Pişiklər dünyanı belə görür

Bir çoxlarımız pişiklərin dünyaya necə baxdığını bilmək istəmişik. Sən demə onlar demək olar ki, bizim gördüklərimizi, bəzən isə bizdən də yaxşı görürlər. Onlar  binokulyar görmə qabiliyyətinə malikdirlər və dünyanı 3 ölçülü qəbul edə bilirlər. İnsanların görmə arealı 180 dərəcə olduğu halda, pişiklərdə bu göstərici 200-dür.

Sadəcə bu heyvanlar uzağı görmürlər, onlar yüz metr uzaqda olanlara adətən fikir vermirlər. Pişiklər ən yaxşı göy və yaşıl rəngi seçirlər, qırmızı, narıncı və qəhvəyi rənglə isə onların problemləri var: bu rəngləri  boz, yaxud bənövşəyi kimi qəbul edirlər.

Rəssam Nikolay Lam Heyvanların Görməsi Klinikasının mütəxəssisləri və aparıcı oftalmoloqlarla məsləhətləşəndən sonra, yuxarıdakı bilgilərdən yararlanaraq hazırladığı fotoları dərc edib.

Dünyaya pişiklərin gözü ilə baxmaq istəyənlər buyurun bir yerdə baxaq.

 

12 şərh

_BUMERANQ_
Sayəndə dünyaya pişiklərin gözü ilə də baxdıq :)
pascal
Nəhayət, Barlelitanın da topikin gördük. :)
Bunları hansı pişik çəkib? ;) ))
acqarik
pişiklərin nə maraqsız dünyaları varrrrrrrr
Bahar_Huseynova
maraqli melumat idi.cox sagolun.
akbar2000
Hər bir canlının öz dünyası ,öz həyatı və öz aqibəti var.
kurdamir
Lap yazığım gəldi.Həqiqətən dünyaya hər kəs (heyvanlardadaxil) bir cür görür.Nə bildiz pişiklər belə görür?
azadmamedov90
Niyə, optimist olaq- onlar ki Qaranlıqda görürlər, və də ən əsası yeməyin iyini və dadını bizdən də yaxşı bilirlər))
pascal
Azad,  yazınıza qarışmaq kimi anlamayın, sadəcə, marağımdan soruşuram, siz niyə «və»dən qabaq vergül qoyursuz? Bu bütün yazılarınızda belədir.
azadmamedov90
Az dili qanununda deyəsən icazə verilir )) ama dəqiq bilmirəm, və və vergül bir arada işlənə bilər zənnimcə, ama mən də bilmirəm, əl vərdişidir bəlkədə.
pascal
Azərbaycan dili qrammatikasında «və»dən qabaq vergül qoyulmur. Dəqiq. İradımı başqa cür anlamayın, məqsədim odur ki, burda ən çox şərh yazan istifadəçilərdən birisiz və ola bilər ki, sizin həmişə belə yazmağınız bəzilərinə təsir edə bilər. İnanın ki, hal-hazırda belə formada yazanlar internet aləmində get-gedə çoxalır. 
azadmamedov90
Qrammatikadan xəbəri olanlar olmayanları gərəkdir ki, xəbərdar edə. Elə leksikolji baxımdan da elə orfoloji baxımdan da. Təşəkkür. Mən hər zaman sevinirəm ki, vətəndaşlarımız biliklidir, və bilməyənləri xəbərdar edir))
pascal
Məni doğru anladığınıza görə təşəkkür edirəm. Amma deyəsən əliniz öyrəşib, bayaq m/topikdəki şərhdə də, elə bir üst şərhdə də, yenə elə yazdınız. ))