Kim daha çox ağlayır?

Almaniya alimləri olduqca maraqlı tədqiqat aparıblar. Tədqiqatçılar daha çox kişilərin yoxsa qadınların ağladıqlarını müəyyən etməyə çalışıblar. Araşdırmanın nəticələrinə görə, qadınlar ildə orta hesabla 64, kişilər isə 17 dəfə ağlayır.
Almaniyanın Münhen şəhərinin “Ludviq-Maksimilian” universitetinin göz klinikasında çalışan Elizabet Messmer adlı tədqiqatçı «Der Ophtalmologe» adlı dərgidə apardığı araşdırma ilə bağlı bir sıra maraqlı məlumatlar dərc edib. Araşdırmanın nəticələrinə əsasən, qız və oğlan uşaqlarının 13 yaşına qədər eyni həcmdə ağladıqlarını, daha sonrakı yaşlarda isə kişilərin ildə orta hesabla 6-17, qadınların isə 30-64 dəfə göz yaşı tökdüklərini bildirib.
Açıqlamada, qadınların ağlamasının 6 dəqiqə çəkdiyi, kişilərin isə ən azı 4 dəqiqə gözyaşı axıtdıqları söylənilib. Qadınların ağlamasının uzun, dramatik və ürək yaxan olduğu, özlərini kifayət qədər tapmadıqları, həll edilməz mürəkkəb problemlər qarşısında ya da keçmişi xatırladıqları zaman ağladıqları, kişilərin isə daha çox duyğulu və münasibətlər qurarkən bacarıqsızlığa uğradıqları zaman sel kimi göz yaşı axıtdıqları bildirilir.
Bundan savayı, insanların, ağlamağın daxili sakitlik yaratdığı, ağladıqdan sonra özlərini yaxşı hiss etdikləri, göz yaşları ilə birlikdə vücudlarında olan zəhərli maddələrin xaricə axdığı barədə olan inancların araşdırma zamanı öz təsdiqini tapmadığı ifadə edilib.
 

0 şərh