Necə proqramçı ola bilərsiniz?

Proqramçılığa başlamaq üçün ilk addım bu sahənin əsasları ilə tanış olmaqdır. Kompüter elmləri alqoritmlər, verilənlər strukturları və proqramlaşdırma prinsipləri ilə tanışlıq proqramçı kimi inkişafınızda əsas təşkil edəcək. Bu mərhələdə Python, JavaScript və Java kimi başlanğıc səviyyəli proqramlaşdırma dillərini öyrənmək lazımdır.


Davamı →

Futbol haqqında 20 maraqlı məlumat

Uzun illərdir, idmanın şahı sayılan futbol dünyanın ən sevilən idman növüdür.Yaşlı-uşaq, qadın fərq etmədən hər kəsin diqqətini və marağını özünə cəzb etməyi bacaran futbol oyunu, tarixi boyunca bir çox maraqlı hadisəyə şahidlik etmişdir. Kayzen.az olaraq, futbol haqqında bir-birindən maraqlı 20 faktı sizlər üçün araşdırıb bir araya topladıq. 


Davamı →

Bİr insanı daha yaxşı tanımaq üçün verə biləcəyiniz 30 sual | Psixoloji suallar

İnsanı daha yaxşı tanımağın əsas yollarından biri məhz ona verəcəyiniz suallardır. Bir insanın düşüncə və xarakteri verdiyi cavablarda gizlidir. Psixoloji suallar ilə insanın həyatdakı dəyərləri, sevdiyi və sevmədiyi şeylər, xarakterinin gizli və qaranlıq tərəfləri barədə ətraflı məlumat toplamış olacaqsız. Bu suallar açıq suallar olduğu üçün uzun və maraqlı bir söhbətin başlanğıcı olacaqdır. Sualları verərkən, qarşı tərəfin bədən dilini analiz etməkdə də fayda var. Çünki, bədən dili, sözlə deyilməyən bir çox şeyi deyir əslində. 


Davamı →

Ölkələrin bayraqları haqqında maraqlı məlumatlar

1. DÜNYADA 4 TƏRƏFİ OLMAYAN TƏK BAYRAQ

Nepal bayrağı kvadrat və ya düzbucaqlı formada deyil. Bu bayraq flama adlanan iki üçbucaqlı formadan ibarətdir.
Ölkələrin bayraqları haqqında maraqlı məlumatlar
Rəsmi olaraq 1962-ci ildə dizayn edilmiş Nepal bayrağı cəsarəti təmsil edən tünd qırmızı fona, sülhü simvolizə edən mavi rəngə malikdir.
Bayraq hər üçbucaqda bir dənə Günəş və Aydan ibarət simvola sahibdir.


Davamı →

Tac Mahal haqqında məlumat | Dünya memarlığının şah əsəri olan sevgi abidəsi

 

Dünyanın 7 möcüzəsindən biri olan Tac Mahal Hindistanın şimalında, Aqra şəhərində yerləşir. Hindistan deyildikdə bir çox insanın ağlına ilk gələn simvolik tikilidir. “Tac sarayı” mənasını verən abidə 73 metr hündürlüyü ilə dünya memarlığının görkəmli nümunələrindən hesab olunur.  Dünyanın ən çox ziyarət edilən tarixi binalarından biri olan Tac Mahal eşqin və əzəmətin simvoludur.

 

 “Dünyada insanlar ikiyə bölünür: Tac Mahalı görənlər və görməyənlər”. 

Edvard Lir (İngilis lordu)

 


Davamı →

Əzələ spazmı nədir ? Əzələ sıxılması səbəbləri və müalicəsi

Əzələ spazmı sinirlər tərəfindən əzələlərə birdən-birə həddindən artıq siqnalların ötürülməsi ilə ortaya çıxan bir haldır. Bunun əsas səbəbi isə beyninin soyuq əzələ kütləsinə bəzi hərəkətləri anidən etməsinə olan tələbkarlığıdır. Normal halda əzələlərin müəyyən hərəkətləri icra edə bilməsi üçün əzələ yağ toxumasının isinməsi və lazımi qədər protein və s. başqa vitaminləri depolaşdırılması gərəklidir. Ən çox ayaqların ön və arxa tərəfində uyuşmalar ilə hiss edilən əzələ spazmı, həmçinin əllərdə, beldə, qarın nahiyəsində də görülə bilir.


Davamı →

Vitiliqo nədir?

Vitiliqo dəriyə düşən ağ ləkələrdir. El arasında bu xəstəliyə «piqment pozuqluğu» da deyilir. Amma piqment pozuqluğu ilə vitiliqo arasında böyük fərq var. O olduqca ciddi bir xəstəlikdir. Vitiliqonun əsl səbəbi hələ də tibb elminə məlum deyil. Amma ilkin mülahizələrə görə, vitiliqonun yaranma səbəbi orqanizmdə melanin hüceyrələrinin itkisidir.


Davamı →

Bilirdinizmi?

Bəzi maraqlı faktlar var ki, bir çoxlarımızın onlar haqqında məlumatı yoxdur.

1. Dünya yarananandan bu günə qədərki hər şeyi 24 saata sığdırmağa çalışsaq, insanlar bu vaxtın sadəcə 1 dəqiqə 17 saniyəsini təşkil edər.

2. Helikoprin adlı köpək balığının 270 milyon öncə yaşadığı düşünülür. Onu qəribə edən özəlliyi isə mişar dişli dairəvi çənəsi olub.

3. Çində ingiliscə danışanların sayı Amerikadakılardan daha çoxdur.

4. Çox məcbur qalmadıqca qar yeməyin. Çünki onu əritmək üçün bədəndə olduqca çox enerji sərf edilir.

5. İnsanlar oksigensiz 3 dəqiqə, susuz 3 gün və yemək yemədən 3 həftə yaşaya bilər.

6. 2011-ci ildə Yaponiyada baş verən 8,9 ballıq zəlzələ nəticəsində günlərin uzunluğu 1,8 mikro saniyə azalıb.


Davamı →

Yallı rəqsi

Xalq rəqslərindən olan yallıların mənşəyi və yaşı dəqiq müəyyənləşdirilməyib. Ən qədim və geniş təsvirinə Qobustan, Gəmiqaya qayaüstü rəsmlərində, daha sonra isə Nizami Gəncəvinin «Xosrov və Şirin» poemasında rast gəlinir. Digər xalqlarda da yallıya bənzər rəqslər mövcuddur. Lakin yallılar türk xalqlarının rəqs sistemi hesab edilir. Bu ad altında onlarca müstəqil rəqs toplanıb, onlar da üç yerə bölünür: yalnız musiqili, musiqili və vokal (səsli), bir də (musiqisiz ifa olunan) dil yallıları. Dil yallıları musiqisiz ifa olunur. Bu yallı növü ən qədim oyun hesab edilir. Çünki bunlar hələ musiqi alətləri icad edilməmişdən əvvəl düşünülmüş oyunlardır.

Davamı →