Süd verməyin hökmü

Məsələ 2473: Əgər bir qadın bir uşağı 2483-cü məsələdə deyiləcək şərtlərlə süd versə, o uşaq aşağıdakılardan məhrəm olar:
  1. O qadının özü ki, ona süd anası deyərlər.
  2. O qadının əri ki, süd onunla əlaqədardır, ona süd atası deyərlər.
  3. O qadının ata-anası və nə qədər yuxarı getsə, onun süd ata-anası olsa da.
  4. O qadından dünyaya gəlmiş və sonradan dünyaya gələcək uşaqlar.
  5. O qadının övladının uşaqları və nə qədər aşağı getsə, istər onun övladlarından dünyaya gəlsin, istərsə də onun övladı o uşaqlarına süd vermiş olsun.
  6. O qadının bacı-qardaşı süd bacı-qardaşı olsa da, yəni süd verməklə o qadınla bacı-qardaş olublar.
  7. O qadının əmi və bibisi, süd əmməklə əmi-bibi olsa da.
  8. O qadının dayı və xalası süd əmməklə onlar dayı-xala olsa da.
  9. O qadının ərinin övladı ki, süd onun əri ilə əlaqədardır və nə qədər aşağı getsə, onun süd övladı olsa da.
  10. Süd sahibi olan qadının ərinin ata-anası və nə qədər yuxarı getsə.
  11. Süd ilə əlaqədar olan ərin bacı-qardaşı, süd bacı-qardaşı olsa da.
  12. Süd ilə əlaqədar olan ərin əmisi, bibisi, xalası, dayısı və nə qədər yuxarı getsə də. Süd əmmək ilə ərin əmisi, bibisi, xalası, dayısı olsa da. Yenə, süd vermək ilə məhrəm olan başqa kəslər sonrakı məsələlərdə deyiləcək.
Məsələ 2474: Əgər bir qadın bir uşağa (2483-cü məsələdə deyilən) şərtlərlə süd versə, o uşağın atası, o qadından dünyaya gələn qızlar ilə evlənə bilməz. Belə ki, onlardan biri hal-hazırda onun arvadı olsa, onun əqdi batil olar. Amma o qadının süd qızları ilə evlənməyi caizdir. Hərçənd müstəhəbb ehtiyat odur ki, onlarla da evlənməsin. Yenə də ehtiyata görə o qızların əri ki, süd onun malıdır, onun qızlarının və hətta süd qızlarını belə özü üçün əqd edə bilməz və əgər onlardan biri arvadı olsa, onun əqdi ehtiyata görə batil olar.
Məsələ 2475: Əgər bir qadın bir uşağa 2483-cü məsələdəki şərtlər ilə süd versə, o qadının əri ki, süd onunla əlaqədardır, o uşağın bacılarına məhrəm olmaz. Amma müstəhəbb ehtiyat odur ki, onlar ilə izdivac etməsin. Həmçinin, ərin qohumları, o uşağın bacı və qardaşlarına məhrəm olmazlar.
Məsələ 2476: Əgər bir qadın bir uşağa süd versə, o qadın ilə izdivac etsə və onunla yaxınlıq etsə, sonradan o qızı özü üçün əqd edə bilməz.
Məsələ 2477: Əgər insan bir qıza kamil süd vermiş qadın ilə izdivac etsə və onunla yaxınlıq etsə, sonradan o qızı özü üçün əqd edə bilməz.
Məsələ 2478: Əgər insan bir qız ilə izdivac etsə, sonradan o qıza kamilən süd vermiş qadın ilə izdivac edə bilməz.
Məsələ 2479: İnsan anasının ya nənəsinin kamilən süd verdikləri qız ilə izdivac edə bilməz. Həmçinin, əgər insanın atasının arvadı atası ilə əlaqədar olan süd ilə bir qıza süd verirsə, insan o qız ilə izdivac edə bilməz. Belə ki, süd əmən qızı özü üçün əqd etsə, sonra anası, nənəsi və ya atasının arvadı o qıza süd versə, əqd batil olar.
Məsələ 2480: İnsan bacısının və ya qardaşı arvadının qardaşı südündən kamil süd verdiyi bir qız ilə izdivac edə bilməz. Həmçinin, insan, bacısı uşağı və ya qardaşı uşağının və ya bacısı ya qardaşı nəvəsinin süd verdiyi qızı izdivac edə bilməz.
Məsələ 2481: Əgər bir qadın öz qızının uşağına kamil süd versə, o qız öz ərinə haram olar. Həmçinin, qızın ərinin başqa qadından olan uşağa süd versə də, belə olar. Amma əgər bir qadın öz oğlunun uşağına süd versə, oğlunun arvadı ki, süd verən uşağın anasıdır, öz ərinə haram olmaz.
Məsələ 2482: Əgər bir qızın atasının arvadı, o qızın ərinin uşağına atası ilə əlaqədar olan süddən versə, 2474-cü məsələdə deyilən ehtiyata görə o qız öz ərinə haram olar, istər uşaq o qızdan olsun, istərsə başqa qadından.
 

MƏHRƏM OLMAĞA SƏBƏB OLAN SÜD VERMƏYİN ŞƏRTLƏRİ


Məsələ 2483: Məhrəm olmağa səbəb olan süd vermənin 8 şərti var:
  1. Uşaq diri qadının südünü əmsin. Deməli, əgər ölmüş qadının döşündən süd əmsə, faydası yoxdur.
  2. O qadının südü haramdan olmasın, deməli, əgər zinadan dünyaya gəlmiş uşağın südünü başqa uşağa versələr, o süd ilə uşaq heç kəsə məhrəm olmaz.
  3. Uşaq südü döşdən əmsin, deməli, əgər südü onun boğazına töksələr, təsiri yoxdur.
  4. Süd xalis olsun və başqa heç nə ilə qarışmasın.
  5. Süd bir ərdən olsun, deməli, süd verən qadına talaq verilsə, sonra başqasına ərə getsə və ondan hamilə olsa, doğana qədər birinci ərdən qalan südü, məsələn; 8 dəfə doğmamışdan qabaq birinci ərin südündən yeddinci dəfə doğandan sonra ikinci ərin südündən bir uşağa versə, o uşaq bir kəsə məhrəm olmaz.
  6. Xəstəlik vasitəsilə uşaq südü qusmamalıdır, əgər qussa təsiri yoxdur.
  7. Uşağa süd vermək o miqdarda olsun ki, sümükləri o süddən bərkisin və bədəninə ət gəlsin. Əgər məlum olmasa ki, bu həddə yetişib ya yox, belə ki, bir gecə-gündüz ya on beş dəfə sonrakı məsələdə deyiləcək şəkildə doyunca süd əmsə, yenə də kifayətdir, amma əgər uşağın bir gecə-gündüz ya on beş dəfə süd əmməsinə baxmayaraq bu südün uşağın sümüklərinin bərkiməsində və bədəninə ət gəlməsinə təsir olmadığı məlum olsa, belə hallarda ehtiyata əməl etmək tərk olunmamalıdır.
  8. Uşağın iki yaşı tamam olmasın. Əgər iki yaşı tamam olandan sonra ona süd versələr, bir kəsə məhrəm olmaz, əgər iki yaşı tamam olmamışdan qabaq səkkiz dəfə və ondan sonra yeddi dəfə süd əmsə, bir kəsə məhrəm olmaz. Amma əgər, süd verən qadın, doğandan sonra iki ildən çox il keçsə və onun südü qalsa və bir uşağa süd versə, o uşaq deyilən kəslərə məhrəm olar.
Məsələ 2484: Gərək uşaq bir gecə-gündüz əsnasında yemək yeməməli, başqa bir kəsin südünü də əmməməlidir. Amma bir az yemək yesə və deməsələr ki, yemək yeyib, eybi yoxdur. Həmçinin, on beş dəfəni bir qadının südündən əmsin və on beş dəfənin əsnasında başqa kəsin südündən əmməsin. Hər dəfə də fasiləsiz süd əmsin. Amma əgər süd əmən zaman nəfəs çəksə ya bir az gözləsə, birinci zamandan ki, döşü ağzına alıb əmsin, doyana qədər bir dəfə hesab olsa, eybi yoxdur.
Məsələ 2485: Əgər qadın öz ərinin südündən başqa uşağa süd versə və sonra başqa ərə getsə və ikinci ərinin südündən bir uşağa süd versə, hərçənd bir-biri ilə izdivac etmələri daha yaxşı olsa belə, o iki uşaq bir-birinə məhrəm olmaz.
Məsələ 2486: Əgər bir qadın bir ərin südündən bir neçə uşağa süd versə, onların hamısı bir-birinə, əri və süd verən qadına məhrəm olarlar.
Məsələ 2487: Əgər bir kəsin bir neçə arvadı olsa və onların hər biri dediyimiz şərtlər ilə süd versə, o uşaqların hamısı bir-birinə, ərə və o qadınların hamısına məhrəm olarlar.
Məsələ 2488: Əgər bir kəsin iki süd verən arvadı olarsa və onların biri, məsələn; uşağa səkkiz dəfə və o biri yeddi dəfə süd versə, o uşaq bir kəsə məhrəm olmaz.
Məsələ 2489: Əgər bir qadın bir ərinin südündən bir oğlan və bir qıza kamilən süd versə, o qızın qardaş və bacısı, o oğlanın qardaş və bacısına məhrəm olmazlar.
Məsələ 2490: İnsan öz arvadının izni olmadan süd əmməklə o arvadın bacısı qızı ya qardaşı qızı olan qadınlar ilə izdivac edə bilməz. Həmçinin, əgər bir oğlan ilə ləvat etsə, o oğlanın qızı, bacısı, anası və nənəsi ki, rizaidirlər, yəni süd əmməklə onun qızı, bacısı və anası olub, onu özü üçün əqd edə bilməz. Bu hökm, ehtiyata əsasən, ləvat edənin baliğ olmadığı və ya ləvat olunanın baliğ olduğu hala da aiddir.
Məsələ 2491: İnsanın qardaşına süd verən qadın insana məhrəm olmaz, hərçənd, müstəhəbb ehtiyat odur ki, onunla izdivac etməsin.
Məsələ 2492: İnsan, iki bacı ilə süd əmməklə bir-birilə bacı olsalar da, izdivac edə bilməz. Belə ki, qadını əqd etsə və sonra başa düşsə ki, onlar bacı imişlər, bir halda ki, onların əqdi eyni vaxtda olub, əzhərə əsasən batildir və əgər bir vaxtda olmayıbsa, «birinci» əqd səhih, «ikinci» əqd batil olar.
Məsələ 2493: Əgər qadın öz əri ilə əlaqədar olan süddən, sonradan deyiləcək kəslərə süd versə, hərçənd ehtiyat etmək daha yaxşı olsa da, əri ona haram olmaz. Ehtiyata əməl etmələri daha yaxşıdır.
  1. Öz bacısı və qardaşına.
  2. Öz əmi, bibi, dayı və xalasına.
  3. Öz dayısı və əmisi uşağına.
  4. Öz qardaşı uşağına.
  5. Öz ərin qardaşına ya bacısına.
  6. Öz bacısı uşağına və ya ərinin bacısı uşağına.
  7. Ərinin xala, dayı, əmi və bibisinə.
  8. Öz ərinin başqa arvadının nəvəsinə.
Məsələ 2494: Əgər bir kəs insanın xalası qızına ya bibisi qızına süd versə, ona məhrəm olmaz, amma müstəhəbb ehtiyat odur ki, onunla izdivac etməkdən çəkinsin.
Məsələ 2495: İkinci arvadı olan kişinin, əgər o iki arvaddan biri o biri arvadın əmisi uşağına süd versə, o arvadın ki, əmisi uşağı süd əmib, o öz ərinə haram olmaz.

SÜD VERMƏYİN QAYDASI


Məsələ 2496: Uşağa süd vermək üçün hamısından yaxşı onun anasıdır. Ana süd vermək üçün öz ərindən muzd almamağa layiqlidir. Yaxşıdır ki, ər muzd versin. Əgər ana dayədən çox muzd istəsə, ər uşağı ondan alıb dayəyə verə bilər.
Məsələ 2497: Müstəhəbbdir ki, uşaq üçün tutulmuş dayə, on iki imam şiəsi, həmçinin, aqilli, iffətli və gözəl surətli olsun. Lakin uşaq üçün əqli az olan ya on iki imam şiəsi olmayan, pis surətli ya pis əxlaqlı, ya zinazadə olan qadını dayə tutmaq məkruhdur. Həmçinin məkruhdur ki, südü zinadan dünyaya gəlmiş uşağın südü olan dayə tutsunlar.

SÜD VERMƏNİN MÜXTƏLİF MƏSƏLƏLƏRİ


Məsələ 2498: Daha yaxşı odur ki, qadınların hər yetən uşağa süd verməkdən qarşısı alınmasıdır. Çünki, kimlərəsə süd verdiklərinin unudulması və sonradan məhrəm olan iki şəxsin bir-biriylə evlənməsi mümkündür.
Məsələ 2499: Mümkün olan surətdə müstəhəbbdir ki, uşağa iyirmi bir ay tamam süd versinlər və iki ildən çox süd vermək layiqli deyil.
Məsələ 2500: Əgər süd verməklə ərin haqqı aradan getməzsə, qadın ərinin icazəsi olmadan başqasının uşağına süd verə bilər.
Məsələ 2501: Əgər bir qadının əri südəmər qızı özü üçün əqd etsə, belə ki, arvadı qıza süd versə, məşhura görə qadın artıq arvadının anası olur və ona haram olur. Amma bu hökm işkaldan kənar deyil və ehtiyata əməl etmək tərk olunmamalıdır.
Məsələ 2502: Əgər bir kəs istəsə ki, qardaşı arvadı ona məhrəm olsun, bəziləri buyurublar ki, gərək südəmər bir qızı, məsələn; iki günlük özü üçün siğə etsin və o iki gün müddətində 2483-cü məsələdə deyilən şərtlər ilə qardaşı arvadı o qıza süd versin ki, onun arvadının süd anası olsun. Amma bu hökm qardaşının arvadı onun qardaşının südü ilə o qız uşağına süd verdiyi təqdirdə mübahisəlidir.
Məsələ 2503: Əgər kişi bir qadını özü üçün əqd etməmişdən qabaq desə ki, o qadının süd əmməsi ilə ona haram olub, məsələn; desə ki, onun anasının südünü əmib, belə ki, onu təsdiq etmək mümkün olsa, o qadın ilə izdivac edə bilməz. Əgər əqddən sonra desə və qadın onun sözünü qəbul etsə, əqd batildir. Əgər kişi onunla yaxınlıq etməyibsə ya yaxınlıq edibsə, amma yaxınlıq edən vaxt qadın o kişiyə haram olduğunu bilibsə, mehriyyəsi yoxdur, əgər qadın yaxınlıq etdikdən sonra o qadının ona haram olduğunu deməsi kimidir, o adama haram olduğunu bilirsə, ər gərək onun mehrini, onun mislində olan qadınlara uyğun olaraq versin.
Məsələ 2504: Əgər qadın əqddən qabaq desə ki, süd əmmək vasitəsilə o kişiyə haram olmuşdur və onu təsdiq etmək mümkün olsa, o kişi ilə izdivac edə bilməz. Əgər sonra desə, kişinin əqddən sonra o qadının ona haram olduğunu deməsi kimidir və onun hökmü qabaqdakı məsələdə deyildi.
Məsələ 2505: Məhrəm olmağa səbəb olan süd vermək iki şeylə sübut olur:
  1. İnsan onların sözündə yəqinlik və ya xatircəmlik tapacaq bir dəstənin xəbər verməsilə;
  2. İkinci adil şəxsin şəhadəti, amma gərək süd verməyin şərtini desinlər; məsələn; desinlər «biz gördük ki, filan uşaq filan qadının döşündən 24 saat süd əmib və bu əsnada başqa şey yeməyib» və həmçinin 2483-cü məsələdə deyilmiş başqa şərtləri də şərh etsinlər. Amma süd verməyin bir adil kişi və ya iki qadının və ya dörd adil qadının şəhadəti ilə sübut olması mübahisəlidir.
Məsələ 2506: Əgər uşağın, məhrəm olmağa səbəb olacaq qədər süd əmib-əmmədiyindən şübhə edilərsə ya da o miqdar südə əmdiyi zənn edilirsə, uşaq heç kimə məhrəm olmaz. Amma ehtiyat etmək daha yaxşıdır
 
Müəllif Ayətullah Əl-Üzma Seyid Əli Sistani
Əsərin adı: İzahlı Şəriət Məsələləri

0 şərh