Bloq haqda
Ginekoloji xəstəliklər,ginekologiya.
Hamilə,zahı,yeni doğmuş qadınlara qulluq,cinsi gigiyena,ginekoloji profilaktika,qadın xəstəlikləri.Hamiləlik və doğuş haqqında
administratorlar (1)
moderatorlar (0)
moderator yoxdurOxucular (23)
nərgiz Aynur Leyla burla xatun Elsamir loğman Tomris Ferro Bella Dr Həkim Arzu Samir012 luminat Zeyneb_Ehmedova fuad784 yravil cahandar lili95 AykaJackson AristotelВсе читатели блога
Hamiləlik və infeksiyalar
Hamiləlik zamanı xəstələndikdə, bu nəinki hamilə qadın üçün, həm də onun gələcək övladı üçün arzuolunmaz haldır. Əgər xəstəlik infeksion mənşəli olarsa, bu hamilə qadın üçün daha təhlükəlidir. İnfeksiyanın dölə necə təsir etməsi hamiləliyin trimestrindən, ananın immun sistemindən və xəstəlik törədən mikroorqanizmin xarakterindən asılıdır.
Əgər hamiləliyin birinci trimestrində (5-6 həftə) baş veribsə, embrionun ölməsi, təbii abortla müşahidə oluna bilər. Əgər hamiləlik davam etsə, döldə orqanların çoxlu sayda inkişaf anomaliyaları meydana çıxacaq. Hamiləliyin ikinci trimestrində (2 həftədən başlayaraq) dölün orqanları formalaşdığından, infeksiya orqanlara ciddi təsir edə bilməsə də, plasentanın infeksiyalaşmasına gətirib çıxarır. Bu da vaxtından qabaq doğuşa səbəb olur.
Ardı
- ?
- 15 may 2012, 23:06
- burla xatun
- şərh əlavə et
40 həftəlik möcüzə
4-cü həftə=1ay.
Embrionun uzunluğu 6mm təşkil edir.
Beyin,onurğa,mərkəzi sinir sistemi formalaşır.Başda 4 çuxur yaranır-bunların ikisi qulaq,ikisi göz yuvalaridir.Bu periodun axırında ürək döyünməyə başlayır…
Ardı
- ?
- 29 aprel 2012, 15:25
- vilhelmina
- şərh əlavə et
Toksikoz hamiləliyin tarixi
Qədim Yunanıstanda toksikoz keçirən qadınlara acıyaraq münasibət bəslənirdi. Qadın üçün rahatlıq və komfort yaradılırdı, o, ev işlərindən azad olunurdu. Təbiblər dəvət olunurdu və onlar pasiyentləri olan qadınlara özlərinin hazırladığı həlimlər və qarışıqlar verirdilər. Onların tərkibinə, adətən, kül və ovularaq toz halına salınmış heyvanların bədən hissələri daxil olurdu. Qədim yunanların fikrincə, bu qarışıqlar dölün kişi kökünü möhkəmləndirir və ona qüvvət verirdi. Hesab olunurdu ki, toksikozlar yalnız oğlana hamilə qalarkən baş verir. Yunanlar elə güman edirdi ki, problemli hamiləlikdən sonra doğulan uşaqlar enerji və güclü xasiyyət ilə fərqlənirlər. Onlardan yaxşı döyüşçü, natiq və dövlət xadimləri alınacağına ümid bəslənirdi.
Ardı
- ?
- 10 mart 2012, 11:44
- burla xatun
- 1
Qeysər kəsiyi
Amerikada aparılmış tədqiqat göstərib ki, qeysər kəsiyi vasitəsilə doğulan körpələrdə həyatlarının birinci ayı ərzində ölmək təhlükəsi az qala 3 dəfə çox olur.
5.7 milyon doğuş hallarının təhlilinə əsaslanan araşdırmanın nəticələri ələxüsus qeysər kəsiyilə doğmağa meylin artması şəraitində narahatedicidir. Məsələn, Britaniyada hər beş körpədən biri bu metodla dünyaya gəlir. Birth jurnalında dərc edilmiş tədqiqata səhhətlərində hər hansı ciddi nöqsan olmayan qadınıar daxil edilib.
Ardı
- ?
- 17 dekabr 2011, 21:48
- Dr Həkim
- şərh əlavə et
Qeysəriyyə əməliyyatı
Hamiləlik — bu, xəstəlik deyil, bəzi həkimlərin fikrinin əksinə olaraq. Lakin buna baxmayaraq, həyatın bu dövrü qadın orqanizminə əlavə tələblər qoyur, hansılar ki, bu periodu daha həssas edir. Doğum prosesi də xəstəlik deyil, adi fizioloji prosesdir, uşağın dünyaya gəlməsi ilə nəticələnir. Amma o, orqanizm üçün böyük stress hesab olunur və bəzən həm anaya, həm də uşağa tibbi yardım tələb edir.
Ardı
Sonsuzluq haqqında miflər
Statistikaya inansaq dünya əhalisinin 20%-ə yaxını bu və ya digər səbəblərə görə sonsuzluqdan əziyyət çəkirlər. Ancaq təəssüf ki, hələ də hamı bu məsələdə rasional düşünmür, müxtəlif fərziyyələrə və hətta xurafata da uyurlar və nəticədə bəzi ciddi problemlər öz həllini tapmaqda çətinlik çəkir. Bu isə əssasız boşanmalara və qalmaqallara rəvac verir. Bəs sonsuzluqda mifləri və həqiqəti ayıran sərhəddi necə tapmaq olar?
Ardı
- ?
- 23 sentyabr 2011, 20:47
- Dr Həkim
- şərh əlavə et
Uşaqlığın mioması
Uşaqlığın mioması — 30 yaşından yuxarı qadınların 20-50%-də rast gəlinən və uşaqlığın əzələ qişasından inkişaf edən xoşxassəli şişdir. Mioma çox vaxt uzunmüddətli və çoxlu qanaxmalarla (aybaşı qanaxmaları kimi) müşayiət olunur və nəticədə də ikincili qanaxma əmələ gətirir. Uşaqlıq miomasının proqressiv inkişafı, anemiyanın inkişafı və menapauza zamanı qanaxmanın olması bədxassəli şişin yaranma riskini artırır.
Miomanın inkişafı çox vaxt hormonal pozğunluqlar nəticəsində meydana çıxır və uşaqlığın əzələ divarında bir ya bir neçə düyünün əmələ gəlməsinə səbəb olur. Düyünlərin ölçüsünü ginekoloqlar həftə ilə ölçürlər. Əksərən, miomaların orta ölçüsü 3 sm-dir, lakin çox böyük ölçülü miomalara da rast gəlinir, məsələn 6-7 aylıq hamiləlik vaxtındakı ölçü qədər. Miomalar tək və çoxsaylı olur, amma hər zaman ölçülərinə görə, bir düyün dominantlıq təşkil edir.
Ardı
Hamiləlikdə düzgün qidalanma
Ardı
- ?
- 23 iyul 2011, 22:50
- Dr Həkim
- şərh əlavə et
Hamiləlik təqvimi
1. Hamiləliyin 1-ci həftəsi
Təxminən 7-ci gün
Adətən hamiləliyin başlanğıcı olaraq, hamilə qalınan gün kimi cinsi əlaqənin olduğu gün deyil, bundan təxminən 14 gün əvvəli yəni son aybaşının ilk günü qəbul edilir. Bu vəziyyətdə aybaşınızın başladığı gün statistik mənada hamiləliyiniz başlandığı gün hesab olunur. Bu şəkildə hesablandığında insanlarda hamiləlik 280 gün yəni 40 həftə davam edir. Ay hesabı etmək qarışıqlığa səbəb ola biləcəyindən siz də hamiləliyinizi izləyərkən həftə olaraq ifadə etməyi öyrənməli və ay hesabını buraxmalısınız.
28 gündə bir aybaşı olan qadın üçün mayalanma zamanı aybaşının başlanğıcından etibarən 14 gün ətrafındadır. Bu günlər zərərli vərdişlərdən imtina etmək üçün ən uyğun dövrdür.
Ardı
- ?
- 25 may 2011, 23:54
- burla xatun
- şərh əlavə et
Hamiləlik zamanı cinsi əlaqə düzgündürmü?
Gəlin görək bu doğrudanda belədirmi? Hamiləlik zamanı cinsi əlaqə körpəyə nə kimi mənfi təsir göstərə bilər?
- Düşük təklükəsi
- Vaxtından əvvəl doğum
- Qanaxma
Bu səbəblərə görə hamiləlik zamanı cinsi əlaqədə həkim nəzarəti önəmlidir.
- ?
- 13 may 2011, 19:42
- fuad784
- şərh əlavə et
