İdmanda zamanı tərləmə

Tərləmə tər vəziləri vasitəsilə olur. İki növ tər vəziləri ayırd edilir: ekkrin vəzlər, bunların hüceyrələri sekret hasil edib onu vəzinin boşluğuna ifraz edir, həm də sekretor vəzilər dəyişilmir; apokrin vəzilər — bu vəzilərin sekresiyası zamanı vəzi hüceyrəsi protoplazmanın bir hissəsi parçalanır, həm də hüceyrələr xaric olan tərin içərisinə düşür.
Əzələ işi, xüsusən, yay aylarında orqanizmə çoxlu maye daxil edilməsi tər ifrazını artırır. Psixi anlar (sinir-psixi gərginləşmə, qorxu) ətraf mühitin adi temperaturunda da güclü tər ifrazına səbəb ola bilər.

Ətraf havanın temperaturunun yüksəlməsi sinir mərkəzlərini reflektoru qıcıqlandırmaqla tər ifrazını artırır.
Bəzi dərman maddələrində sekretor sinirlərinin periferik uclarını oyatmaq və ya süstləşdirmək xassəsi vardır, məsələn, pilokarpin tər vəzinin ifrazını artırır, atropin isə azaldır və s.

Tər ifrazı pozğunluqları ümumi və yerli olur. Bu pozğunluqlara hiperhidroz deyilir. Ümumi hidroz əməli cəhətdən sağlam olan, lakin çox tərləyən şəxslərdə tərin həddən artıq ifraz olunması nəzərdə tutlmur. Yerli hiperhidroz adətən ovuclarda və ayaqların altında, qoltuqaltı çuxurlarda, sarğıarası büküşdə və nadir hallarda dəri örtüyünün digər hissələrində müşahidə edilir.

Ovucların və ayaq altının hiperhidrozunda bu yerlərdə çox vaxt damar pozğunluqları da qeyd edilir. Belə xəstələrin ətrafları (əlləri) və ayaqları göyərmiş, soyuq, nəm və yapışan olur.

Hiperhidroz vegetativ sinir sisteminin funksional pozğunluqlarının nəticəsidir.
Ayaqları güclü tərləyən şəxslərdə epidermisin matserasiyası və yumuşalması baş verir ki, bunun nəticəsində gəzərkən, qaçarkən, məşq edərkən asanlıqla döyənək əmələ gəlir. Yumuşalma nəticəsində dəriyə infeksiyanın (göbələkciklərin və s.) keçməsi üçün əlverişli şərait yaranır. Ayaqları güclü tərləyən şəxslərin təri çox vaxt pis, üfunətli iy verir.

Müalicəsində ümumi təsiredici kimi əzələ içərisinə hər gün və ya günaşırı 10 ml 25% maqnezium sulfat məhlulunun inyeksiyası, vena daxilinə günaşırı 5-10 ml 40% urotronin məhlulu yeridilir. Yerli müalicədə isə ayaqlar hər gün sabunlu su ilə yuyulur, kalium permanqanatlı yerli vannalar qəbul edilir və həmin yerə toz (qalamin, talk) və sürtmə dərmanlarından istifadə edilir. Həftədə bir dəfə gicitkən cövhəri qatılmış su ilə vanna edilir. Ayağa təbii xına da sürtmək kömək edir.
Ayaqları tərləyən adamlar rezin ayaqqabı geyməməli, yun corabdan istifadə etməlidir. Corablar da tez-tez dəyişdirilməlidir. Yayda ayaqqabı geyməmişdən əvvəl ayaqqabının içinə bir az talk səpmək, barmaqların arasını, ayağın altını azacıq kirşanlamaq olar. Ümumiyyətlə, gigiyenik qaydalara diqqətlə riayət etmək lazımdır.

3 şərh

kulturoloq
Bəlkəm "İdman Zamanı Tərləmə" vermək istəmisiz posta?
_BUMERANQ_
Linkin topiklə nə əlaqəsi?