Zefir
1kq şəkər
2,5 x.q jelatin
1 x.q limon sirkəsi
1ç/q vanil
1ç/q soda
Hazırlama qaydası:Jelatini 100ml qaynanmış soyuq suda 2 saat saxla. Eyni zamanda 200ml soyuq qaynanmış suda 2 saat saxla, sonra odun üzərində 7-8 dəqiqə qarışdıraraq qaynat və götür. Jelatini əlavə edib 10 dəqiqə mikserdə qarışdır(mikserin sürəti çox olmamaqla). Limon sirkəsini əlavə edib 5 dəqiqə qarışdır. Məhlulu 10 dəqiqə kənarda saxla. Qaba «düzüb» 3-4 saat soyuducuda (dondurucuda) saxla.
- ?
- 12 may 2012, 09:49
- qurman
- şərh əlavə et
Arqo deyimlər-3
Canı yanan, cırt osturan çıxıb
-süni canıyananlıq edən adam haqqında
Cavanlıqda da bir pox deyildi
-bacarıqsızlılığını yaşlılıqla bağlayan adama deyilər
-Molla Nəsrəddin bir gün arxı hoppananda suya düşər, yanındakılara «eh, cavanlıq, cavanlıq» deyər, sonra ürəyində özü-özünə «heç cavanlıqda da bir pox deyildim » deyər
Çox yeyən pox yeyər
-tamahkar insan sonunda ziyanını çəkər
Ardı
- ?
- 11 may 2012, 18:11
- E1000
- şərh əlavə et
Arqo deyimlər-2
Başı aşağı, s.ki yuxarı
-zahirən özünü utancaq (başıaşağı) göstərən düşkün, yaramaz insanlar haqqında
Bablı babın tapar, osturaq qabın
-taylı tayım tapar, hətta ən pislər də öz layiqlilərini
Başqasının götü ilə osturmaq
-başqasının imkanları hesabına təkəbbür satmaq, öyünmək
Baxdığım üzə sıçmaram, sıçdığım üzə baxmaram
-münasibət məsələlərində qətiyyətli olmaq, təqribən: sevdiyim insandan küsmərəm, küsdüyüm insanla barışmaram
Ardı
- ?
- 11 may 2012, 18:11
- E1000
- şərh əlavə et
Məşğulluğun və işədüzəltmənin təmin edilməsi
Azərbaycan Respublikası ərazisində vətəndaşların əməklə bağlı hüquqlarının həyata keçirilməsinin təmin edilməsi və məşğulluq problemlərinin nizama salınmasında «Məşğulluq haqqında» Azərbaycan Respublikasının 2 iyul 2001-ci il tarixli qanunu mühüm əhəmiyyət kəsb edir. Lakin məşğulluq haqqında Azərbaycan Respublikası qanunvericiliyi yalnız bu qanundan deyil, həmçinin, Respublika Konstitusiyasından, Əmək Məcəlləsindən, digər müvafiq normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
Məşğulluq haqqında respublika qanunvericiliyi əmək bazarında işçi qüvvəsinə olan tələb və təklifi tarazlaşdırmaq siyasətini həyata keçirir. O, vətəndaşların hüquqi müdafiəsinin güclənməsinə və müəssisələrin lazımi kadrlarla təmin olunmasına kömək edir.
Ardı
- ?
- 11 may 2012, 10:23
- Ferro
- şərh əlavə et
Samitlərin karlaşması və cingiltiləşməsi qanunu
Türk dilində sözün sonunda cingiltili samitlərdən «b», «c», «d», «g» işlədilmir. Onların yerinə həmin samitlərin kar qarşılıqları «p», "ç", «t», «k» işlədilir. Alınma sözlər də əsasən bu qanuna tabedir. Məs.:
dolap; ağaç; kitap; ilaç; sokak; balık; dört; dert; çelik (polad), soluk (nəfəs).
Haqqında bəhs edilən cingiltili samitlərin karlaşması dilimizdə də var, lakin Azərbaycan dilində bu, orfoepik hadisədir, yəni yalnız tələffüzlə bağlıdır. Türk dilində isə orfoepik hadisə olmaqla yanaşı, həm də orfoqrafiyada öz əksini tapır. Müqayisə et:
balıq — balık — balık; kitab — kitap — kitap
ağac — ağaç — ağaç; dörd — dört — dört.
Ardı
- ?
- 11 may 2012, 10:23
- Ferro
- şərh əlavə et
Bakı şəhərinin tarixi
Qobustanda, Böyükdaş dağının ətəyində tapılmış, b.e-nın 80-90-cı illərinə aid diqqətəlayiq latın yazısında deyilir: «İmperator Domisian Sezar Avqust Hermanik, Lusi Yuliy Maksim, XII «İldırımsürətli» legionun senturion vaxtıdır».
Ehtimal ki, Bakı ətrafındakı Ramana və ya Romana kəndinin adı da eramızın I əsrində Roma qoşunlarının Abşeronda olmasından xəbər verir. Roma qoşunlarının Qobustanda yerləşməsi yaxınlıqda yaşayış məntəqəsinin və ya şəhərin olduğuna dəlalət edir. Həmin vaxt Roma qoşunlarının istiqamət aldığı bu şəhər Bakı da ola bilərdi.
Ardı
- ?
- 11 may 2012, 00:27
- Azərbaycan
- şərh əlavə et
Maykl Mur
Rejissorun diqqətçəkən digər sənədli filmi «Kolumbina üçün boulinq» (2002) oldu. Film 1999-cu ildə Kolumbina şəhərindəki (Kolorado ştatı) məktəbdə iki yeniyetmənin yaşıdlarını güllələməsinin səbəblərini araşdırır. Murun qənaətinə görə, faciənin kökündə Amerika cəmiyyətinin qeyri-sağlamlığı dayanır və bu cəmiyyət insanları həmişə qorxu altında saxlayır. Rejissor iddia edir ki, ölkənin hakim elitası və biznes korporasiyasının əsas məqsədi insanları sosial, ekoloji problemlərdən yayındırmaqdır. Ümumiyyətlə, «Oskar» mükafatçısı olan Murun hər filmi manifest xarakteri daşıyır. Siyasi baxışlarına görə solçu olan Mur Amerika hakimiyyətinə qarşı qatı müxalif mövqeyi ilə seçilir.
Ardı
- ?
- 11 may 2012, 00:23
- Azərbaycan
- 1
29. Açıq iqtisadiyyatda tarazlıq
Biz tələb və təklifə iki – borc vəsaitləri və xarici valyutaların mübadiləsi bazarlarında baxdıq. Bu bazarların bir-birilə necə əlaqədə olmasına baxaq.
Xalis xarici investisiyalar: iki bazarların əlaqələndirici həlqəsi.
Biz bu paraqrafı artıq bu fəsildə öyrəndiyimizin təkrarı ilə başlayırıq. Beləliklə, biz iqtisadiyyat dörd mühüm makroiqtisadi dəyişənləri: milli yığımı (S), daxili investisiyanı (I), xalis xarici investisiyaları (NFI) və xalis ixracı (NX) necə əlaqələndirməsilə tanış olduq. Iki mühüm bərabərlikləri yada salın:
Ardı
- ?
- 10 may 2012, 20:06
- iqtisadçı
- şərh əlavə et
Notasiya | Salam Sarvan
NOTASIYA
Mümkünsə, bu silsilədəki şeirləri oxuyarkən qabağınızda şahmat taxtası da olsun. Oradakı gedişləri taxta üzərində təkrar eləsəniz, maraqlı bir kombinasiyanın şahidi ola bilərsiniz. Şəxsən mən həmin kombinasiyanı bu silsilədəki şeirlərin kombinasıyasıyla tutuşdurdum və gördüm ki…
e2 — e4
Bir də baxıb gördün ki,
sənin bu boyda dünyada
40 yaşdan savayı heç nəyin yoxmuş.
Ardı
"Postmodern azadlıq" (Hekayə)
Sol tərəfimdəki şüşəsiz pəncərədən bayırı görə bilirdim. Gözəl idi.
Amma bizə yağış gözəllik demək deyildi. Üstümüzdəki və tövlədəki qığlarla peyinləri birləşdirib damdan daman sularla gözümüzə səpirdi.
Yağış yağanda tövlədə yaşadığımı bütün vücudumla hiss edirdim.
Soyuq olurdu və anam məcbur qalırdı məni və qardaş-bacılarımı bir yerə yığsın.
Həmişə istəmişdim yağış altında dayanıb doyunca məəə eliyəm.
Ardı
- ?
- 10 may 2012, 18:39
- Muza
- şərh əlavə et
