İzdivacı haram olan qadınlar

Məsələ 2393: İnsan ana, bacı, öz qızı, bibi, xala, qardaş qızı, bacı qızı, qaynana kimi qadınlarla məhrəm olduqları üçün izdivac etməsi haramdır.
Məsələ 2394: Əgər bir kəs bir qadını özü üçün əqd etsə, onunla yaxınlıq etməsə də, onun anası, ananın anası, atanın anası və nə qədər yuxarı getsə, o kişiylə məhrəm olurlar.
Məsələ 2395: Əgər bir qadını əqd edər və onunla yaxınlıq edərsə, qadının qızı, qızla oğlan nəvəsi və nə qədər aşağıya kimi getsə, istər əqd vaxtında olsun, istər sonradan dünyaya gəlsin, o kişiylə məhrəm olurlar.
Məsələ 2396: Əgər bir qadını özü üçün əqd edib, onunla yaxınlıq etməsə, ta o vaxta qədər ki, o qadın onun əqdindədir, vacib ehtiyata əsasən, onun qızı ilə izdivac edə bilməz.
Məsələ 2397: İnsanın xala və bibisi və atasının xala və bibisi, atasının xalası və bibisi ya atasının anası, anasının xala və bibisi, anasının anasını xala və bibisi ya anasının atası və nə qədər yuxarı getsə, insana məhrəmdirlər.
Məsələ 2398: Ərin atası və babası və nə qədər yuxarı getsə və onun oğlu və qız və oğlan nəvəsi və nə qədərki aşağı gedir, istər əqd vaxtı olsalar, istər sonradan dünyaya gəlsinlər, onun arvadına məhrəmdirlər.
Məsələ 2399: Əgər bir qadını özü üçün əqd etsə, istər daimi olsun, istər siğə, nə qədər ki, o qadın onun əqdindədir, o qadının bacısı ilə izdivac edə bilməz.
Məsələ 2400: Əgər öz arvadını talaq kitabında deyiləcək tərtib ilə rici talaqı versə, iddə arasında onun bacısını əqdə edə bilməz. Amma bəin talaq iddəsində talaq verən, onun bacısı ilə izdivac edə bilər. Mütə iddəsində vacib ehtiyat odur ki, izdivac etməsin.
Məsələ 2401: İnsan öz arvadının icazəsi olmadan onun bacısı qızı və qardaşı qızı ilə izdivac edə bilməz. Amma əgər arvadının icazəsi olmadan onları əqd etsə və sonradan arvadı icazə versə, eybi yoxdur.
Məsələ 2402: Əgər qadın başa düşsə ki, əri onun bacısı qızı və ya qardaşı qızını əqd edib və bir söz deməsə, belə ki, sonradan razılıq versə, əqd səhihdir. Əks təqdirdə isə onların əqdi batildir.
Məsələ 2403: Əgər insan öz bibisi və xalası qızını almamışdan qabaq onun anası ilə zina etsə, vacib ehtiyata əsasən, daha o, qızla izdivac edə bilməz.
Məsələ 2404: Əgər öz bibisi qızı və xalası qızı ilə izdivac etsə, onlar ilə yaxınlıq edəndən sonra anaları ilə zina etsə, onların ayrılmasına səbəb olmaz ər əgər əqddən sonra və onlar ilə yaxınlıq etməmişdən qabaq anaları ilə zina etsə, həmçinin, hökm eynidir. Hərçənd ki, müstəhəbb ehtiyat odur ki, bu surətdə onlardan talaq ilə ayrılsın.
Məsələ 2405: Əgər öz xalası və bibisi olmayan başqa qadın ilə zina etsə, ehtiyat müstəhəbb odur ki, onun qızı ilə izdivac etməsin. Hətta əgər bir qadını əqd etsə və onunla yaxınlıq etməmişdən qabaq onun anası ilə zina etsə, müstəhəbb ehtiyat odur ki, o qadından ayrılsın. Amma əgər onunla yaxınlıq etsə və sonra onun anası ilə zina etsə, şübhəsiz o qadından ayrılmağı lazım deyil.
Məsələ 2406: Müsəlman qadın kafirə əqd oluna bilməz, müsəlman kişi də əhli-kitab olmayan kafir qadınlar ilə izdivac edə bilməz. Amma əhli-kitab (yəhudi və xristian) qadınları ilə siğə etməyin maneəsi yoxdur, lazım ehtiyata görə onlar ilə daimi əqd etməsinlər. Nəvasib kimi bəzi firqələr ki, özlərini müsəlman bilirlər, kafir hökmündədirlər və müsəlman kişi və qadın onlar ilə daimi ya qeyri-daimi izdivac edə bilməzlər.
Məsələ 2407: Əgər rici talağın iddəsində olan qadın ilə zina etsə, o qadın ehtiyata görə ona haram olur. Əgər mütə bain talağı ya vəfat iddəsində olan qadın ilə zina etsə, hərçənd müstəhəbb ehtiyat onunla izdivac etməmək olsa da, sonradan onu əqd edə bilər. Rici və bain talağının və həmçinin mütə və vəfat iddəsinin mənası talağın hökmlərində deyiləcək.
Məsələ 2408: Əgər əri olmayan və iddədə olmayan bir qadın ilə zina etsə, ehtiyata əsasən tövbə etməzdən qabaq onunla evlənə bilməz. Əgər başqası o qadının tövbə etməsindən qabaq onunla evlənmək istəsə maneəsi yoxdur. Yalnız o surətdə ki, o qadın zina etməkdən məşhur olarsa, ehtiyata əsasən tövbə etməzdən qabaq onunla izdivac caiz deyildir. Həmçinin zina etməkdən məşhur olan bir kişi ilə onun tövbə etməmişdən əvvəl izdivac etməsi caiz deyildir. Əgər bir şəxs zinakar bir qadınla evlənmək istəsə, istər onunla özü zina etmiş olsun, istər başqası, gərək səbr edib o qadın heyz gördükdən sonra onunla əqd etməsi müstəhəbbdir.
Məsələ 2409: Əgər başqasının iddəsində olan qadını özü üçün əqd etsə, belə ki, kişi və qadın və ya onlardan biri, qadının iddəsi tamam olmadığını və iddədə olan qadını əqd etməyin haram olduğunu bilsələr, əqddən sonra o qadına yaxınlıq etməmiş olsa belə, o qadın, o kişiyə əbədi olaraq haram olur.
Məsələ 2410: Əgər başqasının iddəsində olan qadını özü üçün əqd edib onunla yaxınlıq etsə, o qadının iddəsi olduğunu və ya iddəsi olan qadını əqd etməyin haram olduğunu bilməsə belə, o qadın ona əbədi haram olur.
Məsələ 2411: Əgər insan bir qadının əri olduğunu bildiyi halda onunla izdivac etsə, gərək ondan ayrılsın və sonradan da onu özü üçün əqd etməsin. Həmçinin ehtiyata əsasən o qadının əri olduğunu bilməsə, amma izdivacdan sonra onunla yaxınlıq etmiş olsa, eyni hökmü daşıyır.
Məsələ 2412: Əri olan qadın əgər zina etsə, zina edən kişiyə ehtiyata görə əbədi haram olur. Amma öz ərinə haram olmur, belə ki, tövbə etməsə və öz əməlində qalsa, daha yaxşı odur ki, əri ona talaq versin. Amma gərək mehrini də versin.
Məsələ 2413: Talaq verilmiş və siğə olunmuş bir qadın ki, əri onu siğə müddətini bağışlayıb ya müddəti tamam olub, belə ki, bir müddətdən sonra ərə getsə və sonra şəkk etsə ki, ikinci ərini əqd zamanı birinci ərinin iddəsi tamam olub ya yox, öz şəkkinə etina etməsin.
Məsələ 2414: Ləvat olmuş oğlanın qızı, bacısı və anası, baliğ olduğu surətdə, ləvat edənə haramdır. Həmçinin ləvat olunan kişi olsa və ya ləvat edən baliğ olmasa da lazım ehtiyata əsasən, hökm eynidir. Amma daxil olduğunu zənn edərsə və ya daxil olub-olmadığından şübhə edərsə, ona haram olmurlar.
Məsələ 2415: Əgər şəxs bir oğlanın anası və ya bacısı ilə izdivac edərsə və izdivacdan sonra oğlan ilə ləvat etsə, ehtiyata əsasən, onlar ona haram olurlar.
Məsələ 2416: Əgər bir kəs, həcc əməllərindən biri olan ehram halında, bir qadını izdivac etsə, onun əqdi batildir, əgər bilsə ki, arvad almaq ona haramdır, daha o qadını əqd edə bilməz.
Məsələ 2417: Əgər ehram halında olan qadın ehram halında olmayan bir kişi ilə izdivac etsə, onun əqdi batildir. Əgər qadın bilsə ki, ehram halında izdivac etmək haramdır, vacib ehtiyat odur ki, sonra o kişi ilə izdivac etməsin.
Məsələ 2418: Əgər kişi, həcc və ümrə əməllərindən biri olan Nisa təvafını yerinə yetirməzsə, öz arvadı və başqa qadınlar ona halal olmaz. Həmçinin əgər qadın Nisa təvafını yerinə yetirməzsə, əri və başqa kişilər də ona halal olmaz. Amma əgər sonra Nisa təvafını yerinə yetirsə, halal olar.
Məsələ 2419: Əgər bir kəs baliğ olmayan qızı özü üçün əqd edərsə, qızın 9 yaşı tamam olmamışdan qabaq onunla yaxınlıq etməsi haramdır. Amma əgər yaxınlıq etsə, onu ifza (ifzanın mənası 2389-cu məsələdə deyildi) etmiş olsa belə, qız baliğ olandan sonra onunla yaxınlıq etməsinin haram olmaması daha güclü görüşdür. Amma əhvət budur ki, ona talaq versin.
Məsələ 2420: 3 dəfə talaq verilən qadın ərinə haram olar. Amma əgər talaq hökmlərində deyiləcək şəraitlər ilə, başqa kişi ilə izdivac etsə və ikinci əri ilə talaq verəndə ya öləndən sonra və onun iddəsinin zamanı keçəndən sonra birinci ər onu yenidən əqd edə bilər.
Müəllif Ayətullah Əl-Üzma Seyid Əli Sistani
Əsərin adı: İzahlı Şəriət Məsələləri
 

0 şərh