Zoğalın 7 faydası

  • Flora
1. C vitamini ilə zəngin olan zoğal damarları möhkəmləndirir, onların elastikliyini və cavanlığını qoruyur.

Bundan əlavə zoğal digər damarlar üçün olduqca faydalı olan rutin maddəsi ilə zəngindir. Rutin damarları və kapilyarları möhkəmləndirir, onların elastikliyini artırır, iltihabı və ödemi azaldır. Bu səbəbdən damar xəstəliklərindən əziyyət çəkən insanlar bu giləmeyvəni qidalanmasına tez-tez daxil etməlidir.

2. Pektinlərlə zəngin olan zoğal bağırsaqları müxtəlif ziyanlı maddələrdən təmizləyir.
Zoğal ən tanınmış ishal əleyhinə təbii vasitədir. Zoğal kompotu, zoğal meyvəsinin dəmləməsi ishal zamanı çox yaxşı kömək edir. Belə dəmləməni hazırlamaq üçün 1 xörək qaşığı quru və ya 2 xörək qaşığı təzə zoğal 1 stəkan qaynar suda 1 saat ərzində dəmlənilir (termosda dəmləmək daha yaxşıdır) və gündə 3 dəfə yeməkdən əvvəl içilir. Bu məqsədlə zoğal mürəbbəsini də istifadə etmək olar (1 xörək qaşığı zoğal mürəbbəsi + 1 stəkan qaynar su). Uşaqlara ishal zamanı zoğal kiseli vermək çox yaxşıdır — bağırsaqlar həm təmizlənir, həm də yığılır.

3. Zoğal arterial təzyiqi normallaşdırır, «pis» xolesterinin səviyyəsini aşağı salır, qanın tərkibini yaxşılaşdırır, sklerozun qarşısını almağa kömək edir.

4. Zoğal qanda şəkərin səviyyəsini aşağı salır və bu səbəbdən şəkərli diabet zamanı xeyirlidir. Həmçinin zoğal mədəaltı vəzinin fəaliyyətini yaxşılaşdırır.

5. Zoğal güclü iltihab, bakteriya və virus əleyhinə təsirə malikdir. Zoğal dəmləməsi soyuqdəymə və kəskin respirator infeksiyaları zamanı çox yaxşı müalicəvi təsir edir, hərarəti salır, immun sistemini möhkəmləndirir.

6. Sidik kisəsi və sidik yolları iltihabları zamanı zoğal və onun yarpaqları sidikqovucu və iltihabəleyhinə vasitə kimi istifadə olunur.

7. Zoğal podaqra və artritdən əziyyət çəkən insanlar üçün xeyirlidir.

0 şərh