Doğuş ağrılarını azaldan üsul

Mantuya şəhərinin (İtaliya) doğuş evlərindən birində çox orijinal eksperiment aparılıb. Xarici KİV-lərin məlumatına görə, alimlər doğuş zamanı ağrıları azaltmaq üçün yeni üsul axtardıqda belə nəticəyə gəliblər ki, mahnı oxumaq doğuş ağrılarının xeyli azalmasına kömək edir.

Mütəxəssislər qadınlara doğuş sancıları zamanı qışqırmağı deyil, mahnı oxumağı tövsiyə ediblər. Eksperiment müsbət nəticələr verib və qadınlar ağrıların həqiqətən azalmasını qeyd ediblər.

Mahnı oxuyan insanın bədənində endorfin (xoşbəxtlik hormonu) hormonlarının səviyyəsi artır ki, bu da ağrıları azaldır və sakitləşməyə kömək edir. Həmçinin mahnı oxumaq əzələləri boşaltmağa kömək edir ki, bu doğuş prosesini asanlaşdırır.

Bundan əvvəl keçirilmiş eksperimentlər göstərib ki, uşağı daha tez sakitləşdirməyin ən tez üsulu ona mahnı oxumaqdır.
loading...
 

0 şərh