Nə qədər fərqli və nə qədər gözəl

Tanrı Adəm (ə.s.) yaratdıqdan sonra onun özünə bərabər Xanımını da yaratdı. Və elə o gündən də kişilər qadınların sehrinə düşdü. Müəllifi yadımda deyil amma belə bir söz eşitmişdim "Qadınlarsız həyatımızın əvvəli dayaqsız, otası həzzsiz, sonu isə təsəllisiz olardı" Peyğəmbərimiz Muhəmməd (s.ə.s) isə buyururdu ki, "Cənnət anaların ayaqları altındadır." Yaşasın ANAlarımız, BACIlarımız, BİBİlərimiz, XALAlarımız, NƏNƏlərimiz, SEVGİlilərimiz, HƏYAT YOLDAŞlarımız. Hamınızın qarşısında baş əyirəm. Və sonda Nə qədər müxtəlif və nə qədər gözəl xanımlarımız.

 

7 şərh

mr13
Gözəllik dünyanı xilas edəcək.
bankir
Ən gözəli bizimkidir.həqiqətən çöx gözəl qadındır.
Leyla
Adaşımdır=)
videofan
Mən də öz qızımızı seçərdim.Hamı yerli mal alsın,xeyir vətənə qalsın. Eminə paxıllığım tutur.
2ral
Kimsə artıq-əskik danışsa özündən küssün. Sonra deməyin ki xəbərdarlıq edilməmişdi.
bloqçu

Gözəllik, sadəlik və təmizlik. Bunlar hamısı tarazlıq təşkil edən zaman ortaya təbii ki, çox gözəl bir görüntü çıxır. Özü də ki, xanımlarda… Belə də olmalıdır.
Amma, bir şeyi də qeyd edim ki, görün milli atributlarımız necə də yaraşıq verir. Yerlibazlıq kimi səslənməsin, əsla, hər yerin öz mədəniyyəti, öz atributları və s. amma, şəkildə fikir verin ki, birinci şəkil həqiqətən də digərlərindən fərqlənir.
O ki qaldı, ümumilikdə qadınlara əlbət ki, hər birinin öz gözəlliyi var..

Ferbara
Çox nazik qaşlar qadını gözəl göstərmir, əksinə üzündə natamamlıq yaradır.