Рейтинг
+136.60

Fotosessiya

88 üzv, 354 topik

Dik Smitin məşhur qrim işləri

Bu il 92 yaşında vəfat edən amerikalı Dik Smit bədii qrimin pionerlərindən sayılır. Qrimin xaç atası adlandırılan Smit başqa qrimçilərdən fərqli olaraq,  təkcə pudra, boyalarla kifayətlənmirdi.

O, həm də yeni materiallarla eksperiment edirdi.  2012-ci ildə ona kinonun inkişafındakı xidmətlərinə görə  Oskar mükafatı verilib. O, bu mükafatı alan yeganə qrimçidir.  

Onun metodları bu gün də geniş istifadə edilir.  Smitin məşhur işləri arasında “Amadey”, “Taksist”, “Xaç atası” filmləri var.

«Xaç atası» filmi, Marlon Brando


Ardı →

Şəkil çəkdirərkən poz verməyin hiylələri

                                 

Şəkil çəkdirərkən poz vermək heç də asan deyil. Hətta bunu heç bacarmayan, bütün şəkillərində heykəl kimi duran insanlar var. Şəkillərlə özəl anlarımızı ölümsüzləşdiririksə, niyə də poz verməyi bacarmayaq? Sadəcə çalışmaq lazımdır.

Arxa fon çox vacibdir. Yəni harda şəkil çəkdirməniz şəklin keyfiyyəti üçün əhəmiyyətlidir. Arxa fonun rəngi geyiminizin rəngi ilə təmas edirsə, yerinizi dəyişin. Şəkil çəkdirərkən geyiminizin, saçınızın rəngindən fərqli rəngdə olan yerlər seçin.


Ardı →

Dünyanın gözəl məscidləri

İranlı tələbə Məhəmməd Gənci dünyanın müxtəlif ölkələrindəki məscidlərin interyerləri və tavanlarının fotolarını çəkir.
Şəkillərdə Yaxın Şərq memarlığına xas eleqant tağları və spiral şəkilli sütunları aydın görmək mümkündür.
Məscidlərin daxili divarlarındakı bənzərsiz naxışlar, eləcə də parlaq vitrajlar və həndəsi mozaika isə heç kəsi laqeyd qoymur.
Bir çox məscidlərdə foto çəkmək qadağan olunduğu üçün bu layihə qeyri-adi interyerləri incələmək baxımından unikaldır.


Ardı →

Günəşin öpdüyü qızlar

Bəziləri çilli qızları olduqca qeyri-adi hesab edir, bəziləri isə bunu çirkinlik əlaməti sayır.

Çilli qızlar da iki qrupa bölünür: təbiətin hədiyyəsi ilə mübarizə aparanlar və çilləri ilə barışanlar. Çillər qadını qətiyyən çirkinləşdirmir, əksinə, onu daha canlı və qeyri-adi göstərir.

Ardı →

Əgər kitablar, sadəcə, kitab deyilsə...

Tuluzada yaşayan dizayner Pyer Betelin 10 illik foto təcrübəsi var. Pyer öz üzərində maraqlı təcrübələr aparmağı, güldürməyi və düşündürməyi sevir.

Buna görə də işlərdən və layihələrdən boş vaxt tapan kimi Betel, fotoşopun köməkliyi ilə biri-birindən fərqli və qeyri-adi avtoportretlər yaradır.

Betelin son işi – dünyaca məşhur kitablarla çəkdiyi portretlərdə dizayner kitab səhifələrini reallığa çevirə bilib. Mimikalar, jestlər, geyimlər – hər şey layihəni daha da qeyri-adi etmək üçün hesablanıb.


Ardı →