Reytinq
4.42
səs: 3

Bloq haqda

Bu bloqda bitkilər-çiçəklər,meyvələr,tərəvəzlər,ağaclar haqqında ətraflı məlumat ala bilərsiniz.Həmçinin bir çoxlarının müalicəvi əhəmiyyətlərindən də bəhrələnə bilərsiz.

administratorlar (1)

moderatorlar (0)

moderator yoxdur

Oxucular (15)

IDEAL bloqçu niqulya Tomris kastanka bahar umud600 Xrizoberil Zahid GDMLI Aristotel Samir012 AykaJackson Abdulyar Aysel218 yravil

Zəfəran bitkisi

Zəfəran bənövşəyi çiçəyin içərisində olan xoş qoxulu bitkidir. Əsrlərdir dünyanın bir neçə ölkəsində yetişdirilən bu qiymətli bitki onlarla dərdin dərmanıdır. İlk olaraq zəfəran iştah açıcıdır. Onun qoxusu bədənin müqavimətini artırır. Sinir zəifliyini arada qaldırır. Qoxusu sakitləşdirici təsirə malikdir.
Zəfəran tempereturu salır, öskürəyi kəsir. Bu özəlliklərinə görə, astma və bronxit xəstəliklərində faydalıdır. Bundan əlavə bu qiymətli bitki qaraciyər, öd, ürək, göz zəstəliklərinin də dərmanı ola bilər. Zəfəran diş əti ağrılarını azaldır və dişləri qüvvətləndirir.

Ardı

Kəklikotu

Soyuqdəymənin ən yaxşı dərmanı kəklikotudur. Müalicəvi bitkilərdən olan kəklikotu faydalı xüsusiyyətləri ilə əsl şəfa mənbəyidir. Kəklikotu hələ qədimdən xalq təbabətində əsasən soyuqdəymənin dərmanı kimi işlədilib. Tərlədici, bəlğəmgətirici və antiseptik xassəyə malik olduğu üçün laringit, bronxit, göy öskürək, pnevmaniya kimi xəstəliklərdə, eləcə də boğaz ağrılarında ondan faydalı vasitə kimi istifadə etmək olar.
Kəklikotu dəmləməsi qarqara şəklində ağız boşluğunun və udlağın iltihabı zamanı, eləcə də mədə-bağırsaq xəstəliklərində əhəmiyyətli sayılır. Onun çiçəklərini çeynəmək diş ağrısına, damaqların möhkəmlənməsinə müsbət təsir edir.

Ardı

Dərman bitkiləri

Bitkilərin müalicəvi xüsusiyyətləri insanlara qədim zamanlardan məlumdur. «Min dərd varsa, min bir də dərmanı var» deyən ulularımız öz azar-bezarlarını bitkilərdən hazırladıqları dərmanlarla müalicə ediblər. Həmin müalicə üsulları zamanın sınağından uğurla çıxıb və bugünkü elmi-texniki tərəqqi əsrində də öz əhəmiyyətini itirməyib. Hətta bir vaxt xalq təbabətinə — türkəçarəyə qısqanclıqla yanaşan elmi təbabət də bu gün onun əhəmiyyətini etiraf edir. Qeyd etmək lazımdır ki, bitkilərdən hazırlanan dərmanlar heç vaxt fəsad törətmir. Bitkilərin müalicəvi xüsusiyyətlərini nəzərə alıb onlardan müxtəlif xəstəliklər zamanı istifadə edilməsi barədə məlumat veririk.

Ardı

Tut meyvəsi

Tut meyvəsinin Azərbaycanda 3 növü yetişir; ağ, qara, qırmızı. Tut meyvələrinin yetişməsi may – iyun aylarına təsadüf edir.
Ağ tutun yarpaqlarında üzvi turşular, C, vitamini, aşılayıcı maddələr, meyvələrində isə şəkər, üzvi maddələr, C, B vitamini, karotin, müxtəlif amin turşuları vardır.
Xalq təbabətində tut yarpaqlarının dəmləməsini, təzə meyvələrini, meyvələrinin şirəsini (bəhməz, doşab) ürək-damar xəstəliklərində, qanazlığı, skarlatina, övrə zamanı işlədirlər. Eləcə də tut meyvələrini mədə və 12 barmaq bağırsağın xora xəstəlikləri zamanı qəbul etmək məsləhət görülür.



Ardı

Razyana

Razyana (aptek şüyüdü) xoş ətirli bitkilərdən sayılır və çətirçiçəklilər, Apiaceae fəsiləsinə aid bitkidir. Onun ətrini buruna tutmadan da hiss etmək olur. Bəzən razyananı boyana da adlandırırlar. Xoş ətrinə görə ətriyyat və yeyinti sənayesində, habelə məişətdə geniş tətbiq sahələri var. Yarpaqları və körpə zoğları salatlarda, şorba və plov hazırlanmasında istifadə edilir.


Botaniki təsviri


Hündürlüyü 2 metrə qədər olan ikiillik ot bitkisidir. Dəyirmi formalı, yuxarı hissəsi budaqlı gövdəsi və növbəli düzülmüş qınlı yarpaqları var. Gövdəsinin aşağısındakı yarpaqları saplaqlı, ayası çox sayda lələkvari yarılmış, xətvari-sapşəkilli payları əmələ gətirmişdir. Gövdəsinin yuxarı hissəsindəki yarpaqları, demək olar ki, oturaqdır.



Ardı

Evkalipt yarpağı

Evkalipt cinsinin dünyada təxminən 500-ə qədər növü vardır. Tibbi cəhətdən ən əhəmiyyətli növlərindən biri kürəşəkilli evkalipt, Eucalyptus globulus labill bitkisidir. Dünyanın ən nəhəng ağacı olub, vətənində (Avstraliyada) hündürlüyü 150 metrə çatır. Bu bitki bəzi digər səciyyəvi xüsusiyyətlərə də malikdir. Nəhəng ağac olmasına baxmayaraq onun kölgəsi olmur, çünki yarpaqları yerə perpendikulyar vəziyyətdə dayanırlar. Bu bitkiyə heterofiliys (müxtəlif yarpaqlı) əlaməti xasdır.


Belə ki, kürəşəkilli evkaliptdə yarpaq dar 2 formada və 2 düzülüşdə olurlar. Bitkidəki cavan yarpaqlar yumurtavarı və ya enli lansetvari formada olub, supsativ (qarşı-qarşıya, cüt-cüt) yerləşmişlər, saplaqlıdırlar. Bitkinin yaşlı yarpaqları oraqşəkillidirlər, saplaqlıdır və növbəli düzülmüşlər. Evkalipt ağacları özlərinə çoxlu su çəkmək xüsusiyyətinə də malikdirlər. Onların bu xüsusiyyətindən bataqlıqları, gölməçələri qurutmaq, ağcaqanadları məhv etmək və dolayı yolla malyariya xəstəliyinin kökünü kəsmək üçün istifadə edilir.



Ardı

Çökə çiçəyi

Hündürlüyü 30 metrə çatan ağac bitkisidir. Dəyirmi-yumurtavari və ya dəyirmi-ürəkvari formalı, uzunsaplaqlı, kənarı mişardişli, növbəli düzülmüş yarpaqları vardır. Yarpaqların üst səthi tünd-yaşıl, alt səthi isə göyümtül rəngdədir. Xoş ətirli, sarımtıl-ağ rəngli çiçəkləri, 5-16 ədəddən olmaqla, asılqan yarımçətirə toplanmışlar. Dilşəkilli iri çiçəkaltlığına malikdir.


Ürəkyarpaq cökə yabanı halda MDB-nin Avropa hissəsinin cənub və orta qurşaqlarında yayılmışdır. Enliyarpaqlı və qarışıq meşələrdə bitir. Parklarda, bağlarda, yolların kənarında və digər yerlərdə bəzək bitkisi kimi əkilir. Ürəkyarpaq cökə Azərbaycanda Kiçik Qafqazda və Quba rayonunda təsadüf edilir. Dərman xammalı kimi cökənin çiçəkləri- Flores Tiliaeistifadə olunur.



Ardı

Çuğundur

Çuğundurun tərkibində 50 faiz natrium və 5 faiz kalsium var. Natriumun kalsiumdan on dəfə çox olması kalsium duzunun yaxşı həll olmasına şərait yaradır. Bu da çox vacibdir. Çünki bişmiş qida yeyən adamın damarlarında, oynaqlarında və digər orqanlarda yığılıb qalan qeyri-üzvi kalsium böyük fəsadlar verir. Poliartrit, revmatizm, osteoxondroz və s. xəstəliklər baş qaldırır. El arasında onları «yel» xəstəliyi adlandırır, yaxud deyirlər ki, «oynaqlarıma duz yığılıb». Çuğundur şirəsini kök və xiyar şirəsinə qatıb, hər gün içən xəstə «yel» xəstəliyindən dava-dərmansız xilas ola bilər.

Ardı

Kahı

Digər tərəvəzlər kimi, kahıda da insan orqanizmi üçün lazım olan bir çox dəyərli elementlər var. O cümlədən, dəmir və maqnezium. Dəmir hemoqlobin yaratmaq prosesində fəal iştirak edən elementdir, onun bədəndə tez-tez təzələnməsi çox vacibdir.
Qara ciyərlə dalaq dəmirin yığılıb qaldığı əsas yerdir. Orqanizm onun qapısını yalnız böyük ehtiyac duyulduqda döyür. Məsələn, bədən çoxlu qan itirəndə, yaxud da qəbul olunan qidada, hansı səbəbdənsə, qırmızı qan kürəciklərini formalaşdıran elementlər ya tamam yoxdur, ya da cüzidir.

Ardı

Zəfəran

Yunan əfsanələrindən birində bu bitkinin yer üzündə yaranma tarixçəsi belə təsvir olunur: Merkuri allahının Krokus adlı bir dostu var imiş. Bir dəfə Merkuri disk atarkən təsadüfən Krokusu yaralayır və gənc ölür. Qana boyanmış torpaqdan isə sarı-narıncı rəngli zəfəran gülü bitir. Başqa mənbələrə görə bitkinin latın dilindəki «krokus» adı hətta Homerə də məlum idi. Belə güman edilirdi ki, bu bitkinin ən yaxşı növləri «Kronos» adlı ərazidə yetişirdi. Bəlkə də əksinədir, həmin ərazi zəfərana görə belə adlanlırılıb? Ərəb dilindən tərcümədə isə gülünün borucuqları və dişciklərinin rənginə görə zəfəran «sarı» mənasını verir.



Ardı