Bel çevrəsi üçün hərəkətlər

Alınan kilolar ya heç verilmir, ya da uzun məşqlərdən sonra nəticə verir. Xüsusilə bel bölgəsi ən çox şikayət edilən yağlanma bölgəsidir. Məşq və pəhriz, bu yağlardan xilas olmaq üçün müraciət edilən bir yoldur.

Bel və ətrafında yığılan yağları əritmək üçün hansı hərəkətlər edilməlidir?
Yerə üzü yuxarı uzanın. Əllərinizi 45 dərəcə bucaq altında qulaqlarınızın yanından irəliyə doğru uzadın. Düz uzatdığınız ayaqlarınızı yüngülcə əyin. Çiyinlərinizi başınıza doğru qaldırın. Hərəkəti dalba-dal təkrar edin. Stulda dik oturun və kürəyinizi stulun söykənmə yerinə tamamilə söykədin. Dizlərinizi növbə ilə çənənizə doğru qaldırıb, endirin. Dik oturma mövqeyini hərəkətə davam etdiyiniz müddət boyunca pozmayın. Bu hərəkətə yorulana qədər davam edin.

Çiyinlərinizə, oxlov və ya çubuğu üfüqi olaraq yerləşdirərək barmaqlarınız aşağıya baxacaq şəkildə biləklərinizi oxlov ya da çubuqla təmas etdirin. Daha sonra çevirə bildiyiniz qədər əvvəl sağa sonra sola belinizi çevirin. Bu vaxt bədəniniz dik qalacaq. Bir müddət sonra belinizin sağ və sol tərəfində ağrı hiss edəcəksiniz. Bu ağrı, hərəkəti doğru etdiyinizi göstərir.

Dik mövqedə ayaqlarınızı bir-birinə bitişdirin. Qollarınızı, qıçlarınızın yan qisiminə yapışdırın. Mövqeyinizi heç pozmadan belinizi əvvəl sağ sonra sol tərəfə çevirin. Barmaqlarınız, diz qapaqlarınızın yan qisimlərinə dəyəcək qədər əyilməlisiniz. Əgər diz qapaqlarınızın yan qisimlərinə dəyəcək qədər əyilə bilirsinizsə hərəkətiniz doğru regional hərəkətdir.

Yerə üzüaşağı uzanın. Ayaq barmaqlarınızın ucuna və əl dirsəklərinizə söykənərək bütün bədəninizi havaya qaldırmağa çalışın. İlk gün 20 dəfə kifayət edər. Bu hərəkəti hər gün artıraraq edin.

0 şərh