Рейтинг
+26.59

Flora

32 üzv, 284 topik

Xərçəngdən qoruyan meyvə

  • Flora
Mütəxəssislərin fikrincə, dağ çiyələyi tam bir vitamin anbarıdır.
Dağ çiyələyi təbiətdə öz-özünə yetişir və adi çiyələkdən daha kiçik olması ilə fərqlənir.

Yaşlanmaya qarşı xeyirli olan bu meyvə bəzi xəstəlikləri törədən virusların məhv edilməsində də  böyük təsirə malikdir. Bu meyvə immuniteti də gücləndirir.

Dağ çiyələyi qida dəyəri yüksək olan bir meyvədir. C vitaminilə zəngin olan dağ çiyələyi ishala səbəb olan mikrorqanizmlərin qarşısını alır. Üzdəki çivzə və sızanaqlara, qızdırmanın aşağı salınmasında faydalıdır.

Damar tıxanmasının qarşını alan dağ çiyələyi xərçəng xəstəliyinin irəliləməsinin qarşısını alır. Bununla yanaşı, revmatizm ağrılarına qarşı xeyri var. Sinirləri qüvvətləndirib bağırsaq qurdalarını tökür. 

Mənbə: ailem.az 
Davamı →

Pomidor alarkən nələrə diqqət etməli?

  • Flora
pomidorPomidor yay fəslində ən çox istifadə olunan tərəvəz məhsuludur. Məşiətdə pomidor həm bir sıra yeməklərin, salatların hazırlanmasında, həm də duza və sirkəyə qoyulmada istifadə olunur. İstehlakçılar pomidor alarkən bəzi məlumatları bilməlidir. Pomidorun geniş yayılmış üç- adi, peru və tüklü növləri mövcuddur. Pomidor meyvəsi yastı, yumru, uzunsov-oval, armudvarı və ellipsvarı olur. Diametri 3-dən 10 sm-dək, çəkisi 20-900 qram və daha çox olur.

Pomidorun tərkibində orta hesabla 93-96% su, 0,61% mineral maddə, 4 faizə qədər karbohidratlar, 0,19% yağ, 0,84% sellüloza dəmir və s. var. Tərkibində quru maddələr, o cümlədən həll olan şəkərlər, üzvi turşular, natrium, kalium, kalsium, dəmir, fosfor kimi maddələr, bir sıra vitaminlər, karotin və s. var. Meyvəsi 80-140 günə yetişir. Pomidor 15°C-dən aşağı temperaturda bitki adətən çiçəkləmir. İsti sevən bitki olduğundan, əsasən orta isti və cənub rayonlarında becərilir. Quraqlığa nisbətən davamlıdır. Pomidoru bütün torpaqlarda yetişdirmək olar.

Pomidor nazik qabıqdan, ətli hissədən, toxum kameralarından və toxumlardan ibarətdir. Pomidorun 600-ə qədər becərilən növü məlumdur. Bunlar biri-digərindən formasına, rənginə, üzərinin vəziyyətinə, böyüklüyünə, toxum kamerasının sayı və yerləşməsinə görə fərqlənirlər.
Ardı →

Flora inciləri

  • Flora
Bizim hər birimizin çox sevdiyi meyvə, tərəvəz və ədviyyat olsa da, çoxumuz, güman ki, onların haradan gəldiyini və hətta bitkilərinin hansı formada olduğunu bilmirik. Buna görə də, biz 22 ədəd dadlı meyvə, tərəvəz və ədviyyatdan ibarət onların necə yetişdiklərini göstərən siyahı tərtib etdik.

         Biz əminik ki, siz onların bəzilərinin necə becərildiyini bilsəniz də hamısı ilə tanış deyilsiniz. Mən şəxsən bilmirdim ki, anakardium (püstəkimilər fəsiləsindən olan bitki) bu formada olur və and içə bilərdim ki, kivi ağacda yetişir. Həmçinin, maraqlıdır ki, bu bitkilərin müxtəlif hissələrini yeməyi xoşlayırıq. Darçın qabığı, yerfındığı kökləri, tikanlı kəvər zoğları, küncüd toxumu və banan öz bitkilərinin müxtəlif hissələrindən yetişirlər və hər biri çox dadlıdırlar.
Ardı →

Brokolinin faydaları

  • Flora
C və A vitamini, folik turşusu, kalsium və lif tərkiblidir. Haradasa bir stəkan südə bərabər kalsium tərkibli olan brokoli süd məhsulları içməyənlərə üçün əhəmiyyətli bir qidadır. Vacib olan antioksidant qaynağıdır. Ürək xəstəlikləri və xərçəng kimi əhəmiyyətli xəstəliklərə qarşı təsirlidir.

Tərkibindəki kalium sayəsində sinir sisteminə müsbət təsirə göstərir. Eyni zamanda, beyin funksiyaları və əzələ sistemi üzərində də əhəmiyyətli təsirə malikdir. Brokolini tərkibindəki kalium, kalsium və maqnezium qan təzyiqini tənzimləməyə dəstək olur.

C vitamini soyuqdəyməni yüngülləşdirən təsirə malik olduğuna görə brokolini soyuqdəymə zamanı istifadə etməniz faydalıdır. Osteoporozun (sümük əriməsi) qarşısının alınması və sümük sağlamlığı üçün brokoli əhəmiyyətli bir mənbədir. Həm kalsium, həm də K vitamininin təsiriylə sümüklərin güclənməsini təmin edir. Brokoli beta karoten baxımından zəngindir və bu da immunitet sistemində əhəmiyyətli təsirə malikdir. Sink, selenium kimi minerallar immunitet sistemini gücləndirməyə kömək edir.
Ardı →

Balqabaq tumynun faydaları

  • Flora
Bir çox dərdə dərman olan balqabaq tumu, xüsusilə qovrulmamış halda yeyilməsi, bağırsaq parazitlərinin salınmasında çox faydalı olaraq bilinir. Bu tammailə doğrudur. Amma balqabaq tumunun faydaları parazit salmaqla məhdud deyil.

Yaxşı bir xolesterol salıcı və zülal qaynağı olduğu deyilir. Tərkibində olan B15 vitamininin, xolesterolu saldığı və zülal istehsalında köməkçi olduğu bilinməkdədir.

Böyrək zəifliyinə faydalıdır.

Balqabaq tumunun saça faydası olduğu da bilinir. Tərkibindəki zülal, sink və minerallar sayəsində, saçlar üçün çox faydalıdır. 
Saç tökülmələrinin qarşısını alır, daha sağlam olmalarını təmin edər.

Böyrək və sidik kisəsi iltihablarına qarşı təsirlidir.
Sidikdən qan gəlməsi hallarında faydalıdır.

Çiy balqabaq tumu bağırsaq qurdlarını salır.
Bağırsaqlardakı lent və soxulcanları salmaqda çox təsirlidir.
Prostat xəstəlikləri üzərində təsirlidir. Bir çox prostat dərmanının birləşməsində balqabaq tumu vardır.
Təşkil etdiyi Omeqa 3, Omeqa 6 sayəsində dəri sağlamlığına əhəmiyyətli təsir edir.

Balqabaq tumunun içərisində olan fosfor, xüsusilə xroniki böyrək çatışmazlığı olan xəstələr üçün və yüksək fosfor çətinliyi yaşayanlar üçün təhlükəli ola bilər. 
Bəzi böyrək xəstələrində eyni zamanda fosfor yüksəkliyi də olur. Bu xəstələrin mümkün qədər fosfor ehtiva edən qidalardan uzaq dayanmaları məsləhətdir. 
Bu xəstələr balqabaq tumunu mütləq və mütləq həkimlə məsləhətləşərək istifadə etməlidir.
Davamı →

Noxudun faydaları

  • Flora

Noxud kiçik olsa da insan sağlamlığının keşiyində duran bitkilərdəndir. Əgər bədəninizdə olan C vitamini ehtiyatını doldurmaq istəyirsinizsə, depressiyanı özünüzdən uzaqlaşdırmaq istəyirsinizsə, qəlbinizi qorumaq istəyirsinizsə yaşıl noxudları yeməkdən qafil olmayın.

C vitaminifaydalı noxud
90 qram yaşıl noxud bizim C vitamininə olan gündəlik ehtiyacımızın 50 %-ni ödəyir. C vitamini bədən əzələlərinin böyüməsi və həm də kollagen əmələ gətirməsi üçün zəruridir. Kollagen əzələlərə, dəriyə lazım olan proteyindir. Kollagen olmasa, əzələlərin işi ləngiyər. Bununla yanaşı C vitamini daha çox dəmirin cəzb olunması üçün lazımlıdır. Bədənimiz bu vitamini əmələ gətirə bilmir və saxlaya bilmir. Ona görə də hər gün bu vitamini qəbul etməyimiz şərtdir. Yaşıl noxud da bu vitamini əldə etmək yollarından biridir.

Depressiyanı uzaqlaşdırar
Yaşıl noxud xam və bişmiş halda fol turşusu mənbəyidir. Yarım stəkan yaşıl noxud yesək bu vitaminə olan gündəlik ehtiyacımızın 13%-ni ödəmiş olarıq. Fol turşusu bədənə lazım olan maddələrdəndir. Bu turşunun azlığı nəticəsində depressiya yarana bilər. Tədqiqatlar göstərir ki, hər kim fol turşusunu lazımı qədər qəbul edirsə, 50% daha az depressiya təhlükəsi altında olur. Ona görə də depressiyadan uzaq olmaq üçün yaşıl noxud yeyək.

Qəlbinizin dostudur
90 qram bişmiş yaşıl noxud bizim fibrlərə olan gündəlik ehtiyacımızın dörddə birini təmin edir. Tədqiqat göstərir ki, o xanımlar ki, fibrlə zəngin yeməklər yeyir, az fibr qəbul edən xanımlardan daha sağlam və daha gümrahdırlar. Qəlb xəstəliklərindən daha uzaq olurlar. Yaşıl noxud qəlb infarktının qarşısını ala bilir.

Xərçənglə mübarizə aparır
90 qram yaşıl noxud 25% manqan ehtiyacımızı təmin edir. Yaşıl noxud xərçəng yarada biləcək bakteriyalarla mübarizə aparar.

Çəkini azaldar
Yaşıl noxud az kalorili olmağına baxmayaraq, proteyin deposudur. Bir fıncan yaşıl noxudun tərkibində 134 kalori vardır. Bu bitki çəkinin azalmasında gözəl yardımçıdır. Əgər arıqlamaq istəyirsinizsə, tərəvəz şorbasını çox yeyin və ora yaşıl noxud atın. Siz uzun müddət toxluq hiss edəcəksiniz. Tövsiyə edirik ki, yeməyinizi yeyən zaman şorba ilə başlayasınız. Bu zaman mədənizin çox hissəsi bu şorba ilə dolduğuna görə başqa yemək yeyə bilməyəcəksiniz.


Davamı →

Feyxoanın faydaları

  • Flora
feyxoaFeyxoanın əhəmiyyətli xüsusiyyəti onda suda həll olunan yod birləşmələrinin olmasıdır. Bir kq təzə feyxoada 2 mq-dan 10-mq-a qədər yod var. Ona görə də orqanizmdə yod çatışmazlığı nəticəsində yaranan xəstəliklərdə xüsusilə faydalıdır.

Aterosklerozda və qalxanavari vəzinin xəstəliyində feyxoa qəbul etmək profolaktika və müalicə vasitəsidir. Təcrübə zamanı müəyyən olunub ki, feyxoadan alınan ateroskleroz, triotoksikoz və sinqa xəstəliklərinin müalicəsi zamanı faydalıdır. 

Meyvənin qabığı qalın, dadı büzüşdürücüdür. Meyvəsinin lət hissəsi sərinləşdirci və turşməzədir. Feyxoanın ananas və çiyələk kimi xoş ətri var. Tam yetişən zaman meyvəsindən istifadə edirlər.

Yetişmiş meyvələrində orta hesabla 6,9 faizə qədər şəkər, 2,5 qədər üzvi turşular, C vitamini var. Feyxoanın konservləşdirilmiş şirəsi boğaz şişinin qarşısının alınmasında istifadə edilir.

Zob xəstəliyi olanlar üçün feyxoanı yemək və şirəsini içmək çox faydalıdır.

Bu zaman 11 kq şəkər və 1 kq feyxoanı ət çəkən maşından keçirmək və şüşə qaba yığıb, feyxoa şirəsini tam buraxana qədər gözləmək lazmdır. Bundan səhər və axşam 1 xörək qaşığı qəbul etmək, 10 gün qəbul edib 10 gün istirahət etmək məsləhətdir. Feyxoa həmçinin, stenokardiya xəstəliyinin müalicəsinə də kömək edir.

Umumi yazsaq, feyxuanin faydalari aşağıdakılardır:
— Feyxoanın ətində və xüsusilə də qabıqlarında «katexin» və «antosinlər» fenol birləşmələri var ki, bu maddələr güclü antioksidantlar sayılır. Antioksidantlar xərçəng xəstəliklərinin profilaktikası üçün olduqca vacib olan maddələrdir.
— Feyxoa ateroskleroz zamanı da çox xeyirlidir — bu xəstəliyin inkişafını ləngidir, damarları daha elastik edir.
— Feyxoanın iltihab və virusəleyhinə xüsusiyyətləri var. Soyuqdəymə xəstəlikləri zamanı feyxoadan hazırlanmış çay orqanizmə çox yaxşı müalicəvi təsir edir. 3 feyxoanı doğrayın (qabıqlı), üzərinə 1 stəkan qaynar su əlavə edib dəmləyin və 20 dəqiqədən sonra 1 çay qaşığı bal əlavə edib için. Belə dəmləməni gün ərzində 2-3 dəfə qəbul edin.
— Feyxoa müxtəlif vitaminlər və minerallarla zəngindir. Soyuq fəsillərdə bu meyvə insanı hipovitaminozdan xilas edir.
— Feyxoa yarpaqlarının dəmləməsi diş ağrısı və damaqların iltihabı və qanaması zamanı çox yaxşı kömək edir. Yarpaqları qaynar suda dəmləyin və qarqara üçün istifadə edin.
— Feyxoa yarpaqlarının dəmləməsi antiseptik xüsusiyyətlərə malikdir. Bu dəmləmə dəridə olan kiçik yaraların, xoraların, yanıqların və s. sağalmasını tezləşdirir, dəri xəstəlikləri zamanı istifadə oluna bilər. Dəmləmədə steril tənzif isladıb zədələnmiş sahəyə qoyun. Belə islatmaları gündə bir neçə dəfə etmək lazımdır.
— Feyxoa arterial təzyiqinin tənzimlənməsində kömək edir.
— Feyxoa immun sistemini möhkəmləndirir.
— Feyxoa bağırsaqların fəaliyyətini yaxşılaşdırır.
Davamı →

Qeyri-adi bitkilər

  • Flora
1880-ci ildə Amerika mətbuatı bir qeyri-adi ağac haqqında yazılar dərc edirdi. Bu ağac adam yeyirdi!!!

Amerika mediası ağacı belə təsvir edirdi: “Onun başında altı qamçısı, səkkiz iri yarpağı var. Canlı adamla yanaşı, fil də daxil olmaqla digər canlıları da uda bilir”.

Təbiətin ekozit bitkiləri arasında “adamyeyən ağac”ın olub-olmaması barədə müxtəlif fikirlər səslənməsi ilə yanaşı, bunun illüziya, uydurma, xalq əfsanəsi olduğunu qeyd edənlər də var.

Amma “adamyeyən” olmasa da, digər canlılarla qidalanan ağacların olduğunu artıq elm sübut edib.

Həşərat yeyən bitkilər
Alimlərin araşdırması nəticəsində bəlli olub ki, bəzi bitkilər həşəratlarla qidalanırlar. Bu bitkilərin 500-ə qədər növu var. Bu bitkilər şikarını cəlbedici parlaq rəngi, gözəl ətri və dadlı nektarı ilə “özünə çəkir”.
Ardı →

Bitkilərin budanması

  • Flora
Noyabr ayı budama zamanı olduğu üçün çiçək və bitkilərə daha yaxşı qulluq etmək lazımdır. Noyabrda bu iş üçün uyğun hava şəraiti olduğundan hər cür torpaq işlərinə başlamaq olar. 

Qışın əvvəlində yabanı otların, alaqların təmizlənməsi, bitki diblərinin yumşaldılması, köklərinə torf, yarpaq çürüntüsü və üzvi gübrə verilməsi bitkini qışa hazırlamaq baxımından faydalıdır.

Bu ay həmçinin ağac əkmək üçün də əlverişli aydır. Əkin işlərini qar düşənə qədər davam etdirmək olar.

Noyabrda həm də budama işləri görmək, əsasən payız budaması aparmaq mümkündür. Bu dövrdə budanılan budaq və pöhrələrin ucları qışda donub ölə bilər. Ona görə də bu ölü uclar yazda yenidən kəsilməlidir.
Davamı →

Cəfərinin faydaları

  • Flora
cəfəriCəfəri təkcə salatlara və yeməklərə ləzzət vermir, həm də bizi gözəlləşdirməyə xidmət edir. Cəfəri sağlamlığımız üçün də çox əhəmiyyətlidir. Bir çox xəstəliklərin dərmanıdır. Cəfərinin xərçəng xəstəliyinin də qarşısını aldığı faktı araşdırmalarda təsdiq olub. Səhərlər içildiyində bədəndə olan toksinləri, yəni istənməyən gecə boyu yuxu zamanı meydana gəlmiş zəhərli maddələri tər ilə bədəndən atılmasına kömək edir.

Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq, səhər yeməyindən yarım saat əvvəl içirik, üstündən bir stəkan su içirik. Sonra səhər yeməyi yemək olar. Bunu beş gün ara vermədən bunu etmək lazımdır, sonra bir həftə ara verib yenidən, təkrar edirik. Bundan sonra bədəndəki bütün kimyəvi maddələrin hamısı təmizlənir. Bu prosesi qaraciyərin piylənməsi zamanı da etmək lazımdır (yəni Xolestroldan təmizləyir)
Ardı →