Dünyanı lərzəyə gətirən döyüş sənəti: Vin Çun

Ving-Çun — yaxın döyüş sistemi deməkdir.

Qədim Çin döyüş sənətinin ən real və praktik sistemi sayılan Ving-Çun 1700-1820-ci illərdə Çinin Futçzan Əyalətində yaradılmışdır. Bu döyüş stilinin daha sonralar orjinal formada qorunub saxlanılması və inkişafı 1893-1972-ci illərdə yaşamış qrandmaster Yip-Manın adı ilə bağlıdır.

Yip-Man, Ving-Çun döyüş üslubunu açıq bir şəkildə dünyaya yayan və öyrədən ilk kung-fu ustasıdır.

 

Yip Manın ən məşhur tələbələrindən biri də Brus-Li  idi. Çində çox populyar olan bu stil, daha sonralar 1960-cı illərin sonunda Bryus Li tərəfindən Qərbdə və eləcə də bütün dünyada tanınmağa başladı.

 

Bu döyüş sistemi effektiv “Çi” tənəffüsündən, universal əl texnikalarından, çevik mövqelərdən və ayaq zərbələrindən istifadə edir – hansı ki, azaddır və tez-tez hərəkət edəndir. Bu döyüş sistemində taxta adam üzərində aparılan məşqlər və sistemin nüvəsi sayılan Çi Sao (yapışqan əllər) texnikası idmançıya mükəmməl ustalıq bəxş edir.

 Wing-Chun Fəlsəfəsi

  

Wing-Chun Tao — Wing-Chunun Universal Yoludur.
Wing-Chun məşqlərinin ruhi inkişafı üçün Universal Yola yəni “Tao”ya uyğunlaşmasını təmin etmək lazımdır. Bu universal yol Wing-Chun məşqlərində aşağıdakı üç təməl başlıq altında araşdırılır: Dürüstlük ,Sevgi ,Səbir

Bu üç təməl dinamik aşağıdakı öyüdlərlə yaddaşlarda qalmalıdır:

Dürüstlük:

Dürüst bir insan ol!
Doğrunu söylə!
İnsanları aldatma!
Səhvlərini etiraf (qəbul) et!

Sevgi:

Mehriban bir ürəyin olsun!
İnsanları (günahlandırma) təhgir etmə!
Başqalarına köməkçi olmağı sev!
Yaxşılıq et!

Səbir:

Şikayət etmə!
Çətinliklərə qarşı güclü ol!
Qisas alma! (Kin saxlama!)

Fiziki olaraq yaxşı bir gücə çatdığınızda enerjinizi yüksəltmənin tək yolu ruhi çalışmalar görməkdir. Beyninizi və hisslərinizi daha təsirli istifadə etməni öyrənməlisiniz. Hamımız beynimizi məhdud ölçülərdə istifadə edə bilərik, ancaq bunu inkişaf etdirməmiz hər vaxt mümkündür.

Enerjimizi yüksəltməmiz üçün izləniləcək dörd əhəmiyyətli pillə vardır:

1. Bədəninizi təmizləyin: Danışmalarınızı, hərəkətlərinizi və düşüncələrinizi inkişaf etdirin.

2. Öz intizamınızı qurun: Həyatınızı istiqamətləndirən doğru qaydalar inkişaf etdirin.

3. Bağlanmayın: İnsanlara, hadisələrə, anlayışlara ya da obyektlərə bağlanmayın [asılı olmayın].

4. Möhkəm bir zehinə sahib olun: Sakit olun ki heç bir şey zehininizi lazım olduğundan çox məşğul etməsin.

  Vin Çun özünü müdafiəyə hesablanmış döyüş növüdür.Əsas prinsipi güc göstərməməkdir.Bu xüsusiyyətlərinə görə hər cins və yaşdan olan insanların,xüsusən xanımların bu döyüş növünü öyrənməyi münasibdir.   

Ölkəmizdə də bu döyüş üslubu gənclər və eləcə də müxtəlif yaş qruplarına aid insanlar tərəfindən çox sevilir. Bu döyüş sənətinin yarandığı məkan sayılan Çində və eləcə də bir çox ölkələrdə seminarlarda və təlim məşqlərində olmuş,2015-ci ildə Almaniyada keçirilmiş beynəlxalq müsabiqədə «ilin ustası»adına layiq görülmüş ,Azərbaycan Vingçun döyüş sənəti idman klubunun rəhbəri Asif Sayadov tələbələrinə bu döyüş üslubunu məharətlə öyrədir.Rəsmi saytı kungfu.az


Oxşar məqalələr

 

7 şərh

Guilty
Çox sağ olun neçə vaxtı mən də Wing Chun la məşğul olmaq istəyirdim amma bizdə olub olmadığını bilmirdim.Təşəkkürlər.
azadmamedov90
İndiyə qədər ən gözəl Həyat dərsləridir bu… Daha idman və ya əyləncə yox. Kunfutsi ümumiyəətcəbu fəsləfəni yaradanda belə inkişaf edəcəyəni fkirləşibmiş yəqin…
Patrio
Əla döyüş növüdü.Mən də öyrənəcəm inşallah.
Patrio
Wing Chun haqqında ən gözəl kino Ip Man (2010) kinosunu. Baxmayanların baxmağı məsləhətdi.Əla kinodu.))
Patrio
720pizle.com/detay/yip-man.html Ip Man 2008
720pizle.com/detay/yip-man-2.html Ip Man 2010

Ip Man 3  də yoldadı.Bu dəfə Mike Tyson da çəkiləcək filmdə.
Guilty
Məndə də İp Mana baxandan sonra wing chuna həvəs yaranıb.))
Frozen
Düzdü film çox gözəl çəkilib.Təkcə döyüş,ekşn filmi yox.həm də duyğusal,həyati filmdir.