxdur. Yerdə qalanında isə varislərin hansının hissəsi nisab miqdarına yetişərsə, gərək zəkatını versin
Məsələ 1903: Əgər zəkatı vacib olmuş buğda, arpa, xurma və kişmişin yaxşısı və pisi vardırsa, vacib ehtiyat odur ki, hər birisinin zəkatı, yaxşısı və pisi özündən verilsin.
 
Müəllif Ayətullah Əl-Üzma Seyid Əli Sistani
Əsərin adı: İzahlı Şəriət Məsələləri
 

0 şərh