Dobri baba

O hər gün səhər tezdən durub, öz kəndindən 10 km uzaqda yerləşən paytaxt şəhərə piyada gedir. Dobri babanı çoxları zahid, günahsız mələk, keçmişdən gelən qəribə Allah adamı da adlandırırlar. Amma insanların çoxunun bu xeyirhaq babanın əsl insanlıq məqsədindən və etdiyi yaxşılıqlardan xəbərləri belə yoxdur. 2011-ci ildə Dobri babanın 97 yaşı tamam olub. Bu insan, öz yaşına baxmayaraq yenə də var- dövlətini, xeyirxahlığını və insanlığını ətrafındakı adamlara bölüşməkdə davam edir. Artıq uzun illərdir ki, Dobri baba bolqar kilsələrinin bərpası və yoxsul insanlara kömək üçün dilənçilik edir. Bu böyük insanı nə aclıq, nə soyuq hava qorxutmur. Onu yeganə qorxudan və üzən insanalrın başqalarının aclıq və xəstliklərinə biganəliyidir.

Bu insan gülümsəyərək kiçik uşaqların əllərini əyilib öpür, böyüklərə isə ona verdiyi sədəqəyə görə minnətdarlığını bildirir, ehtiyacı olanlara isə Allah eşqindən danışıb onlara düz yol göstərir. 

2010-cu ildə Bolqariya televiziyasınn müxbiri, Aleksandr Neski kilsəsi barədə sənədli filim çəkərkən, o arxivdən ən səxavətli hədiyyənin Dobri baba tərəfindən edildiyini aşkar etmişdir. Bu hədiyyə — EUR 40 000 miqdarında olub.

Dobri baba heç bir vaxt sədəqədən yığdığı pullara toxunmur. O hər ay 100 EUR miqdarında aldığı təqaüd ilə dolanır. Dobri baba yetimxanalara, uşaq bağçalarına çox köməkliklər göstərir. Amma onun etdiyi yaxşılıqların çoxunu belə bizlər bimirik.Çünki Dobri baba etdiyi yaxşılıqlardan danışmağı heç sevmir. 

Eşitmə qabiliyyətini müharibədə itirmiş, Dobri babanın 4 övladı var.  Ona qayğını Sofiyyada yaşayan qızı göstərir.Qocanı öz ailəsini mirassız qoymağı çox məyyus edir.Amma o, bu barədə də danışmağı xoşlamır.O bütün pulları imkansızlara və ehtiyyacı olanlara yardım kimi verir.Özü isə, adi və heç bir müasir əşyasız köhnə evdə yaşayır.Onun evində köhnə çarpayisından və yemək masasından başqa heç nəyi yoxdur. Masasının üstündə isə, bir tikə çörək parçası və pomidor olur. Dobri baba deyir ki, bu bir tikə çörək parçası mənə bütün günü bəs edir. Elə bil ki, bu insan keçmişin xeyriyyə və imanından gəlmişdir müasir dünyamıza.

 

11 şərh

BaKiNeC
Bircə çatişmayan odur ki bu insan müsəlman deyil. Kaş ki kimsə İslam haqqında ona başa salardı. O zaman bu insan inanıram böyük imanlı bir kəs olardı.
BaKiNeC
ALLAH tezliklə hidayət elesin inşALLAH.AMİN.
gapgara
Belə xeyirxahlar çox az-az gelirlər dünyaya.
error
Dobri baba haqqında ilk defədir eşidirdim.sağolun ,BaRLeLiTa.   :)
Ramil
Viktor Hüqonun «Səfillər» romanını oxumusunuzsa orada Din yepiskopu Miriel də bu tip insan olub. Fotosessiya və məlumatlara görə təşəkkür edirəm.
Ramil

Bir dəfə Miriel varlı bir adama deyir:

Siz mənə nəsə verməlisiniz!

Ramil

(Bağışlayın səhv etdim)

Bir dəfə Miriel varlı bir adama deyir:

-Siz mənə nəsə verməlisiniz!

Onsuz da xəsis olan varlı adam cavab verir:

-Mənin kifayət qədər öz yoxsullarım var!

-Elə isə onları mənə verin!

Əziz oxucular «Səfillər»i oxuyanlara bu sozlər tanışdır.

velili_hemide
yaxsi adam imis.eger hele sagdisa 99 yasi var