Рейтинг
+34.55

Fəlsəfə

63 üzv, 248 topik

Orta platonçuluq

Qeyd edildiyi kimi akademiklər Arkesilausdan sonra Platon təlimindən tədricən ayrılmışdırlar. Karneadesdən sonra isə bu proses daha da dərinləşmişdir. M. ö. I yüzillikdə Qədim Akademiya məktəbi tənəzzül dövrünü yaşamışdır. Ancaq, sonra Platonun təliminə qayıdış və şübhəçilikdən aralanma dövrü başlanmışdır. Onu Orta Akademiya dövrü (m. ö. 80 — m. 200) adlandırırlar. Bununla da, platonizmin dördüncü mərhələsi başlamışdır.

Davamı →

Qədim platonçuluq

Platondan sonra qədim Akademiyanın başçısı (skolarxı) Speusippus olmuşdur. O, müxtəlif sahələr üzrə çoxlu əsərlərin müəllifi kimi tanınırdı. Ancaq, həmin əsərlər bizim zamanımıza çatmamışdır.
Speusippus Platonun ontoloji təlimində də əsaslı dəyişikliklər etmiş, onun ideyalarını rəqəmlərdə təsəvvür etmişdir. Bununla da o, ideyaları inkar edirdi. Aristotel yazırdı ki, Platondan fərqli olaraq Speusippus şeylərin gözəlliyini onların başlanğıclarında görmürdü, çünki bu gözəlliklər onların özlərində müşahidə olunur .
Bütün rəqəmlərin başlanğıcı hər şeydən üstün olan Vahiddir. Platon fəlsəfəsində Vahid həm tanrı, həm də ərdəm kimi başa düşülürdü. Ancaq, Speusippusda o tam mənada nə tanrı, nə də ərdəmdir. Vahiddən başqa şeylərlə əlaqələndirilən rəqəmlər başlayır. Tanrını isə Speusippus Platonun Demuirqosunda görürdü, onu Əqllə eyniləşdirirdi.

Davamı →

Mitraizm

Qnostik inanca yaxın olan dinlərdən biri də Mitraizm olmuşdur. Mitraizm Roma imperiyasında Xristianlıqla bərabər yayılan və onunla rəqabət aparan İran məşəli bir din idi. İran mənşəli qnostik təlimlər dünyanı Zülmətlə Nurun mübarizəsi kontekstində görür və izah edirdilər.

Davamı →

Yeni pifaqorçuluq

Yeni pifaqorçuluq m. ö. I yüzillikdə İskəndəriyyədə yaranmış mistik dini-fəlsəfi təlimdir. M. ö. IV yüzillikdən sonra qədim pifaqorçuların fəaliyyətinə son qoyulmuşdur. Roma imperiyası dövründə isə bu təlim yenidən dirçəlsə də, onun qədim məktəbinin təlimi ilə çox az bağlılığı olmuşdur. Sadəcə bu məktəbin filosofları hansısa tanınmış ənənəyə bağlı olmasını sərgiləmək üçün öz təlimlərini qədim pifaqorçuluqla bağlayırdılar. Bu səbəbdən də, o zaman pifaqorçuluğa aid edilən çoxlu sayda saxta ədəbiyyat yazılmışdır.

Davamı →

Qnostisizm

Qnostisizm antik dövrün sonlarında (I — V yüzilliklərdə) yaranmış dualistik dini təlimdir. Bu təlimdə Xristianlığın, yunan fəlsəfəsinin və bəzi Şərq dinlərinin ideyaları qarışmış, sinkretik hala gətirilmişdir. Qnostisizm ezoterik bir təlim idi, onun ardıcılları iddia edirdilər ki, Tanrı onlara dünyanın sonu haqqında biliklər vermişdir.

Davamı →

Ellinizm və Roma dövrlərində dini-fəlsəfi təlimlər

Qədim romalıların dünyagörüşünün əsasını politeizm (çoxtanrılıq) təşkil edirdi. Onlar inanırdılar ki hər bir şeyin, eləcə də təbiət hadisələrinin tanrıları və ruhları vardır. Bundan başqa, qədim Romada ölmüş əcdadların ruhlarına pərəstiş kultu və magiya da yayılmışdı. Romalılar ovsun, sehr və cadulara öyrəncəli idilər. Tanrılara tapınma rituallarını, cadugərliyi və başqa adətləri kahinlər icra edirdilər.
Davamı →

Hermetizm

Hermetizm ellinizm dövründə yaranmış dini-fəlsəfi cərəyan olmuşdur. Neoplatonizmin cərəyanı olmasa da, onun yaranmasına təkan verən təlimlərdən biri idi. Bir çox yeni-platonçu filosofların astrologiya, mistika, teurgiya, cadugərliyə meylləri də Hermetizmdən qaynaqlanırdı.

Davamı →

Peripatetizm

Qeyd edildiyi kimi Aristotel Afinada Likeion  adlanan məktəbini yaratmışdır. O məktəbin binasını və yerini öncə bədən tərbiyəsi üzrə oyunlar üçün istifadə edirdilər. Aristotel isə orada dərslər keçirirdi. Likeosun kölgəli bağlarında gəzintiyə çıxarkən Aristotel öz öyrəncilərini fəlsəfəsinin müxtəlif aspektləri ilə tanış edirdi. Ona görə də, Aristotelin bu məktəbi “peripatetik” adlandırılmışdır.

Davamı →

Yeni-platonçuluq

Yeni Akademiya təxminən m. 200 — 529-cu illər arasında fəaliyyət göstərmişdir. Bu da “yeni-platonçuluq” (neoplatonizm) adlanan platonizmin sonuncu, beşinci tarixi mərhələsi hesab olunur. Onu səciyyələndirən xüsusiyyətlərdən biri neoplatonizmin dinə və mistikaya yaxınlaşması olmuşdur.

Davamı →

Apameya məktəbi

Apameya şəhərində yerləşən yeni-platonçuluğun Suriya məktəbinin ən tanınmış nümayəndəsi və yaradıcısı Yamblix (yun. läpflA.ıxoç, təxminən m. 245 — 325) olmuşdur. Yamblixin soyu Suriyanın Xalkida şəhərində n idi. O, Romada təhsil almış, Porfiriusun öyrəncisi olmuş, sonra isə Suriyanın Apameya şəhərində fəlsəfədən dərs demiş, bir sıra kitabların müəllifi kimi tanınmışdır.

Davamı →