Рейтинг
+6.45

Fizika

11 üzv, 55 topik

İsaak Nyuton

  • Fizika
İsaak Nyuton 1643-cü ildə İngiltərədə fermer ailəsində dünyaya gəlmişdir. Onun valideynləri az savadlı adamlar idilər. Lakin uşaqlarına yaxşı təhsil verməyə çalışırdılar. Xasiyyətcə adamayovuşmaz olan İsaak məktəbdə o qədər də fəal deyildi. Belə bir uşağın gələcəkdə alim olacağı heç kəsin ağlına belə gəlmirdi. Balaca İsaak qəribə oyuncaqlar düzəltməyi sevirdi. Onun düzəltdiyi kiçik yel dəyirmanı təkcə uşaqları deyil, böyükləri də heyrətə gətirirdi.

Davamı →

Mariya Küri

  • Fizika
1867-ci il 7 Noyabr dünya ilə bir adı olan fizik və kimyagər Mariya Sklodovskya-Küri doğulmuşdur. Polyak əsilli fransız kimyagəri və fiziki olan bu qadın iki dəfə Nobel mükafatı laureatı (fizika (1903) və kimya (1911)) olmuşdur.

Mariya Kyürinin elmi fəaliyyətində həyat yoldaşı Pyer Kürinin də böyük rolu olmuşdur. Onların 1895-ci ildə baş tutan evliliyi tezliklə dünya əhəmiyyətli nəticələr əldə edən əməkdaşlığın təməlini qoydu. 1896-cı ildə A. Anri Bekkerel təsadüf nəticəsində xarici işıq mənbəyi (Günəş və ya süni işıq) olmadan uran duzlarının şüalanmasını kəşf etdi. Bu, fiziklər üçün əsl sürpriz idi.


Davamı →

Zaman nədir?

Zaman – hər gün əlaqədə olduğumuz və keçmiş, bu gün və gələcək kimi xarakterizə etdiyimiz substansiyadır. Zamanın irəliləməsi təcrübəmizdə təcəssüm tapır, gələcək bu günə, indiki zaman isə keçmişə çevrilir. Zaman anlayışı və onun proqressiyası olmadan hərəkət və dinamika haqqında danışmaq faktiki qeyri-mümkündür. Bu, kosmik fəzanı qavrayışımıza bənzəyir.

Davamı →

Təbiətdəki qarşılıqlı təsirlər

  • Fizika
Qədim zamanlarda insanlar təbiətdə baş verən hadisələrin səbəblərini bilmirdilər. Zaman keçdikcə aparılan müşahidələr, araşdırmalar, tədqiqatlar təbiətdə baş verən hadisələrin səbəbləri haqqında çoxlu məlumat əldə etməyə imkan yaratdı.
Təbiətdə baş verən hadisələr müxtəlif olduğu kimi, onlar arasındakı qarşılıqlı təsir də müxtəlifdir. Bir çox hadisələrin başvermə səbəbi də məhz qarşılıqlı təsirlə izah olunur

Davamı →

Elastiklik qüvvəsi

Elektromaqnit təbiətli qüvvələr. Məlumdur ki, elektrik yükü ilə elektriklənən cisimlər bir-birinə ya cazibə, yaxud da itələmə xarakterli elektrik qüvvəsi ilə təsir edir. Cisimdəki elektrik yükləri bir-birinə nəzərən hərəkət etdikdə isə onlar arasında elektrik qüvvəsindən əlavə, maqnit qüvvəsi də yaranır. Bir-biri ilə sıx rabitədə olan bu qüvvələri ayırmaq qeyri-mümkündür, çünki onların təsiri eyni zamanda baş verir. Ona görə də deyilir ki, elektriklənmiş cisimlər arasındakı qarşılıqlı təsir elektromaqnit təbiətli qüvvələrin təsiri nəticəsində baş verir. Cisimlərin mexaniki hərəkət sürətlərinin dəyişdirilməsinə səbəb olan qüvvələrdən ikisi — elastiklik və sürtünmə qüvvələri də elektromaqnit təbiətli qüvvələrdir.

Davamı →

Dinamikanın əsas məsələsi. Qüvvə. Əvəzləyici qüvvə. Kütlə

Siz “Kinematika” fəslinin dərs materiallarını öyrənməklə bərabərsürətli hərəkəti bərabərtəcilli hərəkətdən fərqləndirməyi, bu hərəkətlərin tənliklərini yazmağı bacardınız. Lakin hərəkətin hansı səbəbdən bərabərsürətli, yaxud təcilli olduğunu araşdırmadınız. Bu sual mexanikanın dinamika bölməsində öyrənilir.
● Dinamika (yun. “dinamikos ” — qüvvətli, güclü) — hərəkətin xarakterini müəyyənləşdirən səbəbləri aşkar edən, bu səbəblərin hərəkətə necə təsir etdiyini öyrənən mexanika bölməsidir.

Davamı →

Çevrə üzrə bərabərsürətli hərəkət

Siz əvvəlki dərslərdə düzxətli bərabərsürətli və bərabərtəcilli hərəkətlər, onların xarakteristikaları ilə tanış oldunuz, bu xarakteristikaların zamana görə necə dəyişdiyini müəyyənləşdirdiniz.
  • Düzxətli bərabərsürətli, düzxətli yeyinləşən və düzxətli bərabəryavaşıyan hərəkət: bunların hansı təcilli hərəkətdir? Nə üçün?
  • Düzxətli irəliləmə hərəkətində təcil nəyi xarakterizə edir: sürətin modulunun, istiqamətinin, yoxsa hər ikisinin dəyişmə yeyinliyini?
  • Çevrə üzrə bərabərsürətli hərəkətdə təcil nəyi xarakterizə edir? Fərziyyənizi söyləyin.

Davamı →

Yanacağın yanma istiliyi

Məişətdə, istehsalat və texnikada müxtəlif növ yanacaqlardan istifadə olunur. Şəkildə müxtəlif növ yanacağın hər birinin 1 kq-nın tam yanması zamanı ayrılan istilik miqdarları göstərilmişdir:
  • Niyə eyni kütləli müxtəlif növ yanacaq tam yandıqda onlardan fərqli miqdarda istilik ayrılır?
  • Bu yanacaqlardan ən perspektivlisi hansı növ yanacaq hesab edilir. Niyə?

Davamı →

İstilik balansı tənliyi, İstilik proseslərində enerjinin saxlanması qanunu

Temperaturları müxtəlif olan iki cisim bir-birinə toxunduqda onlar arasında istilik mübadiləsi baş verir: isti cisim soyuyaraq daxili enerjisinin bir hissəsini soyuq cismə verir, soyuq cisim isə bu enerjini alaraq bir qədər qızır. Cisimlər arasında istilikvermə onların temperaturları bərabərləşənə qədər davam edir. Bu iki cisimdən ibarət sistem təcrid olunmuş sistemdirsə, yəni kənar cisimlərə istilik verilmir və kənar cisimlərdən istilik alınmırsa, sistemin ümumi daxili enerjisi dəyişmir, saxlanır:

Davamı →

İstilik miqdarı

Fincandakı ilıq çayı qızdırmaq üçün, adətən, onun üzərinə bir qədər qaynar su əlavə edirik. Bu zaman ilıq çay ilə qaynar suyun temperaturları tarazlaşana qədər onlar arasında istilik mübadiləsi baş verir — mayelərin daxili enerjiləri dəyişir.
  • İstilik mübadiləsi zamanı fincandaki ilıq çay və qaynar suyun daxili enerjisi necə dəyişir: hansı mayenin daxili enerjisi azalır, hansının daxili enerjisi artır? Niyə?
  • Mayenin daxili enerjisinin nə qədər artdığını və ya nə qədər azaldığını təyin etmək olarmı?

Davamı →