Fəlsəfə terminləri (E - G)

E


EFORAT — Qədim Spartada ildə bir dəfə seçilən 5 nəfər ali vəzifəli şəxsdən ibarət kollegiya, ali nəzarət orqanı. Tam hüquqlu vətandaşların məclisində seçilirdi. Təqribən e.ə VIII əsrin ortalarında təsis edilmiş, e.ə III əsrsə öz əhəmiyyətini itirmişdir.
EVDEMONİZM [yun. Eudaimonia – həzz, səadət, xoşbəxt- lik] – etikanın gedonizmə yaxın olan metodoloji prinsipi. Xoş- bəxtliyi, səadəti təmsil edər.
EVRİSTİKA [yun. Heurisko – axtarıram, kəşf edirəm ] – yaradıcılıq fəaliyyətini, yeninin kəşfinə və təlimdə istifadə olunan metodları öyrənən elm.
EQO [Alm. Ich; ing. Myself, I; lat. Ego; osm. tr. ene; ər. ؤَأ]. bir kimsənin şəxsiyyətini meydana gətirən təməl element, mən. fərdi o biri varlıqlardan ayıran şüur. Freydə görə əsas və ən primitiv mənlikdir. Ana qaynağı cinsəllik, aclıq kimi ehtiyacların ən eqoistcəsinə doyurulmasıdır
EKKLESİYA — xalq yığıncağınım ən çox yayılmış adı.Bütün növ məsələlər Ekklesiyada müzakirə edilirdi.
EKZOQAMİYA (yunanca ―ekzo‖-xarici, ―qamos‖-nigah) – hərfi mənada kənardan nikah olmaqla nəslin mühüm əlaməti sayılır. Ekzoqamiya prinsipinə əməl edilməsi nəslin üzvlərinin təsərrüfat və ailə-nikah münasibətlərində böyük rol oynayırdı.
EMFİTEVZİS -  Roma hüququnda  başqasının torpağından istifadəyə olan irsi hüquq. Yüz il və daha uzun müddətə bağlanan icarə müqaviləsi ilə müəyyən olunurdu və icarəyə götürən, torpaqdan istifadəyə və sərancam verməyə münasibətdə bütün hüquqlara malik idi.
ENDOQAMİYA (yunanca ―endoi‖-daxili, ―qamos‖-nikah) – hərfi mənada daxili nikah deməkdir. Endoqamiya, bir etnik birlik kimi qəbilənin çox mühüm əlaməti olmuşdur.
EQOİZM [Alm. Egoismus; fr. Ègoisme; ing. Egoism; osm. tr. hadkamlik; lat. ego – mən] – 1. Ümumi mənada: mən düşkünlüyü, özünə düşkünlük, başqalarını hesaba qatmadan ancaq özünü düşünmək, öz mənfəətini düşünmək. İnsanı cəmiyyətə və digər adamlara münasibəti baxımından səciyyələndirən həyat prinsipi və əxlaqi keyfiyyət.
EQOSENTRİZM [alm. Egozentrismus; fr. Egocentrisme; osm. tr. li-l eneiyye; ər. حُﺋأَْ] – sözün kökü latın dilindəki ―ego - mən‖ kəlməsindən törəy  –  sentrizm  əlavəsi  isə  ideya  və konsepsiyalarda artırılan şəkilçi mahiyyətini daşıyır. Centr – mərkəz, ism – isə ideologiya mənasını ifadə edir. Ərəbcə variantı isə mən — ؤٔأ sözünə ي – üçün şəkilçisi artırılmaqla düzəlmişdir. 
―Mən‖i qərar və hadisələrin mərkəzinə yerləşdirmə, yaxud insanın öz aləmini yüksəklərə qaldıraraq bütün dünya hesab edən özünün maddi və mənəvi dəyərlərini bütün dünyaya müncər edən dünyagörüşü forması.
EQZOTERİK [alm. Exoterich; fr. Exoterique; ing. Exoteric; yun. Ekso = xaricdə, çöldə; osm. tr. harici] – xaricdə olan, çöldə olan, daxildə olmayan. Eqzoterik, etimoloji olaraq ―xaricə doğru‖, ―xarici‖ mənasını verər. Bir təlimin ictimaiyyətə açıqlanan və bilməsinə icazə  verilən‖  qisimlərini ifadə edir. Ezoterik, etimoloji olaraq ―içə dönük‖, ―daxili‖ mənasını verir. Bir təlimin, seçmə seqmenti xaric, ictimaiyyətə açıqlanmayan və ―bilməsinə icazə verilməyən‖ sirli hissələrini ifadə edir.
EQREQOR (yun. ἐγρήγοροι) insanların fikir və təxəyyülləri sayəsində yaradılan müstəqil bir xəyali (dini) varlıq, mələk və s.
EHTİMAL [alm. Wahrscheinlichkeit; fr. Probabiltè; ing. Probability; lat. Probabilitas; osm. tr. probabilitas; osm. tr. ihtimaliyet; ər. دُّناًرحإ] – mümkün ola biləcək, baş verə biləcək hadisənin, vəziyyətin və s. həqiqiliyə, düzgünlüyə olan münasibət dərəcəsi. Bu mənada ortaya çıxması vacib olmayan bir hadisənin ortaya çıxma imkanının ən yüksək dərəcəsi. Bir şeyin ola bilməsi, baş verə bilməsi, mümkünlüyü. Ehtimallıq [alm. Probabilismus; fr. Probabilisme; ing. Probablism; lat. Probabilis – ola biləcək; osm. tr. ihtimaliye; ər. لاًرحإ; tr. olasıcılık] biliyin ancaq – imkanlılıq dəyəri olduğunu və imkan olarsa ola biləcəyini önə sürən nəzəri-skeptik təlim.
EHTİVA [alm. Ümfang, extension; fr.=ing. – extention; lat. Extensiv; osm. tr. şümul; tr. Kapsam; ər. حؽاحأ] – əhatə, bir anlamın yaxud kəlmənin və onu dilə gətirən terminin əhatə etdiyi varlıqların və fərdi haidsələrin hamısı. Ərəbcədə kök hərfləri h+v+y – dir.
EHTİRAS [alm. Leidenschaft; fr.=ing. Passion; lat. Passio; yun. Pathos; osm. tr. ihtiras; ər. طاشرحإ; tr. tutku] – Ağlın çətinliklə idarə edə bildiyi hiss. Bir insanın istəmə, hiss etmə və düşünməsinə hakim olan güclü meyl. Uzun müddətli qalıcı və güclü hissiyyat. Pozitiv ehtiras uğura, neqativ ehtiras uğursuzluğa aparıb çıxarır. Hegel ehtiras olmadan heç bir böyük işin öhdəsin- dən gəlinməyəcəyini deyir.
EZOTERİK [alm. Esoterisch; fr. Èsoterique; yun. Esoterikos - daxildə içəridə; tr. batin; ər. ٍؽات] – ―Ezoterik‖ termini ilə yalnız savadlılar üçün nəzərdə tutlmuş, yalnız mütəxəssislərin başa düşəcəyi ideyanı, nəzəriyyəni adlandırırlar. Müəyyən bir insan cəmiyyətinin xaricində heç kəsə bildirilməyən, ancaq məh- dud sayda olan, dar bir çevrəyə xəbər verilən bilik, məlumat.
EYNİYYƏT [ru. Идентичность;  ing. Identity; ər. حُُُػ] — predmetin, hadisənin öz-özü ilə bərabərliyini, eyniliyini və bir neçə predmetin bərabərliyini ifadə edən kateqoriya.
EKZİSTENSİALİZM [alm. Existenzialismus; fr. Existentia- lisme; ing. Existentialism; tr. Varoluşçuluq; lat. exsistentia – varlıq] – Çağımızın bir fəlsəfə cərəyanı. Eqzistensial fəlsəfi təlimi əsas qəbul edən bütün düşüncə sistemlərinə verilən ad. Danimarkalı alim Kierkegaard böyük miqyasda başladığı, eyni zamanda fəlsəfənin əvvəldən bəri ələ aldığı problemləri kökdən yeniləməyə çalışan modern Avropanın bəzi filosoflarının yaşatdığı fəlsəfi cərəyan. Fəlsəfədə XX əsrdə ziyalıların baxışlarına cavab verən yeni dünyagörüşü yaratmaq cəhdi kimi meydana gəlmiş irrasiona- list cərəyan.
EKSPERİMENT [Alm. Erfahrung, experiment; fr. Expe- rience; ing.experience; experiment; yun.emperia; lat.experientia; osm. tr. tecrübe; ər. حتشﺟأ; lat. experimentum – sınaq, təcrübə] – hər hansı bir hadisənin tədqiqatın məqsədlərinə uyğun gələn yeni şəraitin  yaradılması  vasitəsilə  və  ya  prosesin  gedişinin  lazımi istiqamətdə dəyişdirilməsi vasitəsilə həmin hadisəyə fəal təsir yolu ilə tədqiq edilməsi. Yunan dilindəki peria [təcrübə, imtahandan keçirmə] kəlməsindən iki sıra söz törənmişdir: 1. [mücərrəd və ümumi mənada işlədilən] emperia və törəmələri: empirik, empirizm; II. [konkret və daha texniki mənada işlədilən] experientia [lat. Experiri = təcrübə, təcrübədən keçirmə] və növləri: experimenter, experimental, experimentation. I – Emperia = təcrübə, təcrübədən keçirilənlər.
EXPRESSİONİZM [alm. Expressionismus; fr. Expressio- nisme; ing. Expressionism; lat. Exprimere – dilə gətirmək, uzaq- laşdırmaq]. Təbiilik və müşahidəçiliyin əksi olan müasir sənət cərəyanı. Bu cərəyan ön planda və obyektiv təbiəti nə də maddi müşahidələri əks etdirmək istəyər, onun dilə gətirmək istədiyi, mənəvi həyata aid olanların ruhi mühtəvalarıdır.
EKSPLİKASİYA [lat. explicatio – izahetmə, genişləndirmə] bu və ya digər predmetin, hadisənin mahiyyətinin aşkara çıxarıl- masından ibarət tədqiqat mərhələ
EKLEKTİZM [alm. Eklekticismus; fr. Eclectisime; ing. Eclecticism; osm. tr. iktitafiye; eclestisme] – Qurulmuş olan nizamlardan fərqli düşüncələri seçib almaq və öz təlimində birləşdirmə metodu və bu metodla işləyən filosofların təlimi. Seçmə- cilik, uzlaşdırmacılık-İntihabiyye: müxtəlif və hətta bir-birinin ziddi olan fəlsəfi sistemlərdən iqtibaslar edərək yeni sistem qurmaqdır.
EKVİVALENT [alm. Äquivalent; fr. Èquivalent; ing. Equivalent; lat. Aequivalens – eyni dəyərli, dəyərcə eyni olan; osm. tr. müadil; ər. لداؼي  ] – bir başqa dəyəri əvəz edə biləcək dəyər, aralarında məntiqi eynilik olanlara da deyilir.
ELEMENT  [alm.  Element;  fr.  Èlèment;  ing.  Element;  lat. Elementum; osm. tr. unsur; ər. ضٌ َأ; tr. öğe] – ümumi olaraq bir kombinasiyanın ən adı bir parçası. Məntiqdə bir sinifə, yaxud da hər şeyə bağlı olan bölünməz əsas hissələr.
EMANASİYA [alm. = ing. Emanation; fr. Èmanation; lat. Emanatio; osm. tr. sudur; emanation] – aşağı olanın daha yuxarı olandan çıxması. Çox olanın ―bir‖ olandan çıxması. Bir olan yetkin olandır və öz varlığı daxilində azalmadan və dəyişmədən qalır, ondan törəyən isə çıxış qaynağından olan uzaqlığın ölçü- sünə görə get-gedə yetişkənliyini itirir. Anlam baxımından da bir şeydən axmaq, aşağıdakının yuxarıdakından, hər şeyin ―Bir‖ olan- dan çıxması deməkdir.
EMPİRİZM [ru. Опытность; ing. Empirisme; yun. Empeiriya - təcrübə] – Təcrübə, məlumatın qaynağı olaraq sadəcə təcrübəni qəbul edən fəlsəfi sənə İdrak nəzəriyyəsində cərəyan.
EPİSTEMOLOGİYA [alm. Epistemologie; fr.Èpistèmologie; ing. Epistemology; yun. Episteme – bilik, logos – təlim, söz] — idrak nəzəriyyəsi. Bilik nəzəriyyəsi: Elmlərin mövzu, sərhəd və qarşılıqlı münasibətlərini təyin və təsbit edən fəlsəfi məktəb. Bilik təlimi. Elmlərin qoyduğu problemləri tədqiq edən fəlsəfə sahəsi. Elm fəlsəfəsi ilə təxmini olaraq eyni mənalıdır. Ancaq elm fəlsə- fəsi elmlərin tarixini fəlsəfi baxımdan tədqiq edir, epistemologiya isə müxtəlif elmlərin ideyalarını, hipotezlərini və nəticələrini tənqid edərək araşdırar, onların məntiqi əsasını, obyektiv dəyərini təyin etməyə çalışır. 
ETHOS [etos]: Kosmosa qarşı insanın əxlaqi varlığı.
ELM [Alm. Wissemschaft; fr., ing. Science; lat. Scientia; osm. tr. ilim; ər. ىهػ] – təbiət, cəmiyyət və təfəkkür haqqında yeni biliklərin istehsalına yönəldilmiş və bu istehsalın bütün şəraitini və momentlərini; özlərinin bilikləri və qabiliyyətləri, peşə ixtisası və təcrübəsi, elmi əməyin bölgüsü və kooperasiyası ilə birlikdə amilləri. Elmlər toplusu yaxud bütünlükdə elmi biliklərə verilən addır. Bəzən bilməyə istiqamətlənmiş müəyyən bir prosesin adına da elm deyilir. Sözün kökü ərəbcədəki alimə-dən [ٍُع] gəlir. Elm sözü isə onun məsdər formasıdır.
EMOTİVİZM [lat. emovere – oyatmaq, həyəcanlandırmaq] – məntiqi pozitivizm metodologiyasının ardıcıl tətbiq olunduğu subjektivist əxlaq nəzəriyyəsi.
EMPİRİOKRİTİSİZM [ru.        Эмпириокритицизм; ―təcrübənin tənqidi‖] və yaxud maxizm – Avenarius  və Max tərəfindən əsaslandırılmış subjektiv idealist cərəyan. Empirio və kritika sözlərinin birləşməsindən əmələ gəlmişdir.
EMPİRİOMONİZM [yun. Empeiria – təcrübə və monos – vahid] – empiriokritisizmin, maxizmin növlərindən biri; Boqdanov öz fəlsəfəsini belə adlandırmışdı.
EMPİRİOSİMVOLİZM [yun. Empeiria – təcrübə və və sumbolon – şərti, işarə, simbol] – idealist Yuşkeviçin empiriokri- tisizmin özünə aid olan növün adlandırdığı termin.
ELM ƏL-YƏQİN — bax: yəqin. Şübhə duymadan bir şeyi, möhkəm və qatı olaraq bilmək. (Yəqin: mərifəti və zəkanı və misalının fövqündə olan elmin sifətidir. İlm-i yəqin deyilir, mərifəti-i yəqin deyilmir. Ayn-əl yəqin: (sözün mərfu halı ayn-ul yəqindir.) Göz ilə görər dərəcədə və ya görərək, müşahidə edərək bilməkdir. Məsələn; uzaqda bir duman görürük. Artıq atəşin varlığını elmi olaraq bilirik. Bu bilmə dərəcəsinə elm-əl yəqin deyilir. Atəşə yaxınlaşıb, gözümüzlə görsək, ona ayn-əl yəqini bilmək deyilir. Daha da irəli gedərək bütün hisslərimizlə atəşin varlığını anladıqsa; atəşin yandırması və sair sifətlərini da bildiksə, bu növdən olan elmimizin dərəcəsinə də haqq-al yəqin deyilir.
ENTUZİAZM [alm. Enthusiasmus; fr. Enthusiasme; ing. Enthusiasm; yun. En-thos – Daxilində Tanrı ilə olma; osm. tr. Vecit; tr. Coşku; ər. ذﺟو]. 1. Hər hansı bir düşüncə ilə, yüksək bir hisslə dolub daşma, qəlbini fərhləndirmə, ruhun aşıb – daşması, mənəvi coşqunluq və s. kimi vəziyyətlərə deyilir. Bəzən ―insanin Tanrı ilə dolub daşmasına‖ da deyilir. Dilimizdə daha çox ərəbcədən keçmə vəcd sözündən istifadə olunur. Misal üçün kiminsə haqqında ―Filan şəxs vəcdə gəldi‖ deyimi işlək ifadədir.
ENTELEXİYA [yun. Entelecheia – özü-özündə məqsədə malik olan] – məqsədlilik Aristoteldə və sxolastikada hərəkətverici qüvvə kimi [Teleologiya] məqsədyönlülük; imkanı gerçəkliyə çevirən özünəməqsəd fəal başlanğıc.
ENSİKLOPEDİYA [alm. Enzyklopȧdia; fr. Encyclopѐdie; ing. Encyclopedia, yun. En=kyklos- dairə çevrəsində, peedia – təhsil deməkdir; osm. tr. kamus]. Qədim etmiloji termin olan bu kəlmə əslində antik Yunanıstanda məcburi təhsili kimi başa düşülürdü. Müasir anlamında isə bütün elmlərin yaxud da bir elm sahəsinə aid olan hər şeyin maddə-maddə nizamlı olaraq, əlifba sırasıyla  verildiyi  bir  əsər.  Müasir  dövrdə  ilk  örnəyi  Fransada Didederot və D`Alambertin təşkil etdiyi məşhur ―Encyclopedie ou dictionnaire raisonnѐ des sciences, des arts et des mѐtiers‖dir. [1751-1780]. İslam mədəni bölgəsi fəlsəfəsində ―Saflıq qardaşları‖ [İxvan əs-Səfa] adı ilə ensiklopedistlər məşhurdur.
ENTİMEMA [yun. Entimo – ağılda] — ənənəvi formal məntiqdə deduktiv əqlinəticə; bu əqlinəticədə hər hansı bir hissə ya müqəddimələrdən biri, ya da nəticə aydın ifadə olunmur.
ENTROPİYA [yun. En – da, də və trope – dönüş, çevrilmə] – çevrilmə, dəyişmə. Klassik fizikanın əsas anlayışlarından biri; elmə R. Klauzius daxil etmişdir.
EPİFENOMEN [yun. Epi – yanında, sonra, ətrafında və phainomenon – təzahür edən] – dünyanın maddi [və ya ideal] məzmunun passiv inikası kimi şüurun ifadə edilməsi üçün tətbiq olunan termin.
EPİHEYREMA [yun. Epiheirema — əqlinəticə] – müqəddimə- ləri entimemalardan ibarət sillogistik əqli nəticə.
ERİSTİKA [yun.eristikos – mübahisə edən] – qədim yunan sofistləri arasında xüsusilə geniş inkişaf etmiş mübahisə sənəti.
ETİKA [alm. Ethik; fr. Èethique; ing. Ethics; lat. Ethica; yun. Ethike; osm. tr. ilm-i ahlak; ər. قٓخْآ ىهػ; tr. ethik – insanın gerçəkliklə qarşılıqlı münasibətlərinin özünəməxsus tərəfləri. Əxlaq fəlsəfəsi, insanın, cəmiyyətin və həyatın əxlaqi tərəflərini araşdıran sahə, insanın həm özünəməxsus, həm də ictimai həya- tındakı əxlaqi, mənəvi dəyərləri araşdıran fəlsəfənin bir qoludur.
ESKATALOGİYA [alm.=Fr. Eschatologie; ing. Eschatalogy; yun. Eschaton – son, sonuncu; loqos – təlim, doktrina; osm.  tr. ilm-ül  ahiret;  ər.  جشخْآ     ىهػ]  -  Yunanca  έσχατος  yəni  «son» kəlməsindən törəmiş teologiya və fəlsəfənin bir hissəsidir. İnsanlığın son taleyi və ya dünya tarixini nəticələndirən hadisələr, daha kobud bir təbirlə dünyanın sonu ilə məşğul olur. Bir çox din, təlim və ya kultta dünyanın sonu gələcəkdə olacaq bir hadisə kimi müqəddəs mətn, mit və ya folklorda göstərilir. Daha geniş bir baxımdan, eskatologiyada Məsih, Məsih Çağı, axirət və ruh kimi mövzuları da əhatə edə bilər. Fərqli inanışların eskatolojik inancları və düşüncələri fərqli olsa da müəyyən oxşarlıqlar var ola bilər.
ESTETİKA [alm. Ǟsthetik; fr. Esthètique; ing. Aesthetics; yun. Aisthetikè [episteme] – həssaslıq haqqında təlim] – insan tərəfindən aləmin estetik mənimsənilməsi qanunauyğunluqları, gözəllik qanunları əsasında yaradıcılığın mahiyyəti və forması haqqında elm. Kanta görə transandental estetika hissiyyatın ilkin ideyalarının elmidir. Əslində gözəl və sənət Platondan indiyə qə- dər fəlsəfi fikirlərin mövzusu olmuşdur.
ETATİZM [alm. Etatismus; fr. etatisme – dövlət; خٌٚذٌأ خفغٍف] - Dövləti bütün ictimai işlərdən xüusilə də iqtisadi və mədəni həyatın sistemindən üstün görən mə Ümumiyyətlə dövləti ənənə, mədəniyyət, hüquq və digərlərinin qaynaq və daşıyıcısı olaraq görmə təlimi. Dövlət fəlsəfəsi dövlətin və ictimai həyatın özü, ortaya çıxması, mənası, əsas ideyaları və əsas formaları üzərində inkişaf etdirilən fəlsəfə təlimləri [Dövlət fəlsəfəsini ilkin Platon ilə Aristotel qurmuşlardır]. Ümumiyyətlə dövləti müasir politologiyada konsepsiya.
ETİBAR [alm. Konvention; fr.=ing. Convention; lat. conventio]  –  etibar,  əminlik.  Hörmət  görmə,  qiymətli,  etibarlı olma vəziyyəti, möhtərəmlik, prestij. Borc ödəmədə etibarlı olma vəziyyəti. Əhəmiyyət vermək. Hörmət, riayət və xatir saymaq. Qulaq asmaq. İbrət götürüb ayıq olmaq. Birinci və ya sözünü məqbul fərz etmek.
ETİQAD [ər. دبمزعإ]– bu və ya digər hadisənin həqiqiliyi haqqında və biliyə əsaaslanmayan inam. Etiqad dini-fəlsəfi ədəbiyyatda da çox işlənir. Kök olaraq aqədə [ذمع] felindən gəlir və VIII babda məsdəridir. Dilimizdə işlənənən əqidə sözü də bu qəbildəndir. Elm-i əqaid – hər hansı bir dinin iman məsələlərini və şəriət hökmlərini, o cümlədən ibadət formalarını öyrənən elm.
EHKAM — bax: Doqma.
EUDAYMONİA [yun.eu-daimonia – yaxşı bir dayimonu olan adam, insanın bütün həyatını ehtiva edən, onun fəaliyyətlərinin mərkəzində yer alan güc.] – ümumi mənada isə insan ruhunun yaxşı vəziyyətdə olmasına deyilir. Zamanla daha başqa mənalarda da istifadə edilmişdir. Misal üçün insanın xarici təzyiqlər nəticəsində müvəqqəti xoşbəxtliyinə verilən ümumi anlam kimi götürülmüşdür.
EUDOMANİZM [alm. Eudämonismus; fr. Eudèmonisme; ing. eudomonism; yun. Eudaimonismos; osm. tr. istisadiye] – həyatın mənasını xoşbəxtlikdə görən, insanın bütün fəaliy- yətlərinin son elementi olaraq xoşbəxliyi görən əxlaqi təlim.
 

Ə


 
ƏBƏDİYYƏT [ər. خٌذثأ]– aləmin mövcudluğu zamanı, materi- yanın yaradılmazlığı və məhvedilməzliyi, onun substansial sonsuz uzunluğu, sürəkliliyidir.
ƏCƏMİ – qeyri-ərəb mənşəli olan. Yaranması etibarı ilə Xilafət dövrünə təsadüf edən bu kəlmə, Xilafətin tabeçiliyində yaşayan və ərəb olmayan çoxlu xalqlara verilən ad idi. Hərfi mənasında ―yad‖, ―naməlum‖, ―əcəmi olan‖ deməkdir. Bəzən hərfi mənasında da işlədilir.
ƏCR [شﺟأ] – əvəz, mükafat deməkdir. Əcr, insanların bu dünyada çəkdikləri əzablara, işlədikləri xeyir əməllərə və etdiyi ibadətlərə əvəz olaraq axirət dünyasında Tanrının verdiyi müka- fatlardır.
ƏDƏB [بدأ] – ədəb, əxlaq. Ədəb-ərkan qaydaları, şəxsin bütün hərəkət və sözlərində tərbiyəli davranışları. Təsəvvüfdə isə müridə şeyxinin məsləhət gördüyü və əməl etməsi vacib olan ədəb-ərkan qaydalarıdır.
ƏHD [ذهػ] — əhdləşmə, vədələşmə, müqavilə.
ƏHKAM — doqma [dogma – fikir, təlim, qərar[ər. واكحأ]] – bütün vəziyyətlərdə dəyişməyən, həqiqətin pozulmazlığı üçün qəbul edilmiş müddəa, anlayış. Ərəbcədən hərfi mənada ―hökm- lər‖ deməkdir. Hökm sözünün cəmidir. Şəriətin qoyduğu vacib hökmlərə, qanunlara deyilir. Əhkam-i diniyyə — dini hökmlər.
ƏHVAL – ərəbcədən hərfi tərcümədə ―hallar‖ deməkdir. Hal sözünün cəmidir.
ƏHVAL-i Ruhiyyə – ruha aid olan hal və xüsusiyyətlər. Bu termin bəzən məcaz olaraq da işlədilməkdədir. Misal üçün, əhval- i ruhiyyəm çox pisdir, gələ bilməyəcəm.
ƏKS [alm. Konträr; fr.contaire; ing. Contrarylat. Contrarius; osm. tr. zıt; tr. Karşıt; ər. ظكػ] – bir-birilərinin formal ziddi olmayıb, əslində mahiyyətcə ona qarşı olan məfhumlar.
ƏMƏL-i saleh – saleh əməllər, xeyirli işlər, əksəriyyətlə dini – fəlsəfi terminologiyaya aid olub, bir şəxsin dinin hökmlərinin əksinə olmayaraq gördüyü xeyirli işlərə deyilir.
ƏMƏN – əski türkcədə bir neçə məna verirdi. 1-Can, ruh, həyat 2- Ağac tikmək üçün açılan çuxur 3- meşə ağacı.
ƏNBİYA – Nəbilər, peyğəmbərlər deməkdir. Nəbi sözünün cəmidir. Nəbi sözü nəbəə [ئثَ] felindən əmələ gəlmiş və xəbər vermək deməkdir. Dilimizdə bəzən peyğəmbərlər sözünün sinoni- mi kimi işlədilməkdədir. Ərəbcədir, peyğəmbər sözü isə farscadan keçmişdir.
ƏNƏNƏ [alm. Sitte; fr. Moeurs; ing. Customs; lat. Mos- mores; osm. tr. örf; tr. Töre; ər. خآدآ] – bir cəmiyyət daxilində mənimsənilmiş, yerləşmiş həyat tərzinə və həyat formalarının, qaydaların, aətlərin müştərək vərdişlərinin və izlənilən istiqamətlərin hamısı. Adət-ənənə [ər.جدآ] Böyük və kiçik sosial qrupun üzvlərinə özlərini faktiki necə apardıqlarını, nəyi özlərinə rəva bildiklərini və nəyi özlərinə qadağan etdiklərini təsbit edən anlayış. nəsildən-nəslə keçən adətlər, əxlaq normaları, görüşlər, zövqlər və s. Ənənə etnosun həyatını qoruyub saxlamaq üçün maddi və mənəvi mədəniyyətin, ailə və ictimai həyatın elə bir amilidir ki, cəmiyyətin üzvləri onu nəsildən-nəslə keçirirlər.
ƏNSAR (ساظَأ) – Mədinə camaatına ənsar deyilirdi. Hərfi mənası ―kömək edənlər‖, ―dəstək olanlar‖ deməkdir, nasir sözündən törəmişdir. Nasara ərəbcədə yardım etmək, əl tutmaq deməkdir. Məkkədən Mədinəyə köçərək hicrət edən müsəlman- lara kömək edib, onlarla qardaş kimi öz mallarını paylaşdıqları üçün onlara ənsar deməyə başladılar.
ƏVHAM  [َؤ٘ٚأ]  –  vəhmlər,  şübhələr,  zənn  etmələr.  Vəhm   [ُ٘ٚ] sözünün cəmidir. Səhv və yersiz düşüncə, yanlış fikir. Misal üçün: Boş əvhama dalıb, real heç nə demədi. Bir mövzuyla əlaqədar pis ehtimalları ağla gətirib kədərlənmək, şübhələr, yanlış fikir, vəsvəsəyə düşmək. Olmayacaq bir şeyin olacağını sanma, qorxu duymaq.
ƏZƏLİ [ٍنصأ] — əvvəli olmayan, başlanğıc nöqtəsi olmayan. Allahın adlarından biridir. Dini – fəlsəfi ədəbiyyatda əsas var olan tanrının varlığıdır və o var olunmamiş, yaradılmamışdır. Həqiqi, vacib varlıq Tanrıdır. Onun elminə, biliyinə də elm-i əzəli deyilir. Əzəlilik-əbədilik [alm. Ewigkeit; fr. Èternite; ing. Eternity; lat. Aeternitas; osm. tr. ezeliyet-ebediyet; tr. Öncesizlik-sonrasızlıq; ər. حَدأحُّنصأ] əvvəli və sonu olmayan proses. Varlığın bütövlükdə tamlığı. Bu tamlıq zamanı və zamansızlığı özündə ehtiva edir.
ƏDALƏT [ər. حناذػ]- əxlaqi-hüquqi və sosial-siyasi şüur kateqoriyası, insanın şəksiz hüquqları barədə tarixən dəyişən təsəvvürlərdə bağlı lazımlıq anlayış. Ərəbcədəki ədl [لذػ] sözün- dən əmələ gəlmişdir. Adil sözü də bu qəbildəndir.
ƏKSLİK [ظكػ]– ziddiyyətin inkişaf pillələrindən birini ifadə və əks etdirən kateqoriya. Ziddiyyət, uyğunsuzluq, məntiqsizlik. Fikirlər arasında əkslik. Fəlsəfi anlamda aralarında ziddiyyət olan əşya, hadisə, ya proseslərdən hər biri. Əksliklərin vəhdəti və mü- barizəsi. İnkişaf əksliklərin mübarizəsidir.
ƏL-İxvan [ər. ْأٛخلإأ]– İslamiyyətdə [misir] şeyx həsən əl- Bənnanın yaratdığı [1928] ―Müsəlman Qardaşlar‖ cəmiyyəti adlı dini-siyasi təşkilatın üzvlərinin adı. İslam Şərqində ―İxvan əs- Səfa‖ [Saflıq qardaşları] adı ilə məşhurdur.
ƏLƏVİLİK [ər. حَىهػ] – şiəliyə mənsub dini-fəlsəfi təlim. Əliallahilik isə [ər. حُهّنآُهػ]- şiəlik təriqətidir. Orta  əsrlərdə İranda, Azərb. və digər ölkələrdə geniş yayılmış dini-mistik cərəyandır. Ələvilik Türkiyədə sünnilik sonra ən çox mənsubu olan ikinci müsəlmançılıq inanc sistemidir. Əhli-sünnə məzhəbin- də Allah — Məhəmməd vəhdətindən fərqli olaraq, ələvilikdə Allah Məhəmməd — Əli ilə tamamlanan və Əhl-i Beyt, On iki İmamları əsas alan bir inancdır. Ələvilik daxilində müxtəlif təriqətlər möv- cuddur. Bunlardan ən tanınmışı Anadoludan qaynaqlanan Bəkta- şilikdir. Bektaşilik ələvəlik içində bir təriqət olması səbəbiylə ələviliyi bütünlükdə tərif edə bilməz. Ələvilik təməl inanc sistemi kimi Ələvilik, Allah — Məhəmməd — Əli üçlüyü və Əhl-i Beyt, On iki İmamlara ciddi olaraq əhəmiyyət verən Şiəliyin On ikicilik məzhəbi ilə ortaq nöqtələrə sahib bir y Ələvilikdə araşdırılması lazım olan əsl inanc varlığın birliyidir. Ələvilikdə Tanrının insan daxil kainatdakı hər şeyin içində olduğu inancı vardır. Ələvilik Allah qorxusu yerinə sevgisini mənimsəyən, təməlində insan sevgisi ilə hərəkət edən, Quranın şəklini deyil özünü qəbul etdiklərini ifadə edən, məqsədi ruhi yetkinləşmə olan bir təsəvvüf yoludur. Özünü insan sevgisində tapan, Tanrının insanda təcəlli etdiyinə və zərrəsindən meydana gəldiyinə, onun üçün də insanın ölümsüzlüyünə  inanan,  ibadətlərində  qadın  kişi  ayrı-seçkiliyi etmədən, öz diliylə, musiqisiylə inancını icra etmə formasıdır.
ƏMƏK [ing. Labour; fr. Ouvrage; ru. Работа; tr. Iş; ər. ًّع] – insanın məqsədyönlü fəaliyyətinin adıdır. Bir şeyin yaradılması və ya çıxarılması üçün xərclənən bədən və baş gücü, yaxud uzun və yorucu, diqqətli iş yaxud da insanın şüurlu olaraq müəyyən bir məqsədə çatmaq üçün girişdiyi həm təbii və ictimai ətrafını həm də özünü dəyişdirən iş prosesi, səy.
ƏRDƏM [alm. Tugend; ing. Virtue; fr. Vertu; yun.  Arete; osm. tr. fazilet; ər. خٍٍضف] – İnsanın mənəvi və ruhani yetkinliyi, istəyin əxlaqi yaxşılığa yönəlməsi. Fəlsəfə tarixində ərdəmə və ərdəmliyə müxtəlif mövqelərdən münasibət bildirilmişdir. Ümumiyyətlə isə ərdəmi – fəziləti əxlaqi yaxşılıq kimi qiymətləndirmişlər.
ƏRƏZ [cəm صآسآ; ing. Accident] – fəlsəfi terminologiyaya aiddir. Bir şeydə var olan, fəqət o şeyin təbiəti xaricində yer olan her məna arazıdır. Orta əsrlər Şərq fəlsəfəsində şeyin mahiyyətini təşkil edənə cövhər, ona əlavə olunanlara isə ərəz deyilirdi. Müasir fəlsəfi dildə bu sözün əvəzində aksidensiya ifadəsindən istifadə olunur. Şeyin zatında mövcud olan, lakin onun mahiyyətindən kənarda qalan hər şey ərəzdir. Ərəzlərin müstəqil var ola bilmə xarakterinə malik deyil, çünki ərəzlər cövhərlərin təbiətinə əlavə olunduqda varlıq əldə edirlər. Misal üçün, taxta şeyin cövhəri, onun hər hansı bir formaya salınmış şəkli, rəngi isə ərəzlərdir. Elə ərəzlər vardır ki, onlar sanki əşyanın mahiyyəti ilə bərabərdirlər, onları cövhərlərdən ayrı düşünmək mümkün deyil. Bu ərəzlərə lazım ərəz deyilir. Əşyanın mahiyyətindən fərqlənən və xarakterik olaraq, onlardan ayrıla bilən ərəzlərə isə fərqlənən ərəzlər deyilir. Misal üçün, hər hansı bir şəxsin peşəsi onun üçün lazım ərəz olduğu halda, geyimi, tipi, yaxud hərəkəti, sükunəti fərqlənən ərəzdir.
ƏRŞ – Yer kürəsi, yaxud göy, asiman. Tez-tez Quranda işlədilən ərş sözündən mıəqsəd ilahi hakimiyyət, yaxud da Tanrı- nın dərgahı deməkdir.
ƏRMIŞ – Müdrik, mütəfəkkir, yetişkin, Tanrıdan ilham alan. Əski türkcədir. Türkiyə türkcəsində hazırda işlənir və övliya anla- mına gəlir.
ƏSRİMİŞ – Əski türkcədə özündən geçmiş, vəcdə gəlmiş adam deməkdir.
ƏSAS [alm. Grund, Grundlage, Fundament; fr. Fondament; ing. Foundation; lat. Fundamentum; osm. tr. esas; tr. Temel; ər. ظعأ] – bir şeyin üzərində təməlləndiyi, təşkil olunduğu şey. Müəyyən hadisələrin [nəticələrin] mövcudluğunun ilkin şəraiti və onların izahından ibarət zəruri şərt. Əsas kökündən ərəbcədə bir neçə söz də əmələ gəlir; təsis, müəssisə və s.
ƏŞƏRİLİK [ər. خٌسبعشأ] – X əsrin əvvəllərində yaranmış dini- fəlsəfi təlim; ortodoksal islam sxolostikası [kəlam]. Əşərilik, islami etiqadı məzhəblərindən biridir. Əqlə Mötəzilə qədər əhəmiyyət verməsə belə, Sələfiyyə qədər də kiçik ölçüdə tədqiq etməz. Bunu belə təsvir etmək mümkündür. Əgər Sələfiyyə ilə mötəzilə arasında əql nass mövzusunda bir sərhəd qoysalar məhz söü gedən əşərilik bu sərhəddə ortada qalacaq lakin Sələ- fiyyəyə daha yaxın mövqedədir. Əbu Həsən Əşaridən (öl. B.e. 935  )  qurduğu  bu  təlim,  ağılın  heç  bir  zaman  gerçəyə  çata bilməyəcəyini, qulların ancaq qeydsiz şərtsiz inanmaqla xoşbəxt ola biləcəkləri ideyasını irəli sürür. Təbii hadisələr, səbəbləri bilinməyən və bəlkə də əsla bilinməyəcək olan bütöv bir ilahi qanunauyğunluğun məhsuludur, bu belə də idarə olunur. Ağıl, gücsüz bir məlumatdır. Qaldı ki, ağılın bu gün biləmədiyini sabah da bilməyəcəyi deyilə bilməz. İmam Bakıllani, Ebu-l- Məali kimi mütəfəkkirlərin rəhbərliyi altında getdikcə inkişaf edən bu təlim təzyiqini elə artırmış və yayılmışdır ki əleyhinə çıxan axınlar XII əsrdə Qərbə keçərək Əndülüs ərəbləri arasında yaşamağa məcbur qalmışlar. Əşariliyin ən böyük tənqidçilərindən biri də məşhur filosof İbn Rüşddür. Əslində ümumiyyətlə kəlam və kəlamçılara qarşı çıxmış olsa da İbn Rüşd tənqidlərini ən çox Qəzali və Əşarilik üzərinə yönəlir.
ƏŞYALAŞMA [maddiləşmə] – predmetləşmədən fərqli olaraq tarixən keçici və əmtəə istehsalına, xüsusilə kapitalizm cəmiyyətinə xas sosial münasibətlərin şəxsi münasibətlərdən əşya münasibətlərinə, xalis rol münasibətlərinə çevrilməsi. Əşyalaşma yadlaşma, qəribələşmə ilə sinonim şəklində də işlənir. Bir dəyişmənin mövcud olduğu vəziyyət, hər şeyin şüurlu olaraq bir tanıma sığması vəziyyətidir. Bu vəziyyətdə cümlədə təyinedici funksiyada nəyisə xarakterizə etmiş olur.
ƏXİLİK [حَّىخأ] — əxilərin dini-fəlsəfi təlimi. Əxi sözünün hərfi mənası dilimizdə ―qardaş‖ deməkdir. Azərbaycan dilinə qardaşlıq kimi də tərcümə olunur. Orta əsrlərdə islam mədəni bölgəsində ortaya çıxmışdır. Əslində ―əxi‖ terminin mənşəyi mövzusunda dil alimləri  arasında  görüş  birliyi  yoxdur.  ―Əxi‖  kəlməsi  ərəbcə
―qardaş‖ mənasını versə də, ancaq Divani Lüğət-i Türkdə ―əxi‖ sözü, əli açıq, comərd, igid mənasını verən ―ağı‖ sözündən törədiyi qeyd olunur. Termin olaraq əxilik isə, XIII əsrin ilk yarısından XIX əsrin ikinci yarısına qədər Anadoluda, Balkanlarda və Krımda yaşamış olan Türk xalqının sənət və peşə sahəsində yetişmələrinə, əxlaqi istiqamətdən inkişaflarını təmin edən bir sistemin adıdır. Bu təriflərdən yola çıxaraq əxi sözünün, qardaş, yoldaş, yar, dost, igid mənasını verdiyini söyləyə bilərik. Əxilik həm ictimai, həm də mədəni strukturlara aid bir termin olaraq; bir-birini sevən, bir-birinə hörmət edən, kömək edən, kasıbı güdən, yoxsulu saxlayan, işi müqəddəs və ibadət sayan, din və əxlaq qaydalarına möhkəm bağlı olan tacir və sənətkarların iş təşkilatı mənasını verir. Öz içərisində düzgünlük, qarşılıqlı yardım və hörmət əsasında hərəkət edərək Türkiyənin ticari və iqtisadi həyatında böyük rol oynamış ustalar, şəyirdlər, qısacası sənətkarlar yetişdirmiş və yetişən bu biznesmen tək tərəfli fayda təminatı ilə hərəkət etməmişdir.
ƏXLAQ [ər. قُخأ]- ictimai şüur formalarından biri. [alm. – Moral, ing. Morals]. 1. Müəyyən bir zaman ərzində məlum ictimai qrup, yaxud insan kütləsi tərəfindən mənimsənilən, şəxslərin bir-biri ilə əlaqələrini sistemə salan, nizamlayan ənənəvi davranış qaydalarının, qanunlarının cəmi; yaxud müxtəlif cəmiyyətlərdə və zamanlarda əhatə dairəsi və məzmunu dəyişən əxlaqi dəyərlər məcmusu. 2. Eyni zamanda fəlsəfənin bir qoludur. Ərəbcədəki xulq [كهخ] sözünün cəmidir.
ƏHALİ [ər. يآ٘أ] – Özünün həyat fəaliyyətini müəyyən sosial birliklərin: bütövlükdə bəşəriyyətin, ölkələr qrupunun, ayrı-ayrı ölkələrin,  həmin  ölkələr  daxilində  konkret  yaşayış  sahələrinə qədər  müxtəlif  məhəlli  bölmələr  çərçivəsində  həyata  keçirən insanların məcmusu.
ƏXBƏRİLİK [ing. Akhbariyya; ər. ساثخأ] — Şiə məzhəblərin- dən biri; yalnız hədislərə yəni şiə imamlarının dedikləri sözlərə və bunlar haqqındakı rəvayətlərə istinad etməyi tələb edən ənənə- çilər. Ərəbcədə ―xəbər‖ [شثخ] sözünün cəmidir. Hərfi mənada əx- bar – xəbərlər deməkdir.
ƏZGİ – əski türkcədə müxtəlif mənalar verirdi. 1- yaxşı, yaxşılıq, 2- uyum, ahəng, 3- əzab, üzüntü, 4- nəğmə, xoş səda.

F


FAKT [alm. Faktum; fr. Fait; ing. Fact; lat. Factum – edilən, həyata keçirilən; osm. tr. vakia; ər. حؼلاو; tr. olgu] – fikirdə olanın əksi, baş vermiş olan, həqiqi olan, həqiqətə çevrilmiş olan. Dilimizdə işlək ifadə kimi vaqiə sözü də işlənməkdədir. Vaqiə sözü vaqəa-dan [غلو] gəlir və hərfi mənada olan, baş verən deməkdir. Türkcədəki ol+gu sözü də qədim oğuzcadakı ol felindən qaynaqlanır. Misal üçün, müqayisə et: Olana çarə yoxdur
= Hadisə 1890-cu ildə uzaq bir mahalda vaqe oldu. Obyektiv və elmi fakt anlayışları bir-birindən fərqləndirilir. Obyektiv fakt insan fəaliyyətinin və ya idrakının obyektini dərk edən müəyyən hadisəni, təzahürü, reallığın parçasını başa düşmək kimi qəbul olunub.
FANTAZİYA [alm. Enbildung, phantasie; fr. Fantasie; ing. phantasy; lat. = yun. – phantsia; osm. tr. hayal; ər. لاُخ] – qarşılığında bir reallıq olmayan mənzərəli görüntü. Fantaziya, xəyal, görüntü sözləri ilə eyni anlamlarda Azərbaycan türkcəsində rast  gəlinir.                 Misal    üçün:   Gözümə           nəsə     göründü.         Xəyalın gözlərimdə canlandı. Fantaziyalarımın qurbanı oldum.
FASİQ [كعاف] – imanlı adamın kafirliyi. Yəni küfür və iman arasında olan şəxs. Bəzi məzhəblərə görə, fasiq olan kəs tövbə etmədən ölərsə, əbədi olaraq cəhənnəmə gedər. Fəsəqə [كغف] sözündən törəmişdir. Onun failidir [subyekt, işgörən mənasında]. Fisq [كغف] isə Haqq yolundan ayrılma, üsyan etme, günahkarlıq, suç hesab olunur.
FATALİZM [alm. Fatalismus alm; fr. Fatalisme; ing. Fatalism; osm. tr. cebriyel; at. fatalis – tale, qismət] – anti- dialektik dünyagörüşü konsepsiyası. Hər şeyin alınyazısına əsasən əvvəlcədən təyin olunmuş olduğuna, insanın bu əvvəlcədən müəyyən olunmuş olan alınyazısını dəyişdirə bilməyəcəyinə inanan dünyagörüşü. Bu konsepsiyaya görə aləmdə baş verən bütün proseslər azadlığa, yaradıcılığa imkan verməyən zərurətə tabedir və əzəldən müəyyən edilmişdir.
FAŞİZM [ital. Fascio – birlik, dəstə] – maliyyə kapitalının ən mürtəce, şovinist, imperialist ünsürlərininaşıq terorçuluq diktaturası. Faşizmin hakim olduğu Almaniya ən yeni tarix ərəfəsində II dünya müharibəsinin törənməsinə səbəb oldu.
FƏHM – [ىهف] ağıl, düşüncə, təfəkkür. Fəhm etmək – düşünmək, təfəkkürə dalmaq mənasını verir. Sözün kökü fəhimə [ىهف] -dir. Dilimizdə anlam mənasında çox işlətdiyimiz ―məfhum‖ (وٌ ىهفي) sözü də bu kökdən törəmişdir. Ərəbcədə hərfi mənada ―başa düşülən‖ deməkdir.
FATALİZM [fatalisme — Qədərə inanma – Cəbriyyə [حَّشثﺟ] — Yazgıcılık] – Bütün hadisələrin aləmin üstündə var olan bir qüvvət və ilk səbəb tərəfindən, dəyişməsi mümkün olmayacaq formada əvvəlcədən təsbit və təyin edilmiş olduğuna inanan görüş. İngiliscədə fate – tale, qədər deməkdir. Qədərə, taleyə alın yazısına inanmaq istər Qərb, istərsə də Şərq dünyasında mövcud olmuşdur. Şərqdə Cəbəriyyə adlı bir cərəyanda mövcud olmuşdur.
FAYDALILIQ [alm. Utilitarismus; fr. Utilitarisme; ing. Utilitarism; lat. Utilis – fayda, yarar; osm. tr. nefiye; ər. حُّؼفَ] – yararın, faydanın həyat ideyasına, amalına  çevrilməsi. Əxlaqi fəaliyyət və davranışlarda faydanan ideya. Anlam olaraq pozitivizmlə bəzi oxşar tərəfləri mövcuddur.
FENOMEN [alm. Erscheinung, phȁnomen; tr. Görüngü; ing. Phenomenon; appearance; tun. Phainomenon; osm. tr. hadise; ər.
ٌحثداح] – ümumiyyətlə hisslərlə dərk edilən hər şey. Hadisəolan, zahir olan, yaxud müşahidəsi mümkün olan, idrak ediləbilən, mövcud olana müqabil görünən şey. Fenomen [fr. Phénomène; ing. Phenomenon; ər. شٌ  هاظذ; yun. Phainomenon – təzahür edən, aşkara çıxan] – təcrübədə bizə verilmiş, hisslərin köməyilə dərk olunan hadisəni ifadə edən anlayış. Fenomenalizm – idrak haqqında təlim; duyğuların bilavasitə idrakın obyektindən ibarət olması tezisini əsas tutur.
FENOMONEOLOGİYA [alm. phȁnomenologie; fr. Phenomè-nologie; ing. Phenomenology; tr. Görüngübilim; yun. Phainomenon] – təzahürlər haqqında təlim, əslində fenomenologiya. Yunanca Phainomenon – görüntü, təzahür, logos - təlim, doktrina. Husserd və şagirdləri tərəfindən [L.Landqrebe, E.Fink və ] əsaslandırılmış və müasir fəlsəfəyə təsir göstərmiş subyektiv idealist cərəyan
FƏNA – [ءؤُف] fəna, yox olma, ərimə, itmə. sufi məqamlarından biridir. Hərfi mənada yox olma, heçliyə qovuşma deməkdir. Sufi- nin Tanrıya doğru yüksəldiyi məqamda şüurunu itirərək, mənli- yindən keçməsi və Tanrıda əriyib getməsidir. Maddi varlıktan sıyrılıp Hakk'a ulaşma. Fəna halı bir sufinin Allaha yaxınlaşma- sında ən üstün dərəcələrdən biri hesab olunur. Fəna kəlməsi adə- tən, bəqa kəlməsi ilə bir işlədilir. Misal üçün fəna fi-llah bəqa billah  [للهآت     ءآمت    للهآ     ٍف     ءاُف].  Fəna  mülkü  [Fəna  şəhəri]:  müvəqqəti dünya,  öz  varlığından  keçmə.
FƏQİH [هُمف] – fəqih, hüqşünas. Şəriət hökmlərini bilən, İslam hüququna bələd olan kəs deməkdir. Termin olaraq isə Allah-təala- nın vəhylə bildirdiyi əmrlərindən və peyğəmbərin hədislərindən dini hökmlər çıxara bilən, bu hökmlərlə məşğul olan şəxsə deyilir.
FƏR [عشف] – bölmə, şöbə. əsas olanın bölmələri, onu təşkil edənlər. Sözün kökü fərə`a dən gəlir.
FƏRZ [صشف] – dinin yerinə yetirilməsini vacib hesab etdiyi ibadətlərə deyilir. Fərzi yerinə yetirən şəxs savab qazanar, onu üzürlü səbəbdən yerinə yetirməyən isə axirətdə cəzalandırılar. Fərzin iki növü var. Sözün kökü ərəbcədəki fərəzə-dən gəlir, lazımlılıq, vaciblik deməkdir.
FƏSAD [داغف] – olmayan, yaxud yox olan şeylərə deyilir. Fəlsəfi terminologyada ―kövn‖ sözünün ziddidir. ―Fəsədə‖ [ذغف] yox olmaq, ortadan itmək mənasına gəlir.
FƏSAHƏT [حهاغف] – açıqlıq, aydınlıq, dilin səlisliyi. Fəsahətli danışma. Fəsahət tələffüzün açıqlığına, səlisliyinə deyilir. Səlis, gözəl danişan natiqə isə ―fasih‖ deyilirdi.
 FİNALİZM [ру. Финализм; alm. Finalismus; fr. Finalisme;ing. Finalism; osm. tr. gaiye; ər. حُّىٕ اغ] – hər şeyin bir məqsədlə müəyyənləşdiyini, bir məqsədə yönəldiyini, yaxud hər şeyin bir məqsədyönlülük qaydasına görə olub-bitdiyini qəbul edən görüş. Sözün kökündə final sözü son, axır deməkdir.
FİRAQ [قاشف] yrılık, ayrılma, kader, hüzün. Sözün kökü ərəbcədəki fərəqə-dir. Hərfi mənada ayırmaq, bölmək deməkdir. Furqan [ٌالشف] sözü də buradan əmələ gəlmişdir. Bu söz Quran-i Kərim haqqında işlədilir. Sözdən  məqsəd  də  yaxşıyla  pisi,  doğru ilə yalnışı, haqq ilə batili ayırd edən deməkdir. ―Təfqiqə‖ sözü də buradan əmələ gəlmişdir, ayrılıq, bölücülük deməkdir.
FİTRİ [alm. Angerbaren; fr. Innè; ing. Innate;  osm.  tr.  vehbi, fitri; ər. ٌشرف] – hər hansı  bir varlığın təbiətində olan, var olandan sonra özünün qazandığı öyrənilmiş şeylərin nəticəsi olmayan, anadanolma özü ilə var olan. Fitrət [ər. جشرف] isə yaradılma, xəlq olunmaq deməkdir.  Bəzən də insanın anadangəlmə xasiyyətlərinin məcmusu  mənasında  da  işlədilir.
FƏTVA / fitva [يىرف] – hökm, fitva, qanun. Daha çox dini- fəlsəfi mətnlərdə qarşılaşılan termindir. Ərəbcədən hərfi mənada görüşünü, məsləhətini almaq yaxud kiməsə məsləhət vermək anlamındadır. İslam dinində xüsusilə İslam hüququnda dini məsələlərlə əlaqəli, bu məsələlərdən başı çıxan, yaxud məsul tutulan şəxsin verdiyi hökm və qanunlara deyilir. İslam dövlət modelinə xas olan bu cəhət şəhərlərdə və bölgələrdə dini məsələ- lərə, şəriətə nəzarət edən qazılar, mollalar tərəfindən verilirdi. Müasir dünyamızda fitvaların sayı demək olar ki yox dərəcə- sindədir. Müftü sözü də buradan əmələ gəlmişdir. Kəlmə olaraq mənası fətva verən deməkdir.
FEODALİZM [ру. Феодализм; lat. feodum – malikanə] – ümumdünya  tarixi  tərəqqinin  gedişində  ictimai-iqtisadi  formasiyaların əvəz olunmasından ibarət bütöv dialektik prosesin orta həlqəsini təşkil edən ictimai-iqtisadi formasiya. Orta əsrlər dövrü üçün xarakterikdir.
FETİŞİZM [alm. Fetischismus; fr. Fètichisme; ing. Fetichism; tr. Tapınakçilik; ər. خٌّرٛجٌأ, portuqalca feitice  –  cadugərlik]  – maddi şeylərə səciyyəvi sosial  keyfiyyətlər  aid  edən, mədəniyyətin yaratdığı xassələri isə təbiətə aid bir  şey  kimi nəzərdən keçirən  ictimai [iqtisadi, ideoloji və i. a.] münasibət və buna uyğun baxış.
FƏAL [ər. لاؼف] – aktiv, Çox çalışan, çalışqan, canlı, hərəkətli, aktiv. Fəaliyyət [ər. حُناؼف]– aləmə yanaşmanın səciyyəvi üsulu, predmet üsulu; elə bir prosesdir ki, bunun gedişində insan təbiəti təcəssüm etdirir və yaradıcı sürətdə dəyişdirir,  bununla  da  özünü fəal subyektə çevirir və mənimsəməkdə olduğu təbiət hadisələrini öz  fəaliyyətinin  obyektinə çevrilir.
FƏLSƏFƏ [alm.=fr. Philosophie; ing. Philosophy: yun. Philia sevgi və sophia – bilik, hikmət] – istər varlığın [yəni təbiət və cəmiyyətin], istərsə də insan təfəkkürünün, idrak prosesinin tabe olduğu ən ümumi qanunauyğunluqlar haqqında elm.Var olanların varlığı, mənası və səbəbləri haqqında ortaya çıxan sualları cavablandırı İlk əvvəllər bu suallara dindən və müdriklərin söhbətlərindən cavab tapmağa çalışırdılarsa, fəlsəfə onları daha doğru  və   ətraflı   cavablandırdı.   Fəlsəfə   termininə    ilk dəfə təsadüf   edilir.   Xüsusi   elm   kimi   onu   ilk dəfə işlətmiş və onu fərqlənmişdir. Fəlsəfə formalaşmış bir elm kimi ə meydana gəlsədə feodalizmdə fəlsəfə demək oalr ki özünün zirvəsində olmuşdur. İlkin fəlsəfi görüşlərin Şərqə məxsus olmasına baxmayaraq, fəlsəfə sistemli bir elm kimi ilk dəfə öyrənilməyə çalışlımışdır.
Filo" və «sofiya» yunan sözləridir. «Sofiya» hikmət, «filo» isə sevmək deməkdir.«Filosofiya» — «hikməti sevmək» mənasını verir. «Fəlsəfə» isə orta əsr şərq alimlərinin bu yunan sözünü ərəb dilinə uyğun demələrindən yaranıb. Ərəblər filosofa feyləsuf deyirlər. İlk dəfə Pifaqor özünü «filosof» adlandırıb və "Mən öz yerimi bilirəm. Bilirəm ki, hikmət yalnız Tanrı biliyidir və məndə ola bilməz. Mən ancaq hikməti sevə bilərəm" deyib.
FƏRD individuum [lat. individuum – bölünməz] – Obyektlərin müəyyən növündən, cinsindən və ya sinfindən seçilib ayrılmış təkcə, ayrıca obyekt.
FİDEİZM [fr. Fideisme, lat. fides – etiqad, inam] – elmi dinə tabe etməyə, elmi biliklərdən dini ehkamların müdafiəsində istifadəyə çalışan mürtəce təlim. Fideizm – inanma, möminlik: Məlumatı ilahi vəhyə və imana dayandıran fəlsəfi görüş. Daha çox irrasional bilikləri və informasiyanı əsaslandırmaq üçündür. Fideistlərə görə insanın qəbul etdiyi rasional biliklərə irrasional biliklər də daxil edilməlidir. Bu səbəbdən vəhy ilahi biliyi təmsil edir və bizə həm bilmədiyimiz həm də əldə edilməsi qeyri- mümkün olan məlumatları çatdırır.
FİNİTİZM [ing. finitisme; lat. finitus – müəyyən, məhdudlaş- dırılmış, bitmiş] – Sonsuzluq kateqoriyasının [sonsuz və sonlu] obyektiv real məzmununu inkar edən fəlsəfi kateqoriya; bu kateqoriya onu əsas tutur ki, nə kainatda, nə mikroaləmdə, nə də təfəkkürümüzdə sonsuzluq mövcud deyil. İngilis dilində ―finish‖ sözü də eyni kökdəndir, son, axır deməkdir.
FORMA [alm. Form; fr. Forme; ing. Form; lat. Forma; yun. Morphe, eidos. osm. tr. suret; ər. جسىط] — Şeyin xarici görünüşü, şəkli. Bir şeyin məzmununu ifadə etmək üçün istifadə  olunan bədii vasitələr sistemi.
FORMALİZM [alm. Formalismus; fr. Formalisme; ing. Formalism; osm. tr. şekliye; ər. حُهكش] — İşin mahiyyəti zərərinə olaraq, onun ancaq zahiri cəhətinə riayət etmək.
FREYDİZM – psixoanaliz nəzəriyəsinin və metodunun adı. Z.Freydin [1856-1939] adı ilə adlandırılmışdır. Psixologiya və psixopatologiyada insanın bütün hərəkətlərinin başlıca amilinin yalnız qeyri-şüuri bioloji instinktlər və meyillər olduğunu iddia edən, insanların həyatında sosial momentləri hesaba almayan və onların şüurlu fəaliyyətinin rolunu azaltmağa çalışan cərəyan. Freydizmin müasir tərəfdarları. Klassik freydizmin metodoloji xüsusiyyətləri.
FUNKSİYA [alm. Funktion; fr. Fanction; ing. Function; osm. tr. üfule, vazife, tr. Görev; ər. يىؼنأ ,حفُظو lat. functio – icra, yerinə yetirmə] – Mövcud münasibətlər sistemində hər hansı  bir obyektin xassələrinin xarici təzahürü; məs., orqanizmdə hiss orqanlarının funksiyaları, pulun funksiyaları, cəmiyyətdə dövlətin funksiyaları və i.a.
FUNKSİONALİZM (ing. functionalism) – sosioloji tədqiqatlarda və biologiyada yayılmış konsepsiya; cəmiyyətin təşkilinin təhlilinə yanaşmaların geniş spektrini əhatə edir; başlıca cəhət cəmiyyətin bir hissəsinin digər hissəsinə və ya daha böyük sosial sistemə inteqrasiyasını və ya adaptasiyasını təmin edən tamın müəyyən aspektinə münasibətdən ibarətdir.
FUTUROLOGİYA [ing. Futurology; lat. futurum – gələcək, logos – təlim, söz] – bəşəriyyətin gələcəyi haqqında təsəvvürlər, sosial proseslər perspektivlərini əhatə edən biliklər sahəsi.
FÜYUZAT (دبضٍٛف) – həftəlik ictimai-siyasi, ədəbi-tənqidi jurnal, 1906-cı il noyabrın 1-dən 1907-ci il noybrın 1-dək Bakıda Azərbaycan dilində nəşr edilmiş, 38 nömrəsi çıxmışdır. Kəlmə olaraq ―feyz‖dən əmələ  gəlmişdir. Mənası dolub daşmaq, su basmaq, ətrafa axmaq deməkdir.
FÜZULİ [ٍنىؼف] – boş, mənasız, cəfəng. Əslində orijinal ərəb dilində maraqlı, hər şeylə maraqlanan, hər işə qarışan kəs deməkdir. Fəzilət sözü də buradan əmələ gəlib. Füzuli sözü fəzlin nisbi sifət halında olan formasıdır. Fəzilət, əfzəl, fazil sözləri eyni kökdən gəlmişdir. Məşhur Azərbaycan şairi və filosofu Məhəmməd Füzulinin də təxəllüsü buradandır.

İ


İDEYA [yun. Idea – anlayış, təsəvvür] – ―Məna‖, ―əhəmiyyət‖ və ―mahiyyəti‖ ifadə edən, təfəkkür və varlıq kateqoriyaları ilə sıx bağlı olan fəlsəfi termin. İDEA [alm. İdee; fr. Idèe; ing. Idea; yun. Idea = idein – görmək; osm. tr. fikir, misal; osm. tr. mefjurevi; ər. شىفٌأ] – Fikir-Misal: Platonda dəyişməyən öz, əşyanın ilk nümunələri. Dilimizdə ideya sözü geniş içlənmək- dədir, misal üçün: ağlıma bir ideya gəldi, yaxud fikir gəldi.
İDEAL [alm. Ideel; fr. Idèal, ideal; ing. Ideal; osm. tr. iftikari; ər. يسبىزفإ; tr. düşüncel] – həqiqətdə real əsası olmayıb, ancaq düşüncədə qurulan, dizayn edilən şey. Yaxud da düşüncə ilə qavranıla bilən. İdeallıq isə obyektiv həqiqəti olan varlığın qarşısında ideal yaxud da qurulan bir varlıq anlayışıdır. İdeal sözü bəzən oxşarı-bənzəri olmayan, öz cinsində tam mükəmməl olan, hər şeyi yerli-yerində olan mənasını da ifadə etməkdədir. İdeal, hər hansı sosial qrupun səy və fəaliyyətinin son məqsədi, ən mü- kəmməl ictimai quruluş haqqında həmin sosial qrupun iqtisadi və sosial qrupun ictimai sosial mənafelərinə uyğun gələn təsəvvür.
İDEALIZM [alm. Idealismus; fr. Idèalisme; ing. Idealism; osm. tr. mefkurecilik; iftikariyye; ər. خٌّسبىزفإ; yun. İdealisme] – fikirçilik-təsəvvürçülük: ideallıq, bir ideyaya bağlanmış olan və bu ideyadan fayda güdmədən bağlı qalan, düşüncənin əsl həqiqət olduğunu, bütün gerçəklərin əsası olduğunu, maddənin və əşyanın, zehin və düşüncənin bir məhsulundan ibarət olduğunu irəli sürən fəlsəfi bir baxımdır. İdealizm – fəlsəfi cərəyandır. İdealizm ruhi olanın, qeyri-maddinin birinciliyi və maddi olanın ikinciliyi prinsipindən çıxış edir ki, bu da onu aləmin zamanca və məkanca sonlu olması və Allah tərəfindən yaradılması haqqında dini ehkamlara yaxınlaşdırır.
Hər hansı bir ideyaya bağlı olan, sadiq qalan və onu müdafiə edənlərə, yaxud həmin ideyanın əsasını qoyanlara ideoloqlar deyirlər. İdeologiya [alm. Ideologie; fr. Idèologie; ing. Ideology; osm. tr. ilm-i süver-i akliye; ər. ًﺟٌٌٛٛدإ] – terminin yaradıcısı Destut de Trasiyə görə ideologiya ―ideyaların elmi‖dir.
İDOLA [alm.=ing. Idol; fr. Idole; lat. Idola; yun. Eldoion; osm. tr. sanem; put, imge]. F.Bekonun ―Yeni orqanon‖ əsərində istifadə etdiyi anlam. Insanın təbiətində yerləşən yaxud da sonradan qaznılmış olan və əsl biliyə mane olan prinsiplər.
İMAN [alm. Glaube; fr. Crayance; ing. Belief; osm. tr. Itikat, iman; ər. ْبٌّإ] – Bir şeyi etimadla doğru  qəbul  etmə  halı;  bu mənada; kifayət qədər vacibliyi olmayan; dəqiq olmayan bir şeyi doğru qəbul etmək;  əqllə  ümumi  bir  dəqiqlik  aparmadan başqasının şahidliyi üstündə qurulan, sübutları olmadan,  amma heç bir şübhə duymadan  təsdiq  etmək.  Səmavi  dinlərdə (yəhudilik, xristianlıq, islam və s.) iman Allaha  ona  heç  bir varlığı şərik qoşmadan yaradıcı olduğuna, hər şeyi idarə etdiyinə, mütləq həqiqət, mütləq yaxşı olduğuna, əzəli – əbədi olduğuna inanmaqdır. Tanrının varlığı ilə birlikdə səmavi dinlərdə iman əsasları da mövcuddur. Onlardan peyğəmbərliyə,  axirət  dünyası- nın mövcudluğuna, qəzavü-qədərə, mələklərə, kitablara imanı sadalamaq mümkündür. Bunlar səmavi dinlərin bütövlükdə mahiyyətini təşkil edir. Sözün kök ərəbədə ―əmənə‖ sadə felidir.
Buradan       ―təmin‖,      ―təminat‖,       ―əmanət‖,       ―əmin‖     sözləri       də törəmişdir.
İMMANENT (os.tr. mündemiç; ər. جيذُي; ing. Immanent; tr. içte bulunan) – Allahı aləmin içində, aləmlə birlikdə qəbul edən fəlsəfi görüş.
İMMATERYALİZM [ing. Immeterialisme; fr. Imma- terialisme; ru. имматертализм] – qeyri-maddilik. Materi-alizmin ziddi olan bu görüş, aləmin öz-özünə təsəvvürlərimiz və fikir- lərimiz xaricində bir həqiqəti olmadığını irəli sürür. Kök olaraq ingiliscədəki im+materia+ism formasındadır. Sözün kökünün əvvəlinə -im prefiksi və sonuna da -ism sufiksi artırılmışdır.
İMPERATİV [alm. Imperativ; fr. Impèratif; ing. Imperative; lat. Imperativum; osm. tr. emir; ər. شِا] prinsip, şərt, əmr. Kanta görə fərdi ideyaların [maxim]  qarşısına  qoyulan  obyektiv  keçərli və hər hansı bir fəaliyyətin vacibliyini dilə gətirən əxlaqi prinsip. İmperativlər iki cür olur. Qəti imperativlər və qəti olmayan imperativlər.
İMZA [alm. Zeichen; fr. Signe; ing. Sign; lat. Signum; osm. tr. işaret; ər. ء بضِإ] – bir başqa şeyi göstərən, bir şeyi anladan, dilə gətirən şey, idrak ediliyi zaman əslində başqa bir məfhumu xəyalımızda canlandıran şey. Misal üçün dini – fəlsəfi ədəbiy- yatda ―gördüyümüz və var olduğunu bildiyimiz hər şey Tanrının imzasıdır.‖  cümləsilə  çox  qarşılaşırıq.
İNDETERMİNİZM [Alm. Indeterminismus; fr. Indete`rminisme; ing. Indterminisme; lat. In-de-terminare – sər- həd qoyma, hədd qoyma. osm. tr. laicabiyyə, ər. خٍجبﺟِ indetermi- nisme] – qeyri-müəyyənlik, determinizmin ziddi olan bir fəlsəfi görüşdür.1. Ümumi olaraq səbəbiyyət qaydasına bağlı olmayaraq bir səbəbə bağlı olmayan hadisə və vəziyyətlərin də mövcudlu- ğunu irəli sürən görüş. 2. Xüsusi olaraq isə əxlaq fəlsəfəsində insan istəyinin heç bir qeydə — şərtə bağlı olmadığını, içində oldu- ğu şərtlərlə müəyyənləşmədiyini, insanın müstəqil səbəbiyyət qaydasına bağlı olmadığını iddia edən görüş. İndeterminizmin kökü əslində ―determine‖ kəlməsidir, kəlmənin əvvəlinə sözə inkarlıq verən –in prefiksi, axırına da konsepsiyaları, nəzəriy- yələri ifadə edən –ism sufiksi artırılmışdır.
İNDİVİDUALİZM [alm. Individualismus; ing. Individualism; osm. tr. ferdiye; ər. خٌدشف]. Ümumiyyətlə hamıya olmayıb əslində tək şəxsə üstünlük verən və ona istinad edən görüş, düşüncə şəklidir. İndividualizm bəzən insanın özünün görüşlərinə istinad etməsi təmayülünə də deyilir. Metodologiyada tarixi və ictimai hadisələrin açıqlanmasını şəxsin mənəvi dünyagörüşünə əsaslan- dıran görüş hesab edilir. Individualizə etmə, yəni fərdiləşdirmə isə ümumi deyildə olanı şəxsi vəziyyətə çevirmə fəaliyyətinə deyilir.
İNFORMASİYA [alm= fr= ing= information; ər. خٍِٛعِ; tr. bilişi] – Komputerə daxil edilən, onda saxlanılan yaxud istehsal olunan bilik, məlumat. Mənşəcə ingilis sözüdür. Sözün kökü form, in – prefiks, tion isə sufiksdir. Inform hərfi tərcümədə məlumat, informasiya anlamına gəlməkdədir. Dilimizdə məlumat sözü çox geniş işlənməkdədir, ərəbcədən keçmişdir. İnformasiya sözü isə daha müasirdir. İnformasiya ifadə formasından asılı olmayaraq insanlar, canlılar, cansızlar, faktlar, hadisələr, proseslər və s. haqqında olan məlumat və biliklərdir. Biliklər isə müəyyən faktlar və onlar arasındakı asılılıqlar şəklində ifadə olunur. İnformasiyanı yaratmaq, ötürmək, saxlamaq, emal etmək mümkündür (biz bunu informasiya texnologiyası kimi komputerdə həyata ke- çiririk). İnformasiya təbiətdə siqnallar şəklində ötürülür və iki tipə ayrılır: analoq rəqəmli. İnsanlar öz hissiyyat üzvlərinə görə analoq, kompyuterlər isə rəqəmli informasiyaların köməyilə fəaliyyət göstərir.
İNNEİZM [fr. Inneismeing. Ing. Inneism; ру. Иннеизм; ər. خٍّرشزف; osm.tr. fitratçilik] – fitrətçilik: Sonradan qazanılmış olanın ziddi olan, yəni fitri doğuştan olan. İnsanda xarakterik xüsusiyyətlərin fitrətdən onunla bərabər doğulmasına, nəsli xüsusiyyətlərin qabardılmasına istiqamətlənmiş fikirlər, iddialar inneizmin əsas mahiyyətini təşkil edir. Bu səpkidə misal üçün, filosoflar insanda fitrətdən onun mahiyyətində olan Allah axtarıcılıq ideyasını göstərirlər. Çünki insanda Allahı axtarıb tapmaq, ona itaət – ibadət etmək ideyası anadangəlmədir.
İNTELLEKTUALİZM [ing. Inttelectualisation; fr. Intel- lectualisme] – zehniyyət: Prinsip olaraq hər şeyin zəkaya, zehni ünsürlərə bağlanacağını, onlarla əlaqələndiriləcəyini qəbul və iddia edən fəlsəfi görüş. Dilimizdə intellektual sözünün əvəzinə daha çox ziyalı ifadəsi işlənir. İntellektualizmi isə daha çox ziyalılıq sözüilə əvəz etmək mümkündür. Bundan başqa müasir dönəmdə zəka sözü, ağıl, dünyagörüşü sözlərini daha çox dilimizə yeni transfer edən ―intellekt‖ termini işlənməkdədir.
İNTUİSİYA [alm. Anschauung; fr.=ing. Untuition; lat. Intuitio-intuius. In tueri – daxilini görmə; osm. tr. tehaddüs, hads] – nəyinsə qəflətən açılması, bir əlaqənin birdən, birbaşa vasitəsiz kəşf edilməsi, yaxalanması. İntuisiya insandan əslində hisslərin fövqündə olan bir qabiliyyət tələb edir, çünki bəzən bəzi şeyləri duymaq və hiss edib qavramaq üçün intuisiyaya əsaslan- maq lazım gəlir. İntuisiya vasitəsiz qavramaq, ani olaraq başa düşmək, bir şeyin daxilini birbaşa görmək, həqiqəti bilavasitə anlamaq, dərk etmək qabiliyyəti kimi də xarakterizə etmək olar. İntuitiv [alm. Intuitiv; fr. Intuitif; ing. intuitive] isə hər şeyi bir anda ələ keçirməyə, qavramağa istiqamətlənən düşüncə tərzidir. İntuitivizm – imperializm dövrünün burjua fəlsəfəsində geniş yayılmış idealist cərəyan.
İNTUİSYONİZM – [alm. Intuitionismus; fr. Intuitionisme; ing. Intuitionism, intuitionalism; osm. tr. tehaddüsiye; ər. حُّثذحذ], intuitizmə əql, mənalı düşüncə qarşısında üstünlük verən, intuisi- yanı biliyin, xüsusilə də fəlsəfi biliyin əsası olaraq görən təlim. Müşahidəçilik, həds məsləyi. Bir münasəbətin birdən və birbaşa kəşfedilməsi mənasına gələn intuisiya, elmin vasitəsilə olan zəka və ağıldan əlavə olaraq bilmə qabiliyyti olan sezgi və obyektlərə, həqiqətin özünə və mütləq surətdə vara biləcəyini irəli sürür. Kəlmənin kökü intuisiyadan qaynaqlanır. İntuisionizm həm də riyaziyyatın fəlsəfi əsasını təşkil edən cərəyanlardan biridir.
İNSAN [alm. Mensch; fr. Homme; ing. Man; lat. Homo; yun. Anthropos; ər. ٌآغَأ; tr. Insan, adem evladı]  -  əqli  olan  canlı varlıq. Bir tərəfdən canlı varlıqlar, heyvanlar aləminin bir üzvü, növü. Digər tərəfdən isə onu keçən bir varlıq, qamətli yürüyən, əllərindən istifadə edən, beyni, kəlləsi xüsusi formada inkişaf etmiş olan, xüsusiləşmiş orqanları olmayan, ətrafını dəyişdirə bilən, dünyaya və kainata açıq olan, danışan və yaradıcı düşünmə qabiliyyəti olan, təcrübə dünyasını aşa bilən, özünün və kainatın şüuruna vaqif olan, əməllərindən məsul tutulan sosial varlıq. İnsan sözü bir termin kimi dilimizə ərəbcədən keçmişdir. Lakin indi çox geniş istifadə hüququna malikdir. İnsan sözü orijinalda
―nəsiyə‖ (ٍغَ) felinin ―ənsə‖ formasında (ًغَأ) IV babda məsdəri olduğunu iddia edənlər vardır. Bu anlamda ―insan‖ sözünün hərfi mənası unudan, unutqan demək olur. Lakin bu iddia yalnışdır. Çünki insan sözü əslində ―ənisə‖ (ظَأ) felindən əmələ gəlmişdir.
―Ənisə‖  sözünün  hərfi  mənası  isə  səmimi  olmaq,  cana  yaxın olmaq, sosial olmaq, ictimailəşmək deməkdir. İnsan sözü isə bu felin məsdəridir, nisbi sifətdir – humanist, bəşəri anlamlarına gəlir.
İNSTRUMENTALİZM [alm. Intrumentalismus; fr. Istrumen- talisme; ing. Intrumentalism; lat. Instrumentum – vasitə, alət] — Düşünmə formalarının, qaydaların, məntiq və əxlaq formalarının yalnız həyatın müxtəlif şərtlərinə uyğun əmələ gəlmə vasitələri Amerika filosofu Dyuinin və davamçılarının subyektiv-idealist təlimi.
İSTİNBAT (ər. ؾثُرعإ)- Bir  hökümdən başqa bir  höküm çıxarmaq. Hərfi anlamda ―nəbata‖ (ؾثَ) su çıxartmaq, yetirmək mənalarını verir. İstinbat – nədənsə nəyi çıxartmaq, doğurmaq anlamlarını verir. Amma sözün mahiyyətində olan kəşf etmək, çıxartmaq anlamı əslində asanlıqla görülməyən, bilinməyən nəyisə fərqləndirmək, tapıb ortaya çıxartmaq üçün işlədilir. İstinbat orta əsrlər İslam bölgəsi fəlsəfəsində filosofların ən çox baş vurduqları metoldoloji üsula uyğun gəlir. Nəzəri metodoloji sistem olaraq deduksiyaya uyğun gəlir.
İSTİYAA – (ər. عاُرعإ) Allahın canlılarda yaratdığı və canlının özüylə əməllərinin iradi və ixtiyari olaraq işlədiyi şeydir. Şərq peripatetiklərinin fəlsəfi traktatlarında rats gəlinən fəlsəfi termin- dir.
İŞRAQ [ing. illumine; ər. قاششإ] – kəşf, işıqlanma, nurlanma, ilham gəlmə. Günəşin doğması [işraq] necə əşyanın görülməsini mümkünləşdirirsə, mənəvi bir kəşf, ilham və ya müşahidə olan İşraq ilə də insan bir cox bacarıq və məlumatı əldə edər. İşraq fəlsəfəsinin Şərq fəlsəfəsində banisi İbn Sina hesab olunsa da, Seyid Yəhya Sührəvərdi əl-Məqtul işraqi filosof kimi dünyada tanınmış və bütün fəlsəfəsini bu yöndə qurmuş, özünəməxsus şəkildə əsaslandırmışdır. İşraq termini ərəbcə işıqlanma, nurlanma, ziyalanma, qəlbinə nur doğma kimi tərcümə edilə bilər. Dilimizdə günçıxan anlamına gələn cəhət adı, Şərq də bu kökdəndir.
İZAFİ [ing. Relatif; ər. ٍفاػإ] – nisbi, qeyri-mütləq, əlavə. Mütləq [absolut] sözünün bəzi mənalarının müqabilidir.  İzafi sözü dilimizdə ―əlavə‖ kimi də mənalandırılır.
İCTİHAD [داهرﺟإ] – [ər] ciddi-vəhd var gücü ilə çalışmaq səy göstərmək dinin əsaslarını bilən din alimlərinin, qazilərin dinin əsasları olan Qurani Kərimə və peyğəmbər hədislərinə əsaslanaraq şəriətə aid məsələlər haqqında hökm çıxarmaları, yaxud bu yolda səy göstərmələri. İctihad sözü dini – fəlsəfi termin kimi bölgənin islamı qəbul etməsindən sonra dilimizdə daxil olmuşdur. Daha çox məhdud çevrədə işlənməkdədir. ―Müctəhid‖,―cihad‖ da bu kökdəndir.
İFRAT (ər. داشفإ) – daha çox, həddindən artıq, lazımi səviyyədən çox. Sözün kökündə ərəbcədə ―fərd‖ kəlməsi mövcuddur. İfrat sözünün sonundakı d       t əvəzlənməsi dilimizin özünəməxsusluğundan irəli gəlir. Bu kökdən münfərid, təfrit sözləri də əmələ gəlmişdir.
İLHAM (os.tr. ilham; ru. Вдохновение; ing. inspiration, enthusiasm; fr. Inspiration; ər. واهنإ) – ilham. Ezoterik bilik növlərindən biri olub, Allah-təala tərəfindən insanların qəlbinə bir hissin doğması, ona bir xeyirin gəlməsi, vəcdin doğmasıdır. İlham dilimizdə geniş sferada işlənməkdədir. Bəzən şairlər şeir yazma ərəfəsində özlərinə qaibdən gələn yüksək entuzaist halın gəlməsini gözlərlər. Bu əsnada onlarda yüksək poetiik əhval- ruhiyyə yaranır və şeir yazarlar. İlham bəzən problemli bir iş əsnasında problemin həll olunması üçün ağıla anidən gələn fikrə, ideyaya da deyilir. İlham yalnız və yalnız şəxsi təcrübələr əsasın- da açıqlana, izah edilə bilər. Çünki ilhamlar ümumi eksperiment kimi təkrarən sınaqdan keçirilə bilməz.
İNZAR (ساظَإ) – ortaya çıxma, görünmə. Terminin kökü ərəbcədə ―nəzərə‖ üç hərfli felidir. Dilimizdə çox işlətdiyimiz nəzər sözü də bu kökdəndir.
İNQİLAB [alm. Revolution; umwölzung; fr. Revolution; ing. Revolution; tr. Devrim; ər. جسىث, ةهمَإ] qaləbə [مؼفَإ — ةهمَإ]. 1. Daimi ictimai sistemi dəyişdirmə və yenidən formalaşdırma; yavaş inkişafda olan dünyanın ziddinə ictimai həyatda və siyasi vəziyyətdə birdən birə həyata keçən köklü və əsaslı bir dəyişmə.
2. Dünya görüşündə, fəlsəfədə, elmdə, sənətdə və sairlərin fikrində olan dəyişikliklər, köhnəlmiş olanı yenisi ilə əvəz etmək, çevriliş. Fel ərəbcədən keçmə termindir.
İQTİDA (ər. ءاذزلإ) – uymaq, tabe olmaq, dini – fəlsəfi terminologiyada hər hansı bir müctəhidin, yaxud məzhəb şeyxinin dini əqidəsinə uymaq və bundan irəli gələn qanun qaydalara əməl etmək. İqtida edənlərə isə ―müqtədi‖ deyilməkdədir.
İRŞAD (ər. داشسإ) – dorğu yolu tapmaq, hidayətə çatmaq deməkdir. Bəzən dini terminologiyada müsəlman olmaq, imanlı olmaq  yaxud  pis  vərdişlərdən  çəkinmək  mənasını  ifadə  edən ―irşad olunmaq‖ sözündən də istifadə olunur. İrşad olunan adama isə mürşid deyilir. Sufi ədəbiyyatında geniş çərçivədə rast gəldiyimiz mürid – mürşid sistemi də bununla bağlıdır. Mürid sanki müəllim, mürşid isə şagirddir. Təsəvvüf təlimində mürşidlər öz müəllimlərindən sözü gedən təlimi əxz edənlərdir.
İSTİDLAL (ər. للاذرعإ) – dəlil çıxartmaq, elmi prinsiplərə əsaslanaraq elmi nəticələrə gəlmək. Sözün kök kərflərini ―dəl‖ və ―ləm‖ hərfləri təşkil edir. Dəllə feli ərəb dilində son hərfi təkrar olunan şəddəli fellər qrupuna aiddir. Dilimizdə geniş işlətdiyimiz ―dəlil və dəlalət‖ sözü də burdan əmələ gəlmişdir. İstidlal fəlsəfi termin kimi islam mədəni bölgəsi fəlsəfəsinin dilində geniş rast gəlinir.
İTKİ [alm. Impuls. Trieb; fr. Impulsion; ing. Impulse; lat. Impulsio: pulsio – itmək, in-içərisində, qarşı, doğru; osm. tr. əs.tr. ilca; ər. ءاجنإ] – insanı bir şüur cəhdi lazım gəlmədən yaşama cəhdinə yönəldən, onu özlüyündən fəaliyyətə sürükləyən, tətbiq etmə sahəsini genişləndirən ruhi qüvvələr üçün də istifadə olunur. Kök olaraq əski türkcədən günümüzə qədər gəlmişdir.
İXLAS – imanın forması, ixlaq, qurtulma, pisliklərdən arınma. Öz imanına heç nəyi qarışdırmamaq, bidət yollara və vasitələrə baş vurmamaq, riyakarlıq etmədən, özünü göstərmədən, səmimi qəlbdən inanmaq.
İXTİLAF – mübahisə, yaxud fikirlərin bir-birinə zidd olması. Hər hansı dini məsələdə fikir ayrılıqlarından doğan məsələ və problem.
İXTİYARİ – iradənin istək və arzusuna uyğun olaraq.
İZHAR – təzahür, biruzə vermək, ortaya çıxmaq. Aşkar etmə, meydanaçıxarma, göstərmə, bəlli etmə, bildirmə. Bəlli, aydın, məlum. Bir gülüzlü nigar,sərvi-xoşrəftar; Cümlə xalqa izhar eyləmək – yəni bütün aləmə car çəkmək.
İBADİLİK [ər.خٌدؤجعٌأ ] İbadiyyə.        xaricilikdə ən mötədil təriqət.  Həzrət-i  Əli  zamanında  ortaya  çıxan  Xaricilərin  bir qoludur. Qurucusu, Abdullah bin İbad'dır. Bu səbəblə bu adı qəbul  etmişlər.  Bu  adla  bərabər,  "özlərini  Allaha  satanlar" mənasında  sifət,  Əhlül'Adl  vəl-  İstiqamət  adlarını  da  istifadə edirlər. Abdullah bin İbad, Həzrət -i Əli, Həzrət — i Müaviyə ilə, hakim etmək surətiylə razılaşdığı üçün, həzrət- i Əlidən ayrıldı. Trablusgarb'a getdi. Orada İbadiyye firqəsini qurdu. İbadiyyənin qurucusu haqqında dəqiq bir məlumat yoxdur. İbadilər də, onu yalnız təriqətin qurucusu, imamı olaraq tanımaqdadır. Onun, 64 (M.683) ilində İbn-i Zübeyrə kömək etmək üçün Mədinə müda- fiəsinə qatıldığı və Əməvi məmurları ilə və xüsusən Əbdülməlik min  Mərvan  ilə  65-86  (M.  685-705  )  dostluq  münasibətləri qurmağa çalışdığı bildirilir. Hazırda siyasi gücü qalmamış olan İbadiyyə firqəsinin, Ərəb Yarımadasının bəzi bölgələrində, Oman, Liviya, Madaqaskar, Cəbri adası və Şimali Afrika ölkələrində mənsubları var.
İDENTİFİKASİYA [identificare — eyniləşdirmək] identikləş- irmə — müəyyən əlamətləır əsasında müxtəlif obyektlərin eyniy- yətinin müəyyən edilməsi.
İDEOLOGİYA – siyasi, hüquqi, əxlaqi, estetik, dini-fəlsəfi baxışlar və ideyalar sistemi.
İDRAK [alm. Warnehmnung; fr. Perception; lat. Perceptio, trk.alqı; ər. نآسدإ]nəyəsə diqqəti yönəldib, onun mahiyyətinə varmaq; nəyinsə şüurlu surətdə fərqinə varmaqdır. İnsanların yaradıcılıq fəaliyyətinin ictimai-tarixi prosesi; bilikləri forma- laşdırır və bunların əsasında insanın hərəkətlərinin məqsədləri və motivləri meydana gəlir.
İDİ — [İdik] 1- Tanrı, Rəbb, sahib, əfəndi 2- Tanrısal, Tanrıdan gelen, mübarek, kutlu.
İDİKUT – idi+Kut...Kut sahibi, Tanrıdan gələn, Tanrıya yaxın, Tanrıya bənzər, Tanrı tərəfindən məsul tutulmuş və s. anlamları ehtiva edən ve Uygur kağanlarının böyük əksəriyyətinin istifadə edildiyi bir unvan.
İZAH – insanın idrakının, xüsusilə elmi tədqiqatın öyrənilən obyektin mahiyyətinin aşkara çıxarılmasından ibarət çox mühüm funksiyası və [və müvafiq sürətdə elmi tədqiqatın bu funksiyanın yerinə yetirildiyi mərhələsi].
İZOMORFİZM [yun. Isos – eyni olan, morphe – forma] – obyektlərin strukturları arasındakı uyğunluğu xarakterize edən anlayışlar.
İYERARXİYA [yun. Hieros – müqəddəs, arche – hakimiy- yət] – çoxsəviyyəli mürəkkəb sistemlərdə struktur münasibətlərin şaquli xətt üzrə ayrı-ayrı səviyyələr arasındakı qarşılıqlı əlaqələrin nizamlılığı, mütəşəkkilliyi ilə səciyyələnən tipi.
İLLUZİYA [lat.  illusio – aldatma,yanılma] – gerçəkliyin təhrif olunmuş qavranılması. İllüziya göz aldadıcı, olanı həqiqət kimi göstərməkdir. Gerçək bir obyektin duyğular üzərindəki hadisəni səhv dəyərləndirilməsidir."İllüziya" latın sözüdür, mənası ―yanlış təsəvvür‖ deməkdir. İllüziya ilə məşğul olana illüzionist deyiirlər. Dilimizdə bu temrin sehrbazlıq kimi da işlədilir.İllüzionist beynəlxalq termindir və dünyanın bütün ölkələrində bu cür qəbul olunur. Bir aldadıcı haqqında əvvəlcədən məlumatımız olsa belə heçnə dəyişmir, çünki gözlər yenə aldanır.
İLHAM [ər. َبٌٙإ]– insanın müxtəlif növ yaradıcılıq fəaliyyəti göstərməsi üçün xüsusi əlverişli olan halı. Ezoterik bilik növlərindən biridir. Bu sözün ərəbcədən istilahi mənası ―bir şeyi ani olaraq qəbul etmək‖ mənasında olub, termin olaraq ―qəlbə bəzi məna və fikirlərin ötürülməsi‖ kimi ifadə olunur. O, ―Allahın insanın qəlbinə ötürdüyü şey‖, ―feyz yolu ilə qəlbə ötürülən şey‖ kimi də başa düşülür. İlham ezoterik bilik növlərindən  olub, əsaslı surətdə vəhydən fərqlənir. Səmavi dinlərin (İslam, Xristianlıq, İudaizm) dininin inanc konteksində və sufi mövzularda ilhama nəzər saldığımızda bir ezoterik bilik tipi kimi peyğəmbərlərdən fərqli olaraq, aid olduğu insan təbəqəsinin daha kütləvi xarakter kəsb etdiyi məlumdur. Ayrıca bu da məlumdur ki, ilham bizim başa düşdüyümüz şəkildə, məsələn, hər hansı bir işə başlamazdan əvvəl təbiətimizdə, yaxud ruhumuzda mənəviyyatı- mızdan doğan təskinlik halı, yaxud işə təşviqdən daha ziyadə dini məntiqə görə ―vicdanda anidən ortaya çıxan, qaynağının dərkinin insanın əqli qabiliyyətlərinin xaricində, yəni idrak olunmayan hiss və həyəcan tipində xarakterizə olunabiləcək bir duyğu növüdür‖.
İMMANENT [tr. Içkin; fr.=alm.=ing. Immanent; lat. Immenens – içərisində qalaraq, içində olaraq, in – içərisində, manere – qalmaq; translens [ifrat]- bir şeyin xaricinə çıxmanın əksi; osm. tr. mündemiç; ər. جِذِٕ] -
İMAMENTLİK – bu və ya digər predmetə, hadisə və ya pro- sesə daxilən mahiyət mənasına görə aid olan xassə [qanuna- uyğunluq].
İMMORALİZM [alm.  Immoralismus; fr. Immoralisme; ing. Immoralism; tr. Töre tanımazlık; ər. osm. tr.  gayr-i  ahlakiye;  ər. خٍّلُخأ شٍغ] — əxlaqi dəyərlərə, adət ənənələrə və ideyalara qarşı qeydsizlik, fikir verməmək. Ümumiyyətlə əxlaqi dəyərləri və ideyaları qəbul etməmək, onlarla mübarizə aparmaq.
İMKAN [alm. Möglichkeit; fr. Possibilitè; ing. Possibility; lat. Possibilats, potentia; osm. tr. imkan; ər. ٌاكيإ; tr. olanak] – olmasına şərait yaranan, müəyyən fərziyyələrlə başverməsi fərz edilən şey. Ərəbcədən dilimizə axtarılan bu kəlmə ٓىِ felinin IV babda  olan  ٓىِْ أ  formasından  [modeli  əf`alə  ًعفْ أ]  əmələ  gələn məsdərdir.  Məsdəri   يبعفإ   [ifal]   modeli  üzrə  düzəlir  [ْ  بىِإ   – imkənun].
İMPRESSİONİZM [alm. Impressionismus; fr. Impressio- nisme; ing. Impressionism] – fəlsəfədə ancaq duyğu müşahidələri və hissləri həqiqi olaraq qəbul edən əlsəfi təlim.
İNVARİANTLIQ [invariantis – dəyişməyən] – kəmiyyətlərin, tənliklərin, qanunların dəyişməz qalmaq, koordinatların və zamanın müəyyən çevrilmələrində saxlanıla bilmək xassəsi.
İNAM [alm. Glaube; fr. Foi; ing. Faith; lat. Fides;  osm.  tr. iman; ər. ْبٌّإ] – xüsusilə də dini mənada hər hansı bir bağlılıqdan ortaya çıxan güvən. Tanrıya  qarşı  hiss  edilən  ucsuz-bucasız etimad hissi. Görünməz olana daxilən inanmaq,  bağlanmaq,  eti- qad etmək. Bilinməyənə bağlanmaq, inanılan doğruların hamısı.
İNDUKSİYA [lat. inductio – yönəltmə] əqlinəticələrin tiplərindən biri və tədqiqat metodu.
İNİKAS [ər. طآىعٔإ] – inikas xassəsini, onun məzmunu və formalarını, dinamikasını, idrak prosesində rolunu öyrənən nəzəriyyə.
İNKAR [ər. سبىٔإ] – Materialist dialektikada inkar inkişafın zəruri cəhəti, şeylərin keyfiyyətcə dəyişməsinin şərti kimi nəzərdən keçirilir [inkarı inkar qanunu].
İNKİŞAF [ər. فآشىٔإ] – maddi və ideal obyektlərin geriyə dönməz və istiqamətli olması ilə səciyyələnən qanunauyğunluq keyfiyyət dəyişməsi.
İNİTSİYASİYA — Sinfi quruluşa qədərki cəmiyyətin həyatında initsiyasiyalar (təqdis adətləri) böyük rol  oynayırdı (latınca ―initsiare‖-başlamaq). Bu yeniyetmələrin böyüklər cərgə- sinə keçirilməsi qaydası idi. Kasta – (portuqaliya dilində nəsil deməkdir) qapalı endoqam ictimai qrupdur. Onun öz  xüsusi davranış  qaydaları  vardır.
İNTEQRASİYA – Etnik proseslərin xarakterini müəyyənləş- dirmək üçün əksər hallarda inteqrasiya, konsolidasiya və assimil- yasiya kimi latın terminlərindən istifadə olunur. İnteqrasiya hərfi mənada ayrı-ayrı hissələrin vahid bir tamda birləşməsi deməkdir. Bu  müxtəlif  etnik  mədəniyyətlərin  qarşılıqlı  əlaqəsi  zəmnində mədəniyyətlərin yaxınlaşmasına aiddir. Müstəqil xalqların və ya onların böyük qruplarının böyük etnoslar şəklində birləşməsinə konsolidasiya deyilir. Adətən bu cür birləşmələrin vahid dili və mədəniyyəti olur. Assimilyasiya isə artıq formalaşmış etnosların qarşılıqlı təsiredici əlaqə prosesidir. Bu cür etnoslar əksər hallarda mənşə, dil və mədəniyyət cəhətcə müxtəlif olurlar.
İRQ –Tarixən konkret bir ərazidə qərarlaşan, nəsildən-nəslə keçən fiziki əlamətlər kompleksinə görə bir-birindən fərqlənən böyük insan qruplarına irq deyilir. İrqlər ümumi, oxşar xarici fiziki əlamətlərinə görə bir-birindən seçilirlər. İrqlərin ətraf mühitə uyğunlaşması nəticəsində elə xarici fiziki əlamətlər kompleksi yaranmışdır ki, bu əlamətlərə görə dünya xalqalrına əvvəllər ―ağ‖, ―qara‖ və ―sarı‖ rənglərə və üç əsas irqə ayırırdılar: avropoid,ekvatorial (neqroid) və monqoloid. Son vaxtlarda monqoloid irqindən amerikanoid, ekvatorial irqindən avstraloid irqinin ayrılması tövsiyyə olunur.
İNSAN [ər. ْآغٔإ]– tarixi prosesin, Yer üzərində maddi və mənəvi mədəniyyətin inkişafının subyekti, həyatın digər formaları ilə genetik bağlı olan və bu formalardan əmək alətləri istehsal etmək qabiliyyətinə görə seçilən, aydın nitqə, təfəkkür və şüura malik olan biososial varlıq.
İNSTİNKT [alm. Instinkt; fr.=ing. Instinct; lat. Instinctus; osm. tr. sevkitabii; garize; insiyak; ər lat. instinctus – oyanma] – heyvan növünün bütün nümayəndələrində ortaya çıxan və həyatın mühafizə edilməsinə yarayan şüursuz fəaliyyətə və davranış formasına deyilir. Psixi fəaliyyətin forması, davranış. 
İNTELİGENSİYA [fr.Intelligence; ing. Intelligence; lat. Intelligentia;tr.anlak] 1.Əqlin ruhu idarəedici təbəqəsi.
İNTELLEKTUALİZM [lat. intellectualis – zehni-əqli] intellekt vasitəsilə idrakı ilk plana çəkən və metafizikcəsinə hissi idrakdan və praktikadan ayıran fəlsəfi təlim.
İNTENSİONALLIQ [lat. intentio – səy, cəhd] şüurun predmetə istiqamətləndirilməsi [yönəldilməsi].
İNAN — İman, inanç, 2- qayda, əqidə 3- əmniyyət, ehtiyat.
İNTERPRETASİYA [lat. interpreitatio – şərh, izah etmə] – istər metariyaziyyatda və metaməntiqdə, istərsədə bütövlükdə Elmdə mühüm rol oynayan semantik anlayış.
İNTİBAH [ər. ٖآجزٔإ] [fəlsəfədə] – feodalizmin dağıldığı və erkən burjua cəmiyyətinin təşəkkülü dövründə  Avropada [xüsusilə İtaliyada] inkişaf etmiş fəlsəfi və sosioloji təlim.
İNTİZAM [ər. َآضزٔإ]– insanlar arasında ictimai əlaqənin spesifik forması; maddi istehsal şəraitindən obyektiv surətdə meydana gəlir, birgə fəaliyyət üçün zəruri olan istehsal vasitələri üzərində mülkiyyətin müəyyən tipi və sosial münasibətlərin xarakteri ilə şərtlənir.
İNTROYEKSİYA [lat. intro – daxilə, iectio – tullama] – natruralist və seyrci [metafizik] materializmin şərhini və tənqidini vermək üçün Avenarius bu materializmin əksinə ―prinsipial koordinasiya‖ nəzəriyyəsini irəli sürür.
İNTROSPEKSİYA [lat. introspecto  – içəriyə  baxıram] – insanın öz daxili psixi hadisələrini müşahidə etməsi, özünümüşahidə.
İNFORMASİYA [lat. informatio – izahetmə, şərhetmə] – müəyyən xəbərlər, hər hansı məlumatların, biliklərin məcmusu.
İNCƏSƏNƏT – ictimai şüurun və insan fəaliyyətinin spesifik forması, gerçəkliyin bədii obrazlarda əks olunması, inikası, aləmin mənimsənilməsinin mühüm üsullarından biri.
İRADƏ [ər. حدآسإ]- insanın bu və ya digər hərəkətlərinin yerinə yetirilməsinə doğru yönəldilmiş şüurlu meyli.
İRRASİONAL [alm.=ing. Irrational; fr. Irrationnel; osm. tr. gayr-i akli] – əqllə qavranıla bilməyən, əsassız, bəzən də ruhi, mənəvi olanlara deyilir. Zəka ilə, təfəkkürlə dərk edilə bilməyən, məntiqi anlayışlarda ifadə oluna bilməyən mənasını verən anlayış.
İRIM — 1- Sehr, əfsun, 2- İçinden su axan torpaq, ərazi.
İRTÜK – dəyər, qiymət.
İRRASİONALİZM [alm. Irrationalismus; fr. Irrationalisme; ing. Orrationalism; lat. irrationalis – düşüncəsiz, şüursuz] – Zəkanın, təfəkkürün idrakı imkanlarının məhdudluğunu israr edən və intuisiyanı, hissi, instinkti və s.-ni idrakın əsas növü kimi qəbul edən fəlsəfi təlim.
İSBAT [alm. Beweis; fr. Preuve; ing. Proof; lat. Probare – sınamaq, göstərmək, sübut etmək; tr. Tanıt; ər. دبجعإ] – önə sürülən bir şeyin həqiqətini göstərməkdə izlənilən təfəkkür müddəti. Sübut etməkdə önə sürülən şey.
İSLAM [ər. َﻼعلإأ] – itaət etmə — dünyada geniş yayılmış monoteist dinlərdən biri.
İSMAİLİLİK – şiəlikdə təriqət. VIII əsrdə Xilafətdə sinfi ziddiyyətlərin kəskinləşməsi nəticəsində yaranmışdır. İsmaililik, İslami müxalifət hərəkəti olan Əli yandaşlıarının bir törəməsidir.
Hz. Məhəmmədin ölümündən dərhal sonra, yeni dinin Batinilik tərəfdarı qrupu olan Hənifə, xəlifəliyə kürəkəni Əlinin seçilməsini istəmiş ancaq sünni əksəriyyətin qəbulu ilə Əbubəkr xəlifə seçilmişdir. Əli tərəfdarları, Ömər və Osmanın xəlifəliyini də qəbul etməmiş, Əlinin qısa davamlı və daxili qarşıdurmalarla keçən xəlifəlik dövründən sonra oğullarının qətli ilə, İslamiyyət günümüzə qədər sürən bölünmə və qarşıdurmalara süründür- ülmüşdür. İsmaililik də, Əlinin qırğından xilas nəvəsi Zeynelabidin'in soyundan gələn Cəfər Sadiqin oğlu İsmailin imamlığını qəbul edən qrupun təşkilatı olmuşdur.
İSTİDLAL [alm. Schluss; fr. Inference; ing. Inference; illation; lat. Illation, conclusio; osm. tr. istidlal; tr. Çıkarım; ər. يَذزعٳ] – Verilmiş bir və ya daha çox prinsipdən nəticə çıxarma fəaliyyəti. Həqiqəti naməlum qalan bir prinsipin doğru olaraq qəbul edilmiş başqa prinsiplərlə əlaqəsinə əsaslanaraq doğru olanı ortaya çıxarma prosesi.
İSTƏK [alm. Wille; fr. Valontè; ing. Will; lat. Voluntas; velle - istək; volo – istəmək; o tr. irade; ər. حدآسإ] – sövqedici qüvvə, müstəqilliyini də qoruyub saxlayan arzu etmə, diləmə.
İUDAİZM əsasən yəhudilər arasında yayılmış din. Qədim yəhudi tayfalarının bütpərəstlik politeizmindən [çoxallahlılığın- dan] meydana gəlmiş İudaizm e.ə. VII əsrdən başlayaraq monoteist dinə çevrilir. İudaizm islam və xristianlıq kimi səmavi dinlərdən hesab olunur. İudaizm öz adını müqəddəs İudanın adından götürmüşdür. İuda adını bəzi tədqiqtçılar Tanrı Yahovanın adı ilə eyniləşdirirlər.
İCMA [ər. عآّﺟإ]– ibtidai-icma quruluşunun əsas iqtisadi özəyi; istehsal vasitələri üzərində ictimai mülkiyyətə, kişilər və qadınlar arasında, yaşlılar və uşaqlar arasında təbii bölgüsü ilə birlikdə kollektiv əməyə, istehsal edilən məhsulun birgə bölgüsünə və istehlakına əsaslanaraq yaranır. İcma sözünün bir mənası da eyni dövrdə yaşayan islam müctəhidlərinin şəriətə aid hər hansı bir hökm və qaydanı müdafiə etmələridir.
İŞARƏ [ər. حسبشإ]- idrakda digər predmetin, hadisənin, hərəkətin, subyektiv törəmənin işarəsi, ifadəsi və nümunəsi kimi çıxış edən hissən qavranılan maddi predmet, hadisə və ya hərəkət. İşarə sözü ərəbcədəki əşarə (سؤشأ) felindən əmələ gəlmişdir. Qadın cinsindədir, hərfi mənada nəyisə göstərmək, işarələmək deməkdir. İşarə sözü dilimizdə bəzən hansısa mövzunun anlaşılan və o mövzu ətrafında ətraflı bir
İŞRAQİLİK [ər. خٍلآششلإأ] – Orta  əsrlərdə  müsəlman ölkələrində   yayılmış   fəlsəfi   cərəyan.

G


 
GENESIZ [yun. Genesis – mənşə, yaranma] – ―G.‖ termini ilk dəfə qədim yunan mifologiyasında işlənmişdir.sonralar fəlsəfədə, həmçinin təbiəətşünaslıqda yayılmışdır.
GENETIKA [yun. Genetikos – mənşəyə aid olan] – orqanizmlərin irsiyyəti və dəyişkənliyi haqqında təlim.
GENERALIZM [alm. Generalisation; fr. Gènèralisation; ing.Generalization; lat. Generalis – genel; osm. tr. tamim; ər. ٍُّر; tr. Genel] tək – tək yaxud da xüsusi vəziyyıtlərdən ümumi bir qanunun, prinsipin çıxarılması.
GEOPOLITIKA [yun. Ge – yer, politike – dövləti idarə etmək məharəti] – imperialist ekspansiyanın müxtəlif formalarına iqtisadi və siyasi coğrafiyanın məlumatlarına saxta istinadlarla haqq qazandıran konsepsiya.
GÖK – 1 – Tanrı, Tanrıdan. Tanrısal, müqəddəs 2 – Mavi, Göyün rengi 3 – Yer üstü, göy üzü 4 – Əzəl-ebed, başsızlıq və sonsuzluq 5 – Gözəllik, göz alıcılık, üstünlük. Əski türkcədir. Əski Türkcədə Tanrıya da bəzən Gök Tenqri — yəni Göy Tanrı ifadəsi işlədilirdi.
GERÇƏKLIK – real mövcud olub inkişaf edən, özündə xüsusi mahiyyət və qanunauyğunluq olan, həmçinin xüsusi təsir və inkişaf nəticələrinə malik şey. Reallıq, yaxud həqiqət.
GƏLƏCƏK – zaman çərçivəsində və məkan hüdudlarında fantaziyanın gizli söylədiklərinin hamısının formasız və qeyri- müəyyən baş verməsi.
GÖZƏL [tr. Güzel; alm. Schön; fr. Beau; ing. Beauti+ful; yun. Kalos; ər. خٍٍّﺟ] – konkret anlamda görmə zamanı gözə çox xoş görünən, göz oxşayan. Estetikada geniş istifadə olunur. Dəyərləndirmədə tətbiq olunur. Bu kəlmənin fəlsəfəyə daxil edən Platon olmuşdur.
GÖZƏLLİK – ən yüksək estetik məziyyətli hadisələri səciyyələndirən estetik kateqoriya.
GÖRÜNMƏ – obyektin, yaxud hadisənin qavrayışında saxtalıq anını ifadə edən anlayış.
GEOSENTRİZM [geocentrisme] –  yerin mərkəz qəbul edilməsi: Dünyanı bütün aləmin mərkəzi qəbul edən görüş.
GÜC [alm. Kraft; fr. Fo. Power; lat. Fortitudo; osm. tr. kuvvet; حسذمٌأ] – fiziki və əxlaqi olaraq təsir edə bilmə yaxud da bir təzyiqə qarşı müqavimət göstərə bilmək qabiliyyəti.  Güc  müxtəlif mənalarda çoxçalarlılığı ilə fərqlənir: qol gücü, ictimai güc, güc sahibi və s.
 
QISALTMALAR VƏ İŞARƏLƏRİN ŞƏRHİ
? – sözün altından çəkilən xətt onun normal səslənməsindən iki dəfə artıq uzun tələffüz ediləcəyini bildirmək üçündür. ―Ayna‖ və
―arif‖ sözlərində birinci a hərfinin tələffüzü kimi.
Pref. – prefiks, sözlərin əvvəlinə artırılan şəkilçilərdir. Suf. – sözlərin sonuna artırılan şəkilçilərdir.
Alm. – alman dili Ing. – ingilis dili
Ru. – rus dili
Az. – azərbaycan dili
əs.tr. – əski türkcə, bəzi hallarda Azərbaycanda mövcud olan əski əlifba ilə eyni olur.
Os.tr. – osmanlı türkcəsi ər. – ərəb dili
far. – fars dili Fr. – fransız dili
Yun. – yunan dili Ru. – rus dili
Müən. – müənnəs, ərəb dilində qadın cinsinə aid olan sözlər. Ərəb dilində qadın cinsinə aid olan sözləri kişi cinsinə aid olanlardan fərqləndirmək üçün sözlərin sonuna ―ətun‖ şəkilçisi artırılırdı. Misal üçün ―cəmiun‖, ―cəmiatun. Yalnız bir çox halda kişi cinsində olan sözə müənnəslik bildirən şəkilçi artırdıqda sözün mənası da dəyişir.
Müz. — ərəb dilində kişi cinsinə aid sözlər. Bu səzlərin sonu adətən təmərbutə (ətun) hissəciyi ilə qurtarmır.

Müəllif: NƏZƏROVA ADİLƏ H. 
Mənbə: Fəlsəfə terminlərinin izahlı lüğəti. Bakı, “Elm və təhsil”, 2014,

0 şərh