Kesar əməliyyatı (qeysər kəsiyi)

Kesər kəsiyi basıq (boşluq) əməliyyatıdır; bu əməliyyat zamanı uşağı çıxarmaq üçün qarın divarı və uşaqlıq yolu yarılır. Əməliyyat epidural anesteziyanın təsiri altında keçirilir; bu anesteziyanın təsiri ilə uşaq həyata gətirən qadının bədəninin aşağı hissəsinin hissiyyatı itir. Belə anesteziya ağrı hissiyyatlarını effektiv aradan qaldırır, həkimlərin təminatı ilə praktiki olaraq uşağa heç bir xələl yetirilmir. Epidural anesteziyanın (arterial təzyiqin qəflətən düşməsi) aparılması zamanı başlıca təhlükə kollapsın baş verməsi ehtimalıdır. Lakin yanınızda savadlı mütəxəssis varsa bu cür kənar effekt təhlükəli deyil. Epidural anesteziyanın düzgün aparılmamasının aşağı ətraflarda iflic olmasına səbəb olması və s. kimi bir çox müxtəlif qorxulu şayiələr vardır. Amma həkimlər bu cür hekayələrə xüsusi diqqət verməməyi tövsiyyə edirlər, əsas odur ki, sizinlə peşəkar həkim məşğul olsun.

Kesər kəsiyi necə aparılır?

Əvvəlcə qarın divarı ya orta xətt boyunca, ya da qasığın yuxarısında eninə istiqmətində kəsilir. İkinci vasitə daha yaxşı kosmetik effekt verdiyindən o, hazırda tez-tez tətbiq edilir və ondan sonra nadir hallarda ağırlaşma halları baş verir.

Yırtılma prosesindən sonra uşağı ehmalca əllə və ya alətlərin köməyi ilə — maşa və ya vakuum-ekstraktorla çıxardırlar. Qan itirmə riskini azaltmaq məqsədilə uşaqlıq yoluna uşaqlıq yolunu daraldan vasitə daxil edirlər. Uşaqlıq yolunun əllə yoxlanmasından və döllük yumurtanın kənarlaşdırılmasından sonra uşaqlıq yolunu tikirlər, daha sonra peritona, qarın əzələsinə və dəriyə tikiş qoyurlar. Qanaxmanı dayandırmaq üçün, əməliyyatdan sonra iki saat yarım ərzində qarına buzla dolu kisəcik qoyurlar.

Doğuşdan sonrakı ilk həftələr ərzində zahı xüsusi doğuşdan sonrakı palatada qalmalıdır. Bu zaman ərzində ona həkim-anestezioloq nəzarət edir.

Əməliyyatdan sonrakı ilk həftələrdə yalnız limon şirəli su içməyə icazə verilir. Yemək əvəzinə vena daxilinə damcısayan vasitəsilə qida qarışıqları yeridilir.

Növbəti sutkalarda artıq yeni ana olmuş qadına toyuq bulyonu, şəkərsiz meyvə şərbəti içmək; ətçəkən maşınından keçirilmiş və qaynadılmış ət, sıyıq və yağsız kəsmik yemək olar. Adi qida rasionuna isə yalnız dördüncü-beşinci həftələrdə qayıtmaq olar.

Kesər kəsiyindən iki-üç sutka sonra oturmaq və minimal məsafəyə hərəkət etmək mümkündür. Bununla yanaşı, həftə ərzində hər gün tikişi təmizləmək və sarğını dəyişmək lazımdır.
Amma hazırda lazer üsullu tikiş deyilən bir prosesdən də istifadə edilir ki,bu zaman tikişdə istifadə edilən ipləri sökməyə ehtiyac qalmır,iplər orqanizm tərəfindən tədricən udulur.
Qadın doğum evindən yeddinci-onuncu sutkadan sonra hər hansı ağırlaşma halları baş vermədikdə xaric edilir.
Kesər kəsiyindən sonra növbəti hamiləliyi iki ildən sonra planlaşdırmaq daha məsləhətlidir. Bu zaman ərzində orqanizm əvvəlki hamiləlikdən və aparılmış əməliyyatdan sonra bərpa olunmağa müvəffəq ola bilər.

Kesər kəsiyi ilə bağlı yanlış fikirlər:

*qadın üçün doğuşdan sonrakı normal cinsi həyatı üçün adi doğuşda olduğu kimi problem yaratmır. Yəni vaginal doğuş zamanı uşaqlıq yollarının enlənməsi ucbatından onunla cinsi əlaqə zamanı partnyorunu təmin edə bilməyəcəyindən ehtiyatlanır.
*körpənin uşaqlıq yolundan keçərkən, zədələnməsi ehtimalını heçə endirərək, onun sağlam dünyaya gəlməsinə daha çox təminat verir
*yaşı artıq 27 – ni keçmiş anaların artıq təbii doğuş həyata keçirmək iqtidarında olmaması haqda təsəvvürləri dəstəkləyir
*bu əməliyyat zamanı qadın adi doğuşda olduğu kimi qanaxma risqindən sığortalanıb və s.

Kesər kəsiyi əməliyyatının müsbət və mənfi cəhətləri:

Bütün əməliyyatlar kimi, Kesər kəsiyi əməliyyatının da müsbət və mənfi cəhətləri var. Şübhəsiz, Kesər kəsiyinin ən əsas üstünlüyü – uşağın və ananın həyatları təhlükədə olduğu təqdirdə uşağın doğumudur.
Kesər kəsiyi ilə təbii yolla doğuş arasında seçim olduğu təqdirdə, nəyin yaxşı, nəyin pis olması barədə fikir yürütmək olar.
Tez-tez eşidirik ki, Kesər kəsiyi yolu ilə doğuş etmək tez və ağrısızdır – doğum edən qadın və uşaq doğuş əziyyətlərindən yayınır və buna görə də Kesər kəsiyi əməliyyatına üstünlük verilməlidir. Əlbəttə, əməliyyat ağrısız aparılır. Ancaq əməliyyatdan sonrakı ağrı adi doğuşdan sonrakı ağrıya nisbətən daha ağır və daha uzun müddətli ola bilir.
Doğuşun tezliyinə gəlincə isə, vəziyyət yenə eynidir. Təbii doğuşa nisbətən əməliyyata daha az vaxt sərf olunur. Ancaq ondan sonrakı məhdudiyyətlərin vaxtı daha çoxdur. Narkozdan ayılma, qarındakı yaraların sağalması, qanaxmadan sonrakı bərpa olunma, infeksion ağırlaşma ehtimalının yüksək olması, südün əmələ gəlməsi ilə bağlı problemlər, hərəkətdə məhdudiyyətlər, uşağın qaldırılmasına qadağa, o ağladığı zaman qucağa götürülməməsi – bütün bunlar Kesər kəsiyi əməliyyatından sonra qadının həyatını mürəkkəbləşdirir.
Əməliyyatın mənfi cəhətlərindən biri də doğum edən qadının psixoloji vəziyyəti ilə bağlıdır. Bu isə, hormonal problemlərlə izah olunur. Orqanizm doğumun olması barədə siqnal almır, bununla da natamamlıq, baş verənlərin yanlışlığı hissi yaranır. Təbii doğuşdan fərqli olaraq, əməliyyatdan sonra əgər qadın uşağı əmizdirmirsə uşaqlığın yığılması elə də intensiv olmur.
*Bu əməliyyatlar zamanı analar arasında ölüm faizi dünya statistikasına görə 1/2500-ə təşkil edirsə, vaginal doğuş zamanı bu rəqəm 1/10000-ə qədər, yəni 4 dəfə azdır.
*körpənin bu əməliyyatlar zamanı sağ qalması ehtimalının daha yüksək olması yayılmış fikirlərə rəğmən, bu sahədə aparılan tədqiqatlar «qeysəriyyə körpələrinin» adi doğuşda olduğuna nisbətən ölüm faizinin bəzi ölkələr üzrə 70 faizə çatdığı qənaətindədirlər.
*ümumdünya göstəricilərinə görə, Anqar şkalası üzrə qeysəriyyə «körpələrinin» təbii yolla dünyaya gələn körpələrə nisbətən daha az bal alması faktı mövcuddur. Burada bu körpələrin sərbəst həyata «dözümsüzlüyü»kimi onların cərrahi müdaxilə zamanı əlavə stress alması amili əsas gətirilir.
*körpənin vaxtından əvvəl dünyaya gəlməsi (planlaşdırılmış doğuş tarixi zamanı) və deməli bəzi fəsadların üzə çıxması ehtimalı daha böyükdür.
*cərrahi müdaxilə zamanı ananın orqanizminə infeksiya ötürülməsi faizi də vaginal doğuşda olduğundan yüksəkdir.
*qeysəriyyə əməliyyatı zamanı mütləq tətbiq edilən anesteziyanın ana və körpənin orqanizminə mənfi təsir göstərə bilməsi ehtimalı kifayət qədər böyükdür. Bu isə sonradan ciddi nevroloji problemlər yarada bilər.
*körpələrin dölyanı sudan azad olaraq, qəfil açıq hava mühitinə düşməsi nəticəsində onlarda tənəffüs yolları ilə bağlı xəstəliklərin yaranması risqi var. Bu faktorla keysəriyyə yolu ilə dünyaya gələn südəmər uşaqlarda kəllədaxili təzyiqin yüksək olması hallarının daha çox rast gəlinməsini də izah etmək olar.
*Qeysəriyyə əməliyyatına məruz qalan uşaqların allergik xəstəliklərə vaginal doğuş nəticəsində doğulan körpələrə nisbətən 2 dəfə çox həssas olmaları, habelə bağırsaq mikroblorasının daha çox problemliliyi faktını üzə çıxarıb.

Yalnız zərurət yarandıqda Kesər kəsiyi əməliyyatı – ana və uşaq üçün xilaskar metod ola bilər. Lakin həm ana, həm də uşaq üçün təbii doğuş daha üstündür.

6 şərh

bloqçu
Təbii doğuş bu daha üstündür. Düz deyirsiniz ancaq xailaskar metod kimi bundan istifadə olunması məsləhətdir, amma, indi o qədə qızlar var ki, təbii doğuşun sancılarından qorxduqları üçün bu yola əl atırlar.

Amma, məncə övladın doğuş sancısını yaşamaq — şərəfdir, xoşbəxtlikdir.
Dior
Ay Allah videoya baxdım birtəhər oldum(((
mr13
Belə rəvayət var ki, Sezar belə dünyaya gəldiyi üçün belə adlanır.
Westsider
Əgər təbii doğuş Kesar əməliyyatından təhlükəlidirsə, hər halda ikinci yolu seçmək lazımdır. Üstəlik Kesar əməliyyatına icazə verildikdən sonra dünyada doğum zamanı uşaq ölümü dəfələrlə aşağı düşmüşdür.
Magical
Herkese salam. Bunu xanimlarin yeni qurbana cevirilmemesi ucun deyirem. Harda keyzer emeliyyati olsanizda Sirvan seherinde keyzer emeliyyatina getmemeyiniz meslehetdir cunku orada Qalina adli cerrah qadinlarimizi emeliyyatdan sonra ikinci defe ana ola bilmemek ucun elinden geleni edir yeni ana olmaq ucun lazimi orqanlari hell (omurluk bedende qalan) olunmayan iple (sapla) tikir. Sikayetler cox coxdu bilmeyenlercun yazdim.
Zezeummi
Salam qizlar men kesr oldum 4 ay bundan əvvəl Rusiyada indi ıstiyirem ozum doğmaq nece il gozlemeliyem?Azərbaycanda belə sey mumkundur? (Baki ve ya Sumqayıtda)