Çiyələk

  • Flora
Çiyələk qızılgülçiçəklilər (Rosaceae) fəsiləsindəndir. Quba,Xaçmaz, Qusar,Qonaqkənd,Şəki, Zaqatala,Şuşa, Kəlbəcər,Lənkəran rayonlarında bu bitkinin ehtiyatı çoxdur.Çiyələk orqanizmdə maddələr mübadiləsini yaxşılaşdırır,həzmi asanlaşdırır.
Meşə çiyələyinin tərkibində qlükoza,saxaroza şəkərləri,aşı maddələri,C vitamini karotini,pektin maddələri,dəmir duzları,efir yağı var.

Yarpaqlarında isə 250-280mq% C vitamini,2-3%-ə qədər aşı maddəsi, üzvi turşular vardır.

çiyələk

Çiyələyin qurudulmuş yarpaqlarını moruq meyvəsilə ilə birlikdə çay kimi dəmləyib,sooyuqdəymədən baş verən xəstəliklər zamanı istifadə olunur.Təzə dərilmiş meyvələrinin şirələrindən isə dietik vasitə kimi də istifadə olunur.

Qurudulmuş meyvələrindən və yarpaqlarından,öd yolları xəstəliklərində öd qovucu,böyrəkdə daş əmələ gəlmə zamanı daşı salmaq məqsədilə,eləcə də podaqra və uşaqlıq qanaxmaları zamanı qankəsici və şəfaverici dərman kimi istifadə edilir.
Xalq təbabətində təzə toplanmış çiyələk meyvələrinin şirəsindən yəni 1q şirəni 10 q suda həll etməklə "çiyələk suyu" hazırlayıb,körpə uşaqlarda baş verən sidik ifrazı çətinliyində sidikqovucu kimi işlədilir.Bununla yanaşı diabet xəstəliyində də çiyələk şirəsindən istifadə olunur.

Ümumiyyətlə,çiyələyin təzə dərilmiş meyvələri və ondan hazırlanan şirə,mürəbbə,sinqa raxit və digər avitaminoz xəstəliklərinin müalicəsində son dərəcə faydalıdır.

A, B və C vitaminləri, həmçinin kalsium, dəmir və fosfor kimi minerallarla zəngin olan çiyələk xərçəng xəstəliyinə qarşı çox faydalıdır. İmmunitet sistemini gücləndirir, qida dəyəri yüksəkdir, uşaqlarda iflic xəstəliyinə, ağız və dəri yaralarına səbəb olan bəzi virusları öldürür. Çiyələk dəridəki səpkiləri müalicə edir, sidikqovucudur, revmatizm ağrılarına qarşı təsirlidir. Sinirləri qüvvətləndirir, bağırsaq qurdlarını tökür, qızdırmanı aşağı salır. Ancaq çox güclü qida olduğu üçün bəzən allergiyaya səbəb olur.
Çiyələk alarkən canlı, qırmızı rəngli və ləkəsiz olanları seçin. Alan kimi saxlamadan istifadə edin. Soyuducuda 1-2 gün saxlayacaqsınızsa, saplaqlarını qoparmayın və yumadan geniş bir qaba qoyun. Təzə çiyələkdən tort, mürəbbə, marmelad, kompot, şirə və dondurma hazırlayıb, süfrəyə verə bilərsiniz.


p.s Bu dəfə də çiyələyə aid super bir musiqi.İfaçı isə Президент & Амазонка

6 şərh

Freddie

Deyəsən sən Azərbaycanda bazar mafiyasına kim axırsa, onun yaxın qohumusan :))) 
Diordan növbəti özünəməxsus post. Ağzımın suyu axa-axa oxudum. İspaniya çiyələyi ən yaxşılardandır, səhv eləmirəmsə.
PS. Sənə plyus verməkdən bezmişəme))))

niqulya
Keçən dəfə qəhvə haqqında yazıdan sonra le cafe mahnısı dilimdən düşmədi,indi də klubnichka.Çox ürəyəyatan musiqisi var.
-Ты любишь земляничку?

-Ага! Ага!

-А я люблю клубничку?

-Ага! Ага!

-Пусть ненадолго сладка ягодка…

-Лай-ла-ла…

r9perviz
Çiyələk ən xoşuma gələn meyvədi, hardan yadıma saldın e :((( :)
bloqçu
Çiyələyi çox sevirəm.O da öz növbəsində çox faydalı bir meyvədir. Deyirlər ki, onu yeyən zaman çalışmaq lazımdır ki, onun üstündəki xırda-xırda olan dənəcikləri də dişləyəsən, bu zaman o orqanizm üçün çox xeyirli və faydalı olur. Mən keçən yay çox çalışdım ki, çiyələk yediyim zaman onun o dənəciklərini bir-bir dişləyim, amma, bir az dişləyib yeyəndən sonra səbrim çatmadı)))) və başladım çiyələkləri həmişəki kimi diri-diri yeməyə))
girl_moon
Meşə çiyələyini daha çox sevirəm, özün yığırsan bir topa, sonra başlayırsan yeməyə)) dadı da  fərqlidi, ətri də.
SHATENKA407
ümumiyyətlə çiyələyi yalnız koldan dərib təzə tər yeyəndə xoşuma gəlir..zənnimcə bazara gətirilib satılan çiyələyin tərkibində bir çox vitamin ölür həm də təzə çiyələyin tamını vermir
onu da qeyd edim ki Lerikin meşələri də çiyələk baxımından zəngindir…