Hamilə qadınların sualları

Çox vaxt hamilə qadınları aşağıdakı suallar narahat edir:

  • Gələcək uşağın nə dərəcədə sağlam olacağını əvvəlcədən müəyyən etmək olarmı?
  • Uşağın sağlamlığına təsir edən patologiyalar hansılardır?
  • Irsiyyətin nəzəri cəhətdən təyin olunması nə qədər həqiqətə uyğundur?

Bütün bu suallara tam cavab almaq üçün tibbi-genetik məsləhətdən keçmək lazımdır. Bu məsləhətin məqsədi – dünyaya yeni insan övladı gətirməyi planlaşdıran ailə üzvlərini əvvəlcədən gələcək körpənin nə dərəcədə sağlam və ya nə dərəcədə xəstə ola biləcəyini aydınlaşdırmaqdır.
Hazırda Mendel qanunları ilə nəsildən – nəslə ötürülən xəstəliklərin sayı bir neçə minə çatır. Hər il də yeni – yeni xəstəliklər kəşf olunur. Bu səbəbdən kiminsə orqanizmində bütün bu xəstəlikləri kodlaşdıran genlərin müəyyənləşdirilməsi hətta nəzəri olaraq, belə mümkün deyil. Ona görə də genetika ilə məşğul olan alim, sanki mümkün ola bilən halları seçir. Lakin, buna baxmayaraq, mümkün risk dərəcəsini az – cox bilmək planlaşdırılan hamiləlik üçün, dölün inkişaf səviyyəsini və genotipini aydınlaşdırmaq üçün vacibdir. Genetikada “ümumi populyasiya risqi” kimi bir anlayış var. Həkim – genetik məsləhət zamanı Sizə verə biləcəyi ən ətraflı məlumat bundan ibarət olacaq. Irsi xəstəlikləri olmayan və sağlamlıq vəziyyəti adi olan ailə cutlərinin orta rəqəmini ifadə edən sayda ailələrdə anadangəlmə və ya irsi patologiyaların yaranma risqi mövcuddur. Ümumi populysiya risqinin faizi 5%-dən yuxarı deyil.
Tibbi – genetik məsləhət zamanı istifadə olunan ikinci anlayış – risqin qiymətidir. Risq faizinin böyüklüyündən asılı olmayaraq, onun qiyməti dəyişik ola bilər.
Bir bənzətmə ilə aydınlaşdırmağa çalışaq. Məsələn, Sizin elektrik qatarına gecikmə gümanınızın faizlə ifadəsi 5%-dir. Bu çox kiçik faizdir, həm də bu hadisənin əhəmiyyəti həyat üçün o qədər də böyük deyil. Deməli həm risq faizi, həm də onun qiyməti yüksək deyil. Lakin Sizin uçacağınız təyyarənin qəzaya uğrama risqi 5% olarsa, bu o qədər də kiçik rəqəm deyil, həmçinin, bu hədisənin həyat üçün təhlükəsi böyük olduğu üçün, risqin qiyməti də yüksəlir. Eyni şəkildə genetik xəstəliklərin də yaranma risqinin və bu risqin qiymətinin nisbətini müəyyən etmək olar.
Yaxşı olardı ki, həkim-genetiklə görüşərkən, Sizin aşağıdakı bilgiləriniz olsun. Bu, məsləhətin daha məhsuldar keçməsinə kömək edə bilər:

  • Qan qohumlarınızın sayı. Valideynlərinizdən və nənə, babalarınızdan neçə nəfər bacı və qardaşlarının, dayı və xalalarının, dayı usaqları, xala uşaqlarının, əmiqızı və əmi oğlanlarının olmasını soruşun. Bu məlumat həm gələcək ananın, həm də gələcək atanın qohumları barədə olmalıdır. Nəsildə olan nə qədər çox qohum əhatə olunarsa, irsiyyətinizinin genetik qiymətləndirilməsi daha dəqiq olar.
  • Yuxarıda adları çəkilən qohumlardan hər hansında sonsuzluq, ölü uşağın doğulması, 3-dən artıq uşaq düşürmələr, uşaqlarda erkən ölüm, istənilən səbəbdən yaranan əlillik, ağıldan kəmlik, anadangəlmə eybəcərliklər, psixi xəstəliklər və s.
  • Tibbi sənədləriniz: poliklinikada olan dispanser müşahidə kartı, xəstəxanada yatmısınızsa, xəstəlik tatixindən çıxarılış, arayışlar, mütəxəssislərin verdiyi müayinə nəticələri və s. Bütün bunlar genetik məsləhətin daha obyektiv keçməsinə kömək edəcək.

Siqaret çəkmə, alkohol, dərmanlar və kofein

Hamiləlik dövründə siqaret çəkmə, alkohollu içkilərin qəbulu, dərman və kofein tipli maddələrin qəbulu məhdudlaşdırılmalıdır. Ilk növbədə bu siqaret çəkəməyə aiddir. Siqaret çəkən qadınlar öz körpələrini təhlükələrə məruz qoyurlar. Bundan başqa, əgər hamiləlik zamanı hər hansı bir hadisə baş verərsə, belə qadınlar özlərini təqsirkar bilirlər. Siqaret körpə üçün böyük risqdir, dölün inkişafı ləngiyir, düşük və hamiləliyin donması təhlükəsi yaranır.
Alkoholun istifadə olunmasının zərəri siqaret çəkmə qədər müəyyən deyil, lakin bu maddənin hansı miqdarda qəbul oluna bilməsi də sual altındadır. Iakin alkoholun qəbul olunmasının da nəticəsi hamiləliyin donması, düşük, dölün inkişafının zəifləməsi, anadangəlmə eybəcərliklər və uşaqda davranış pozulmaları ola bilər.
Siz həftədə bir dəfə təqribən bir badə zəif çaxır içə bilərsiniz. Lakin bu az miqdar tez-tez təkrar olunarsa, bunun dölə ziyanı ola bilər.
Dərman maddələrinin qəbulu da həmçinin, əks göstərişlər siyahısına daxildir. Bir neçə faktorun mənfi təsiri dəqiq olaraq müəyyənləşdirilmişdir, bunlara məxmərək xəstəliyi, dərman maddələrindən talomid və radioaktiv şüalanma aidir. Bütün digər faktor və maddələr də şübhə altındadır. Ona görə də mütləq müraciət etdiyiniz bütün həkimlərə hamilə olduğunuzu söyləməlisiniz. Əgər artıq hər hansı bir dərman maddəsini qəbul edirsinizsə, bu barədə də həkiminizə deməlisiniz, çünki, bəzi maddələrin kombinasiyaları da mənfi təsir göstərə bilər.
Bir sıra maddələr var ki, onlar təhlükəli sayılmasalar da, dölə təsir edə bilərlər. Bu maddələrin başında kofein durur. Gün ərzində qəbul etdiyiniz 8 və daha artıq fincan qəhvə və ya çay, koka-kola düşük təhlükəsi və döldə normadan kənar halların yaranmasına səbəb ola bilər.

Hamiləlik zamani iş

Bir çox hallarda hamiləlik zamanı işi dayandırmağa ehtiyac yoxdur. Halbuki, zəhərli maddələrlə, zərərli faktorlarla əlaqədar olan iş şəraitində hamilə qadınlar çalışmamalıdırlar. Digər hallarda isə hamilə qadının çalışması onun ancaq xeyrinə ola bilər.
Əvvala, iş Sizin aktivliyinizi təmin edəcək, ikincisi, hamiləlik zamanı yarana bilən eqosentrik özünəqapanma hallarının yaranmasının qarşısını alır, ücüncüsü isə, ictimai sosial mənəvi dəstək almaq imkanı yaradır.
Əgər hər şey qaydasında olarsa, işi tam doğuşa qədər davam etdirmək olar. Hamiləliyin ilk aylarında yaranan yorğunluq hissinə baxmayaraq, işi dayandırmaq üçün heç bir real səbəb yoxdur.
Tibbi nöqteyi-nəzərdən işi davam etdirmək sağlamlıq vəziyyətindən və iş növündən və qadının bacarığından asılıdır.

Diqqət, qarın!

Hamiləlik zamanı əsas diqqəti qarın cəlb. Uşaq gün-gündən böyüyür və get-gedə rahatlıq üçün ona daha çox ərazi tələb olunur. Lakin onun üçün rahat beşik hesab olunan qarın anaya bir çox naraharlıqlar yaradır.
Hamiləliyin sakit keçməsi üçün bir sıra qaydalara əməl etmək lazımdır.
Qarın nahiyyəsinin dərisində yaranan dartılmalar və ya striyalar köndələn və qırmızı rəngdə olur. Bir qayda olaraq, onlar hamiləliyin son aylarında yaranır. Doğuşdan sonra onlar ağ-gümüşü rəngə çalır və bir qədər qısalır.
Deyilənə görə bu striyaların qarşısını almaq üçün bir sıra metodlar mövcuddur. Lakin onların heç biri yüz faiz müsbət nəticə vermir. Bir sıra krem və losyonların tətbiqi də kömək eləmir, çünki, bu striyaların yaranması da hormonal dəyişikliklərlə əlaqədardır və onların yaranması genetik hesab olunur. Odur ki, bəzi adamlarda striyalar tez bir zamanda sürətlə artır, digərlərində isə çox az hiss olunur.
Bəzi həkimlər öz təcrübələrinə arxalanaraq, bədən çəkisini azaltmaqla striyaların əmələ gəlməsinin qarşısını almaq mümkün olduğunu iddia edirlər. Həmçinin tərkibində meyvə turşuları olan qidalandırıcı kremlərdən istifadə qadınlarda striyalar yaransa da, dəri doğuşdan sonra daha tez bərpa olunur. Belə kremləri göbəkətrafı, qasıq və bədənin yan tərəflərinə sürtmək lazındır. Yüngül massac edərək dəriyə yeritdiyiniz krem, buynuzlaşmış hüceyrələrin kənar edilməsinə, yeni hüceyrələrin daha tez yaranmasına kömək edir. Kremlər dəriyə təsir edərək, onun turqorunu yüksəldir, dərinin oksigenlə təchizatını yaxşılaşdırır, qan dövranını gücləndirir. Belə massac hər gün 5-10 dəqiqə müddətində, xüsusi ilə son aylarda aprılmalıdır.
Çox vaxt hamiləlik zamanı dəridə piqment ləkələri yaranır, çalışın günün altında olmayın, dərinizi xiyar və cəfəri losyonu ilə silin.
Əgər qarın nahiyyəsində tük örtüyü artmışdırsa, qoy bu Sizi qorxutmasın. Bu ancaq Sizin körpənizin böyüməsini göstərən bir əlamətdir: onun böyrəküstü vəziləri androgenlər – kişi cinsi hormonları ifraz etməyə başlamışdır. Bu tükləri kənar etmək üçün elektrodepilyasiya və mumla depilyasiya tətbiq etməyin, çünki, bu qarında ağrı və vəziyyətin ağırlaşmasına səbəb ola bilər. Krem-depilyatorlardan, 3%-li hidrogen – peroksiddən istifadə edə bilərsiniz.
Yaddan çıxarmayın ki, geyindiyiniz paltarlar rahat olmalıdır. Indi xüsusi dükanlarda bütün tələblərə cavab verən xüsusi geyimlər ala bilərsiniz.
Çalışın kəmər taxmayın, yubka və şalvarınız çəkməli olsun, sarafan və kombinezonlar da Sizin üçün rahat olacaq. Xüsusi corablar geyinin, korset və qrasiyalardan imtina edin.

0 şərh