Özün olmaq cəsarəti: Şübhə və inancdan güvənə doğru

Azadlıq, bir məqsəd deyildir. Azadlıq, insan üçün sadəcə bir fürsətdir.
İnsanların hardasa hamısı, çoxluq içində özünü güvənli hiss edər. Hardasa hər kəsin bir millətə, bir ailəyə, bir dinə mənsub olması, bir quruluşa və ya bir siyasi partiyaya üzv olması; insanların özlərini bağlayacaq zəncirlər tapmağa davam etmələri, güvən duyğusu üçündür. İnsanlar, bu zəncirlər, bu bağlar içində rahatlaşarlar. Bu bağlar artıqlaması ilə güvən verər və heç bir məsuliyyət yüklənməyini gərəkli etməz. Arxanı bir topluma, dövlətə, ailəyə, dinə və ya təqsiri və məsuliyyəti üstünə ata biləcəyin hər hansı bir şeyə söykənməyin, sənə saxta bir güvən duyğusu verər.

İnsanlar nə üçün güvənmirlər? Bunun səbəbi sadədir; çünki insanlar öz zəkalarına, öz hərəkətlərinə güvənmirlər. Özü olmaq məsuliyyətini almaq yerinə, özünü bir yığına, topluma, dövlətə və ya bir qrupa təslim etmək daha asan görünür. İnsanlar hər nə qədər azadlıq istəyir kimi görünsə də, içdən içə azadlıqdan qorxurlar. Məsuliyyət götürmək, hər hərəkətinin fərqində olma disiplini, aydınlanmaqdansa, asan yolu seçməyə üstünlük verir. İnsan, azadlıqla yolunu azacağını zənn edir. İnsan azadlıqdan qorxur. Çox az insan, həqiqətən azad olmağa, öz məsuliyyətini üzərinə götürməyə hazırdır. Bu günə qədər çox az insan öz rahat həbsxanalarından çıxmış vəziyyətdədir. Sən qorxanda, özünə güvən duymayanda, varoluşa güvənməyəndə, şübhə su üzünə çıxar. Aldadılmaqdan qorxmaq, öz zəkanın, öz qəlbinin yoluna güvənməməyin, böyük güvənsizlik yaradır. Halbuki, güvən sənin sərhədlərini qaldırar. Daha axıcı, daha böyük, daha bütöv zəkaya və cəsarətə sahib olmağını təmin edər. Sən bütünlüyünü hiss edəndə daha dərin bir fərqindəliyə qovuşduqca böyük bir qəlbə gərək olur. Özünü qorumağın, sənin inkişaf etmə potensialını ortadan qaldırar, həyatı izləməyinə səbəb olar, bilinməyənə addım ata bilməzsən.

Bilinəndən qurtulmaq, həqiqəti axtarmaq, özgürləşmək deməkdir. Zəkana güvənirsənsə, bilinməyənə, yaradıcı olmağa, ürəyini açmağa, addım atmağa, yeni olana açıq olarsan. Güvənin, özünü qorumağa yönəlik yox, özünü gerçəkləşdirmək, öz məsuliyyətini üzərinə götürməyin üçün var olmuş olar. Bilinməyən, yeni olan insanın özünü gerçəkləşdirməsi üçün bir fürsətdir, içindəki yaradıcı gücləri sərbəst buraxması üçün bir hədiyyədir. Şübhə, hər zaman müdafiə altındadır, güvən isə sənə hər qapını açar, hər fürsəti açıq saxlayar. Sənin fərqindəliyini kəskinləşdirməyini təmin edər. Hər nə olura olsun, hər nə gəlirsə gəlsin, öz zəkana güvənməyin, fərqindəliklə hərəkət etməyin, o mübarizəni, o riski qəbul etməyindir. Həyatın və yeninin, bilinməyənin gətirdiyi risklə qorxmaq və özünə qapanmaq, saxta səbəblər tapmaq yerinə həyata açıq olmaq, bundan coşğu duymaqdır.

Qorxu, insanın, ətrafına divarlar hörməsidir, özünə qapanmasıdır. O, davamlı olaraq daha çox bilgi, daha çox açıqlama, daha çox and istəyər. Qorxan bir insanın başqa bir insanla qurduğu ünsiyyət, gerçək bir ünsiyyət, münasibət deyildir. O, özünə yönəlikdir, qorxuları tərəfindən idarə olunmaqdadır. O, başqasını həqiqətən tanımaq və ya anlamaqla bağlı deyil, özünü qorumaq, güvən altına alamaqla bağlıdır. Özünə qapanan bir insan, həyata və digər insanlara açıq deyil. Çünki, özünə güvənməyən bir insan başqalarından və münasibətlərindən daima şübhə duyar, qorxar.

Bilməmək, əslində, həyatın özüdür, həyat, bizi tam da bu cür istəyər. Bilməmək, riskə getmək, zəkanın verdiyi cavabı görməyin, reaksiyalarından və keçmişdən, bilinəndən, şərtləndirmələrdən qurtulmağın üçün gərəkli olan torpaqdır. Güvən ağacı, ancaq belə bir torpaqda boy ata bilər. Bilinməyən, fərqindəlik üçün, hər hərəkətini fərq edərək gerçəkləşdirməyin üçündür. Azadlıq, məsuliyyəti öz üzərinə götürməyin və hər sözündən, hər hərəkətindən, hər nəfəsindən məsul olmağın deməkdir. O, istədiyini etmək demək deyil, böyük bir disiplindir. Həyatın anlamını tapmağa çalışmağın bir yararı yoxdur. Həyat, bir anlam yaratma fürsətidir. Həyat, qorxub gizlənmək, əsarət altında qalmaq, özünü zəncirləmək, keçmişə, bilinənə boyun əymək üçün deyildir. Həyat, yaşamağın, bilinməyəni və riski qəbul etməyin, özün olmaq məsuliyyətini üzərinə götürməyin, özgürləşməyin üçündür. Sevgini anlamaq, sevgi dolu olmağını təmin etməz. Sən özünü anlamağa başlayıb qəbul edəndə, hərəkətlərinin, sözlərinin məsuliyyətini öz üzərinə götürəndə özünü sevməyə başlaya bilərsən. Sən sevgi ilə hərəkət edəndə, sevgi ilə axanda, sevgi, gerçək anlamını tapa bilər. Sevgi, sadəcə beş hərfli bir kəlmədir, sevmək isə öz təcrübəndir.

Bütün bilgilər borcdur, sən təcrübə etmədiyin müddətcə hamısı həqiqət haqqındadır, həqiqətin ətrafında dolaşmaqdır. Həqiqətə yaxın ola bilər, uzaq ola bilər, başqası üçün həqiqət ola bilər amma sən kəşf etmədikcə, sənin həqiqətin ola bilməz. Bilginin, bilməyin sonu yoxdur. Nə qədər bilirsən bil, yenə də əskik qalar. Bilgiləndikcə, anladığın tək şey, Sokrat kimi, heç bir şey bilmədiyin olar. Bunu anladığın zaman, xaricdən gələn bilgi, sənin həqiqətin yerini tuta bilməz. Bir müddət sonra bilgilər səni dustağı halına gətirər, onlarsız hərəkət edə bilməməyə, daha çox öyrənməyə çalışarsan. Bunun sonu yoxdur. Bilgi səni daha fərqində, daha zövqlü, daha minnətdar yaşamağına köməkçi olursa, şüurlanma yolunda sənin həqiqətlərinə çevrilərlər. Onlara açıqsan, təcrübə edirsən. Öz şüurun üçün başqa reseptlər, başqa xəritələr, başqa rəhbərlər sənə sadəcə yolu göstərə bilər. Öz təcrübə etdikləri yolu, amma bu yolu gedəcək olan insan sənsən. Yolu bilməklə o yolda yerimək fərqli şeylərdir. Açıqlamalar, daha çox bilgilər, hər zaman, tanış olan hərəkət etmə istəyi…

Halbuki, həyat bu andır və davamlı olaraq dəyişməkdədir. Heç bir şey eyni qalmaz. Varoluşda hər şey, davamlı olaraq yenilənər. Sən planlar qurarkən həyat dəyişməyə, yenilənməyə davam edər. Həyat, tanış yollar yox, yeni yollardır. O böyük bir sirrdir, böyük bir macəradır, içinə atlamaq lazımdır. Dünyada, hər kəs bir ailənin, dövlətin, dinin üzvü ikən, siyasi bir partiyanın tərəfdarı ikən, adətlərin, ənənələrin başqsısı altında ikən özgürləşmək mümkün deyildir. Bunların hamısı bir güc mərkəzidir, bir qurumdur, bir iqtidardır. İnsanlar üçün durmadan saxta, süni güvən yaradıb bunun qarşılığında gerçək özgürlüyünü istəyər. Bu qədər yurddaş, bu qədər oğul, bu qədər iman edən var amma dünya kədər içindədir. Bu son dərəcə ironikdir, bu necə olur? Ortada, sözdə çox vətəndaş, övlad, iman edən var amma böyük bir xaos, böyük bir kədər hakimdir. İnsanlara, inanmaları, boyun əymələri, qaydalara əməl etmələri öyrədilir. Güvən bir təcrübə yox, bir inanc olduğu zaman, bir alış-verişə, ticarətə çevrilər. Qarşılığında azadlığını təslim etdiyin bir alış-verişə…

Təcrübə etmək, sorğulamaq, həqiqətin yoluna çıxmaq öyrədilməz. Əsarət bəlkə səni tox saxlayar amma əsla gerçək bir məmnuniyyət verməz. Özünü gerçəkləşdirmədiyin hər an, başqalarının, minlərlə il öncəki fikirlərin, qanunların, sözlərin həyatını yaşayırsan, deməkdir. Səndən çox-çox öncə var olmuş vəziyyətlərə, sözlərə, insanlara boyun əyirsən, onlar sənə hökm edir. Sənə, davamlı olaraq bir şeylərə inanmağın öyrədilər. Belə ki, güvənin belə inanmaq olduğunu, inancla bağlı olduğunu söyləyərlər. Çünki heç kim sonsuza qədər şübhə ilə yaşaya bilməz, şübhə, insanı davamlı olaraq, narahat edər. Hər zaman sıxıntı içində, iztirabla yaşamaq çətindir. Sən də inanmağı seçərsən, bir başqasının sözünə, hərəkətinə, bilgisinə inanmaq… Öz təcrübənə, zəkana yox. Bir dəfə fərqinə vardığın zaman, artıq, inancın ətinə, sümüyünə işləməsinə icazə verməzsən. Sən sorğulamadan, şərtlənmələrini fərq etmədən, şüursuz hərkət etməzsən. Şüur səni özgürləşdirər, təcrübə, həqiqətə çatmağın üçün bir fürsət təqdim edər. Sən, bütün borc alınmış fikirlərdən, inanclardan, doqma və qadağalardan qurtulduğun zaman azadlıq səni içinə çəkməyə başlayar. Varoluşun təzə nəfəsi içini doldurar. Artıq bir dilənçi deyilsən, bir kopya deyilsən, amma ilk dəfə özünsən.

Unutma ki, güvən fərdi, inanclar toplumsaldır. İnancın içində hər zaman eləcə qalarsan, pəncərəni, qapını başqa sözlərə, başqa inanclara bağlayarsan. Öz inancının ən yaxşı olduğuna elə inanarsan ki, özünü mühakimə etmədən, digər inanclardan üstün görərsən. Və ən kiçik bir təsrlik olduğu zaman, inancın sarsılmağa başlayar. O, sevdiyin birini itirməyin qarşısında itirsə, o hər hansı bir tərslik halında sənə ağrı verirsə, sənin həqiqətin heç olmayıb.


Birdən inancsızlıq hər tərəfini əhatə emişdir, şübhələr, su üzünə çıxmışdır. Əslində, sən inanmırdın, inandığın hər nə isə onunla alış-veriş halında idin. Səni qoruduğu, sənə yaxşı olduğu müddətcə özünü aldadırdın. İnancdan və inancsızlıqdan azad ol. İnancın yox ola bilər amma güvənin yox edilə bilməz. İnanc, səni davamlı olaraq dayandırar, sənin gerçəyə, sorğulamağa arxa çevirməyini istəyər. İnanc, şübhəni də dayandırmaq istəyər, bir tiryək, bir dərman kimi keçici olaraq acını sakitləşdirə bilər. O sənin həqiqətin olmadığı müddətcə sadəcə bir vəddən ibarətdir. Durmadan bir şeylər vəd edər amma gerçəkləşdiyi heç görülməmişdir. Hər qaranlığın sonunda günəş doğular. Hər kəs bu yolu keçərək həqiqətə çata bilər. Bu yolu, sənin üçün başqası gedə bilməz, sənə necə olacağı mövzusunda bir xəritə çəkə bilməz. Yolunu sən özün cızmalısan. Şübhə və qorxu normaldır, lakin ona yapışıb qala bilməzsən. Şübhə və qorxu dolu olmaq, yaşamaq yox, hər gün ölməkdir. Bilinməzi və riski qəbul etdiyin zaman zəka, fərqindəlik və azadlıq başlayar. Yol uzun və çətin ola bilər, amma azadlıq hamısına dəyər.

Mənbə: blog.milliyet.com.tr

Hazrıladı: Fidan Aslanova
 

0 şərh