Retro Xanımlar və Ya avropa nənələrinin Dəbi

Nənə Deyəndə yadıma öz nənəm düşür. Ağbirçək, xanım-xatın, başı örpəkli, Şəbəkə sırğalı. Nənəmin cavanlıq şəkillərin də görmüşəm yenə Başında kəlağayı, gümüş kəmər belində. Ümüdvaram ki, hansı Azərbaycanlıdan soruşsan təqribən eyni cavabı verəcək. Mən isə sizə Avropa nənələrinin cavanlığını göstərmək istəyirəm. Baxın!!! Daha Çox Şəkillər Retro Xanımlar və Ya avropa nənələrinin Dəbi albomunda.

 

10 şərh

mr13
Albomdakı şəkillərə rəy bildirsəniz sevinərəm.
IDEAL
Çox qəribədi bu nənələrin üzlərində indiki modellərdə ümumiyyətlə görə bilmədiyim məsumluq ifadəsi var elə bil.
2ral
Alboma baxdım.Doğurdan da şəkillərin çoxundakı qadınlarda IDEAL dediyi kimi hansısa xarizma var.
Gələn dəfə fotoanons əlavə edəndə şəkillərin yerinə albomdakı kiçik şəkillərin http ünvanını yazın.Bax belə:
Şəkil ünvanı bölümünə bunu yazınkopirovat ssilku na izobrajenie
mr13
Ok oldu. insan səhvlərlə öyrənir.
Dior
Necədə məsum görünürlər.İndikilərin gözündən cin yağır.
fidan
səhərdən şəkillərə baxıram. Axırda bildim nədədir əsas məsələ! Fikir versəniz bütün qadınların saçı qaradır:)))
İndiki qadınların isə hamısı saçını açıq rənglərlə rəngləyir.Ona görə müasir Avropa qadınları təbii görünmür.
IDEAL
Bu qadınlarda təvazövkarlıq və utancaqlıq hiss olunur bu səbəbdən məsum görünürlər bəlkə. İndi belə obraz 
lazım deyir axı. İndi kimin üzündən mədəni şəkildə desəm Diorun sözünə qüvvət cin yağır onlar lazımdı.
Dior
Həmdə şəkildəki xanımların qaşlarının aşağıya tərəf yönəlməsi onları lap yazıq kimi göstərir.İndikilər isə qaşlarını tatuaj ilə qaldırıb təpələrinə yapışdırırlar.
lesyA
Müasir dövrün tələbi belədir.Qaşların yuxarı dartılması vizual ciddilik və inam hisi yaradır ki,bu da müasir biznesmen qadınlar üçün vacibdir. Əvvəllər Avropada işləyən qadınlr az idi deyə qalar aşağı ola bilərdi.İndi hamı idarələrdə çalışır,bizneslə məşğul olur.Ona görə qaşların yuxarı dartılması təbii haldır.
Nailə_Rzayeva
Əsl təbiilik məncə budur…