Tamm İqor

Görkəmli Sovet nəzəriyyəçi fizi­ki, akademik İ.Y.Tamm 1895-ci ildə Vladivostokda mühəndis ailəsində anadan olub. Onun uşaqlıq və gimnaziya illəri Ukraynanın Yelizaveta şəhərində keçib.
1913-cü ildə Tamm Şotlandiyanın Edinburq universitetinə daxil olur. Lakin 1914-cü ildən 1918-ci ilə kimi Moskva universitetinin fizika-riyaziyyat fakültəsində oxuyub. Universiteti bitirdikdən sonra Tamm uzun müddət Krım uni­versitetində, Odessa Politexnik institutunda və Moskvanın ali məktəblərində müəllim vəzifəsindən professorluğa qədər yüksəlmiş, nəzəri fizika kafedrasının müdiri işləmişdir.
Tamm öz tədqiqat işlərinə L.İ.Mandelştamm rəhbərliyi ilə başlamış və onun elektrodinamikaya həsr edilmiş birinci işi 1924-cü ildə nəşr olunub.
1934-cü ildən Tamm P.N.Lebedev adına fizika institutunun nəzəri fizika kafedrasına rəhbərlik edib.
Onun elmi işləri nəzəri fizikanın müxtəlif sahələrinə aiddir. Bu sahələr kvant mexanikası, bərk cisimlər fizikası, fiziki optika, nüvə fizikası, tətbiqi fizika, klassik elektrodinamika, şüalanma nəzəriyyəsi, elementar zərrəciklərin qarşılıqlı çevrilməsi sahələridir.
Tamm İqor SergeyeviçTamm 1934-cü ildə zərrəciklərin mübadiləsi yolu ilə /elektronlar və neytronlar/, nüvə qüvvələrinin əmələ gəlməsi nəzəriyyəsini inkişaf etdirmişdir ki, həmin nəzəriyyənin əsas müddəaları hazırda elm tərəfindən qəbul edilib, müasir nüvə qüvvələrinin Mezon nəzəriyyəsinin nümunəsi olmuş­dur. İ.M.Frank ilə birlikdə Tamm «Vavilov-Çerenkov» şüalanmasının kəmiyyət nəzəriyyəsini vermişdir.
İqor Yevgenyeviç Tamm «Vavilov-Çerenkov effektinin kəşfinə və izahına görə» 1958-ci ildə Nobel mükafatı almışdır. O, göstərmişdir ki, yüklü zərrəciyin mühitdə hərəkət sürəti işığın həmin mühitdəki sürətindən böyük olduqda bərabərsürətli hərəkət edən yüklü zərrəciklər /elektron/ elektromaqnit dalğalan şüalandırır. Tamm və S.P.Şubin birinci dəfə xarici fotoeffektin kvant mexanikası nəzəriyyəsini inkişaf etdirmişlər.
1950-ci ildə Tamm akademik A.D.Saxarovla birlikdə plazmanın istilik izolyasiyası üçün maqnit sahəsindən istifa­də etməklə istilik-nüvə reaksiyasının modelini işləyib hazırlamışdır.
Tamm tərəfindən yazılmış «elektrik nəzəriyyəsinin əsasları» kitabı ali məktəblərdə nəzəri fizikanın tədrisi üçün ən dəyərli vəsaitdir.
SSRİ-də həqiqi elmi biologiyanın əsasının qoyulmasında Tammın rolu böyükdür. O, dəfələrlə molekulyar biolo­giyanın ən yeni nailiyyətləri barədə öz mühazirələri ilə çıxış etmiş, bu sahənin inkişafında aktiv iştirak etmişdir.
Tamm Sovet nəzəri fiziklər məktəbinin banilərindən biri sayılır. Onun tələbələrindən D.l.Bloxinsev, V.L.Ginzburq, A.D.Saxarov, V.S.Fursov və s. göstərmək olar.
Akademik İ.Y.Tammın elmi xidmətləri hökumət tərəfindən çox yüksək qiymətləndirilmişdir.
Ona Sosialist Əməyi Qəhrəmanı adı verilib, üç dəfə Lenin ordeni və Qırmızı Əmək Bayrağı Ordeni ilə təltif olunub, iki dəfə SSRİ Dövlət mükafatı alıb.
O, SSRİ EA-nın 1933-cü ildən müxbir üzvü, 1953-cü ildən isə həqiqi üzvü olub.

Mənbə Fərhad Hacıyev Görkəmli fiziklər kitabı

 

1 şərh

Medikamentoz
Fizikanı ciddi tədris etmək lazımdır,hamıya lazım olan bir elmdir.