Qəsb

Qəsb odur ki, insan zülm ilə başqasının haqqına ya malına sahib olsun. Bu da böyük günahlardan biridir. Əgər bir kəs bu işi icra etsə, Qiyamətdə ağır əzaba düçar olacaq. Peyğəmbər Əkrəmdən (s) rəvayət olunub ki, hər kəs başqasından bir qarış yer qəsb etsə, Qiyamətdə həmin yeri 7 qatı ilə birgə boyunduruq kimi onun boynuna salacaqlar.
Məsələ2554: Əgər insan hamı üçün tikilmiş məscid, mədrəsə, körpü və başqa yerlərdən camaatın istifadə etməsini qoymasa, onların haqqını qəsb etmişdir. Həmçinin, əgər bir kəs məsciddə özü üçün bir yer tutsa və başqası da onun oradan istifadə etməsini qoymazsa, günah etmişdir.
Məsələ 2555: Əgər girov qoyan və girov götürən qərar qoysalar ki, o şey ki, girov qoyulmuşdur, girov götürənin ya 3-cü şəxsin əlində olsun, girov verən girov qoyduğu əşyanın əvəzini ödəməmiş qoyduğu girovu götürə bilməz. Əgər götürsə, gərək dərhal qaytarsın.
Məsələ 2556: Malı ki, bir kəsin yanında girov qoymuşlar, əgər başqası qəsb etsə, mal sahiblərindən hər biri və girov götürən şəxs qəsb edilmiş şeyi tələb edə bilər. Belə ki, o şeyi ondan alsalar, yenə də girovdadır. Əgər o şey aradan getsə və onun əvəzini alsalar, o əvəz də əvvəlki şey kimi girov olar.
Məsələ 2557: Əgər insan bir şeyi qəsb etsə, gərək sahibinə qaytarsın. Əgər o şey aradan getsə və qiyməti olsa, gərək onun əvəzini ona versin.
Məsələ 2558: Əgər qəsb edilmiş şeydən mənfəət əldə edilsə, məsələn; qəsb edilmiş qoynundan quzu olsa, o mal sahibinindir. Həmçinin, bir evi qəsb etmiş bir kəs orada oturmasa da, gərək onun icarəsini versin.
Məsələ 2559: Əgər uşaqdan ya dəlidən bir şeyi qəsb etsələr, gərək onu onun vəlisinə versinlər. Əgər o şey aradan getsə, əvəzi ödənilməlidir.
Məsələ 2560: Əgər iki nəfər birlikdə bir şeyi qəsb etsələr, hər ikisi bütünlüklə o şeydən istifadə etsələr, hər biri təklikdə o şeyi qəsb etməyi bacarmamadığına baxmayaraq onlardan hər biri, o şeyə bütünlüklə zamindirlər.
Məsələ 2561: Əgər qəsb edilmiş bir şeyi digər bir şey ilə qarışdırsalar, məsələn; qəsb olunmuş buğdanı arpa ilə qarışdırsalar, belə ki, onları ayırmaq mümkün olsa, əziyyət ilə olsa da, gərək ayrılsın və sahibinə qaytarılsın.
Məsələ 2562: Əgər bir şəxs düzəldilmiş qızıl parçasını qəsb etsə, məsələn; qəsb olunmuş sırğanı əritsə, gərək onu əritdikdən qabaq və sonrakı qiymətinin fərqi ilə sahibinə versin. Əgər qiymətinin fərqini ödəməsə, desə ki, onu əvvəlki kimi düzəldəcəyəm, malik məcbur deyil ki, qəbul etsin. Həmçinin malik onu, əvvəlki kimi düzəltməyə də məcbur edə bilməz.
Məsələ 2563: Qəsb edilmiş bir şeyi əvvəlkindən yaxşı olacaq bir şəkildə dəyişdirilsə, məsələn; qəsb edilmiş qızıldan sırğa düzəltsə, belə ki, «malı bu halda mənə ver» desə, gərək ona versin və ondan çəkdiyi zəhmət üçün muzd ala bilməz. Həmçinin malikin icazəsi olmadan onu əvvəlki halına salmağa haqqı yoxdur. Amma malikin icazəsi olmadan onu əvvəlki ya başqa şəklə salsa, iki halət arasında olan qiymət fərqinə zamin olması daha yaxşıdır.
Məsələ 2564: Əgər qəsb edilmiş bir şeyi əvvəlkindən daha yaxşı olacaq bir şəkildə dəyişdirsələr və mal sahibi desə ki, gərək onu əvvəlki şəklə salasan, vacibdir ki, o əvvəlki şəklə salınsın. Belə ki, onun qiymətini dəyişdirmək vasitəsilə əvvəlkindən az olsa, gərək onun fərqini də sahibinə versin. Beləliklə, qəsb edilmiş qızıldan əgər sırğa düzəldilsə və onun sahibi desə: «onu əvvəlki şəklə sal» o halda əridəndən sonra onun qiyməti sırğa düzəltməmişdən qabaqkı qiymətdən az olsa, gərək onun fərqini ödəsin.
Məsələ 2565: Qəsb edilmiş yerdə əkin ya ağac əkilsə, o ağacın və əkinin barı onundur. Belə ki, torpağın sahibi razı olmasa ki, əkin ya ağac onun yerində qalsın, qəsb edən şəxs gərək dərhal öz ağac ya əkininin zərəri olsa da, yerdən çıxartsın. Həmçinin ağac ya əkin o yerdə olan müddətdə yerin icarəsini yer sahibinə versin və yerdə olan xarabalıqları düzəltsin, məsələn; ağacların yerini doldursun. Əgər bunların vasitəsilə yerin qiyməti əvvəlkindən az olsa, gərək onun fərqini də versin. O, yer sahibini məcbur edə bilməz ki, yeri ona satsın ya icarə versin. Həmçinin yer sahibi onu məcbur edə bilməz ki, əkin ya ağacı ona satsın.
Məsələ 2566: Əgər yer sahibi ağacın ya əkinin onun yerində qalmasına razı olsa, oranı qəsb edən şəxs lazım deyil ki, ağacı ya əkini oradan çıxartsın, amma gərək o yerin icarəsini qəsb etdiyi vaxtdan yer sahibi razı olan vaxta qədər versin.
Məsələ 2567: Əgər qəsb edilmiş şey aradan getsə, o halda ki, inək və qoyun olsa, gərək şəxsi xüsusiyyətlərinə görə onun qiyməti aqillər nəzərində digər fərdin qiyməti ilə fərqli olsun, gərək onun qiymətini versin və əgər onun bazar qiyməti istək və təklif vasitəsilə fərq etsə, gərək tələf olduğu vaxtda olan qiyməti versin. Müstəhəbb ehtiyat odur ki, qəsb olunmuş müddətdən tələf olduğu müddətə qədər ən yüksək qiyməti ödəsin.
Məsələ 2568: Əgər qəsb edilmiş şey aradan getsə, məsələn; arpa və buğda ki, onların xüsusiyyət cəhətindən qiymət dəyərinin fərqi yoxdur; qəsb olunmuş misli kimisi ödənilməlidir. Amma ödənilən şeyin maddə və növ xüsusiyyətləri qəsb etdiyi və aradan getdiyi şeyin mislində olsun. Məsələn; əgər əla növ düyü qəsb edibsə, ondan aşağı növ düyünü qaytara bilməz.
Məsələ 2569: Əgər bir şey, məsələn; qoyun qəsb edilsə və aradan getsə, belə ki, onun bazar qiyməti fərq etməsə, amma onun yanında olduğu müddətdə məsələn; kökəlsə, sonra tələf olsa, gərək kök olan vaxtın qiymətini versin.
Məsələ 2570: Qəsb edilmiş şeyi əgər başqası ondan qəsb etsə və aradan getsə, mal sahibi onların hər birindən onun əvəzini ala bilər ya da onların hərəsindən əvəzin bir qədərini tələb edə bilər. Belə ki, onun əvəzini birincidən alsa, onda birinci də verdiyi şeyi ikincidən ala bilər. Amma əgər mal sahibi ikincidən alsa, ikinci verdiyi şeyi birincidən tələb edə bilməz.
Məsələ 2571: Əgər satdıqları bir şeydə müamilənin şərtlərindən biri olmasa, məsələn; o şey ki, gərək çəki ilə alış-veriş edilsin, çəkisiz müamilə etsələr, müamilə batildir və belə ki, satıcı və alıcı qəti nəzər ilə müamilədən razı olsalar ki, bir-birinin malında istifadə etsinlər, eybi yoxdur. Əgər belə olmasa, bir-birlərindən aldığı şey qəsbi mal kimidir və gərək onu sahibinə qaytarsın. Bu halda əgər birinin malı o birisinin əlində tələf olsa, istər müamilənin batil olduğunu bilsin, istərsə də bilməsin, gərək onun əvəzini versin.
Məsələ 2572: Əgər satıcıdan görməsi və ya bir müddət bəyənərsə, olması üçün bir mal alarsa və o mal tələf olarsa, məşhurə görüşə əsasən, gərək onun sahibinə versin.
Müəllif Ayətullah Əl-Üzma Seyid Əli Sistani
Əsərin adı: İzahlı Şəriət Məsələləri
 

0 şərh