Nils Bordan mükəmməl cavab

Bir dəfə Kral akademiyasının prezidenti olan Ernest Rezerforda bir kolleqası kömək üçün müraciət edir. O tələbələrindən birinə fizikadan ən aşağı qiyməti verməyə hazırlaşdığı bir vaxtda həmin tələbə ən yüksək qiymətə layiq olduğunu iddia edirdi. Müəllim və iddialı tələbə mübahisənin həlli üçün üçüncü tərəfin köməyindən istifadə etməyi qərara alırlar. Üçüncü şəxs olaraq isə Ernest Rezerford təyin edilir. İmtahan sualı belə idi: “Barometrin köməkliyi ilə binanın hündürlüyünü necə ölçmək olar?”.

Tələbənin cavabı belə idi: “Barometrlə dama qalxmaq, onu uzun kəndirlə aşağı sallamaq, daha sonradan geri çəkmək və kəndiri ölçmək lazımdır. Kəndirin uzunluğu binanın hündürlüyünü dəqiq olaraq bildirəcək. Burada vəziyyət qəliz hala alır. Belə ki, tələbənin cavabı məntiqi cəhətdən doğru idi. Digər tərəfdən isə imtahan fizika fənni olduğundan cavabın bu sahə ilə əlaqəsi yox idi.

Rezerford tələbəyə bir daha cavab verməyə çalışmasını deyir. Tələbəyə 6 dəqiqə vaxt verən Rezerford ona xəbərdarlıq edərək bildirir ki, cavab mütləq fizika ilə bağlı biliklərə əsaslanmalıdır. Verilən 6 dəqiqənin 5 dəqiqəsi tamam olduqda tələbənin vərəqi boş idi. Rezerford ondan təslim olub-olmadığını soruşduqda o bir neçə cavab variantının olduğunu və ən yaxşısını seçməklə məşğuı olduğunu deyir.

Cavabın nə olduğu ilə maraqlanan Rezerford tələbədən nəhayət ki, cavab verməsini tələb edir. Yeni cavab isə belə idi: “Barometrlə binanın damına qalxmaq və onu aşağı atmaq lazımdır. Düşmə zamanını hesablayıb, düstürdan istifadə edərək binanın hündürlüyünü təyin etmək olar”.

Bu zaman Rezerford kolleqasından cavabla qane olub-olmadığını soruşur. O isə öz növbəsində cavabdan məmnun olduğunu bildirir. Tələbə bir neçə cavab variantının olduğunu bildirdiyindən onlar həmin cavabları da səsləndirməsini xahiş edirlər.

— Barometrin köməkliyi ilə binanın hündürlüyünü ölçmək üçün bir neçə üsul var. Məsələn, günəşli havada küçəyə çıxmaq, barometrin və onun kölgəsinin hündürlüyünü, həmçinin binanın özünün kölgəsinin hündürlüyünü ölçmək mümkündür. Daha sonrada, heç də çətin olmayan ipucularından istifadə edərək binanın əsl hündürlüyünü tapmaq olar.

—Pis deyil, — deyə Rezerford deyir.
— Digər üsullar da mövcuddur?
— Bəli. Əminəm ki, sizin də xoşunuza gələcək çox sadə üsul var. Barometri əlinizə götürürsünüz və barometri divara dayayaraq pilləkənlə qalxırsınız və qeydlər edirsiniz. Bu qeydlərin sayını hesablayıb və onu barometrin ölçüsünə vursanız binanın hündürlüyünü əldə edəcəksiniz.


O davam edir:
— Nisbətən çətin üsuldan istifadə etmək istəyirsinizsə, barometri bir bağa başlayırsınız və onu bir kəfgir kimi yellədirsiniz. Bu zaman binanın aşağısında və damında qravitasiya həcmini təyin edin. Prinsipcə bu həcmlər arasındakı fərqlə binanın hündürlüyünü təyin etmək mümkündür.

— Nəhayət, — deyə o sözünü yekunlaşdırır, — bütün sadə üsullar içərisində daha sadə olanı budur: Barometri özünüzlə götürün, binanı idarə edən şəxsi tapın və deyin: “Cənab, mənim mükəmməl barometrim var. Mənə binanın hündürlüyünü desəniz o sizindir”.

Bu zaman Rezerford tələbədən nəyə görə ilk əvvəldən suala düzgün cavab vermədiyini soruşduqda o müəllimlərin məktəb və kolleclərdə tələbələri standart fikirlərlə yükləməsini görməkdən təngə gəldiyini bildirmişdi.

Həmin tələbə isə danimarkalı fizik, 1922-ci ildə Nobel mükafatı laureatı Nils Bor (1885-1962) idi.
 

0 şərh