Рейтинг
+70.55

ginekologiya

56 üzv, 230 topik

"Fransız Bordeli" sindromu

İlk dəfə bu barədə tədqiqatçı alim Marta Makklinton demişdir. Tələbəlik illərində laboratoriya dərslərinin birində “Niyə dişi siçanların ovulyasiya dövrlərində sinxronlaşma gedir” kimi mövzular müzakirə olunurdu. Və o, birdən: Bəs siz bilirsinizmi qadınlarda da bu belədir deyir. Lakin ona heç kim inanmır. O isə bunu araşdırmağa başlayır.


Davamı →

Süni mayalanmadan öncə diaqnoz

"Əməliyyatdan öncə genetik diaqnoz" ( Preimplatation Genetic Diagnosis) süni mayalanmanın tətbiqi əsasında embrionun ana rəhminə yerləşdirilməzdən əvvəl (implantasyon əvvəli) genetik olaraq bəzi xəstəliklərin varlığını araşdırmaq lazımdır. Süni mayalanmanın tətbiqində döllənmə ilə embrion əldə edildikdən 2 gün sonra bu embriondan bir və ya iki hüceyrə alınır və genetik -xromosom araşdırması aparılır.

Davamı →

Hamiləlikdə baş ağrısı və miqren

Miqren kimi baş ağrıları stress və gərginlikdən yaranan baş ağrısından çox fərqlidir. Miqren ağrılarının səbəbkarı beyində genişlənən damarlardır. Bəzi hormonların təsirinə görə qadınlarda miqren ağrıları kişilərə nisbətən daha çox rast gəlinir. Miqren ağrılarının davamiyyəti hamiləlikdə dəyişkən olur. Əvvəlcədən diaqnozu qoyulmuş miqren xəstəliyindən əziyyət çəkirsinizsə, bu, hamiləlik zamanı da davam edəcəkdir. Lakin miqren ağrısı hamiləlikdə ya daha güclü və tez-tez rast gəlinə bilər, ya da tamamilə sakitləşə və nadir hallarda ola bilər. Hamiləliyin ilk üç ayında miqren ağrısından əziyyət çəkməyiniz normaldır.

Hamiləlik zamanı miqren

Davamı →

Hamiləlikdə diş ağrısı

Hamiləlik dövründə xalq arasında geniş yayılmış olan qanunun əksinə diş ağrısı həll edilməz deyil. Diş həkiminiz 2-ci trimesterdə kanal müalicəsindən diş əti qanamalarına qədər bir çox vəziyyətə müdaxilə edə bilər.

Hamiləlik dövründə artan ostrogen və progesteron səviyyələri səbəbiylə dişlər üzərindəki bakteriya və diş daşlarının artdığını və hamiləlik dövründə bu daşlar dişlərdən təmizlənməzsə dişlərdə qızarma, şişmə və qanaxma görülə bilər. Diş ətindəki qanamaya görə ana namizədlərinin dişlərini fırçalamaqdan çəkindiyini və bu səbəblə də bakteriyanın çox asanlıqla yarandığını müşahidə etmək olar.


Davamı →

4D ultrasəs nə işə yarayır?

4 ölçülü ultrasəs ilə ətraflı görüntülər əldə etmək mümkündür. Körpənin inkişafını təqib etmək və cinsiyyətini öyrənmək üçün ultrasəs əhəmiyyətlidir. Bununla yanaşı yeni çıxan 4 ölçülü ultrasəs aparatları ilə körpəni ətraflı bir şəkildə görmək mümkündür. Radiologiya Mütəxəssisi Dr. Rəngin Türkgüler, 4 ölçülü ultrasəs haqqında ətraflı məlumat verir: 4D ultrasəs ilə hamiləliyin 11 -13 və 18- 22-ci həftələrində ətraflı yoxlanış aparmaq olar. Ultrasəs yüksək tezlikli səs dalğalarından ibarətdir və yoxlanış vaxtı körpəyə ya da anaya zərər vermir. Hamiləlikdə birinci sual körpənin sağlam olub olmadığı ikinci sual cinsiyyəti, üçüncü sual körpənin kimə oxşayacağıdır. 4D ultrasəs ilə bu üç suala da cavab verilə bilər. 4D ultrasəs 2D ultrasəsin apardığı yoxlanışa dəstək verərək körpənin kimə oxşayacağını təyin edə bilir. 4 ölçülü ultrasəs üçün amniotic mayesi çox əhəmiyyətlidir.

Davamı →

Ana südü və oksitosin hormonu

Ana südündə yeni doğulmuş körpənin hər ehtiyacını təmin edən maddələr var. Habelə, körpənin inkişaf mərhələlərində dəyişən ehtiyaclarına uyğun olaraq ana südünün tərkibi də dəyişir. Elm adamlarının laboratoriyada belə hazırlaya bilmədiyi ana südünü ananın döşündəki bəzi hüceyrələr hazırlayır. Bu hüceyrələrdə ana südünün bənzərsiz formulu var və nə vaxt hazırlamağa başlayacaqlarını, hazırladıqları maddənin tərkibini nə vaxt dəyişdirməli olduqlarını bilirlər.

Davamı →

Hamiləlikdən qorunma üsulları

Arzu olunmayan hamiləliklərin qarşısını almaq üçün tətbiq olunan metodlar kontrasepsiya adlanır. Kontrasepsiyanın əsas məqsədi yumurta hüceyrə ilə spermatozoidlərin birləşməsinin qarşısını almaq, həmçinin artıq döllənmiş yumurtanın uşaqlığa birləşməsinə mane olmaqdır. Müasir tibb hamilə qalmaq üçün bir çox effektiv metodlar təklif edir. Bunlar arasında həm qadınlar, həm də kişilər üçün fərqli yollar var.


Davamı →

Abort qərarı verərkən nələri bilməliyik?

Hamiləliyin necənci həftəsinə qədər abort etmək olar?

Abortu 12 həftəyə qədər etmək olar (buna erkən abort deyilir), amma təcrübə göstərir ki, dölü uşaqlıqdan 22 həftəyə qədər uğurla xaric etmək olar və bu ən son müddətdir (belə abort gecikmiş adlanır).Erkən və gecikmiş abortların fərqi ondadır ki, qadın birinci halda bu qərarı sərbəst qəbul edə bilər və heç kəs ona mane ola bilməz, ikinci hala gəldikdə isə, bu, ağır və təhlükəli müdaxilədir. Bu zaman hamiləliyin süni pozulması üçün komissiya yaradılır. Bütün sənədlərə, analizlərə baxıb hamiləliyin pozulma səbələri ilə tanış olduqdan sonra, komissiya abort haqqında qərar verir. Bu onunla əlaqədardı ki, gecikmiş dövrdə hamiləliyin pozulması, hər şeydən əvvəl vaxtından qabaq doğuşdur, hansından sonrakı uşaq ölür. Adətən abort, döl normal inkişaf etmədikdə və ya həyat qabiliyyəti olmadıqda aparılır.Həmçinin aborta gecikmiş mərhələdə müxtəlif sosial səbəblərdən (tək ana, yaşayış yerinin olmaması, çoxuşaqlı ailə, zorlanma, işsizlik) icazə verilə bilər. Dəqiqini desək, hamiləliyi həm tibbi, həm də sosial səbəblərə görə pozmaq olar.Bəzən qadınlar xalq təbabəti üsullarından istifadə edə bilər. Lakin bu çox təhlükəli ola bilər. Beləki, xalq təbabəti vasitələrilə abort həmişə müsbət nəticə vermir və bu da təəccüblü deyil.
Məsələn,

Davamı →

Menstruasiyanın gecikməsinin səbəbləri

Ginekoloqun qəbulunda ən çox rast gəlinən şikayətlərdən biri aybaşıların gecikməsidir. Baxmayaraq ki, gecikmə hamiləliyin aşkar simptomudur, menstruasiyanın olmaması başqa hallarla da əlaqəli ola bilər. Bu məqaləmizdə menstruasiya gecikməsinin ən çox yayılmış səbəblərini göstərəcəyik. Amma ilk növbədə gəlin ən əsas sualı cavablayar. 
Menstruasiya neçə gün gecikə bilər?


Davamı →

Qadın sonsuzluğu

Qadın sonsuzluğunun növləri və səbəbləri

Sonsuzluq bütün dünyada evli cütlüklərin 15 %-ə qədərinin rastlaşdığı problemdir. Qadın reproduktiv sistemi kişi orqanizminə nisbətən mürəkkəb olduğu üçün sonsuz nikahda 60% hallarda səbəb qadın tərəfdən olan problemlərdir. Belə hallarda qadın sonsuzluğundan söhbət gedir ki, bu da qadın orqanizmində olan bir sıra xəstəliklərlə əlaqədardır.

Qadın sonsuzluğunun növləri:


Davamı →