Basov Nikolay

N.G.Basov görkəmli Sovet fiziki, kvant elektrodinamikasının banilərindən biridir. O, 1922-ci ildə Voronejdə anadan olub. Basov Moskva Mühəndis-fiziklər institutunu bitirdikdən sonra (1950) SSRİ EA P.N.Lebedev adına fizika institu-tunda işləməyə başlayıb.
Basovun tədqiqat işləri kvant generatoru və gücləndiricilərinin müx¬təlif problemlərinə həsr edilib. Proxorovla birlikdə kvant sistemlərinin köməyi ilə elektromaqnit rəqslərinin generasiyası üçün yeni üsul işləyib hazırlamış və molekulyar generatoru /Mazer/ yaratmışdır.
Николай Геннадьевич Басов
1954-cü ildə Basov və Proxorov kvant sistemlərin məcburi şüalanması prinsipindən istifadə edərək elektro¬maqnit dalğalarını gücləndirmək prinsipini nəzəri olaraq irəli sürmüş və praktiki olaraq kvant generatoru düzəldərək elektromaqnit dalğaları generasiya etməyə nail olmuşdur.
Basov optik kvant generatorlarının hazırlanmasında yarımkeçiricilərdən istifadə etmək ideyasını irəli sürmüş, müx¬təlif yarımkeçirici lazerlərin yaradılması üsulunu inkişaf etdirmişdir.
1960-cı ilin əvvəlində Basov yüngül elementlərin termonüvə temperaturuna qədər qızdırılması üçün güclü lazerlərdən istifadə edilməsi üsulunu təklif etmişdir.
Akademik Basov dünyada birinci dəfə lazer şüasının kö¬məyi ilə izotopları ayırmaq üçün yeni metod vermiş və bu metodla azot izotoplarını ayıra bilmişdir.
Nikolay Gennadiyeviç Basova «Kvant generatorları və elektromaqnit şüalanması gücləndiriciləri-mazerlər və lazer¬lərin yaradılmasına gətirib çıxaran kvant radiofizikası sahəsindəki tədqiqatlara görə» 1964-cü ildə Nobel mükafatı verilmişdir.
Basov 1962-ci ildə SSRİ EA-nın müxbir üzvü, 1966-cı il¬dən isə həqiqi üzvü olmuşdur. O, SSRİ EA fizika ins¬titutunun direktor müavini (1958-1972), 1973-cü ildən isə direktoru olub. N.G. Basov Ümumittifaq «Bilik» cəmiyyətinin (1978-1990) sədri olmuşdur. Basov «Kvant radiofizikası», «Yarımkeçirici kvant generatoru», «Fizika elminin nailiyyətləri» (1965), «İzotopların bölünməsinin yeni metodları» (1977) əsərlərin müəllifidir.
N.G.Basov iki dəfə Sosialist Əməyi qəhrəmanı (1969, 1982) adına layiq görülüb, dörd dəfə Lenin ordeni ilə təltif olunmuşdur. Basov 1977-ci ildə Volta adına, 1990-cı ildə isə Lomonosov adına qızıl medala layiq görülmüşdür.

Mənbə Fərhad Hacıyev Görkəmli fiziklər kitabı

0 şərh