Sinemaqrafiya

       
       Sinemaqrafiya
— yeni fotoqrafiya erasıdır. Burda kinodakı kimi fasiləsiz hərəkət yoxdur, lakin sabit sinemaqrafik şəkil də adlandırmaq olmaz. Sinemaqrafiyanın məqsədi lokal animasiyanın köməyilə obrazda bir neçə detala, məsələn, mehin dalğalandırdığı saçlara, butulkadan süzülən şəraba diqqəti cəlb etməkdir. Bu animasiyalaşdırılmış gif şəkillər sadə olsalar da yüksək keyfiyyətlə hazırlanmış incəsənət əsəri səviyyəsinə çatdırılmışlar. Əvvəllər də bu tip şəkillər olub. Amma bu şəkillər adi gif şəklin yaradılmasından fərqli olaraq, daha mürəkkəb texnoloji mərhələlərdən keçir.






       Şəkildəkilər Nyu York şəhərində yaşayan Kevin Burq (Kevin Burg) və Ceymi Bek (Jamie Beck) sinemaqrafiyanın yaradıcılarıdır. Hələ 2009-cu ildən dizayner Kevin Burq gif formatlı şəkillərlə işləyərək sinemaqrafiya stilini təcrübədən keçirirdi. Lakin Nyu York moda həftəsi zamanı o, fotoqraf Ceymi Beklə yaradıcılıq əməkdaşlığına başlamasaydı biz sinemaqrafiyanın son halını və eləcə də yaranmasını görməyəcəkdik. Birlikdə iş fəaliyyətinə başlayan fotorəssamlar ənənəvi şəkillər yaradır və onları animasiya ilə «canlandırmağa» başladılar.
 
      Bek və Burq bu prosesi - ənənəvi fotoqrafiyanın prinsiplərini saxlamaq şərtilə onu kinematoqrafik keyfiyyətinə görə sinemaqrafiya adlandırdılar. Yaradıcı duet daha canlı əsl sinemaqrafiyaların real məqamlarını izləyiciyə çatdıran daha yeni üsullarını araşdırmağa və öyrənməyə davam edirlər.
 
      Sinemaqrafiya — özündə həyatın hərəkətli məqamını saxlayır. Bu, onu hiss etmək və sonsuza qədər yaşaya bilmək üçün zamanı dayandırmağa imkan verən canlanmış şəkildir.



Original Cinemagraph
 
 
iwc-980.gif



 




 
cine2 (600x338, 191Kb)



Твой софтовый форум



 




 




 




 




 




 
grace9801.gif



 
0_74ee3_65d5ace8_L (500x281, 823Kb)



 
4587106_Shhh___PoetisDreamingcinemagraphseeimageincomments (636x358, 586Kb)
 

Rus dilindən tərcümə edən: Firəngiz Qədirova

 

12 şərh

pascal
Fərqli topikdir. Həmişə istifadəçilərin gözəllik yaradan fotosessiya topikləri olub burda, amma, beləsi olmamışdı. Həm dolğun məlumat, həm zəhmət var burda.
Sonuncu şəkilə isə baxmaqla doymaq olmur. :) 
_BUMERANQ_
Əla.
Əvvəllər bu tip şəkillər görmüşdüm, amma tarixcəsi haqda bilmirdim. Məlumatlandırdığınız üçün minnətdaram.
Sonuncu şəkil hamısna dəyər.
 
Ferbara
Mən də hərdən internetdə belə şəkillərə rast gəlmişdim. Amma bu yaxınlarda sinemaqrafiya haqda məlumata rast gəldim. Çox xoşuma gəldi. Azərbaycan dilində bu haqda məlumat olmadığına görə, həm də bu şəkilləri sizlə paylaşmaq üçün topik yerləşdirməyə qərar verdim.
Bəyəndiyinizə sevindim. :)
İnternetdə, əsasən rus saytlarında bol şəkillər var. Sinemaqrafiyayla başqa fotoqraflar da məşğul olmağa başlamışlar.  
_BUMERANQ_
Azərbaycan dilində məlumatlar ümumiyyətlə çox məhduddu. 
Məsələn, adi bir şəkil lazım olur, Azərbaycan dilində yazıb axtarış verirəm dəxlisiz şəkillər gəlir, amma digər dillərdə axtarış verəndə(xüsusilə ingilis və rus) lap «adamın ürəyindən tikan çıxır».
Bu topik anadilli materialların artmasında daha bir addımdı :)
 
Ferbara
Saytda bir dəfə copy-paste topik yerləşdirəndə, bir dəfə də tərcümə edib, ya yalnız kitabda qalmış məlumatı yerləşdirsək, internetdə Azərbaycan dilində məlumatlar çoxalar.
babayeva_sabina

sonuncu balaca lap xoşuma gəldi

fərqlidir

təşəkkürlər 

BaRLeLiTa
Belə şəkillərə çox tez-tez rast gəlsəm də netdə,tarixçəsini dəqiq bilmirdim.
Əziyyətinizə dəyər,bir söznən əla…
reality_man
evveller hind qizlari goz vururdu)))
Ferbara
babayeva_sabina, BaRLeLiTa bəyəndiyinizə sevindim. :)
reality_man, göz vurmur. Yuxuda gülümsünür. :) 
kurdamir
Çox marali topikdir,Bəzilərini koçürdüm
azadmamedov90
Əla! ) yenilərini gözləyirik)